Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Binanın yuxarısında isə “Museum Inn” otelinin terras-restoranı fəaliyyət göstərir. == Haqqında == Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır.
Tiğiyə (Nəmin)
Tiğiyə (fars. تيغيه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (44 ailə).
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. == Arxa plan == Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
Zəviyə
Zaviyə
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. == Lirik təhkiyə == Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. == Epik təhkiyə == Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Təkyə
Təkyə (bina)
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Məmiyə (Qəzvin)
Məmiyə (fars. محمدده‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 302 nəfər yaşayır (81 ailə).
Ruqiyə Sultan
Ruqiyə Sultan (11 noyabr 1906, İstanbul – 20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi.
Tabiyə (Sulduz)
Tabiyə (fars. تابيه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (17 ailə).
Zəkiyə Sultan
Zəkiyə Sultan (12 yanvar 1871, İstanbul – 13 iyul 1950, Po) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Zəkiyə Sultan 12 yanvar 1871-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Əbdülhəmid Əfəndi, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. Atasının taxta çıxmasından bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Yıldız sarayına köçürülən Zəkiyə Sultan ilk təhsilini qardaşı Səlim Əfəndi, Sultan Əbdüləzizin övladları Şövkət Əfəndi, Seyfəddin Əfəndi və Əsma Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Burada coğrafiya, din, musiqi və Osmanlı türkcəsi dərsləri alan Zəkiyə Sultan eyni zamanda ingilis və fransız dillərini də öyrəndi. 1887-ci ildə atasının istəyilə Qazi Osman Paşanın böyük oğlu Nurəddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 20 aprel 1889-cu ildə Yıldız sarayında baş tutdu. Eyni mərasimlə Sultan Əbdüləzizin qızları Saliha Sultan, Nazimə Sultan və Əsma Sultan da evləndirildilər. Nikah mərasimində bəyin vəkili olaraq dövrün sədrəzəmi Mehmed Kamil Paşa iştirak etdi.
Zəviyə (Həştrud)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (18 ailə).
Zəviyə (Kəleybər)
Zəviyə (fars. زاويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (11 ailə).
Zəviyə (Miyanə)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (56 ailə).
Zəviyə (Xoy)
Zəviyə (fars. زاويه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.417 nəfər yaşayır (293 ailə).
Zəviyə (Əcəbşir)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (68 ailə).
İsmail Həniyə
İsmayıl Haniyə, Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən Xalid Məşəli əvəz edib. İsmayıl Haniyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
Tağıyev
Tağıyev — Azərbaycan soyadı. Tağıyevlər — Azərbaycananın tanınmış soylarından biri. Adil Tağıyev — tütünçü. Sosialist Əməyi Qəhrəmanı. Ağazeynalabdin Tağıyev — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. Dilqəm Tağıyev — Azərbaycan kimyaçı alimi. Eyyub Tağıyev — texniki elmlər doktoru, professor. Əbdürrəhman Tağıyev — ali təhsil almaq üçün xaricə göndərilmiş Cümhuriyyət tələbələrindən biri. Ələkbər Tağıyev — Azərbaycan bəstəkarı, hüquqşünas. Hacı Zeynalabdin Tağıyev — Azərbaycanlı milyonçu, mesenat.
Tecime
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var.
Yeğişe
Yeğişe (erm. Եղիշէ; d. 410 – ö. 475) — V əsr erməni tarixçisi. Yeğişenin "Vardan və erməni müharibəsi haqqında" əsərində 450 – 451-ci illərdə erməni xalqının Sasani əsarətinə qarşı apardığı mübarizəsi və sairə barədə məlumat verilir. Əsər Ermənistan və qonşu ölkələrin tarixinin öyrənilməsində mühüm mənbədir. Əsərdə Qafqaz Albaniyası, Atropatena, Avarayr döyüşü (451), Azərbaycanın qədim tayfaları, şəhərləri və sairə haqqında da məlumat var. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Teline
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ejiyə
İjiyə — İranın İsfahan ostanının İsfahan şəhristanının Cülgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,309 nəfər və 948 ailədən ibarət idi.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Hüseyn Tağıyev
Hüseyn Oqtay oğlu Tağıyev (8 avqust 1991; Bakı, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Tağıyev 1991-ci il avqustun 8-də Bakı şəhərində anadan olub. Əslən İrəvan şəhərindən idi.1998-ci ildə Natiq Tagıyev adına 212 saylı tam orta mətəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə Ayşən Tağıyeva ilə ailə həyatı qurdu. 28.03.2020-ci il doğumlu Nazlı adında qızları yadigar qaldı. == Hərbi xidməti == Hüseyn Tağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2015—2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu müqaviləsinin müddəti bitsə də, 2020-ci ildə yenidən müqavilə bağlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsinin Kəşfiyyat Bölüyünün sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Hüseyn Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Kamran Tağıyev
Mahmud Tağıyev
Mahmud Əzizağa oğlu Tağıyev (11 iyun 1923, Bakı – 21 noyabr 2001, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurmuş və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır. == Yaradıcılığı == Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırmışdır. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir etmişdir. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir.
Mübariz Tağıyev
Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) - azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub. Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Ailəsi == Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.