Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözəl təlxələr
Gözəl təlxələr (lat. Coluber) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bu cinsə əvvələr çoxlu növlər daxil idi.
Telelər
Telelər — qədim türk tayfası. Tele tayfası erkən orta əsrlərdə (IV-V əsrlərdə) Balxaş gölü ətrafında yaşamışdır. V əsrdə 100 min alaçıqdan ibarət telelər İrtış çayını keçərək Aral və Xəzər dənizləri arasındakı ərazidə öz dövlətlərini yaratmışdılar. 492-ci ildə telelər öz dövlətini yaratdılar.494-496-cı illərdə bu dövlətə eftalilər son qoydular. 552-ci ildə türk xaqanlığı yaradıldıqda tele tayfa birləşməsi həmin dövlətə daxil olmuşdur.556-cı ildə onlar xaqanlığın qərbində, Xəzər dənizi sahillərində məskunlaşmışdılar. VII-VIII əsrlərdə tokuz-oğuz adı ilə adlanmışlar.Türk xaqanlığının dağılması nəticəsində (1704) telelərin bir hissəsi İrtış hövzəsində yaşayan qıpçaqlara qarışmış, digər hissəsi isə VIII əsrdə Xəzərlərin tərkibinə daxil olmuşdur. Qıpçaqların və Xəzərlərin tərkibində Azərbaycana gəlmişdilər. Telelər jujanlarla qonşu yaşayırdılar. Amma əlaqə saxlamırdılar. Onlar Hun imperiyasına qatıldılar.
Xəlfələr
Xəlfələr (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Xəlfələr (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
Dələlər
Dələlər və ya sovsarlar (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var.
Təpələr
Təpələr dağı – Culfa rayonu ərazisində dağ (hünd. 987,4 m). Təpələr — Dağlıq Qarabağ ərazisində dağ; Təpələr — Goranboy rayonunda dağ; Təpələr — Yevlax rayonunda dağ.
Əlcələr
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Xəlfələr (Masallı)
Xəlfələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xəlfələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Keçmiş adı Milli Xəlfələr olmuşdur. Sonralar oykonimin birinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Muğanın şimalında yaşamış Şahsevənlərə mənsub xəlfələr nəslin məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi 721 nəfərdir.
Xəlfələr (Şabran)
Xəlfələr — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Xəlfələr Dəvəçi rayonunun Düz Bilici inzibati ərazi vahidində kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində, düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Quba xanı Fətəli xanın (1758-1789) Ərdəbil səfəri (1784) zamanı Azərbaycanın cənubundan gətirdiyi Şahsevənlərə mənsub xəlfələr nəslinin bir hissəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin əhalisi 400 nəfər təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Şabran rayonu Xəlfələr kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Dələlər (yarımfəsilə)
Dələlər (lat. Mustelinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Təpələr dağı
Təpələr dağı – Culfa rayonu ərazisində dağ (hünd. 987,4 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli Pilələr qolunun şərq yamacında zirvə. Dizə kəndindən 1,2 km cənub-qərbdədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Dizə antiklinalının cənub-qərb qanadında yerləşir.
Uğultulu təpələr
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Əlxələc (Bostanabad)
Əlxələc (fars. الخلج‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.373 nəfər yaşayır (544 ailə).
Avropa Tələbələr Forumu
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Azərbaycanlı Tələbələr İttifaqı
Azərbaycanlı tələbələr ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərbi Avropa ölkələrinə ali təhsil almaq üçün göndərdiyi tələbələrin Almaniyada yaratdığı könüllü ictimai təşkilat. == Yaranması və Fəaliyyəti == Almaniyada qeydiyyatdan keçmişdi. İttifaqın, üzərində Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzlərindən olan səkkizguşəli ulduzun ətrafında Azərbaycan və alman dillərində "Azərbaycan tələbələri komitəsi. Berlin" sözləri yazılmış möhürü var idi. İttifaqın bütün işlərini xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin ümumi yığıncağında seçilmiş idarə heyəti həyata keçirirdi. İttifaqın cari işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edirdi. İttifaq adından Azərbaycan Hökumətinə və digər təşkilatlara göndərilən rəsmi sənədləri idarə heyətinin sədri və katibi imzalayırdı. 1923-cü ildə ittifaqın tərtib etdiyi siyahıda xaricdəki azərbaycanlı tələbələrdən 54 nəfərinin Almaniyada, 13 nəfərinin Fransada, 3 nəfərinin İstanbulda və 1 nəfərinin İtaliyada təhsil aldığı bildirilirdi. Bu siyahıda onların ixtisasları və təhsil aldıqları ali məktəblərin adları, habelə təhsillərini başa çatdırmalarına nə qədər vaxt qaldığı da göstərilirdi.
Xarici Tələbələr (1968)
İqtisadi təlimlər tarixi
İqtisadi təlimlər tarixi — ictimai istehsal tarixi boyunca iqtisadi anlayışların mənşəyini, formalaşmasını, inkişafını və dəyişdirilməsini öyrənən bir elm. İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixtisas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqtisadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şəraitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qanunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nəzəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan yaranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız Antuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə adlandırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatlarında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar məktəbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul etmiş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd etmişdir.
Təpələr yaşayış yeri
Təpələr yаşаyış yеri — Tumаslı kəndinin cənubundа su kаnаlının sаğ tərəfində yеrləşir. Yаşаyış yеrinin ərаzisi hаzırdа əkin sаhəsinə çеvrilmişdir. Аbidənin bəzi qismlərində kül yığınlаrı, bаd qırıqlаrı və kеrаmikа pаrçаlаrınа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirsiz qаblаrın pаrçаlаrındаn ibаrətdir. Fоrmа vеrməyən şirli kеrаmikа məmulаtınа dа rаstlаnır. Аrаşdırmаlаr zаmаnı müəyyən оlunmuşdur ki, Təpələr yаşаyış yеrinin böyük bir qismi indiki Tumаslı kəndinin аltındа qаlmışdır. Tumаclı kəndinin yаşаyış yеrinə yахın оlаn məhəlləsi хаlq аrаsındа Vаyхır аdlаndırılır. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XI-XVIII əsrlərə аid еtmək оlаr.
Avropanın Memar Tələbələr Assambleyası
Avropanın Memar Tələbələr Assambleyası (ing. European Architecture Student Assembly) və ya qısaca EASA — Avropada memarlıqla bağlı ixtisaslarda təhsil alan tələbələrin ən böyük ictimai qurumu. == Tarixi == 1981-ci ildən etibarən Avropa ölkələrindən 400-dən çox memar tələbə hər yay Avropanın bir şəhərində toplaşaraq qurultay keçirirlər. Onlar yay tədbiri zamanı debatlar aparır, həmin şəhərin memarlığı ilə ətraflı tanış olurlar. Belə tədbirlər Yay Görüşləri adlanır. EASA-nın ilk qurultayı 1981-ci ildə İngiltərənin Liverpul şəhərində keçirilmişdir. Hər il payızda isə INCM (ing. Intermediate National Contact Meeting - azərb. Milli Əlaqələndiricilərin Görüşü‎) keçirilir. Onlar EASA davamlılığını saxlamaq üçün toplaşırlar.
Demokratik Cəmiyyət Uğrunda Tələbələr
Demokratik Cəmiyyət Uğrunda Tələbələr (İngiliscə "Students for a Democratic Society" və ya qısaca SDS) ABŞ-da 1960-cı illərdə fəaliyyət göstərən tələbə fəalları hərəkatı idi. O, ölkədəki Yeni Solçuluğun nümayəndəsi olan əsas ikonalardan biri idi. 1969-cu ildəki iclasında ləğv edilməzdən əvvəl 1960-cı illərin ortalarında təşkilat çox sürətlə inkişaf etmiş və böyümüşdür. == Tarixi == SDS, 1960-cı ildə Miçiqan ştatının Port Huron şəhərində keçirilən konfransda təsis edilmişdir. Təşkilatın əsas məqsədi, Vyetnam müharibəsinə qarşı çıxmaq, irqçiliklə mübarizə aparmaq və cəmiyyətdə sosial ədaləti təmin etmək idi. SDS, 1960-cı illərin ortalarında sürətlə böyüdü və ölkənin bir çox universitetində şöbələri yarandı. Təşkilat, Vyetnam müharibəsinə qarşı kütləvi etiraz aksiyaları təşkil etdi, irqçiliyə qarşı mübarizə apardı və universitetlərdə tələbə hüquqlarını müdafiə etdi. == Port Huron Bəyannaməsi == SDS-in ən mühüm sənədlərindən biri, 1962-ci ildə qəbul edilən Port Huron Bəyannaməsi idi. Bu bəyannamə, təşkilatın məqsədlərini və ideallarını əks etdirirdi. Bəyannamədə, "iştirakçı demokratiya" ideyası irəli sürülür və cəmiyyətin bütün üzvlərinin qərar qəbulu prosesində iştirak etməsi tələb olunurdu.
Xarici tələbələr (film, 1968)
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. == Təsisi == 2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir. === Təsisçiləri === Hüseyn Mustafabəyli – ABŞ Heydər Ağayev – Birləşmiş Krallıq Gülay Məmmədova – İsveçrə Elmar Nazirli – Niderland Səbinə Mürsəlli – Avstriya Tural Məhərrəmov – Birləşmiş Krallıq == Məqsədləri == Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi Gənc kadrların karyera inkişafının dəstəklənməsi Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması == Vəzifələri == Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması; == Strukturu == Birliyin idarəetmə orqanları aşağıdakılardır: Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; Cari idarəetmə orqanı olan İdarə Heyəti; İcra orqanı olan Katiblik; Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası. == Fəaliyyəti == İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb .
Rele mühafizəsi qurğularına qoyulan tələblər
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Teleslər
Teleslər—Qədim türk tayfası. Bu tayfa mənbələrdə tolos, teles, tolis, tulus və s. variantlarda qeydə alınmışdır. Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular. Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular. Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər.
Ceks Teller
Cekson Neteniel "Ceks" Teller — ABŞ teleserialı "Anarxiyanın oğulları"nın baş qəhrəmanı. Çarli Hannem tərəfindən canlandırılıb. Ceks qanundan kənar motosiklet klubunun üzvüdür, o, əvvəlcə klubun vitse-prezidenti, daha sonra isə prezidenti olur. Onun rəhbərlik etdiyi bu klub Anarxiya Oğulları Motosiklet Klubu Redvud Original (SAMCRO) adlanır. Klub Kaliforniya ştatının Charming adlı uydurma şəhərciyində fəaliyyət göstərir. == Həyatı == Ceks Teller 1978-ci ildə anadan olub. Onun anası Con atası isə Qemma Tellerdir. Onun müharibə veteranı olan atası vaxtı ilə SAMCRO motosiklet klubunun qurucusu və prezidenti olmuşdur. Ancaq atası 1993-cü ildə avtomobil qəzasında ölür. Bu hadisədən sonra klubun rəhbər vəzifəsi Kley Morrova keçir.
Edvard Teller
Edvard Teller (ivritcə:אדוארד טלר), (15 yanvar 1908[…], Budapeşt, Avstriya-Macarıstan – 9 sentyabr 2003[…], Stenford[d], Kaliforniya) — O, macarəsilli amerikalı fizik və ABŞ-da nüvə texnologiyasının banilərindən biridir. Edvard Teller İkinci Dünya müharibəsində Manhetten layihəsinin üzvü və Lourens Livermor Milli Laboratoriyasının yaradıcısı olmuşdur. Bəziləri onu “hidrogen bombasının atası” adlandırır. Özü isə bunu dəyərsiz hesab edirdi. O, doktorluq dissertasiyasını Leypsiq Universitetində Verner Heyzenberqin rəhbərliyi altında yazmış və Enriko Ferminin məsləhəti ilə nüvə fizikasına müraciət etmişdir. == Həyatı == Edvard Teller Macarıstanın paytaxtı Budapeştdə yəhudi ailəsində anadan olmuşdur. Atası məşhur hüquqşünas, anası pianoçu idi və Avstriyanın vəliəhdi Sarayevoda öldürüləndə onun altı yaşı vardı. Birinci Dünya müharibəsindən sonra Teller on səkkiz yaşında Macarıstanı tərk edərək Almaniyaya getmişdir. Bu geri dönməz səyahətin səbəbi Macarıstanda antisemit qanunların sərtləşdirilməsi idi. Macarıstan universitetləri həmin dövrdə yəhudi abituriyentləri qəbul etmədiyi üçün təhsilini davam etdirməyi orada qeyri-mümkün idi.
Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi.