Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Menecment
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. == Menecment anlayışı, onun iqtisadi məzmunu == Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək.“Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. === Menecmentin təkamülü === İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur. Qədimdə böyük təşkilatların yaranması açıq göstərir ki, onlar idarəetmə strukturuna malik olmuşlar.
Element
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Menemen
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Tencent
Tencent −1998-ci ildə Şençjen şəhərində qurulan bir Çin investisiya və texnologiya holdinqidir. Tencent dünyanın ən böyük investisiya və vençur şirkətlərindən biridir. Şirkət müxtəlif İnternet xidmətləri göstərmək üzrə ixtisaslaşıb. Şirkət Kayman Adalarında qeydiyyatdan keçib. "Tencent"in fəaıliyyət dairəsinə sosial media, musiqi və veb portalları, elektron ticarət, ödəmə sistemləri, mobil və onlayn oyunlar, bulud məlumat bazaları daxildir. Məsələn Çində ən çox istifadə olunan mesajlaşma xidməti olan "Tencent QQ" "və mətn və səsli mesajların göndərilməsi üçün mobil tətbiq olan WeChat "Tencent"ə məxsusdur. Həmçinin istifadəçi sayına görə dünyada Facebook və YouTubedən sonra üçüncü olan "Qzone"də "Tencent"ə məxsusdur. 2018-ci ildə şirkət 500 milyard dollarlıq kapitallaşmanı aşaraq bu göstəricini keçən ilk Asiya texnoloji şirkəti oldur. == Tarixi == Şirkət 1998-ci ilin noyabrında Ma Huateng və ortaqları Zhang Zhidong, Xu Chengye, Chen Yidan və Zeng Liqing tərəfindən "Tencent Inc" adı altında yaradılır.Şirkətin ilk məhsulu, 1999-cu ilin fevralında təqdim etdiyi və Çin dilində olan OICQ (Open ICQ) mesajlaşma proqramı olur. 1999-cu ilin oktyabrında Tencent, səhmlərinin 20 faizi qarşılığında, Amerika və Hong Kongun vençür şirkətlərindən 2,2 milyon dollar alır.
Risk menecment
Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir. Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür. Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz.
Strateji menecment
Strateji menecment (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti», ing. management— idarəetmə) — strаtеgiyаlаrın işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı üzrə təşkilаtın fəаliyyətləri аrdıcıllığını müəyyən еdən prоsеsi əks еtdirir. O, həmçinin məqsədlərin qоyuluşunu, strаtеgiyаlаrın işlənib hаzırlаnmаsını, lаzımi rеsurslаrın müəyyən оlunmаsı və təşkilаtа qаrşıyа qоyulmuş vəzifələrə nаil оlmаğа imkаn vеrən хаrici mühitlə qаrşılıqlı əlаqələrin sахlаnılmаsın özündə birləşdirir. == Strateji menecmentin mahiyyəti və məzmunu == Strаtеji mеnеcmеnt müəssisənin idаrə еdilməsi prоsеsinin ilkin mərhələsi оlаrаq idаrəеtmənin bütün funksiyаlаrını özündə еhtivа еdir. Düzgün seçilmiş strаtеji idаrəеtmə müəssisəni gələcəyə istiqаmətləndirir, uzunmüddətli inkişаf istiqаmətlərini və biznеsdə öz mövqеyini müəyyən еtməyə imkаn vеrir. Strаtеji idаrəеtmənin nəticələri müəssisənin bаzаrdа qаzаndığı mövqеyində və iqtisаdi- mаliyyə göstəricilərinin uzunmüddətli mеyllərində təzаhür оlunur. Strаtеji idаrəеtmənin iki əsаs sоn məhsulunu bir-birindən fərqləndirirlər. Оnlаrdаn biri gələcəkdə məqsədlərə çаtmаğı təmin еdən təşkilаtın pоtеnsiаlıdır. Giriş tərəfdən bu pоtеnsiаl xammallаrdаn, mаliyyə və insаn rеsurslаrından ibаrətdir; çıхış tərəfdən isə — istеhsаl оlunmuş məhsullаr və хidmətlərdən, izlənməsi təşkilаtа öz məqsədlərinə çаtmаğа kömək еdən sоsiаl dаvrаnış qаydаları tоplusundаn ibаrətdir.
Basic Element
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Coğrafi element
Coğrafi element — bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında coğrafi elementdən geniş istifadə olunur.
Element 122
Element 122 və ya Unbibium - 122 atom nömrəli element. Latınca adı bir-iki-iki-ium mənasını verir. Ubb və ya 122 kimi işarə olunur.
Element 123
Element 123 və ya Unbitrium - 123 atom nömrəli element. Latınca adı bir-iki-üç-ium mənasını verir. Ubt və ya 123 kimi işarələnir.
Element 124
Unbikadium və ya Element 124 — Dövri cədvəlin 124 atom nömrəli elementi. 124 kimi işarələnir.
Element 125
Element 125 və ya Unbipentium 125 və Ubp kimi işarələnir. Latınca adı biriki-beş-ium mənasını verir. Dövri cədvəlin 125-ci elementidir.
Honda Element
Honda Element (ing. Honda Element) – SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Kimyəvi element
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Menemen hadisəsi
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilay'ın və yardımına gələn gözətçilər Həsən və Şövqi'nin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir. == Hadisələrin inkişafı == Mustafa Fəhmi Kubilay, 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir: Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi.Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir! Yaxında yenə şəriətə qayıdılacaqdır" deyərək bir üsyan hərəkəti başlatmaq istəyirlər.
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir.Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Neptun (element)
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. == Tarix == Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Radioaktiv element
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. == Radioaktiv filizlər == Radioaktiv elementlərin mineralları olan filizlər. == İstinadlar == == Xarici keçid == Bəzi maddələr hər zaman radiasiya verir.
Uran (element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Yan Teemant
Yan Teemant (est. Jaan Teemant; 24 sentyabr 1872 – 23 iyul 1940, Tallin) — Estoniya dövlət xadimi. == Təhsil == Volost məmurunun katibinin ailəsində dünyaya gəlmişdir. Uşaqlığı valideynlərinin ferma aldığı Kohila yaxınlığında keçmişdir. Hüqo Treffner özəl gimnaziyasını, sonra Peterburq Universitetinin hüquq fakültəsini bitirib (1901). Tartu Universitetinin fəxri hüquq doktoru (1932) olmuşdur. == İnqilabi fəaliyyəti və həbsi == Reveldə (indiki Tallinn) vəkil köməkçisi idi. 1904-1905-ci illərdə Revel şəhər dumasının üzvü idi. 1905-ci ildə inqilabi hadisələrdə fəal iştirak etdi, 1905-ci ilin dekabrında Tartuda Ümumestoniya Xalq Nümayəndələri Məclisinin sədri seçilir, Yuryev (indiki Tartu) Universitetinin akt zalında "aula məclisinə" rəhbərlik edir. İsveçrəyə mühacirət etmək məcburiyyətində qalır, hərbi vəziyyətə görə qiyabi ölümə məhkum edilir.
Tencent QQ
Tencent QQ (Qısaca QQ) (Çin: 腾讯QQ) - Çin texnologiya şirkəti Tencent tərəfindən hazırlanmış ani mesajlaşma proqramı xidməti, həmçinin veb portalıdır. QQ onlayn sosial oyunlar, musiqi, alış-veriş, mikrobloqlar, filmlər, qrup və səsli söhbət proqramlarını təmin edən xidmətlər təklif edir. 2023-cü ilin mart ayına 597 milyon aylıq aktiv QQ hesabı var idi.
Kəffarə romanı (Atonement)
== Süjet xülasəsi == Briony Tallis adlı 13 yaşlı ingilis qız, yazıçılıq qabiliyyətinə sahibdir, ailəsinin mülkündə, ata-anaları Cek və Emili Tallis ilə birlikdə yaşayır. Onun böyük bacısı Sesiliya bu yaxınlarda Kembric Universitetini Tallis ailəsinin xadiməsinin oğlu və Universitet təhsili Cek tərəfindən maliyyələşdirilən Sesiliyanın uşaqlıq dostu Robbi Turnerlə birlikdə bitirmişdir.1935-ci ilin yayında Brioninin ana tərəfdən əmiuşağı, 15 yaşlı Lola və 9 yaşlı əkizləri Cekson və Pierrot, valideynlərinin boşanması fonunda ailəyə baş çəkir. Brioni və Sesiliya'nın böyük qardaşı Leon Oksforddan olan dostu, imkanlı istehsalçı Pol Marşallın müşayiəti ilə Londondan qayıdır. Sesiliya və Robbi qırılaraq gölməçəyə düşən vaza üzərində mübahisə edirlər. Sesiliya alt paltarını çıxarır və parçaları götürmək üçün içəri girir və Robbini təəccübləndirir. Pəncərədən seyr edən Brioni, Sesiliya və Robbinin hərəkətləri qarşısında çaşqınlıq və maraq doğurur. O, psixoloji realizmi yazmağa başlamaq üçün ilhamlanır və oxucuya məlumat verilir ki, bu, nəhayət onun fantastikasına çevriləcək. Hovuzun kənarında baş verən hadisədən sonra Robbi Sesiliya ilə maraqlandığını anlayır və ona bir neçə sevgi məktubu yazır. O, məktubu Brioniyə verir ki, Sesiliyaya çatdırsın, lakin o, istəmədən ona imtina etmək istədiyi məktubu verir. Robbi səhvini anlayana qədər Brioni artıq məktubu ilə evə qayıtmışdır.
Menemən
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Menəmən
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Mənəmən
Mənəmən — yumurta, bibər, pomidor və istəyə bağlı olaraq soğan istifadə edilərək hazırlanan Türkiyə yeməyi. İlk dəfə əhali mübadiləsi nəticəsində İzmirin Menəmən ilçəsinə gələn girit türkləri tərəfindən hazırlanmış və adını ilçədən almışdır.
Basic Element qrupu
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Uran (kimyəvi element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.