TƏPİMƏK

f. dan. Qurumaq, qupquru olmaq, suyu çəkilmək. Gülpərinin özü də susuz idi.
Dili-dodağı təpimişdi. M.Hüseyn.
Gecə külək əsdiyi üçün yol təpimiş sahə qurumuşdu. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏPİMƏK qurumaq

Antonimlər (əks mənalı sözlər)

  • TƏPİMƏK TƏPİMƏK – YAŞLAMAQ Onun dodaqları təpimişdi (İ.Şıxlı); Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışmağa başladı (A

Etimologiya

  • TƏPİMƏK Qədim variantı kepiməkdir (bir sıra türk dillərində indi işlədilir). Qax sözü də həmin kepimək feili zəminində əmələ gəlib
TƏPİMƏ
TƏPİNMƏ

Digər lüğətlərdə