Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhmər
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Təhməz Bağırov
Təhməz Qəhrəman oğlu Bağırov ( ) — Azərbaycanlı şəhid. == Həyatı == 1971-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Orta məktəbi qurtarıb. Fədakarlığı, qoçaqlığı ilə yaddaşlara həkk olunub == Hərbi xidməti == Dağların qızıl qönçələrə bələnməsi Təhməzin ürəyini yerindən oynatdı. Güllər durna qatarına bənzəyirdi. Təhməz istədi güllərin içi ilə addımlasın, amma qıymadı. Həsrət-həsrət güllərə baxdı. Öz-özünə pıçıldadı: “Görəsən, dünyada belə cənnət diyar varmı?” Və birdən yadına Xocalı hadisəsi düşdü. Gözəllik də, dağların görkəmli də Təhməzin yadından çıxdı. Qət etdi ki, hərbi komissarlığa müraciət etsin.
Təhməz Quliyev
Təhməz Nəsib oğlu Quliyev (10 may 1935, Gığı, Qafan rayonu – 10 aprel 2007, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, Professor. == Həyatı == Təhməz Nəsib oğlu Quliyev 1954-cü ildə orta məktəbi bitirərək Bakıya, ali təhsil dalınca yollanır. Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olur. 1959-cu ildə universiteti bitirir və Akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə Moskvaya Aspiranturaya göndərilir. Orada imtahan verib SSRİ Elmlər Akademiyasının "Ümumi və Qeyri Üzvi kimya" fakültəsinə qəbul olunur. 1966-cı idə namizədlik dissertasiyasını uğurla müdafiə edrək kimya elmləri namizədi alimlik dərəcəsini alır. Təhməz Quliyev uzun illər ərzində apardığı elmi işlərin yekunlaşdıraraq 1999-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 2005-ci ildə isə professor elmi adını alır. == Əmək fəaliyyəti == 1965-ci ildə BDU-da assistent, baş müəllim; 1970-ci ildən 2002-ci ilə kimi dosent vəzifəsində işləmişdir. 1968–1975-ci illərdə kimya fakültəsində dekan müavini, kafedra müdiri əvəzi, həmkarlar təşkilatının sədri kimi ictimai işlərdə çalışmışdır.
Təhməz Təhməzov
Təhməz Təhməzov (23 avqust 1954, Qurdlar, Marneuli rayonu) — Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri, jurnalist, Gürcüstanın əməkdar jurnalisti. == Həyat və fəaliyyəti == Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il avqustun 23-də Marneuli rayonundakı Qurdlar kəndində anadan olub. 1971-ci ildə Baydar orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunu bitirib. === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə doğma kəndində müəllim kimi başlayıb və 1983-1987-ci illərdə Gürcüstan Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, 1987-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir, 1991-1999-cu illərdə Qurdlar kənd sovetinin sədri və 2006-cı ilin martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri işləyib. Oçerk və publisistik yazıları Gürcüstandakı dövrü mətbuatda dərc olunub. == Mükafatları == Təhməz Təhməzov 2010-cu ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. 30 mart 2019-ci ildə Təhməzov jurnalistika sahəsində uzun müddətli uğurlu fəaliyyətinə görə “Gürcüstanın Jurnalistlər Yaradıcılıq birliyi”nin rəhbərliyi tərəfindən Gürcüstanın əməkdar jurnalisti adına layiq görülüb. === Ailəsi === Ailəlidir, iki oğlu, 4 nəvəsi var.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). == Həyatı == Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.
Təmər (Salmas)
Tamar (fars. تمر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).
Təpən (Əbyəlil)
Təpən kəndi (başq. Тәпән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Təpən kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., kənd sovetliyindən (İşkol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır. 1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Termez
Termez (özb. Термиз) — Özbəkistanda Surxandərya vilayətinin mərkəzi. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == Məşhur şəxsləri == Ət-Tirmizi - sufi.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kapitoli (təpə)
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Murad təpə
Murad təpə (Kanakеrovan) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. == Tarixi == 15.08.1964-cü ildə kənd еrmənicə Kanakеrovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks еtdirir. tarixində adı dəyişdirilərək Kanakeravan qoyulmuşdur. == Əhalisi == 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Qara Təpə
== Yaşayış məntəqələri == Azərbaycanda Qaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Gürcüstanda Qaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi. İranda Qara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) == Bələdiyyələr == Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. == Yaşayış yerləri == Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Təpə (Germi)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (104 ailə).
Təpə (Nəmin)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Təpə (Urmiya)
Təpə (fars. تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Təpə (dəqiqləşdirmə)
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. ‎Təpə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Təpə (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Təpə kəklikotusu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. == Ekologiyası == Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Təpə payı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Təpə sümüyü
Təpə sümüyü —
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) == Karyerası == Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Herbert Çepmen
Herbert Çepmen (ing. Herbert Chapman, 19 yanvar 1878 – 6 yanvar 1934, Hendon[d], Böyük London) — İngiltərə futbolçusu və məşqçi. 1925-ci ildə ofsayd qaydalarında dəyişiklik ediləndən sonra oyunun taktikasında dönüş yaratmışdır. İlk dəfə meydanın mərkəzində kənar yarımmərkəz hücumçularından geri çəkilmiş mərkəz yarımmüdafiəçisi kimi istifadə eləməyə başlamışdır. Mərkəz yarımmüdafiəçisi də öz növbəsində geri çəkilərək müdafiəyə kömək göstərmişdir. Beləliklə, Çapmen futbolun təcrübəsində "stopper"dən istifadə edən ilk menecer olmuşdur.
Kemal Tepret
Mark Çepmen
Mark Devid Çepmen (ing. Mark David Chapman; 10 may 1955, Fort-Uort, Texas, ABŞ) — Con Lennonun qatili. Mark Çepmen 10 May 1955 tarixində Texasda anadan olmuşdur. Uşaqlığında IQ səviyyəsinin normaldan çox olduğu müəyyənləşdirilmişdir. Hələ məktəb illərindən narkotikdən istifadəyə başlamışdır. 8 dekabr 1980-ci ildə The Beatles qrupunun üzvü olan Con Lennonu qaldığı otelin qarşısında güllələyərək öldürür. Vurmadan əvvəl eyni günün axşam saatlarında isə, Conun həyat yoldaşı Yoko Onoya Conun Double Fantasy adlı albomunu imzalatdırmışdır. Nyu York polisi Çepmeni həbs etdikdə, vəkili Conatan Marks onun günahkar olmadığını iddia edirdi. Vəkil Çepmenin zehni pozuntuları olduğunu bildirmişdir. 1981-ci ildə Çepmen, ikinci dərəcəli cinayətdən həbs edilmiş və 20 ildən az olmamaqla ömür boyu həbsə məhkum edilmişdir.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Marsela Temer
Marsela Temer (port. Marcela Tedeschi Araújo Temer; d. 16 may 1983, Pauliniya, San-Paulu, Braziliya) — Braziliyanın vitse-prezidenti Mişel Temerin həyat yoldaşı. 12 may 2016-cı ildə Braziliya Senatının prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasından sonra onun əri Mişel Temer prezident səlahiyyətlərini icra etməyə başlamışdır ki, bundan sonra Marsela Temer də ölkənin birinci xanımı olmuşdur. == Həyatı == 16 may 1983-cü ildə San-Paulu ştatının Pauliniya şəhərində anadan olmuşdur. Marsela Temer əvvəllər fotomodel işləyib. O, ərindən 42 yaş balacadır. Marsela ölkədə daim qalmaqallarla gündəmə gəlir. Onun çılpaq bacısını və şəxsi məqsədləri üçün şəkillərini çəkən minlərlə insan tənqidi dərəcədə bəyənildi.. Əri Mişel Temer dövlət büdcəsindən milyonlar xərcləyərək xanımına eksklüziv geyimlər, aksessuarlar, ev və avtomobillər alıb.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mişel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Teməs (Baymak)
Teməs (başq. Темәс, rus. Темясово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 55 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 100 km. Samkara çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Ridik Axmetoviç Fasxitdinov — F.Qaskarova adına xalq rəqs ansamblının üzvü, BMSSR Xalq Artisti. Rauf Axmetoviç Murtazin (1910–1994) — başqırd bəstəkar.
Tomex tomentosa
Callicarpa tomentosa (lat. Callicarpa tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Roy Çepmen Andreu
Roy Çepmen Andreu (26 yanvar 1884, Beloyt, Viskonsin — 11 mart 1960, Karmel, Kaliforniya) — ABŞ-lı təbiətşünas, səyyah və yazıçı. Orta Asiya və Şərqi Asiya ilə bağlı verdiyi konfranslarla, o cümlədən yazdığı kitablardan qazandığı gəlirlərlə bir çox səyahətlərə başçılıq etmişdir. == Həyatı == 1906-cı ildə Beloyt kollecində məzun olduqdan sonra, Nyu-York'dakı Amerika Təbiət və Tarix muzeyi'ndə vəzifə almışdır. İlk araşdırmaçı səyahətini 1908-ci ildə Alyaskada həyata keçirmişdir. Muzeydəki məməli dəniz heyvanları kolleksiyası onun səyi ilə dünyanın ən zəngin kolleksiyalarından biri olmuşdur. 1909–10-cu illərdə İndoneziya'da baş tutan araşdırma gəzintisinə təbiətşünas olaraq qatıldı. Amerika Təbiət və Tarix muzeyində Asiya araşdırmaları bölməsinin başçısı olduğu dövrdə biri Tibet, Cənub-Qərbi Çin və Myanmaya (1916–17), biri Şimali Çin və Monqolustana (1919), biri də Orta Asiyaya (1919–22 və 1925) olmaq üzrə üç gəzintiyə başçılıq etdi. Asiyaya edilən üçüncü səfər zamanı bir çox əhəmiyyətli kəşflər etdi. İlk dinozavr yumurtalarını, quruda yaşamış məməlilərin ən böyüyü olan Baluchitherium'un kəlləsini və başqa parçalarını, o günə qədər bilinməyən qalıq məməlilərə və sürünənlərə aid bir çox qalığı, ibtidai-icma quruluşu insanlarının varlığına və həyatına bağlı bəzi dəlillər, daha əvvəl də bu bölgədə varlığı bilinməyən bəzi geoloji layları tapdı. 1935-ci ildən 1942-ci ilə qədər Amerika Təbiət və Tarix muzeyinin müdiri olan Andreu, kitab yaza bilmək üçün vəzifəsindən ayrıldı.
Mark Devid Çepmen
Mark Devid Çepmen (ing. Mark David Chapman; 10 may 1955, Fort-Uort, Texas, ABŞ) — Con Lennonun qatili. Mark Çepmen 10 May 1955 tarixində Texasda anadan olmuşdur. Uşaqlığında IQ səviyyəsinin normaldan çox olduğu müəyyənləşdirilmişdir. Hələ məktəb illərindən narkotikdən istifadəyə başlamışdır. 8 dekabr 1980-ci ildə The Beatles qrupunun üzvü olan Con Lennonu qaldığı otelin qarşısında güllələyərək öldürür. Vurmadan əvvəl eyni günün axşam saatlarında isə, Conun həyat yoldaşı Yoko Onoya Conun Double Fantasy adlı albomunu imzalatdırmışdır. Nyu York polisi Çepmeni həbs etdikdə, vəkili Conatan Marks onun günahkar olmadığını iddia edirdi. Vəkil Çepmenin zehni pozuntuları olduğunu bildirmişdir. 1981-ci ildə Çepmen, ikinci dərəcəli cinayətdən həbs edilmiş və 20 ildən az olmamaqla ömür boyu həbsə məhkum edilmişdir.