Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Tərəkəmə
Tərəkəmə (rəqs) — Azərbaycanın ritmik xalq rəqsi. Tərəkəmə (film, 2003) — tərəkəmə haqqında film. Tərəkəmə (Maku) — kənd.
Təkləmə
Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
Tərəkəmə (Maku)
Tərəkəmə (fars. تركمه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (44 ailə).
Tərəkəmə (Rəqs)
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər. Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. "YouTube"da "Tərəkəmə" rəqsi.
Tərəkəmə camaatı
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir. Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər.
Tərəkəmə folkloru
Tərəkəmələr - Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. Tərəkəmələrin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Köçəri həyat tərzi yaşayırlar. "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Toylarda çox ifa edilən “Tərəkəmə” rəqsini yəqin ki, hamımız ya oynamışıq, ya da dinləmişik. Köçəri tayfaların çöl həyatının ən dolğun ifadəsi olan bu rəqs rəqqasın ifası ilə bütün tərəkəmə camaatının həyat tərzini özündə ifadə edir. Onlar da bu cür ritmik, bir yerdə qərar tutmayan, çevik olduqları qədər də saf, təmiz olan, lazım gəldikcə qoçaqlıq göstərən bir xarakterə sahibdirlər. “Tərəkəmə” sözünün kökü “tər” sözüdür (tər-sifətdir təzəlik mənasını ifadə edir) yəni yuxanın təri, otun təri. Sonra “tər” sözünə “ə” isim düzəldən şəkilçi artırılır.Bələliklə “tərə” (yəni göy-göyərti, təzə otlaq, biçənək) sözü əmələ gəlir. Sonra isə tər sözünə “kəm” hissəciyi əlavə edildikdə tərəkəmənin otu, tərəsi, göyərtisi kəm olanda təzə yurda, oylağa köçürlər anlamı yaranır, daha sonra “tərəkəm” sözünün sonuna “ə” isim düzəldən şəkilçisi əlavə olunanduqda “tərəkəmə” sözü meydana çıxır.
Tərəkəmə rəqsi
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər. Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. "YouTube"da "Tərəkəmə" rəqsi.
Ullu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Tərəkəmə (Dağıstan)
Tərəkəmələr və ya Tərəkəmə xalqı — Rusiyanın Dağıstan bölgəsində yaşayan Azərbaycan türklərinin etnik qruplarından biri. Onlar tez-tez uzun müddət Qafqazda yaşamış, hal-hazırda Cənubi Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistana yayılmış Qarapapaqların bir hissəsi hesab edilir. Dağıstan yaşayan tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar və onların böyük bir hissəsi köçəri həyat tərzi sürür. Tərəkəmə termini türkmən etnonimi ilə əlaqəlidir. Əvvəlki dövrlərdə bu addan daha geniş anlamda istifadə edilirdi. Əvvəlki dövrlərdə bu ad etnik, tayfa adı kimi işlədilirdi. Azərbaycanda XIX və XX əsrlər boyunca əsasən köçərilərə bu ad deyilməyə başladı. Beləliklə, köçəri sözü tərəkəmə sözü ilə eyni məna ifadə etməyə başladı. Tarixçi və yazıçı A. D. Yeritsov bildirir ki, əslində tərəkəmə termini yerli oturaq əhali tərəfindən ayrı etnos və ya ayrı xalq kimi işlədilməmişdir. Sadəcə yerli əhali köçəriliklə məşğul olan bütün Tatarları (Azərbaycan türklərini) bu adla adlandırmışdır.
Nəcəf-i Tərəkəmə (Kəleybər)
Nəcəf-i Tərəkəmə (fars. نجف تراكمه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,432 nəfər yaşayır (324 ailə).
Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı
Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir. == Tərəkəmə Çərşənbəsi == Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər. 2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir. Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. == Bütün festivallar == === I festival === I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir. === II festival === II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır.
Qamma testləmə
Qamma testləmə - (ing.gamma testing, ru.гамма-тестирование) -proqram məhsulunun satışa buraxılmasından öncə testlənməsinin üçüncü mərhələsi. Qamma testləmə mərhələsində yalnız sənədləşmə və qablaşdırma son şəkildə olmaya bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.