Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəpgən
Çəpgən – lat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. sulci cerebri vasitəsilə paylara – lat. lobi cerebri, paycıqlara – lat. lobuli cerebri və qırışıqlara – lat. gyri cerebri bölünür. Şırım və qırışıqların forması, ölçüsü və vəziyyəti çox tərəddüd edir; adətən kiçik şırımların və böyük şırım şaxələrinin vəziyyəti az sabit olur. Beyin şırımları, onların meydana çıxması vaxtına görə, üç dərəcəyə bölünür; birinci, ikinci və üçüncü dərəcəli şırımlar.
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). == Həyatı == Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.
Təpən (Əbyəlil)
Təpən kəndi (başq. Тәпән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Təpən kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., kənd sovetliyindən (İşkol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kapitoli (təpə)
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Murad təpə
Murad təpə (Kanakеrovan) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. == Tarixi == 15.08.1964-cü ildə kənd еrmənicə Kanakеrovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks еtdirir. tarixində adı dəyişdirilərək Kanakeravan qoyulmuşdur. == Əhalisi == 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Qara Təpə
== Yaşayış məntəqələri == Azərbaycanda Qaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Gürcüstanda Qaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi. İranda Qara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) == Bələdiyyələr == Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. == Yaşayış yerləri == Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Təpə (Germi)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (104 ailə).
Təpə (Nəmin)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Təpə (Urmiya)
Təpə (fars. تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Təpə (dəqiqləşdirmə)
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. ‎Təpə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Təpə (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Təpə kəklikotusu
Təpə payı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Telgəy
Tenge
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. == Etimologiyası == Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. == Simvol == Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Tengə
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. == Etimologiyası == Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. == Simvol == Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Təpə sümüyü
Təpə göz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. == Haqqında == Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Şəfqət Təpə
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Kemal Tepret
Tenqer (səhra)
Tenqer (monqolca: Тэнгэр цөл (Tenqer tsöl), çincə: 腾格里沙漠 (pinyin (transkripsiyası): Ténggélǐ Shāmò) — Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunun qərbini, və Qansu vilayətinin mərkəzi hissəsini əhatə edən səhra. Onun monqol dilindəki adı olan "Tenqer tsöl" hərfən "Tanrı çölü", yəni «göy, səma çölü, səhrası» mənasını verir. Alaşan səhrasının cənub-şərq hissəsini əhatə edir. Qərbdən və şərqdən Yabray-Yançan və Helanşan dağları, cənubdan isə Böyük Çin səddi ilə əhatələnir. Sahəsinə görə Çinin dördüncü səhrasıdır. Səhranın sahəsi 36700 km² təşkil edir. Ərazisinin böyük hissəsi 1200 metr hündürlükdə yerləşir, və müxtəlif reylef formalarına malikdir. Ərazisində 400 göl vardır, lakin göllərin böyük qismi axarsız olub duzludurlar. Həmçinin ərazisinin 70%-i dyunlarla örtülüdür. Dyunların böyük qismi 10-30 metr hündürlüyə malikdir, ən hündür dyunlar isə 100 metr təşkil edir.
Yengəc mentaliteti
Yengəc mentaliteti özünü hər kəsdən üstün tutmaq, eqoizm və heç bir kəsin irəliləməsinə imkan verməməklə əlaqəli düşüncə tərzidir. Bu metafor səbətdəki yengəcləri nəzərdə tutaraq işlədilir. Əslində yengəclərin hər biri səbətdən bir-bir asanlıqla azad ola bilər, lakin əvəzində onlar bir-birlərini aşağı dartaraq heç birinin səbətdən azad olmasına imkan vermirlər və bu da onların kütləvi ölümünə gətirib çıxarır.
Andrey Seqeç
Andrey Seqeç (24 may 1994, Zvоlеn) — Slovakiyalı xizək yürüşçüsü. Andrey Seqeç Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Seqeç birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Seqeç 3:24.84 saniyəlik nəticəsi ilə 80 atlet arasında 56-cı yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Kişmiş Təpə (Maku)
Kişmiştəpə (fars. كشمش تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,655 nəfər yaşayır (594 ailə).
Oryan təpə (Mərənd)
Oryan təpə (Ayrandibi kəndi) (fars. عريان تپه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı il məlumatına görə kənddə 1,524 nəfər yaşayır (509 ailə).
Eçizen Yengəc Muzeyi
Eçizen Yengəc Muzeyi (越前がにミュージアム, Eçizen-qani Myuciamu) – Yaponiyanın Fukui prefekturasının Eçizen qəsəbəsində yerləşən muzey. Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir. == Tarixi == Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Eçizen yengəclərinə həsr olunmuş bu muzey 15 iyul 2000-ci ildə açılmışdır. Fəaliyyətinin ilk ilində 125.000 ziyarətçi, ilk 15 ilində isə 584.000 ziyarətçi qəbul etmişdir. 2015-ci ilin sentyabrında muzey birinci mərtəbədəki yenidənqurma işləri səbəbilə bağlanmış, 15 iyul 2016-cı ildə yenidən açılmışdır. Yenidənqurma işləri üçün 392 milyon yen xərclənmişdir. == Xüsusiyyətlər == Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir. Muzeydə yerləşən yengəc ovu simulyasiyasında ziyarətçilər virtual yengəc ovu ilə məşğul ola bilirlər. "Böyük sevgi teatrı"ndakı 3x10 metr ölçüsündə olan ekranda yengəclərin ekologiyası və yengəc ovundan bəhs edən videomateriallar nümayiş etdirilir.