Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qüvvət sıraları
∑ n = 0 ∞ a n ( x − c ) n = a 0 + a 1 ( x − c ) + a 2 ( x − c ) 2 + . . . + a n ( x − c ) n {\displaystyle \sum _{n=0}^{\infty }a_{n}(x-c)^{n}=a_{0}+a_{1}(x-c)+a_{2}(x-c)^{2}+...+a_{n}(x-c)^{n}} sırasına c {\displaystyle c} nöqtəsində qüvvət sırası deyilir.Burada a n {\displaystyle a_{n}} əmsalları ədədlərdir.Xüsusi halda c = 0 {\displaystyle c=0} olarsa, onda ∑ n = 0 ∞ a n x n = a 0 + a 1 x + a 2 x 2 + ⋯ . {\displaystyle \sum _{n=0}^{\infty }a_{n}x^{n}=a_{0}+a_{1}x+a_{2}x^{2}+\cdots .} Bu sıraya sıfır nöqtəsində qüvvət sırası deyilir. e x = ∑ n = 0 ∞ x n n ! = 1 + x + x 2 2 ! + x 3 3 ! + ⋯ , {\displaystyle e^{x}=\sum _{n=0}^{\infty }{\frac {x^{n}}{n!}}=1+x+{\frac {x^{2}}{2!}}+{\frac {x^{3}}{3!}}+\cdots ,} sin ⁡ ( x ) = ∑ n = 0 ∞ ( − 1 ) n x 2 n + 1 ( 2 n + 1 ) ! = x − x 3 3 !
Üzüklərin hökmdarı: Qüvvət üzükləri (teleserial, 2022)
Üzüklərin Hökmdarı: Qüvvət üzükləri (ing. The Lord of the Rings: The Rings of Power) — Con Tolkinın Orta Dünya haqqında əsərləri əsasında çəkilən teleserial. Amazon Prime Video vasitəsilə yayımlanacaq proyektin hazırlanmasına 2017-ci ildə başlanılıb. 2019-cu ildə isə teleserialın çəkilişinə start verilib. Birinci mövsüm Legendariumun ikinci dövründə baş verən hadisələr haqqında bəhs edəcək. Hesablamalara görə teleserial tarixin ən bahalı seriallarından biri olacaq. Təkcə birinci mövsümün qiyməti təxminən 465 milyon ABŞ dollarına başa gələcək. == İstehsalı == 13 Noyabr 2017-ci ildə Amazon Con Ronald Ruel Tolkinın "Üzüklərin hökmdarı" romanını ekranlaşdırma hüququnu qazandı. Mətbuatda yayımlanan məlumatlara görə, Amazon, Tolkinın əsərləri hüquqlarına sahib olan təşkilatlarla (Tolkien Estate, HarperCollins və New Line Cinema) $ 200–250 milyon dollar müqabilində müqavilə bağladı, hansı ki Netflix şirkətinin təklif etdiyi məbləğindən çox idi. Müqavilənin şərtlərinə görə, Amazon iki il ərzində (yəni 2019-cu ilin noyabrına qədər) teleserialın istehsalına başlamalı idi.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Tagveti
Tagveti (gürc. თაგვეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 103 nəfər idi. 2014-cü ildə 56 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
TatNet
TatNet ("Tatar İnternet" üçün qısa), tatar xalqı və ya Tatarıstan haqqında Veb seqmentində ümumiyyətlə istifadə olunan tatar dilli İnternet istifadəçilərinin adıdır. Buraya bir çox dildə veb səhifələr və veb saytlar daxildir.Tatar dilində ilk e-poçt mesajı, ehtimal ki, 1991-ci ildə Azad Avropa / Azadlıq Radiosunun Tatar-Başqırd Xidmətinin işçiləri internetdən və elektron rabitədən müntəzəm olaraq istifadə etməyə başladıqda göndərildi və qəbul edildi. 1994-cü ildə tatar dilli poçt siyahısı (TMG, Tatar Poçt Qrupu üçün dayanan) quruldu və bu il ümumiyyətlə Tatar İnternetinin doğuş ili olaraq qəbul edilir. Təxminən 2000-ci ildən bəri Tatnet partlayıcı şəkildə inkişaf edir, hər il ona çox sayda veb sayt və veb sayt əlavə olunur. Tatnetin mövcudluğu tatar xalqının birliyinə və konsolidasiyasına çox böyük töhfə verməkdə davam edir, çünki tatarlar bütün dünyaya dağılmışdır və tatarların böyük əksəriyyəti etnik vətənləri olan Tatarıstan xaricində yaşayırlar. Tatar İnternet istifadəçiləri əvvəllər getdikcə daha çox üstünlük təşkil edən Latın və Kiril yazılarını istifadə edirlər. TatNet adı eyni adda Runet, Kaznet, Uznet və digərlərinin analoqu olaraq yaranan "Tatar İnternet" üçün bir portmanteau. TatNet Tatarıstan səlahiyyətlilərindən bəzi dəstək alır e. g. Kütləvi Rabitə üzrə Respublika Agentliyi (Tatmedia) veb sayt qurmaq üzrə illik "TatNet ulduzları" ("Татнет йолдызлары") müsabiqəsinin təşkilində kömək edir.
Tayşet
Tayşet (rus. Тайшет) — Rusiya Federasiyasında yerləşən şəhər, İrkutsk vilayətinə daxildir.
Mavlet Batirov
Mavlet Alavdinoviç Batirov (12 dekabr 1983, Xasavyurt, Dağıstan MSSR -də anadan olub) — rusiyalı sərbəst güləşçi, iki qat Olimpiya çempionu (2004 və 2008), 2007-ci ildə dünya çempionu, 2006-cı ildə Avropa çempionu, dəfələrlə Rusiya çempionu; Asiya çempionu Adəm Batirovun böyük qardaşı. Yalnız Mavlet Batirov, Buvaysar Saytiyev və Roman Vlasov Rusiya millisinin tərkibində güləş idman növündə birdən çox Olimpiya qızıl medalını qazana biliblər (1996-2016). == Həyatı == Mavlet Batirov Dağıstan əsilli avardır.Güləş sevgisi Batirova uşaq ikən, onu kiçik yaşlarından müxtəlif turnirlərə və yarışlara aparan atası Alavdin Niyazbəyoviç tərəfindən aşılanmışdır. İlk dəfə atası Mavleti və kiçik qardaşı Adəmi yeddi yaşında olarkən idman zalına gətirir. Batirovun iştirak etdiyi ilk yarışma, birinci yeri qazandığı Xasavyurtdakı gənclər turniri idi. O vaxt Mavlet Batirovun on yaşı var idi və çəkisi 22 kiloqram idi. Onun ilk məşqçisi Sayqidpaşa Umaxanov idi. Batirov 2003-cü ildən Rusiya millisində çıxış edirdi. CSKA klubunu təmsil edirdi. Şəxsi məşqçilər: Sayqidpaşa Umaxanov, Maqomed Əzizov, Çambolat Tedeyev idi.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Yuri Yarvet
Yuri Yevgeniyeviç Yarvet (est. Jüri Järvet) — Sovet və Estoniya aktyoru, Estoniya SSR-in xalq artisti (1969), SSRİ xalq artisti (1975). == Həyatı == Yuri Yarvet (22 fevral 1938-ci ilə qədər Georgi Kuznesov) 1919-cu ildə Tallində anadan olmuşdur. Milliyyətcə rusdur. O, eston ailəsində tərbiyə alıb və rus dilini pis bilib. Onu filmlərdə rus aktyorlar səsləndirirdilər. O, ilk dəfə səhnəyə 1941-ci ildə çıxmışdır. 1946-cı ildə Yarvet Estoniya SSR-in Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1949-cu ildə Cənub-Eston teatrının baş rejissoru olmuşdur. Kəskin və bacarıqlı aktyor olan Yarvet yaradıcılığında fantaziya, yumor və faciədən istifadə etmişdir.
Avdet (qəzet)
Avdet (krımtat. Avdet, Авдет — «Qayıdış») — müasir sosial-siyasi-mədəni xarakter daşıyan iki dilli qəzet. Qəzet 15 iyun 1990-cı ildən fəaliyyət göstərir. Bu Krım tatarlarının deportasiyası anından etibarən krımtatar dilində buraxılan ilk müstəqil mətbu orqandır. Qəzet Krımtatar milli hərəkatı təşkilatına məxsusdur. Adının müəllifi isə Mustafa Cəmilyevdir. İlk redaksiya Bağçasaray yerləşirdi:Əvvəllər Sərvər Kərimovun, daha sonralar isə İlmi Ömərovun evində buraxılırdı. Qəzetin ilk nömrələri Riqada çap olunurdu. Qəzetləri oraya A. Süleymanov aparırdı. Sonradan isə qəzeti Bağçasarayda dərc etməyə başladılar.
Tavçe qravçe
Tavçe qravçe (mak. Тавче гравче) — tavada qızardılmış paxladan ibarət Şimali Makedoniya mətbəxinə aid yemək. Serb mətbəxində buna bənzər prebranas adlı yemək də var. == Haqqında == Yeməyin adı iki sözdən ibarətdir: "tavçe" — xüsusi gil qab; "qravçe" isə — paxla mənasını verir. Yeməyin "tavçedə qravçe" və "makedonsayağı paxla" kimi digər adları da var. Hazırlanması üçün tetovas növündən olan böyük ağ paxladan istifadə olunur. Tetovas paxlası ölkənin şimal-qərbində yerləşən Tetovo şəhərində yetişdirilir. Yeməyin tərkibinə ağ paxladan başqa girdə soğan, bitki yağı, qırmızı bolqar bibəri, həmçinin duz, istiot, cəfəri kimi müxtəlif ədviyyatlar da daxildir. Hazırlanmamışdan əvvəl paxla şişənə və yumşalana qədər suda saxlanılır, sonra hazır vəziyyətə çatanadək qaynadılır. Paxla hazırlanana yaxın üstünə yağda az qızarmış soğan və ədviyyatlar əlavə olunur.
Tazet nərgizgülü
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Avet Avetisyan
Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897, Tiflis – 29 mart 1971, İrəvan) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti. == Həyatı == Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür.