Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taziyanə
Taziyanə — klassik poeziyada satirik şeir şəkillərindən biri. Taziyanə əsasən 4-6 misradan ibarət olur. Onlarda cəmiyyətdəki və əxlaq tərzindəki hər hansı qüsur çox müxtəsər və kəskin şəkildə ifşa olunur.Azərbaycan poeziyasında taziyanələrin klassik nümunələrini Mirzə Ələkbər Sabir yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Razyana
Razyana (lat. Foeniculum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4–6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat — kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16–18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Tatyana
Tatyana — ad. Tatyana Qubina — Qazaxıstanı təmsil edən su poloçusu. Tatyana Petrova — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Fyodorova — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Omelçenko — Azərbaycanı təmsil edən qadın güləşçi. Tatyana Şinkarenko — Ukraynanı təmsil edən həndbolçu. Tatyana Xmırova — Rusiyanı təmsil edən həndbolçu. Tatyana Samoylova — Rusiyanın Xalq artisti. Tatyana Zatulovskaya — Tatyana Yosipoviç Tatyana Qorbunova — Rusiyanı təmsil edən bədii gimnast.
Mariyana Marraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Mariyana Mateus
Mariyana Mateus (serb. Marijana Mateus / Маријана Матеус, Qızlıq soyadı Mariyana Çoliç, serb. Marijana Čolić; 27 sentyabr 1971) — Serbiyalı iş adamı, model, moda dizayneri, The Marijana Matthaeus Collection və Lux Uniforma markalarının təsisçisi və yaradıcı direktorudur. == Bioqrafiya == Uşaq vaxtı Mariyana və anası dəfələrlə Belqradda moda nümayişlərini ziyarət etmişdi. 1990-cı ildə "Obuća Metro" şirkətini açaraq ayaqqabı satışına başladı və 1996-cı ilə qədər bura rəhbərlik etmişdi. 1999-cu ildə Nyu-Yorkda Labin Biznes Məktəbini bitirmişdir və həmçinin sertifikatlaşdırılmış müəllimdir (bakalavr). 2003-cü ildə ilk moda mağazasını Budapeştdə, 2007-ci ildə Salzburqda açdı. 2006-cı ildə, model olaraq, Dünya Kuboku ərəfəsində Samsung reklam kampaniyasının üzü oldu. 2009-cu ildə Mariyana, Mariyana Class (indi Mariyana Matteus Koleksiyası) moda etiketini təsis etdi və eyni il Belqrad Moda Həftəsi zamanı moda nümayişi etdi. 1 iyun 2010-cu ildə çimərlik paltarları kolleksiyasını təqdim etdi , Serbiya milli gözəllik yarışlarının ulduzları şouda iştirak etmişdi.
Adi razyana
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Ariyana Boras
Ariyana Boras (bosn. Arijana Boras; 1976) — Yuqoslaviya və Bosniya dağ xizəkçisi, 1992, 1994 və 1998 Olimpiya Oyunlarının iştirakçısı. == Tərcümeyi-hal == Jelezniçar klubunun üzvüdür. Müxtəlif illərdə Olimpiya Oyunlarında slalom, nəhəng slalom, super nəhəng və kombinasiyalarda çıxış etmişdir .
Raziyan (Əcəbşir)
Raziyan (fars. رازيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 990 nəfər yaşayır (238 ailə).
Razyana yağı
Razyana (lat. Foeniculum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4–6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat — kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16–18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Tatyana Ananko
Tatyana Ananko (26 iyun 1984) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Tatyana Ananko Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Ağababayeva
Tatyana Ağababayeva — rəssam, batika ustası, Azərbaycan Rəssamlar İttifaqlarının üzvü. == Həyatı == Tatyana Ödtəkin qızı Ağababayeva 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində peşəkar rəssamların ailəsində (anası Ağababayeva Valentina Alekseyevna) dünyaya gəlib. 1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qurtarıb. 1991-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür. Ana tərəfdən babası Aleksey Nikolayeviç Şebaşev Qazaxıstanda çalışan hərbçilərdən idi, həvəskar rəssam idi. Ata tərəfdən babası İsgəndər Nəfisi dilmanc idi, rus dilindən Azərbaycan türkcəsinə tərcümə edərdi. Atası Odtəkin Ağababayev portret, anası Valentina Ağababayeva plakat rəssamı, oğulları Nikolay və Aleksey də batik rəssamlarıdır. == Yaradıcılığı == 1976-cı ildən Ümumittifaq, Beynəlxalq və Respublika səviyyəsində təşkil olunan 10-dan çox sərginin, bir neçə beynəlxalq simpoziumun iştirakçısı, bir neçə müsabiqənin qalibidir. 1991, 2002, 2005 (iki dəfə), 2009-cu illərdə Bakıda fərdi sərgiləri baş tutub.
Tatyana Bakalçuk
Tatyana Bakalçuk (rus. Татьяна Владимировна Бакальчук 16 oktyabr 1975) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır. == Bioqrafiyası == Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir. 2004-cü ildə Tatyana uşaq dünyaya gətirir.
Tatyana Belan
Tatyana Belan (10 noyabr 1982) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Tatyana Belan Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Danilenko
Tatyana Danilenko (ukr. Тетяна Володимирівна Даниленко; 30 oktyabr 1983, Jitomir – Ukraynalı televiziya jurnalisti. == Bioqrafiyası == 30 oktyabr 1983-cü ildə Ukrayna SSR-in Jitomir şəhərində Sovet, Ukrayna yazıçısı Vladimir Danilenkonun və ukrayna dili müəlliməsinin ailəsində anadan olmuşdur.. 16 yaşında "Ukrayna sözü" qəzetində nəşr olunmağa başlanır. 2001-ci ildə ailəsi ilə Kiyevə köçür və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakultəsinə jurnalist olaraq daxil olur. 2002-ci ildə, ikinci kursda oxuyarkən STB TV kanalında "Vikna-Stolitsya" proqramının müxbiri olaraq işə başlayır və burada 2004-cü ilə qədər qalır. 2004-cü ilin yazında Kanal 5-də parlament müxbiri olaraq işə başlayır. 2006-cı ildən bəri "Ças novin" proqramının aparıcısı olur və 2009-cu ildən bəri "Ças: pidsumki tıjnya" verilişini aparmağa başlayır. 2013-cü ildən bəri isə "Ças: pidsumki dnya" verilişinin aparıcısı olur. 23 - 25 avqust 2011-ci il tarixlərində Pavel Kuyev ilə birlikdə Kanal 5-də Ukraynanın müstəqilliyinin elan edilməsinin 20 illiyinə həsr olunmuş "Ukrayna Müstəqilliyi" telemarafonunu keçirir.
Tatyana Dekanoviç
Tatyana Dekanoviç (25 fevral 1997, Banya Luka, Bosniya Serb Respublikası) — Bosniya və Herseqovinalı atıcı. Tatyana Dekanoviç Bosniya və Herseqovinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tatyana Dekanoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.8 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tatyana Deniskina
Tatyana Fyodorova
Tatyana Fyodorova (20 mart 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Fyodorova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Tatyana Fyodorova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Tatyana Jırkova
Tatyana Yorevna Jırkova — Rusiya Federasiyasının Yüngül atletika üzrə idmançısı. == Karyera == Tatyana Yorevna Jırkova 28 avqust 1970 ildə Tyonqyolyo kəndində anadan olmuşdur. Məktəbə qədər babasının yanında Tumul kəndində yaşamışdlr. İlk təhsilini isə Pavlov orta məktəbində almışdır. Beşinci sinifdə oxuyarkən məktəbin xizək üzrə bölməsinə yazılmışdır. Burada onun ilk müəllimi Anatoli Nikitiç Osipov olur. Tatyana məhz onu idman dünyasına gəlməsinin əsas səbəbkarı hesab edir. Tatyana 2002-ci ildə Belçikanın Torhaut şəhərində keçirilən 100 metr məsafəyə qaçışda birinci yeri tutur (7:37). Hollandiyanın Vinshoten şəhərində 2004-ci ildə keçirilən avropa çempionatında 7:10.31 (Avropa rekordu) vaxtla Avropa çempionu olur. 2008-ci ildə İtaliyanın Etrusk şəhərində 7:23.33, 2003-ci ildə isə Rusiyanın Çernoqolovka şəhərində keçirilən Avropa çempionatında 7:19.51 (Avropa rekordu) Avropa çempionu olur.
Tatyana Kurbakova
Tatyana Sergeyevna Kurbakova (7 avqust 1986, Moskva) — Rusiyanı təmsil edən bədii gimnast. Tatyana Kurbakova, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Tatyana Kurbakova, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Natalya Lavrova, Yelena Murzina və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Tatyana Lioznova
Tatyana Mixaylovna Lioznova (rus. Татьяна Михайловна Лиознова; 20 iyul 1924[…], Moskva – 29 sentyabr 2011, Moskva) — Sovet kino rejissoru, SSRİ xalq artisti (1984). == Həyatı == 20 iyul 1924-cü ildə Moskvada Moisey (Mixail) Aleksandroviç və İda İzrailevna Lizonovların ailəsində anadan olmuşdur. Tatyana Lioznovanın atası iqtisadçı-mühəndis idi. Müharibə başlananda o, xalq yığma ordusuna yazıldı və 1941-ci ildə vəfat etdi. Məktəbdən sonra Tatyana Lioznova Moskva Aviasiya İnstitutuna daxil olur. Lakin orada cəmi bir yarımillik oxuyur. 1943-cü ildə isə ÜDKİ-də Sergey Gerasimov və Tamara Makarovanın kursuna daxil olur. Sınaq yarımilliyinin sonunda pedaqoqlar onu çıxarmaq istəyirdilər. Onlar belə düşünürdülər ki, 19 yaşlı bir qızın rejissor sənəti üçün həyat təcrübəsi kifayət qədər deyil.
Tatyana Lyutayeva
Tatyana Borisovna Lyutayeva (rus. Татьяна Борисовна Лютаева; d.12 mart 1965, Odessa, Ukrayna SSR, SSRİ) — SSRİ -Rusiya teatr və kino aktrisası. Əlliyə yaxın filmdə rol almışdır.
Tatyana Maslani
Tatyana Qabriel Maslani (ing. Tatiana Gabriele Maslany) — Kanada aktrisası. Aktrisa elmi fantastika triller serialı olan Kanadada Space ABŞ-də isə BBC America kanalında yayımlanmış Qara Yetim-də oynadığı fərqli rollar ilə tanınma əldə etmişdir. Serialdakı performansına görə o Primetime Emmy Mükafatı (2016), TCA Mükafatı (2013), iki Critics' Choice Television Mükafatı (2013 və 2014) və dörd Canadian Screen Mükafatına (2014–17) layiq görülmüş, Qızıl Qlobus və Screen Actors Guild Mükafatlarına namızədliyi irəli sürülmüşdür. Maslani Kanada istehsalı serialında dram kateqoriyasında Emmy Mükafatını qazanaraq ilk Kanadalı aktrisa olmuşdur. O həmçinin Heartland (2008–2010), Doğum (2010) və Erika Olmaq (2009–2011) kimi teleseriallarda da çəkilmişdir. 2013-cü ildə Şəkil Günü filmində Kleir roluna görə ACTRA Mükafatı Kas və Daylan filmindəki performansına görə isə Phillip Borsos Mükafatlarını qazanmışdır. O Ölünün Gündəliyi (2007), Şərq Vədləri (2007), Əhd (2012), Qızıl Qadın (2015) və Güclü (2017) kimi filmlər ilə də tanınır.
Tatyana Mokşanova
Tatyana Mokşanova (erz. Мокшановонь Татьяна 9 yanvar 1984 və ya 1984, Baqana[d]) — Erzyan şairəsi, tərcüməçi. Rusiya Yazıçılar Birliyinin üzvü (2014-cü ildən). Mordoviya Respublikası başçısının gənc müəlliflər üçün ədəbi mükafatı laureatıdır (2006). == Bioqrafiyası == Tatyana Mokşanova 9 yanvar 1984-cü ildə Samara vilayətinin Şantalinski rayonu Baqan kəndində anadan olub. 2001-ci ildə Baqaninskaya orta məktəbini bitirib. 2006-cı ildə N. P. Oqaryov adına Mordoviya Dövlət Universitetinin filologiya fakültəsinin Erzyan filialını fərqlənmə diplomu ilə bitirmişdir. A. E. Vaneevin xatirəsinə Fin-Uqor Xalqlarının II Ədəbi Universitetinin iştirakçısı (Sıktıvkar), "Kitabxanadakı etnoqrafik məktəb" Respublika Təhsil Layihəsi (Podlesnaya Tavla, Mordoviya) və "Rusiya Federasiyasının mədəni məkanında milli ədəbiyyat" mövzusunda dəyirmi masa (Qazan), Rusiya Xalqlarının Milli Ədəbiyyat Festivalı (Nijni Novqorod, Bolşoy Boldino kəndi), «Sibir ktabı» beynalxalq festivalı (Novosibirsk). Mordoviyanın Valentina Mişanina, Evdokia Tereşkina, Tamara Barqova, Tatyana Razqulyaeva, Olqa Susoreva kimi yazıçıları ilə yanaşı gənc müəllif Tatyana Mokşanova "Mordoviya qadın nəsri" müəlliflər siyahısına daxil edilmişdir. Udmurt, rus, macar, ukrayna müəlliflərinin əsərlərini erzyan dilinə tərcümə edir.
Tatyana Omelçenko
Tatyana Omelçenko (23 aprel 1994, Krivoy Roq) — 2007–2016-cı illərdə Ukraynanı, 2016-cı ildən isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Tatyana Omelçenko birinci uğuruna 2010-cu ildə Bosniya və Herseqovinada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 2012-ci ildə Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Tatyana Omelçenko həmin il Belarusda A. Medvdedin xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu. Daha sonra Tatyana Omelçenko 2014-cü ildə Fransada Paris Qran-Prisinin qalibi oldu. 2015-ci ildə Tatyana Omelçenko Polşada U23 Avropa Çempionatını bürünc medalla başa vurdu. Bir il sonra, 2016-cı ilin yanvarında Tatyana Omelçenko Kiyev şəhərində beynəlxalq turnirin bürünc medalına sahib oldu. Həmin turnirdən sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Tatyana Omelçenko Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin ilin martında Tatyana Omelçenko Bolqarıstanda U23 Avropa Çempionatının qalibi oldu, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu. Tatyana Omelçenko 2017-ci ildə birinci uğuruna martda Kiyev şəhərində beynəlxalq turnirin qalibi olmaqla imza atdı. May ayında Tatyana Omelçenko əvvəl Serbiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Tatyana Ostaşenko
Tatyana Ostaşenko (ukr. Тетяна Миколаївна Остащенко; 4 avqust 1974, Lvov) — Ukraynalı hərbi həkim. 30 iyul 2021-ci ildən Ukrayna Silahlı Qüvvələrinin Tibbi Xidmətinin komandanı, Tibb Xidmətinin Briqada generalı. Ukrayna tarixində orduya komandanlıq edən ilk qadın, eləcə də briqada generalı rütbəsində ilk qadın. == Bioqrafiya == 1974-cü ilin avqustunda Lvovda hərbçi ailəsində anadan olmuşdur. 1996-cı ildə Lvov Dövlət Tibb Universitetinin (indiki Danilo Halitski adına Lvov Milli Tibb Universiteti) əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə isə Ukrayna Hərbi Tibb Akademiyasını bitirir. 1998-ci ildən hərbi hissənin aptek rəisi, Qərb Əməliyyat Komandanlığının hərbi tibb şöbəsinin zabiti, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Tibb İdarəsinin tibbi təchizat şöbəsinin rəisi vəzifələrində hərbi xidmətdə olub. Ukrayna Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hərbi və sülhməramlı əməliyyatlar baş idarəsinin rəisi, baş hərbi tibb müəssisəsinin tibbi təchizat şöbəsinin şöbə rəisi, Ukrayna Müdafiə Nazirliyinin baş inspeksiyasının baş müfəttişi. 2020-ci ildə o, NATO dövlətlərinin orduları üçün bir sıra kurslarda əməliyyat-taktiki təhsil səviyyəsini təkmilləşdirib, həmçinin Krenfild Universitetində (Böyük Britaniya) müdafiə və təhlükəsizlik sektorunda islahatlar və strateji liderlik kurslarını bitirib.