Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Narva, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır. 1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
Tachara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Ağacvari asfodelina
Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Kökləri nazik, qısa, qonurdur. Gövdə 10–50 sm hündürlüyündə, ortadan yuxarı budaqlanandır. Yuxarı tərəfi sıxyarpaqlı, aşağı hissəsi ağ pərdəli genişlənmişdir. Salxım boş, 4–10 çiçəklidir. Çiçəkyanlığı ağ, 8 mm uzunluğundadır. Çiçəkyanlığının yarpaqları ellipsivari, kütdür.
Ağacvari fındıq
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Ağacvari hortenziya
Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir.
Ağacvari söyüd
Ağacvari söyüd (lat. Salix arbuscula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyanın Avropa hissəsində, Şotlandiyada, Skandinaviyada və İsveçrədə təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda alp və aşağı alp qurşağında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 30 sm-ədək, çoxbudаqlı kоlcuqdur. Bitkinin budаqlаrı qırmızıqоnur rəngli, çılpаqdır. Tumurcuqlаrı хırdа və sivri olub, qırmızı-sаrıdır.
Ağacvari xostək
Sapvari dəlikçiçək
Sapvari dəlikçiçək (lat. Androsace filiformis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Sapvari yovşan
Sapvari yovşan (lat. Artemisia capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Tükvari qamçılıca
Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. Elmi adı : Anogramma leptopyylla (L.) Link IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Şarvari evkalipt
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Ağacvari şoran
Fərid Macari
Fərid Macari (ing. Fareed Majari; 12 avqust 1958, Marburq, Hessen – 8 aprel 2023) — İran mənşəli Almaniya kinorejissoru və mədəniyyət meneceri. O həmçinin, Höte İnstitutunun Los-Anceles şöbəsinin direktorudur. Macari əvvəllər Höte İnstitutunun Livan (Beyrut) və Fələstində (Ramallah) şöbələrinin direktoru vəzifəsində çalışmış, həmçinin Moskva və Münhendə işləmişdir. O, 1995 və 1996-cı illərdə Konnektikut Universitetində professor olmuşdur. Macari Ramallahda çəkilən "Matabb" serialının prodüseri və həmmüəllifidir.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Tacarıq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Cvari (şəhər)
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Cvari monastırı
Cvari monastırı (gürc. ჯვრის მონასტერი) — Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks monastırı. Monastır Msxetadakı digər tarixi abidələrllə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Cvari monastırı Kür və Araqvi çaylarının qovuşduğu yer yaxınlığında hündür qayalı dağın zirvəzində yerləşir və qədim dövrdə İberiya çarlığının paytaxtı olmuş Msxeta şəhərinə baxır. Ənənəvi inanca görə IV əsrin əvvəllərində Kral III Miriana xristianlığı qəbul etdirmiş Müqəddəs Nino bu ərazidəki paqan məbədinin yerində böyük taxta xaç ucaltmışdır. Deyilənə görə xaç açıq möcüzələr göstərmiş, buna görə də bütün Qafqaz ərazisindən onun ziyarətinə gəlmişlər. 545-ci ildə taxta xaçın qalıqları üzərində "Kiçik Cvari kilsəsi" adlandırılan ilk kilsə inşa edilmişdir. "Böyük Cvari Kilsəsi" adlandırılan hazırkı kilsə 590–605-ci illərdə I Stefan tərəfindən inşa etdirilmişdir. Bu məlumatın verildiyi və kilsənin fasadında yerləşdirilmiş Cvari kitabələrində kilsənin memarlarının da adı qeyd edilir: Stefanos Patrikiya, Demetri Hipatos və Adernese Hipatos. Professor Kiril Tumanov bu şəxslərin II Stefan, Demetre (I Stefannın qardaşı) və II Adernese (II Stefanın oğlu) ilə identikləşdirilməsinə razı deyil.
Cvari şəhəri
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Pavarı
Pavarı (az-əbcəd. پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Səd Talvar (Bicar)
Səd Talvar (fars. سد تلوار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (11 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Azərbaycan Tatları
Tatlar — irandilli etnoslardan biri. Abşeron yarımadasında, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. == Dil == Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Yəhudi, Zərdüşt və Xristian tatlar da vardır. === Rəsmi statistika === == Tanınmış şəxsiyyətlər == == İstinadlar == == Mənbə == Qəmərşah Cavadov.
Tacarıq (Miyanə)
Tacarıq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 653 nəfər yaşayır (141 ailə).
Veronikanın Saçları
Veronikanın Saçları (işarəsi Com (lat. Coma Berenices)) — göyün Şimal yarımkürəsində bürc. Misir çariçası II Veronikanın Afroditaya qurban edilmiş saçları ilə adlandırılmışdır. Ən parlaq ulduzu 4,4 vizual ulduz ölçülüdür (β-dır). Qalaktikanın Şimal qütbü Veronikanın Saçlarındadır. Azərbaycanda qışda, yazda və yayda görünür.
Xorasan tatları
Xorasan tatları — İranın Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan tatlar. Xorasan tatlarının dilləri ehtimalən tacik, kurmanc (kürd) və Xorasan-türk dillərinin qarışıqından əmələ gələn dildir.
İran tatları
İran Tatiləri — İranda yaşayan tati dilində (qafqazdakı tat dilindən tamamilə fərqlənən müstəqil dil) danışan etnik qrup .