Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Otalgiya
Otalgiya (sinonimı qulaq ağrısı) — qulaqda ağrı, qulağın özünün, onun xarici hissəsi və daxili qulaq xəstəliklərinin və ya bədənin başqa bir hissəsində inkişaf edən patoloji proseslərin simptomu. Ümumi tibbi praktikada, otolarinqoloqlarda və təcili yardım şöbələrində tez-tez rast gələn ümumi bir simptomdur. Qulaq xəstəlikləri zamanı otalgiyanın ən çox yayılan səbəbi infeksiyalardır. Ağrı daimi, fasilələrlə, sızıltılı və ya kəskin ola bilər. Bu xəstəliyə hər yaşda olan insanlar tutula bilər. Yetkinlik yaşına çatmış insanlarda qulaq ağrısının səbəbləri qulaq infeksiyaları və travmaları, boğaz və ya diş ağrısı, alt çənənin və qulaq pərdəsinin zədələnməsi ola bilər. Uşaqlarda otalgiya ən çox infeksiyadan yaranır. Çox vaxt bu xəstəlik müvəqqəti olur və tez keçir. Lakin 2 gün ərzində heç bir yaxşılaşma müşahidə olunmursa, ağrının dəqiq səbəbini müəyyən etmək üçün təcili olaraq otolarinqoloqa müraciət etmək lazımdır. Yalnız mütəxəssis düzgün diaqnoz qoyub lazım olan müalicəni təyin edə bilər.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Taliya (muza)
Taliya və ya Faliya (yun. Θαλία, Θαλεία; θάλλω — çiçək açmaq, çiçəklənmək) — yunan mifologiyasına görə komediya muzası. Taliya əsasən başında çələng, əlində komik maska tutmuş təsvir edilir. Taliya və Apollondan Karibantlar dünyaya gəlmişdirlər. Zevs kərsəng cildində onun könlünü alaraq Taliyanı özünə arvad etmişdir. Heranın zəhimindən qorxaraq muza Taliya Etnada Palikləri dünyaya gətirmiş və yerin tərkində gizlətmişdir. Palikləri buna görə Etnada qaynayan iki isti bulağın ruhları da adlandırırlar.
Taliya Munro
Taliya Munro (d. 8 mart 1982) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Taliya Munro, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Taliya Flora-Karaviya
Taliya Flora-Karaviya, (yun. Θάλεια Φλωρά-Καραβία) — yunan sənətçisi və Münhen Məktəbinin üzvü idi. Döyüş əsgərlərinin ən yaxşı eskizləri ilə tanındı. O, çox sayda rəsm və akvarelin müəllifidir. 1871-ci ildə Siatista şəhərində, Qərbi Makedoniyanın Osmanlı bölgəsində, rahib ailəsində anadan olub. 1874-cü ildə atası ailəsini Konstantinopola köçürdü. 1883-1888-ci illərdə Zappeion Qızlar Məktəbində təqaüdlə təhsil almışdır. Burda təhsilini bitirdikdən sonra o, bir il müəllim işləmişdir. Afina İncəsənət Məktəbində rəssamlıq şöbəsinə yazılmağa çalışdı, lakin qadın olduğu üçün qəbul edilmədi. 1895-ci ildə rəssamlıq oxumaq üçün Münhenə köçdü və orada Georgios Jakobides (1853–1932) və Nikolaos Gyzis (1842–1901) ilə birlikdə çalışdı.