STİPENDİYA

STİPENDİYA (tələbələrə verilən pul), TƏQAÜD Beş il təqaüdlə yaşamağa öyrənmiş tələbə üçün bu, əlbəttə, böyük maaş idi (Y.Şirvan).

STİLİSTİKA
STOL
OBASTAN VİKİ
Beynəlxalq Parlament Stipendiya
Beynəlxalq Parlament Təqaüdü — (İPS) (alm. ‎ Internationales Parlaments-Stipendium) Almaniya Bundestaqının Mərkəzi, Şərqi, Cənubi Avropadan, ərəbdilli ölkələrdən, Fransa, İsrail, Kanada eləcə də ABŞ-dən olan 120-ə yaxın gənc üçün hər il təşkil etdiyi təqaüd proqramıdır . 2007-ci ilə kimi proqram Beynəlxalq Parlament Praktikası (İPP) adını daşıyırdı . == Tarixi == Almaniya Bundestaqı Beynəlxalq Parlament Təqaüdü proqramını 1986-cı ildən bəri təşkil edir və bu layihə öz başlanğıcını “Bundestags-Internship-Programm”-dan (BİP) götürüb. BİP sözügedən proqramdan fərqli olaraq yalnız Birləşmiş Ştatlardan olan gənc akademiklər üçün nəzərdə tutulmuşdu. 1986-dan 1988-ə kimi illik olaraq 20 təqaüd verilirdi. 1989-cu ildə Fransa ilə birlikdə BİP nümunəsində “Alman-Fransız Parlament Praktikası” adlı proqram yaradılır. BİP-dən fərqli olaraq bu layihə qarşılıqlı prinsiplər əsasında təşkil edilir, belə ki, alman akademiklər də Fransa Milli Məclisində praktika keçmək imkanına sahib idilər. Bundan əlavə proqramın 10 aylıq dövrü əhatə edirdi. Təqaüdü qazanmış fransızlar hazırlıq məqsədi ilə Berlin Humbolt Universitetində bir semestr dərslərə qatılırdı, Almaniyadan olan təqaüd sahibləri isə ”Sciences Po Paris”-də bir semestr keçirirdilər.