Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tempura
Tempura (天ぷら, tenpura) – Yaponiya mətbəxində dərin yağda qızardılmış dəniz məhsulları və tərəvəzlər. == Tarix == Tempura ilk dəfə XVI əsrin sonlarında portuqallar tərəfindən Yaponiya mətbəxinə daxil edilmişdir. "Tempura" sözü portuqal dilində xristian orucluğunu bildirən "tempora" (azərb. "vaxt periodu"‎) sözündən gəlir. Portuqal katoliklər orucluq vaxtı balıq yeyirdilər. Tempura, xüsusilə, XVIII əsrin sonlarında Yaponiyada populyar olmuşdur və yatay adlandırılan səyyar küçə piştaxtlarında satılırdı. == Hazırlanması == Təzə inqredientlər xəmir qarışığına batırılır və qaynar yağda dərin qızardılır. İnqredinet olaraq krevet, kalmar, dəniz darağı, bir çox balıq növü kimi dəniz məhsulları və ya badımcan, göbələk, şirin kartof, yaşıl bibər və lotus kökü dilimləri kimi mövsümi tərəvəzlərdən istifadə olunur. Bir çox qızartma xörəklərdən fərqli olaraq tempura yüngül və dadlı yemək hesab olunur. Qızartma üçün istifadə olunan xəmir qarışığı "koromo" adlanır; buzlu su ilə qarışdırılmış yumurta və un qarışığından ibarətdir.
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
Jeltura çayı
Jeltura çayı (monq. Зэлтэрийн гол; rus. Желтура́) — Monqolustanın şimalında və Rusiyanın Buryatiya Respublikasında axan çay. Jeltura çayı Monqolustanın Bulqan aymakının Selenqe sumundan bir neçə çayın birləşməsi ilə başlayır, şimal-şərq istiqamətində, Rusiya sərhədinə paralel davam edir. Selenqe aymakının Tüşiq sumunda şimala istiqamət alır və sərhədi keçərək Rusiyanın Buryatiya Respublikasının Cidinski rayonuna daxil olur. Rusiya ərazisində qısa məsafədə axdıqdan sonra Jeltura kəndinin yaxınlığında Cida çayına qarışır.
Aparine tenera
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. === Zirə === 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. == Klub karyerası == === Klub === 19 Mart 2017 tarixində yenilənib === Milli komanda === 9 mart 2017-ci il məlumatlarına əsasən.
Hamosa tenera
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Tendra dili
Tendra dili (ukr. Тендрівська коса) — Ukryananın cənubunda, Qara dənizin şimal-qərb sahilində ada. Ada dil formasında olub Xerson vilayətinin ərazisində yerləşir. == Coğrafiyası == Uzunsov formada olan Tendra dilinin uzunluğu 65 km, eni isə 1,8 km-dir. Ümumi sahəsi 38 km²-dir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi 2,5 metrdir. Tendra dilini materikdən Tendra körfəzi ayırır. Ada dənizdə qum və balqqulağı qalıqlarının akkumulyasiyası nəticəsində formalaşıb. Səthi düzdür. Adanın qərb hisəsi kürək şəkillidir.
Tragacantha tenera
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Dadıyev Elnur
Dadıyev Elnur Cəlal oğlu (6 mart 1998, Buruq, Lerik rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib. == Hərbi xidmətləri == 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elnur Dadıyev İkinci Qarabağ müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmışdır. 21 sentyabr 2020-ci il tarixində müharibəyə qoşulmuşdur və Azərbaycanın illər boyu düşmən əlində olan torpaqlarını azad etmək uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Dadıyev 28 oktyabır 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elnur Abbaslı
Elnur Yaşar oğlu Abbaslı (17 iyul 1992, Köçərli, Tərtər rayonu – 8 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Abbasov
Elnur Abbasov (7 mart 1984, Mingəçevir) — Azərbaycanlı futbolçu. == Həyatı == Elnur Abbasov 7 mart 1984-cü ildə Mingəçevirdə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Ədliyyə Bakı, Turan Tovuz, Karvan, MKT-Araz, Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Azərbaycan çempionatının gümüş mükafatçısı (Karvan - 2006).
Elnur Abbasquliyev
Elnur Abbasquliyev — azərbaycanlı aktyor. == Həyatı == 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır. E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev.
Elnur Abdullayev
Elnur Abdullayev (rus.
Elnur Abışov
Elnur Şaiq oğlu Abışov ( d. 1 sentyabr 1997, Qarasu, Kürdəmir — ö. 7 oktyabr 2020, Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi. == Hərbi xidməti == 2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib.
Elnur Allahverdiyev
Elnur Allahverdiyev (şəhid) — Vətən müharibəsi şəhidi. Elnur Allahverdiyev (futbolçu) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev (deputat) — azərbaycanlı dövlət və siyasi xadim.
Elnur Allahverdizadə
Elnur Əli oğlu Allahverdizadə (15 may 1995, Sumqayıt – 7 noyabr 2020, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Zəngilan rayonundandır. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirmişdir. Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərmişdir. “Barama" və "Atılmışlar” serialları, bir çox reklam çarxlarının səs rejissoru olmuşdur. Xüsusilə, "Son iclas" bədii filminin bum operatoru, "Buğlama" komediya serialının səs operatoru olmuşdur. "Picmus production”un əməkdaşı olaraq çalışmışdır. == Hərbi xidməti == Elnur Allahverdizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
Elnur Alıyev
Elnur Aslanov
Elnur Kazım oğlu Aslanov (1977) — azərbaycanlı dövlət məmuru. Elnur İsgəndər oğlu Aslanov (1983-2012) — azərbaycanlı sərbəst güləşçi.
Elnur Ağaəhmədov
Elnur Fəxrəddin oğlu Ağaəhmədov (28 iyun 1998; Xızı rayonu, Azərbaycan — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub. 2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "kiçik gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Ağaəhmədov oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Xızı rayonunun Sitalçay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elnur Babayev
Elnur Babayev- azərbaycanlı rəssam == Həyatı == 1962-ci il iyulun 5-də Bakıda anadan olmuşdur. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. == Yaradıcılığı == Əsərləri Avstriya, Fransa Mədəniyyət Nazirliyi, Rusiyada Müasir İncəsənət Qalereyasında, habelə ictimai və şəxsi kolleksiyalarda xüsusi yer tutur. 1995-ci ildə Beynəlxalq YUNİSEF Foto Müsabiqəsinin qalibi olmuşdur.1997, 2000, 2001-ci illərdə Ümumdünya Mətbuat Fotomüsabiqəsində mükafata layiq görülmüşdür. Əsərləri Vaşinqtonda Alla Rocers Qalereyasında, Londonda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində "Humay" Qalereyasında nümayiş etdirilib. E. Babayevin əsərləri həm də İndiana Universitetinin "Memorial Yunion" qalereyası, Nyu-Yorkda Türk Mədəniyyət Mərkəzi və Vaşinqtonda “L.I.P.A.” qalereyasında nümayiş etdirilmişdir. Hazırda Merilənddə yaşayır.
Elnur Bayram
Elnur Bayram, Elnur Ədalət oğlu Bayramov — Azərbaycanlı şair, jurnalist. == Həyatı == Bayramov Elnur Ədalət oğlu (Elnur Bayram) 26 iyul 1980–ci il tarixində Kəlbəcər rayonunun Ağcakənd kəndində ziyalı ailəsində dünyaya gəlib. 2001-ci ildə Azərbaycan Aqrar Ekologiya İnstitutu adlı tədris kursunu bitirib. 2001-2002–ci illərdə təmas xəttində hərbi xidmətdə olub. Xidmətin son üç ayını Müdafiə Nazirliyinin Təlim tədris taborunda ehtiyat zabit hazırlığı kursunu keçib. 2002-ci ilin noyabr ayından pedaqoji fəaliyyətlə başlayıb. 2005-2006–cı il də Azərbaycan Müəllimlər İnstitunun psixologiya fakultəsində yenidənhazırlanma təhsili alıb. 2000-ci lidən şeirləri, 2007–ci ildən publisitik, pedaqoji psixaloji məqalələri dərc olunur. 2011-ci ildə “Vaxt olsa” adlı şeirlər kitabı çap olunub. Hal-hazırda Bakıda psixoloq kimi fəaliyyət göstərir.
Elnur Bayramov
Elnur Şəmsi oğlu Bayramov (25 yanvar 1992, Şahverdili, İmişli rayonu – 28 dekabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elnur Bayramov 25 yanvar 1992-ci ildə İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Şahverdili kənd tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Elnur Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Bayramov 28 oktyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.