Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsis ət-Təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Book's page on Goodreads — Goodreads.com Dr.
Təfsir
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir. Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır. Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — epik növün ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. == Təqvimdən istifadə == Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Alabamada təhsil
Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur. == Tarixi == İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur. 1819-cu il Ştat Konstitusiyası ela edir : == İbtidai və orta təhsil == Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir. İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu. 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı. Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır.
Albaniyada təhsil
Albaniyada təhsil — Albaniya Respublikasındakı təhsil vəziyyətinə verilən ad. Albaniyada əhalinin savadlılıq faizi 99 %-dir (9 yaş və yuxarı). İlkin ümumi təhsil məcburidir (1-9 siniflər). Əksər oxuyanlar sonradan orta təhsili davam etdirir. Təhsili davam etdirmək üçün mütləq 9 -cu və 12 -ci siniflərin sonunda imtahan verilməli. Ölkədə əksər məktəbləri dövlət maliyyələşdirir. Ancaq son illərdə Albaniyada bir neçə özəl məktəblər fəaliyyətə başlamışdır. Dərs ili iki semestrdən ibarətdir. Dərs həftəsi bazar ertəsi başlayır və cümə günü bitir. Dərslər sentyabrın yarısı və ya oktyabrda başlayır, iyun və ya iyulda bitir.
Ali təhsil
Ali təhsil (ing. Higher education) — 1)elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil. Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsili. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir. == Ali təhsilli == Ali təhsilli - ali məktəb bitirmiş. == Ali təhsil müəssisəsi == Ali təhsil ali məktəblərdə — universitetlərdə, akademiyalarda, institutlarda və kolleclərdə verilir. Müxtəlif ölkələrdə fərqli adları ola bilər. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı.
Almaniyada təhsil
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
Avstriyada təhsil
Avstriyada təhsil — Avropanın mərkəzində yüksək səviyyəli təhsil sistemi. == Ali təhsil == Dövlət universitetlərində maksimum təhsil haqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şərlərinin Avstriyada olduğu hesab edilir. === Əsas üstünlükləri === birbaşa orta təhsildən sonra qəbul olunmaq olur; qəbul üçün yaş məhdudiyyəti yoxdur; qəbul üçün alman dilini bilmək tələb edilmir; qəbul imtahanları yoxdur (istisna: tibb, psixologiya, yaradıcı ixtisaslar) qəbul yerləri məhdud deyil və müsabiqə yoxdur qəbul zamanı attestat və diplom qiymətləri nəzərə alınmır; maksimal təhsil haqqı semestrdə 363 avro; universiteti bitirdikdən sonra ölkədə qalıb işləmək hüququ verilir. === Xüsusiyyətləri === Bütün Avstriya universitetlərində tədris Bolonya prosesi tələbləri ilədir. Universitetlərdə 330-dən çox fakültə vardır. Tələbələr eyni zamanda bir neçə universitetdə təhsil ala bilərlər. Tədris dövründə tələbələrin praktika keçməsi üçün geniş şərait yaradılır və universitet bu işdə tələbələrə kömək edir. Arzu edən tələbələr bir neçə semestri digər Avropa ölkələrinin universitetlərində keçirə bilərlər. Tədrisi bitirən tələbə təhsil aldığı səviyəyə görə bakalavr, magistr və ya doktor dərəcəsini alır.
Azərbaycanda təhsil
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir. == Tarixi == Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Belarusda təhsil
Belarusda təhsil (belar. Адукацыя ў Беларусі) — sisteminə məktəbəqədər tərbiyə, ümumi baza, ümumi orta, peşə-texniki, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil daxildir. 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 99,7% təşkil edir (2004). == Məktəbəqədər təhsil == Məktəbəqədər yaşlı (1–6 yaş) uşaqlar üçün körpələr evi, uşaq bağçaları, məktəbəqədər yaşlı uşaqlar üçün inkişaf mərkəzləri, uşaq bağça-məktəbləri fəaliyyət göstərir. 2003/04 tədris ilində 5 yaşlı uşaqların 100%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşlar. == Ümumi orta təhsil == Ümumi orta təhsil ibtidai, baza və axşam (növbəli) ümumtəhsil məktəbləri, gimnaziyalar, liseylər, internat-məktəblər, sanatoriya internat-məktəbləri, pedaqoji tədris kompleksləri tərəfindən həyata keçirilir. Ümumi orta təhsil müəssisələrində (təhsil müddəti 12 ildir) lisey və gimnaziya sinifləri, həmçinin ayrı-ayrı fənləri dərindən öyrədən siniflər təşkil olunmuşdur. 4408 orta ümum təhsil müəssisəsində 1369 min şagird təhsil alır (2004). Orta ixtisas təhsili texnikum, kollec və peşə-texniki məktəblərində həyata keçirilir (204 orta ixtisas təhsili müəssisəsində 162 mindən çox şagird təhsil alır). == Ali təhsil == Ali təhsil sisteminə klassik universitetlər, profilli universitetlər (akademiyalar), inistitutlar və ali kolleclər daxildir.
Belçikada təhsil
Belçikada təhsil — Avropanın ən qabaqcıl təhsil sistemlərindən biri. == Ali təhsil sistemi == === Ümumi prnsiplər === Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir. Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. Вu 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latın və yunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır. === Xüsusiyyətləri === Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər.
Açıq təhsil
Açıq təhsil — açıqlığa əsaslanan, tənqidi pedaqogika kimi digər təhsil hərəkatları ilə əlaqəsi olan və cəmiyyətdə geniş iştirak və inklüzivliyin tərəfdarı olan təhsil mövqeyi ilə qurulmuş təhsil hərəkatı. Açıq təhsil ənənəvi olaraq formal təhsil sistemləri vasitəsilə təklif olunan öyrənmə və təlimə çıxışı genişləndirir və adətən (lakin mütləq deyil) onlayn və distant təhsil vasitəsilə təklif olunur. "Açıq" kvalifikatoru institut əsaslı təhsildə iştirak üçün həm imkanlarına, həm də tanınmasına maneə törədə bilən problemlərin aradan qaldırılmasına aiddir. Açıqlıq və ya "açıq" təhsilin aspektlərindən biri açıq təhsil təcrübələrini dəstəkləmək üçün açıq təhsil resurslarının hazırlanması və qəbul edilməsidir. == Ümumi xüsusiyyətləri == Açıq təhsil çox vaxt cəmiyyətdə daha geniş açıqlıq hərəkatının (yəni açıq bilik, açıq hökumət, açıq giriş, açıq məlumat, açıq mənbə və açıq mədəniyyət) bir hissəsi kimi birmənalı yaxşılıq hesab olunur. Bununla belə, açıq təhsilə tənqidi yanaşmalar da işlənib hazırlanmışdır. Bunlar açıqlıq kontekstlərinin nüanslı tədqiqi, iştirak, güc və sosial ədalət məsələlərinə diqqət, açıq və qapalı ikiliklərdən kənara çıxma, eləcə də açıq təhsilin formal və qeyri-rəsmi formaları, müəllimlər və tələbələr arasında münasibətlərin araşdırılmasının fərqli perspektivləri və ehtiyacını vurğulayır. Təhsildə açıqlıq həm başa düşülən, həm də çox qatlı və ölçüləri olan mübahisəli termin hesab olunur. Bu, adaptiv, çevik və inkişaf edən bir konsepsiya kimi xarakterizə edilə bilər. Təhsildə açıqlığın tərəfdarları iddia edirlər ki, açıq təhsilin faydalarını tam dərk etmək üçün diqqəti açıq təhsil təcrübələrinə (OEP) yönəltmək lazımdır.
Baza təhsil
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsildir. == Ekoloji təhsil == Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyeti, sağlamlığı — insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Eritreyada təhsil
Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet. İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.
Estoniyada təhsil
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. == Müasir təhsil sistemi == Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır. Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri. Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi). Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər. Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. == Evdə təhsilin təşkili == məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Hessit
Hessit — mineral == Haqqında == Hessit - Ag2Te. Monoklinik b-hessit - kub (149,5°C-dən yüksək tempera­turda). Quruluşuna görə argentitə yaxın­dır. Aqreqat: kip, incədənəvər. Ayrılması {100} üzrə qeyri-mükəm­məl. Rəngi qurğuşunu-boz, poladı-boz. Parıltısı metallik. Sərtliyi 2,5. Xüsusi çəkisi 8,45. Au-Ag-lu kvars damarlarında, Au və Ag telluridləri, sərbəst Au və Fe, Pb, Cu sulfidləri ilə birgə polimetallik və kolçedan yataqlarında.
Leysit
Leysit — mineral, K[AlSi2O6] analsimlə izostruktur olan karkaslı silikat. Adi temperaturda - tetraedr (psevdokub.); 605 0 C-də kubik - β-leysitə keçir. K az miqdarda Na-la əvəz olunur. Kristal­ları - tetraqontrioktaedr, dodekaedr; İkiləşməsi {110} üzrə polisintetik. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Rəngi ağ, boz, tez-tez çoxsaylı möhtəviləri olur. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 2,5. Kaliumla zəngin doymamış əsasi effuziv və hipabissal süxurlarda tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Petsit
Petsit — mineral, Ag3AuTe2. == Haqqında == Petsit - Kubik. Aqreqat: kip, dənəvəri. Ayrılması yoxdur. Rəngi poladı-bozdan dəmiri-qaraya kimi, çox vaxt dəyişən rəngli. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,02. Hidrotermal kvars Au-Ag damarlarında silvanit, kalaverit, hessit, sərbəst Te və sulfidlərlə birlikdə. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Tefrit
Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b.
Termit
Termitlər (lat. Khuraman) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Teğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Coğrafiyası == Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. == Əhalisi == Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.