Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. == Yerləşməsi == Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. == Adın mənşəyi == Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Tərəzi
Tərəzi (fars. برج میزان‎) - varlıqların kütləsini ölçmək üçün cihaz. Müxtəlif növləri var: qollu, elektron və s.
ABŞ tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. == Qədim dövrlər == Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Tarixi ərazi
Tarixi ərazi və ya miras bölgəsi, tarixi və ya memarlıq səbəbiylə dəyərli sayılan köhnə tikililərin olduğu şəhərin bir hissəsidir. Tarixi rayonlar şəhərin mərkəzi ola da bilər, olmaya da bilər. Tarixi ərazilər ticarət rayonları, inzibati rayon və ya sənət rayonları ilə əlaqəli ola bilər və ya bunların hamısından ayrı ola bilərlər. == Kanada == Kanadada bu cür rayonlara "miras qoruma bölgələri" və ya "miras qorunma bölgələri" deyilir və əyalət qanunvericiliyi ilə tənzimlənir. == Amerika Birləşmiş Ştatları == Amerika Birləşmiş Ştatlarının bir çox yurisdiksiyasında təyin edilmiş tarixi rayonları müəyyən edən və qoruyan xüsusi qanunvericilik var. == Birləşmiş Krallıq == "Tarixi rayon" termini Birləşmiş Krallıqda istifadə edilmir. Ekvivalent şəhər əraziləri Qoruma Sahələri kimi tanınır. == İran == İran İrs və Turizm Təşkilatı dəyərli tarixi abidələri və ərazilərinə görə bir neçə şəhər seçmişdir. Baft-e Tarixi (fars dilində: بافت تاریخی və ya tarixi toxuması) bu bölgələrin adlandırıldığı bir addır. Nayin, İsfahan və Yəzd tarixi rayonları olan İran şəhərlərinə nümunədir.
Acarıstan (tarixi ərazi)
Acarıstan və ya Acara (gürc. აჭარა; tərc.: "Aç'ara") — Gürcüstanın tarixi-coğrafi bölgələrindən biridir. Bölgə Acara çayının (Acaristskali) vadisini əhatə edir. Hazırda Acarıstan Muxtar Respublikasının əraziləri daxilindədir. Acarıstan adının "aci" (gürc. აჭი) sözü ilə əlaqəli olması güman edilir. İndiki dövrdə də Gürcüstanda "Aci" (აჭი) adını daşıyan yer adları mövcuddur. == Coğrafi mövqeyi == Acarıstan qədim zamanlarda Gürcüstanın cənub-qərb hissəsində yerləşən tarixi Mesxetiya bölgəsinin bir hissəsi olub. Bölgə keçmişdən bəri Yuxarı Acarıstan (Zemo Acarıstan) və Aşağı Acarıstan (Kvemo Acarıstan) olaraq iki hissəyə bölünüb. Yuxarı Acarıstanın mərkəzi müxtəlif dövrlərdə Did-Acara, Xihahi və Xulo adlı yaşayış məntəqələri olmuşdur.
Azərbaycan (tarixi ərazi)
Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur. Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır. Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir. Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır. Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir. == Azərbaycanın islamaqədərki tarixi-siyasi coğrafiyası == Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.
Borçalı (tarixi ərazi)
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Borçaludan gəlir. == Tarixi == 1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır: === Rus işğalı === ==== Gürcüstan quberniyası tərkibində ==== 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır. ==== Gürcüstan–İmeretiya quberniyası tərkibində ==== ==== Tiflis quberniyası tərkibində ==== 1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv.
Bəhreyn (tarixi ərazi)
Şərqi Ərəbistan və ya Bəhreyn (ərəb. اَلْبَحْرَيْنِ‎) — Ərəbistanın şərq hissəsini əhatə edən tarixi region. Region Bəsrənin cənubundan İran körfəzi sahilləri boyunca uzanırdı və Bəhreyn, Küveyt, Əl-Xasa, Qətif, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraqın cənubu, Əhvaz və Omanın şimalını əhatə edirdi. Şərqi Ərəbistanın bütün sahil xətti əsrlər boyu "Bəhreyn" kimi tanınırdı.
Bəlucistan (tarixi ərazi)
Bəlucistan — Bəlucların yaşadığı ərazi == Coğrafi mövqe == == Tarix == Bəlucistan xanlığı 1758-1795-ci illərdə mövcud olmuşdur.
Dmanisi (tarixi ərazi)
Dmanisi — Tbilisidən 85 km cənub-şərqdə, Maşavera və Pinezauri çaylarının qovuşduğu yerdə arxeoloji abidə. 1936-37-ci illərdə ilk qazıntılar aparılmış (L.V.Musxelişvili), 1960-cı ildən davam etdirilmişdir (V.V.Caparidze, D.D.Kopaliani və b.). Erkən Paleolit dövrü göl çöküntülərindən daş əmək alətləri ilə yanaşı, 1991-2002-ci illərdə Homo ergaster/Homo erectus və Homo habilis/Homo rudolfensis (1,8-1,7 mln. il əvvəl) cizgiləri olan 5 kəllə aşkar edilmişdir. Son Tunc və Erkən Dəmir dövrünə aid tapıntılar da var. VI-VII əsrlərdə kənd dairəsinin mərkəzi olan Dmanisidə yepiskop kafedrası yerləşirdi. IX əsrdə ərəblər, XI əsrdə isə səlcuqlar tərəfindən tutulmuşdu. X-XI əsrlərdə şəhərə çevrilmiş, XI-XIII əsrlərdə çiçəklənmə dövrünü yaşamışdır. 1123-cü ildə Qurucu David şəhəri işğal etmişdi (bu zaman sonuncu səlcuqi hökmdarı Sultan Səncər [1118 -57] hakimiyyətdə idi). Teymurun yürüşü zamanı dağıdılmış, XIV əsrin sonu XV əsrin əvvəllərində tənəzzülə uğramış, kəndə çevrilmişdir.
Ermənistan (tarixi ərazi)
Ermənistan və ya Tarixi Ermənistan (erm. Պատմական Հայաստան) — Kiçik Asiyanın şərqində tarixi və coğrafi vilayət. Vilayət əsasən Kiçik Asiyanın Ermənistan yaylası, o cümlədən Cənubi Qafqazın bir hissəsini əhatə edir. Ermənistan erməni xalqının tarixi təşəkkül tapdığı və yaşadığı ərazidir. Tarixi Ermənistanın siyasi, mədəni və iqtisadi mərkəzi Ağrı vadisi olmuşdur. Müasir Ermənistan Respublikası tarixi Ermənistan ərazisinin təqribən onda birini əhatə edir. Müxtəlif hesablamalara görə, tarixi Ermənistanın ərazisi 300 min ilə 360 min km2 idi. Tarixi şərtlərə görə vilayət Qərbi (Roma, Bizans, Osmanlı) və Şərqi (İran, Qafqaz, Rusiya) hissələrə bölünür. Vilayət tarix boyu çox sayda dövlətin bir hissəsi olmuş və bütövlükdə qısa bir müddət yalnız bir dəfə bir hökmdarın nəzarəti altında olmuşdur. Vilayətin hüdudları Böyük Ermənistan, Kiçik Ermənistan və Kilikiya çarlığının sərhədləri ilə üst-üstə düşür.
Muğan (tarixi ərazi)
Muğan — eyniadlı düzlükdə yerləşən tarixi ərazi. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. == Tarixi == === Xilafət dövrü === Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib. === Türk-monqol tayfalarının köçü === Hələ monqol istilasından əvvəl türkmənlər Arran və Muğanda “qarışqalar kimi qaynaşırdılar”. Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.
Məsqət (tarixi ərazi)
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Qaraçay (tarixi ərazi)
Qaraçay (qaraç.-balk. Къарачай) — Böyük Qafqazın şimal hissəsindəki dağlarda türk dilli Qaraçayların yerləşib, yaşadığı tarixi ərazi. Qaraçaylar Qafqaz dağlarında və dağətəyində, indiki Qaraçay-Çərkəz Respublikasının ərazisində yaşayırlar. == Etimologiyası == Adın ümumiyyətlə qəbul edilmiş etimologiyası türkcəsində kara - "qara" və çay - "çay" mənasını verir. Lakin bu toponimin dəqiq lokasiyası müəyyən edilməyib. Qaraçay-Balkar dilinin özündə, son söz saxlanılmayıb, lakin bəzi digər türk dillərində (Krım-tatar, Türk, Azərbaycan) mövcuddur. == Coğrafiyası == Qaraçayın əsl ərazisi, Uçkulan, Ullu-Kam, Daut (Duut) və digər kiçik qolları daxil olmaqla və Teberda çayının Kuban ilə birləşməsindən əvvəl Kuban çayının yuxarı hissəsindəki vadidir. 1860-cı illərdən sonra Qaraçaylar həm qərbdə çay vadilərinə - Teberda, Aksaut, Maruxa, Böyük Zelençuk və daha sonra şərqə, birbaşa Balkariyaya bitişik olan dağ çayları vadilərinə (Xasaut, Kiçmalka, Podkumok, Eshkakon) yerləşdilər. Müasir genişlənmiş mənada Qaraçay, Qaraçayların məskunlaşma ərazilərinin hamısını, o cümlədən XX əsrdə Qaraçayların yaşadığı Qaraçay-Çərkəs Respublikasının düz şimal-şərq hissəsini (Prikuban və Ust-Cequtinski rayonları) əhatə edir. == Tarixi == Qafqaz müharibəsi zamanı, 1828-ci ildə Xasaukin döyüşündən sonra Qaraçay Çar Rusiyasının nəzarətinə düşdü.
Şirvan (tarixi ərazi)
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi. == Adın etimologiyası == Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.
Şəki (tarixi ərazi)
== Ərazisi == Müxtəlif dövrlərdə hakimlik, xanlıq, vilayət, ölkə və s. adlandırılan bu tarixi ərazi əsasən İndiki Azərbaycan Respublikası ərazisinin şimal-qərb hisəsini, həmçinin, qismən, indiki Gürcüstan Respublikasının ərazisinin şərqini və indiki Rusiya Federasiyasındakı Dağıstan Respublikası ərazisinin cənubunu əhatə etmişdir. == Tarixi == Şəki knyazlığı Şəki hakimliyi Şəki xanlığı Şəki əyaləti Nuxa qəzası Şəki rayonu == Şəkinin hökmdarları, xanları və məlikləri == Seyid Əli Orlat -1393 — 1399 Seyid Əhməd Orlat 1393 — +1423/24 Əli inaq -1435 — +1435 1444/45 — 1456/57 Əlican (Candar) xan (Qara keşişin oğlu) 1456/1457 — ? Qutul xan (Əlican xanın oğlu) Əbdülqafar -1447/1448 — +1468/1469 ___ — ____ Zəki (Şəki) xan (Qutul xanın oğlu) -1497 — 1497 Şahhüseyn -1519 — May,1524 Həsən sultan May,1524 — May, 1551 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu) === Şəkidə Səfəvi, Osmanlı və Nadir şah hakimiyyəti dövrü (1551-1746) === ==== Şəki hakimləri ==== 1551 — ___1555 Toygün bəy Qacar 1555 — ?
Tetrax tetrax
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Seraki
Seraki (rus. сераки, ing. seracs, ice pennacles on the glacier) — fr.serac, lat. serum – sulu maye – buz dillərinin qeyri-bərabər əriməsi nəticəsində buz şəlalələrinin səthində əmələ gəlmiş buz piki və dişləri.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014). Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. == Tarixi == Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Vəravi
Vəravi — İranın Fars ostanının Möhr şəhristanının Vəravi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4,056 nəfər və 847 ailədən ibarət idi.
Fərxi
Fərxi — İranın İsfahan ostanının Xur və Biyabanək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,600 nəfərdən ibarət idi.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Albaniya tarixi
== Alban xalqının formalaşması == Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır. == Orta əsrlər == === Osmanlı dövrü === 1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib. === İskəndər bəyin üsyanı === İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir. == İkinci Dünya Müharibəsi illərində == == Müharibədən sonrakı Albaniya == Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi.
Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir. == Tarix == Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir. Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu. === Kommunizmdən bu günə === Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.
Ali Tərəmaxi
Ali Tərəmaxi (1591 Hakkari - 1653 Hakkari) — Kürd ədəbiyyatçısı, İslam alimi və dilci.
Almaniya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Andorra tarixi
Andorra tarixi — Andorranın yaranması tarixi haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə ispan və fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalıq üstündə ispan və fransız feodalların rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başlayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Urxel yepiskopu ilə (İspaniya) qraf de Fua (Fransa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu ikili asılılıq indi simvolik xarakter daşıyır. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.
Antarktida tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. == Tarixi == Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar. Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
Aptek seteraxı
Atamurad etrapı
Atamurad etrapı (türkm. Atamyrat etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi etrap tabeli Atamurad şəhəridir.
Avropa tarixi
Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir. Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar.