Yengəclər
Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi.
Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ vardır.
Archaeobrachyura Guinot, 1977
Brachyura Latreille, 1802
Brachyrhyncha Borradaile, 1907
Cancridea Latreille, 1803
Dromiacea De Haan, 1833
Oxyrhyncha Latreille, 1803
Oxystomata H. Milne Edwards, 1834
Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.