Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dayvinq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. == Tarixi == İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.
Taymani
Taymani Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı. Digərləri Cəmşidi, Firuzkuhi və Teymuri adlanırlar. Taymanilər fars dilində danışırlar və sünni müsəlmandırlar. Bəzi taymanlar isə puştu dilində danışırlar. Əfqanıstanda əsasən Qövr vilayətində yaşayırlar.
Vayominq
Vayominq (Wyoming) — ABŞ-nin ştatlarından biridir. Paytaxtı Çeyen (ing. Cheyenne) şəhəridir. Vayominq ştatının orta illik iqtisadi istehsalı 27.4 milyard dollardır. Bölgənin dağlıq olmasına baxmayaraq, kənd təsərrüfatı bugünədək davam etməkdədir. Kənd təsərrüfatı ilə yanaşı, təbii qaz, uran, kömür kimi təbii sərvətləri də yetəri qədərdir. Vayominq ştatı 41° Ş ve 45 °C meridianlarında, 104°3' Ş and 111°3' Q paralellərində yerləşir və kvadrat formasındadır. Vayominq ştatı Montananın cənubunda, Cənubi Dakota və Nebraska ştatlarının qərbində, Kolorado ştatının şimalında və İdaho ştatının qərbində yer alır. Vayominq ABŞ-nin ən böyük 10-cu ştatıdır. Ştatın ərazisi 253,340 km²dir (97,814 mil²) və 23 rayondan ibarətdir.
Albani (Vayominq)
Albani Rayonu (ing. Albany County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-ci ildə bu rayonun əhalisi 36 299 nəfər olmuşdur. 2010-cu ildə isə bu göstərici 32 014 nəfər olmuşdur. == Tarixçə == Albani rayonu 16 dekabr 1868-ci ildə Larami rayonunun ərazisində yerləşirdi. Sonradan bu bölgənin əhalisinin artması, onu yeni rayon olaraq yaranmasına təkan verdi. Albani rəsmi olaraq 19 may 1869-cu ildə Vayominq ərazisinin bir rayonuna çevrildi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosuna görə, rayonun sahəsi 4,309 kvadrat mil (11,160 km2) idi, bunlardan 4,244 kvadrat mil (11,070 km2) torpaq (99.2%) və 35 kvadrat mil (91 km2) sahə isə su (0,8%) ilə əhatə olunmuşdur. === Qonşu rayonlar === === Milli Qoruqlar === === Əsas avtobanlar === == Demoqrafiya == Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Albani rayonunda 32 014 nəfər, 7 006 ailə yaşayırdı, 13 269 ev təsərrüfatı və 15 215 yaşayış evi var idi. Əhalinin orta sıxlığı bir kvadrat kilometrdə 3 nəfər təşkil edirdi.
Ernst Ştayinq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Faytinq oyunu
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Frimont (Vayominq)
Frimont Rayonu (ing. Fremont County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 35 804 nəfər olmuşdur. Rayonun paytaxtı Lander şəhəridir.
Goşen (Vayominq)
Goşen Rayonu (ing. Goshen County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 538 nəfər olmuşdur. Rayonun paytaxtı Torrinqton şəhəridir.
Kampbel (Vayominq)
Kempbell rayonu (ing. Campbell County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 33 698 nəfər olmuşdur. Rayonun paytaxtı Cillett şəhəridir.
Karbon (Vayominq)
Karbon Rayonu (ing. Carbon County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 15 639 nəfər olmuşdur. Rayonun paytaxtı Roulins şəhəridir.
Konvers (Vayominq)
Konvers Rayonu (ing. Converse County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 052 nəfər olmuşdur. Rayonun paytaxtı Duqlas şəhəridir.
Kruk (Vayominq)
Kruk rayonu (ing. Crook County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 887 nəfər olmuşdur. 2005-ci ildə əhalinin sayı 6 182 nəfərə çatmışdır. Rayonun paytaxtı Sandens şəhəridir.
Larami (Vayominq)
Larami rayonu (ing. Laramie County) — ABŞ-nin Vayominq ştatında yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun 2000-ci il məlumatlarına görə bu rayonun 81 067 nəfər əhalisi var idi. Rayonun inzibati mərkəzi və Vayominq dövlətinin paytaxtı Çeyen şəhərində yerləşir.
Leonard Uaytinq
Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru. == Həyatı == Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı . Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir. Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur .
Linkoln (Vayominq)
Teton Rayonu (ing. Teton County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 14 573 nəfər olmuşdur. Rayonun paytaxtı Kemmerer şəhəridir.
Natrona (Vayominq)
Natron Rayonu (ing. Natron County) — ABŞ-nin Vayominq ştatında yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun statistik göstəricilərinə görə 2000-ci ildə 66 533 əhalisi olan rayon. Rayonun paytaxtı Kasper şəhəridir.
Niobrara (Vayominq)
Niobrara rayonu (ing. Niobrara County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 2 484 nəfər olmuşdur. Rayonun paytaxtı Lask şəhəridir.
Park (Vayominq)
Park Rayonu (ing. Park County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 25 768 nəfər olmuşdur. Rayon ərazisinin təxminən 53%-i Yellouston Milli Parkının bir hissəsini tutur. Rayonun paytaxtı Kodi şəhəridir.
Platt (Vayominq)
Platt Rayonu (ing. Platte County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 8 807 nəfər olmuşdur. Rayonun paytaxtı Uitlend şəhəridir.
Qoşen (Vayominq)
Goşen Rayonu (ing. Goshen County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 538 nəfər olmuşdur. Rayonun paytaxtı Torrinqton şəhəridir.
Sublet (Vayominq)
Sublet Rayonu (ing. Sublette County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 920 nəfər olmuşdur. Rayonun paytaxtı Payndeyl şəhəridir.
Svitvoter (Vayominq)
Svitvoter Rayonu (ing. Sweetwater County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 37 613 nəfər olmuşdur. Rayonun paytaxtı Qrin-River şəhəridir.
Teton (Vayominq)
Teton Rayonu (ing. Teton County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 18 251 nəfər olmuşdur. Rayonun paytaxtı Cekson şəhəridir. Rayonun ərazisində Cekson-Hol dağ-xizək kurortu, Qrand-Titonun milli parkı və Yellouston Milli Parkının 40,2%-i, o cümlədən Yelloustonun bütün su ehtiyatlarının 96,6%-i yerləşir. 2009-cu ildə Teton Rayonu ildə 132 728 ABŞ dolları olan adambaşına orta gəlir səviyyəsi ilə Amerika Birləşmiş Ştatlarının bütün rayonlarında arasında birinci yerə çıxmağı bacarmışdır. Bu göstəriciyə görə, Teton Rayonu hətta Nyu-York, Manhetten bölgəsini (120 790 ABŞ Dolları) belə geridə qoydu.
Ueston (Vayominq)
Ueston qraflığı (ing. Weston County) — ABŞ-nin Vayominq ştatında yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-cu ildə bu rayonun əhalisi 7,208 nəfər olmuşdur. Rayonun paytaxtı Nyukasl şəhəridir. Onun şərq sərhədi Cənubi Dakota ştatının qərb xəttinə bitişikdir. Ueston qraflığı Vayominq ərazisinin qanunverici məclisi tərəfindən 12 mart 1890-cı ildə Kruk qraflığından ayrılan torpaqlar əsasında qurulmuşdur. Qraflıq geoloq və geodezist Con Uestonun şərəfinə adlandırılmışdır. 1887-ci ildə Cefferson Ueston və Frenk Mondell, Nyukaslın şimalında zəngin kömür yataqlarını tapmağa nail oldular və nəticədə əraziyə dəmir yolu çəkildi. 1911-ci ildə Ueston və Kruk qraflığların ərazisindən alınaraq Kampbel qraflığı yaradıldı. O vaxtdan bəri, Ueston qraflığının sərhədləri sabit olaraq qaldı.
Vaşaki (Vayominq)
Vaşaki rayonu (ing. Washakie County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 8 289 nəfər olmuşdur. Rayonun paytaxtı Uerlend şəhəridir.
Modern Talking
Modern Talking (azərb. Müasir Danışıq‎) – Tomas Anders və Diter Bolendən ibarət disko üslubunda rəqs mahnıları ifa etmiş alman musiqi dueti. Alman pop-musiqi tarixində ən uğurlu duetlərdən biri hesab olunur. 1980-ci illərin sonlarında Modern Talking Avropanın ən məşhur qrupları sırasında dururdu. Duet iki musiqiçi: Diter Bolen (7 fevral 1954, Oldenburq) və Tomas Andersdən (əsl adı Bernd Vaydunq, 1 mart 1963, Münstermayfeld) təşkil olunur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün " Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər.