Azərbaycanda təkrar parlament seçkiləri (2001)

Azərbaycanda təkrar parlament seçkiləri (2001) — 2001-ci ilin yanvar ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri.

Azərbaycanda təkrar parlament seçkiləri
7 yanvar 2001
Fəallıq 49.24%
Rəhbər Heydər Əliyev Fəzail Ağamalı Əli Kərimli
Partiya Yeni Azərbaycan Partiyası Ana Vətən Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar)
Tutulan yerlər 611
Rəhbər Etibar Məmmədov Abutalıb Səmədov Mais Səfərli
Partiya Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Naminə Alyans Partiyası Azərbaycan Yurddaş Partiyası
Tutulan yerlər 111

Zəmin[redaktə | mənbəni redaktə et]

2000-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası seçki ilə yekun nəticələri açıqlamış və 4 seçki dairəsində — 6 noyabr tarixində 42/172 saylı qərarla 10 saylı Xətai ikinci, 8 noyabr tarixində 43/172 saylı qərarla 38 saylı Sumqayıt birinci, 9 noyabr tarixində 44/173 saylı qərarla 51 saylı Ağsu-Kürdəmir və 13 noyabr tarixində 46/175 saylı qərarla 67 saylı İmişli seçki dairələri üzrə seçki nəticələrinin ləğv edildiyini elan etmişdir.[1][2] Komissiya yekun protokolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 noyabr 2000-ci il tarixində iclası keçirilmiş və iclasda 7 seçki dairəsinin — 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 64 saylı Qusar, 94 saylı Hacıqabul-Salyan və 98 saylı Şəmkir şəhər seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir.[1]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 25 noyabr 2000-ci il tarixində 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 64 saylı Qusar, 67 saylı İmişli, 94 saylı Hacıqabul-Salyan və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 4 yanvar 2001-ci il tarixinə təyin edilməsi ilə bağlı 577 nömrəli sərəncam imzalamışdır.[3] Lakin daha sonra Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilər zamanı beynəlxalq müşahidəçilərin iştirakını daha dolğun təmin etmək məqsədi ilə, bu barədə Avropa Şurasının və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun tövsiyəsini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 2000-ci il tarixində seçki tarixinin 7 yanvar 2001-ci il olaraq təyin olunması ilə bağlı 586 nömrəli sərəncam imzalamışdır.[4]

Partiyalardakı vəziyyət[redaktə | mənbəni redaktə et]

2000-ci il parlament seçkilərindən öncə səhhəti pisləşən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, sabiq prezident Ankarada müalicə almağa başlamışdır. Bu dövrdə partiyanın proporsional seçki üçün vahid namizədlər siyahısının tərtibatı mübahisələrə və problemlərə səbəb olmuşdur. Belə ki, partiya faktiki olaraq sədrin birinci müavini Əli Kərimli rəhbərliyində "islahatçılar" və sədrin müavini Mirmahmud Mirəlioğlu rəhbərliyində "klassiklər" qanadına bölünmüşdür. 22 avqust 2000-ci il tarixində Əbülfəz Elçibəyin ölümündən sonra bu mübahisə kəskinləşmiş hər iki qanad digər tərəfi tanımayaraq özünü "əsl" partiya elan etmişdir.[5]

2000-ci il parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra müxalif Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal PartiyasıMüsavat Partiyası bütün müxalifəti seçki nəticələrini tanımamağa və seçkiləri boykot etməyə səsləmişdir. 6 mandat almış Azərbaycan Xalq Cəbhəsi Partiyası, hər biri 2 mandat almış Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat PartiyasıVətəndaş Həmrəyliyi Partiyası da bu çağırışa cavabsız qalmamışdır. 14 noyabr 2000-ci il tarixində 6 müxalif partiya — Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat PartiyasıVətəndaş Həmrəyliyi Partiyası yeni parlamenti boykot edən və yeni seçkilər keçirilməsini tələb edən saziş imzaladılar.[6][7] Ardınca müxalifət 18 noyabr 2000-ci il tarixinə etiraz aksiyası təyin etdi.[8]

Azərbaycan Xalq Cəbhəsi Partiyasının o dövrkü sədr müavini, hazırkı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin 2019-cu ildə verdiyi müsahibədə sədr Əli Kərimlinin boykot sazişini partiya daxili yekdil dəstək olmamasına rəğmən imzaladığını iddia etmişdir. Eyni tarixdə dövrün Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, hazırkı Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə təkrar seçkilərdə iştiraka baxmayaraq boykot qərarının bir müddğt tətbiq olunduğunu, daha sonra Vətəndaş Həmrəyliyi Partiyasının parlamentin işinə qatılma qərarını da nəzərə alaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin iclas keçirərək partiya sədrinin qərarını ləğv etdiyini söyləmişdir. Beləliklə, partiya 2001-ci ilin yazında parlamentin işinə qatılmağa başlamışdır.[8]

Təkrar seçkilərin elanından sonra boykotçu siyasi partiyalardan Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar)Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə iştirak qərarı almışdır. Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər), Azərbaycan Liberal PartiyasıMüsavat Partiyası isə seçkiləri boykot etmişdir.[7]

Azərbaycan Milli İstiqlal Partiyası 2000-ci il parlament seçkilərində 112,727 (3.89%) səs alaraq Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Kommunist PartiyasıMüsavat Partiyasının ardından 6-cı sırada tamamlamış və seçki həddini keçə bilməmişdir.[7][9] Azərbaycan Milli İstiqlal Partiyasının Salyan Rayon Təşkilatının sədri Rifət Ağalarov majoritar üsulla 84 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.[10] O, partiyanın deputatlıqdan istefa çağırışını qəbul etmədiyi üçün 2000-ci il tarixində Siyasi Şura qərarı ilə partiya sıralarından xaric edilmişdir.[11]

1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. Vətəndaş Birliyi Partiyasının o dövrdə rəsmi dövlət qeydiyyatı olmadığı üçün İqbal Ağazadə seçkilərdə bitərəf namizəd olaraq mübarizə aparmışdır.[12]

Namizədlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli İstiqlal Partiyası əvvəlcə iştirak qərarı almış və 8 nəfərin deputatlığa namizədliyini irəli sürmüşdür.[6] Partiya 2 yanvar 2001-ci il tarixində seçkiləri boykot qərarı alaraq namizədlərini geri çağırmışdır.[7] Lakin Azərbaycan Milli İstiqlal Partiyası Ağdaş Rayon Təşkilatının sədri Hidayət Qulamov 51 saylı Ağsu-Kürdəmir seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçkilərdə qalib olaraq deputat seçilmişdir. Partiya qərarına riayət etmədiyi üçün daha sonra Hidayət Qulamov da partiya sıralarından xaric edilmişdir.[11]

Milli Məclisə təkrar seçkilərdə birmandatlı seçki dairələri üzrə 147 vətəndaş deputatlığa namizədliyinin irəli sürülməsi üçün dairə seçki komissiyalarından imza vərəqələri almış, onlardan 111 nəfəri bildiriş sənədlərini (o cümlədən, doldurulmuş imza vərəqələrini) komissiyalara təqdim etmişdir. Bunlardan 90 nəfərin namizədliyi dairə seçki komissiyalarında qeydə alınmış, 14 nəfər isə sonradan namizədliyini geri götürmüşdür. Təkrar seçkilərdə adları seçki bülletenlərinə daxil edilmiş 76 namizəddən 34 nəfəri bitərəf, 37-si 9 siyasi partiyanın nümayəndəsi idi.[13]

Seçki nəticələri[redaktə | mənbəni redaktə et]





Mandatların siyasi partiyalara görə dağılışı

  Yeni Azərbaycan Partiyası (45,46 %)

  Bitərəf (9,09 %)

  Ana Vətən Partiyası (9,09 %)

  Azərbaycan Milli İstiqlal Partiyası (9,09 %)

  Azərbaycan Xalq Cəbhəsi Partiyası (9,09 %)

  Azərbaycan Naminə Alyans Partiyası (9,09 %)

  Azərbaycan Yurddaş Partiyası (9,09 %)

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 52 saylı Astara, 55 saylı Bərdə şəhər, 64 saylı Qusar, 67 saylı İmişli, 93 saylı Hacıqabul-Salyan və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərilə bağlı səsvermənin yekun nəticələri haqqında iclas keçirmiş, iclasda seçkilərin yekun nəticələri təsdiqlənmiş və nəticələrin təsdiqi üçün protokol Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 22 yanvar 2001-ci il tarixində qərarlara və protokollara baxaraq seçki nəticələrini təsdiq etmişdir.[1] Nəticələrə əsasən 7 saylı Yasamal ikinci seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Əliməmməd Mali oğlu Nuriyev, 9 saylı Xətai birinci seçki dairəsi üzrə Azərbaycan Yurddaş Partiyasının sədri Mais İsmayıl oğlu Səfərli, 10 saylı Xətai ikinci seçki dairəsi üzrə bitərəf siyasətçi İqbal Fehruz oğlu Ağazadə, 38 saylı Sumqayıt birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Fikrət Məmməd oğlu Sadıqov, 51 saylı Ağsu-Kürdəmir seçki dairəsi üzrə Azərbaycan Milli İstiqlal Partiyası Ağdaş Rayon Təşkilatının sədri Hidayət Həmid oğlu Qulamov, 53 saylı Astara seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü İsgəndər Həsən oğlu Quliyev, 56 saylı Bərdə şəhər seçki dairəsi üzrə Ana Vətən Partiyasının sədr müavini Zahid Məhərrəm oğlu Oruc, 64 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Gülmət Məhəmməd oğlu Pirmətov, 68 saylı İmişli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Famil Hüseyn oğlu Məmmədov, 94 saylı Hacıqabul-Salyan seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Oqtay Cilovxan oğlu Səmədov və 99 saylı Şəmkir şəhər seçki dairəsi üzrə isə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Qənbər oğlu Səmədov deputat seçilmişdir.

Ümumi[redaktə | mənbəni redaktə et]

8 yanvar 2001-ci il tarixində seçkilərin ilkin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən aşağıdakı şəkildə açıqlanmışdır:[14]

7 saylı Yasamal ikinci 9 saylı Xətai birinci 10 saylı Xətai ikinci 38 saylı Sumqayıt birinci 51 saylı Ağsu-Kürdəmir 53 saylı Astara 56 saylı Bərdə şəhər 65 saylı Qusar 68 saylı İmişli 94 saylı Hacıqabul-İmişli 99 saylı Şəmkir şəhər Cəmi
Məntəqə sayı 34 40 40 45 57 64 48 71 50 45 50 544
Seçici sayı 34 350 45 280 45 408 46 803 40 321 47 070 44 358 44 155 43 077 43 482 49 789 484 183
Səslərin sayı 12 517 14 008 15 206 19 916 19 696 36 753 19 557 27 917 26 082 26 047 20 730 238 432
Seçici aktivliyi 36.44% 30.94% 33.49% 42.56% 48.85% 78.08% 44.09% 63.23% 60.55% 59.90% 41.56% 49.24%
Deputat sayı 1 1 1 1 1 1 1 1 1 1 1 10

Dairələr üzrə[redaktə | mənbəni redaktə et]

7 saylı Yasamal ikinci[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Azərbaycan Xalq Cəbhəsi Partiyası Əliməmməd Nuriyev
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

9 saylı Xətai birinci[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Azərbaycan Yurddaş Partiyası Mais Səfərli
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

10 saylı Xətai ikinci[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Bitərəf İqbal Ağazadə
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

38 saylı Sumqayıt birinci[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Fikrət Sadıqov
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

51 saylı Ağsu-Kürdəmir[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Azərbaycan Milli İstiqlal Partiyası Hidayət Qulamov
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

53 saylı Astara[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası İsgəndər Quliyev
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

56 saylı Bərdə şəhər[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Ana Vətən Partiyası Zahid Oruc
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

65 saylı Qusar[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Gülmət Pirmətov
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

68 saylıl İmişli[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Famil Məmmədov
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

94 saylı Hacıqabul-Salyan[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Oqtay Səmədov
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

99 saylı Şəmkir[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Azərbaycan Naminə Alyans Partiyası Abutalıb Səmədov
Etibarlı səslərin sayı
Etibarsız səslərin sayı - -

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Azərbaycan Respublikası adından 2001-ci il yanvarın 7-də bəzi seçki dairələri üzrə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  2. "INFORMATION ON MEMBERS OF THE MILLI MAJLIS OF THE REPUBLIC OF AZERBAIJAN ELECTED ON NOVEMBER 5, 2000". April 25, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2023.
  3. "Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilərin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  4. "Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsi tarixinin dəyişdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  5. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  6. 1 2 "İkinci çağırış Milli Məclis (2000-2005). 2. Yeni parlamentin ümumi mənzərəsi". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  7. 1 2 3 4 "ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycan Respublikası Parlament Seçkiləri 5 noyabr 2000-ci il və 7 yanvar 2001-ci il Yekun Hesabatı" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  8. 1 2 "Qüdrət Həsənquliyev Əli Kərimlinin paxırlarını açdı". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  9. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  10. "Milli Məclisin rəsmi saytında deputat Rifət Ağalarov haqqında məlumat". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  11. 1 2 "AMİP-dən Firudin Cəlilova cavab gəldi". Moderator.az. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  12. "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  13. "Seçkilər və Referendumlar-2001". 2008-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  14. "Preliminary Information on results of voting by single-mandate constituencies on re-elections to the Milli Majlis of the Republic of Azerbaijan, January 7, 2001". June 8, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2023.