Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taksim Meydanı
Taksim meydanı — İstanbulun Bəyoğlu səmtində yerləşən Taksim Meydanı İstanbul şəhərinin ən məşhur məkanlarından biridir. Restoranları, mağazaları, otelləri, əyləncə və mədəniyyət məkanları ilə İstanbulun ən böyük turizm mərkəzlərindən biridir. Cümhuriyyət dövründə meydana çevrilən Taksim meydanı bir çox siyasi və ictimai tədbirlərə də ev sahibliyi etdi. Meydandakı trafiki qismən yerə endirən Taksim Piyadalaşma Layihəsi 2013-cü ildə qismən tamamlandı. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 2020-ci ilin fevral ayında başlayan beynəlxalq dizayn yarışmasında İstanbulluların səsverməsi ilə birinci olacaq layihəyə görə Taksim Meydanının yenidən təşkil edilməsinə qərar verilmişdir. Taksimi bir istiqamət olaraq təyin etmək mümkün deyil. Onu daha çox meydan və onu əhatə edən tikililər toplusu kimi görmək daha düzgündür. Meydana çevrilməmişdən əvvəl köhnə evlər düzülmüş dar bir ərazi olan ərazi genişləndirilərək meydana çevrildikdən sonra zamanla indiki simasını aldı. Meydanın ortasındakı Cümhuriyyət Abidəsi milli günlərdə təkcə tədbir məkanı kimi istifadə edilmir, həm də İstiqlal küçəsi və ətraflarında vaxt keçirməyə gələnlərin görüş yeri kimi də xidmət edir. Taksim meydanının başlanğıcından Tünel meydanına qədər Nostalji tramvay hərəkət edir.
Taksim məscidi
Taksim məscidi (türk. Taksim Camii) — İstanbulun Bəyoğlu səmti, Taksim meydanında yerləşən məscid. Taksim məscidinin memarları Şəfiq Birkiyə və Səlim Dalamandır. Məscidin tikintisinə 2017-ci il fevralın 9-da başlanılıb. Məscidin açılış mərasimi, 2021-ci il mayın 28-də Cümə namazından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak ilə gerçəkləşmişdi. Mərasimdən əvvəl Taksim meydanına gül suyu səpilmişdi. Taksim meydanında məscid tikilməsi fikri ilk dəfə 1968-ci ildə gündəmə gəlib və layihənin gerçəkləşdiriləcəyi ərazi 1977-ci ildən rayonlaşdırma planına əsasən məscid kimi müəyyən edilib. Lakin, 1983-cü ildə Dövlət Şurasının qəbul etdiyi qərara görə tikinti baş tutmadı. 1990-cı illərdə məscidin tikintisi yenidən gündəmə gətirildi. Məscid layihəsi məsələsi, 2011-ci ildə yenidən müzakirə mövzusu oldu.
Taksim (İstanbul metropoliteni)
Taksim metrostansiyası (türk. Taksim metro istasyonu) — İstanbulun ən populyar meydanı olan Taksim meydanı altında yerləşən, M2 və F1 xəttlərində yerləşən stansiya. İstanbulun ən çox izdihamlı metro stansiyasıdır. Günün pik saatlarından asılı olaraq, anbardan boş nəqliyyat vasitələri Taksim stansiyasından 4.5 ilə 9 dəqiqəlik aralıqlarla gedirlər. Hər gün 394 reys qəbul edən stansiya günlük xəttdən istifadə edən 195 min sərnişinin böyük bir hissəsini qəbul edir. Taksim stansiyasının ikinci mərtəbəsində, yer səviyyəsindən 23.5 metr yüksəklikdə olan və dörd mərtəbədən ibarət olan Taksim-Kabataş funikulyor xətti üçün bir ötürmə stansiyası da yerləşir. Adı çəkilən marşrut üzrə metro xəttinin inşası üçün ilk konkret addım 7 mart 1992-ci il tarixində Garanti Koza-Enka-Doğuş müştərək müəssisələrinə xəttin inşası yolu ilə dövrün dəyərləri 757.882.080.574 TL tender yolu ilə həyata keçirilmişdir. İlk tender Taksim-4-cü Levent ərazisini əhatə edən xəttin Taksim-Şişli ətəyindən ibarət ilk üç stansiyanın inşası üçün tikilmişdir. Stansiyanın təməli 19 avqust 1992-ci ildə qoyuldu və 12 iyun 1994-cü ildə Şişli tunelinə bağlandı. Satın alınan nəqliyyat vasitələri ilk dəfə yüklənmiş, bütün xətt başa çatdıqdan sonra 11 yanvar 1999 tarixində, bundan sonra ilk sınaq 25 mart 1999-cu ildə həyata keçirildi.
Taksim Cümhuriyyət Abidəsi
Cümhuriyyət abidəsi — İstanbulda mövcud olan, Taksim meydanında yerləşən abidədir.
Taksim Gezi Parkı
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır. Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü. Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir. Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi. 28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.
Taksim Gəzi Parkı
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır. Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü. Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir. Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi. 28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.
2013 Taksim Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
TASİM
TASİM (ing. TRANS-EURASIAN INFORMATION SUPER HIGHWAY) və yaxud Trans-Avrasiya Super İnformasiya Magistralı — 21 dekabr 2009-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyası TASİM haqqında ilk qətnaməni qəbul etmişdir. 30 ölkənin birgə sponsorluğu ilə qəbul edilmiş sənəddə Azərbaycan Respublikasının TASIM-in koordinasiyasında xüsusi rolunu yer verilib. Ümumi uzunluğu 11 000 kilometr təşkil edir. Nyu-York şəhərində təşkil olunan 6-cı Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq dünyanın 13 qlobal layihəsindən biri seçilib. TASİM layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib. TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkədir. 2013-cü ildə BMT Baş Assambleyasının növbəti sessiyasında TASIM-in inşasına dəstək verən ikinci qətnaməni qəbul etmişdir. Baş Asambleyanın 67-ci sessiyasının 98-ci plenar iclasında qəbul edildiyi sənədə İsrail, Türkiyə, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şri Lanka və Yeni Zelandiya qətnamənin müəllifləri kimi qatqıda yer almışdır. "Trans-Avrasiya Super İnformaiya Magistralı" layihəsini reallaşdırmaq üçün beş ölkənin — Rusiya,Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmışdır.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi. Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi. Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.
Maksim Averin
Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir. 2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı. 2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu. Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Maksim Krıvonis
Maksim Krıvonis (ölüm 1648, Lvov) — Hmelnitski üsyanında Kazak liderlərindən biri. Həmçinin bir Kazak polkovnikidir.
Maksim Litvinov
Maksim Maksimoviç Litvinov (rus. Макси́м Макси́мович Литви́нов, 17 iyul 1876[…], Belostok, Litva general-qubernatorluğu[d] – 31 dekabr 1951[…], Moskva) — SSRİ-nin xarici işlər komissarı (1930–1939), inqilabçı. == Həyatı == Maksim Maksimoviç Litvinov 17 iyul 1876-cı ildə Rusiya imperiyasının Qrodnenski quberniyasının Belostok şəhərində anadan olmuşdu. Real məktəb bitirmişdi. Bakı şəhərində hərbi xidmətdən keçmişdi. Maksim Litvinov 31 dekabr 1951-ci ildə Moskva şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == Xalq Xarici işlər komissanmn müavini M.M.Litvinov 1921-ci il iyulun 23-də RSFSR hökuməti yanında sovet respublikalarının səlahiyyətli nümayəndəliklərinə məktub göndərdi. Məktubda deyilirdi ki, Şərqin və Qərbin buıjua kapitalizm quruluşu fəhlə- kəndli hökumətini zəiflətmək və məhv etməkdən əl çəkməmişdir. O, fəhlə-kəndli hökumətinin yeni iqtisadi və siyasi quruluş yaratmasına mane olmaq istəyir. Ona görə də Litvinov bir sıra tədbirlərin görülməsinin zəruriliyini irəli sürdü.
Maksim Marduxayev
Maksim Marduxayev (rus. Максим Иосифович Мардухаев; d. 24 fevral 1960, Moskva, RSFSR, SSRİ) — rus əsilli Fransa rejissoru. == Həyatı == Maksim Marduxayev 24 fevral 1960-cı ildə Moskvada anadan olub. 1973-cü ildə anası və kiçik qardaşı Kiril ilə birlikdə Parisə köçmüşdür. Həmin vaxtadək hər il yay tətilini ata nənəsinin yanında - Bakıda keçirmişdir. O, Paris şəhərində təhsilini başa vurmuşdur. Parisdə olarkən Banindən rus dili üzrə dərslər almışdır. Atasının təkidi ilə bir neçə il tibb, daha sonra isə hüquq üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Hollivuda getmiş, assistent kimi işləmişdir.
Maksim Marinin
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü, həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Maksim Matlakov
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010). O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir. == İstinadlar == == Xarici keçidlər == Maxim Matlakov. Chess-DB.com Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) Maxim Matlakov.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun keçmiş müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim ümumilikdə millinin heyətində 81 dəfə forma geyinib. == Futbolçu karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Medvedyev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun keçmiş müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim ümumilikdə millinin heyətində 81 dəfə forma geyinib. == Futbolçu karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Maksim Mofra
Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar, departament Sarta) — fransız rəssam-impressionist. == Bioqrafiyası == Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 və ya 15 sentyabr 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.
Maksim Musayev
Maksim Talıb oğlu Musayev (18 avqust 1938, Nərimanlı, Basarkeçər rayonu – 27 oktyabr 2021, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000). == Həyatı == Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır. 1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.