Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atherion
Atherion (lat. Atherion) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin atherionidae fəsiləsinə aid heyvan cinsi.
Theremin
Termenvoks (ing. theremin və ya thereminvox) — 1918-ci ildə rus ixtiraçısı Lev Termen tərəfindən yaradılmış elektromusiqi aləti. Alətin ən məşhur xüsusiyyəti onu çalarkən ifaçının alətlə təmasına ehtiyac olmamasıdır. 1928-ci ildə ixtiraçısı tərəfindən patentləşdirilmişdir. Orijinal adı termenvoks və ya ezerfondur. İfa iki metal anten sayəsində təmin edilir. Bu antenlər aləti çalan adamın əllərinin mövqeyinə görə səs çıxarırlar. Bir əl ilə titrəyiş dalğaları göndərilir, digər əl ilə isə səsin şiddəti müəyyən edilir. Elektrik siqnalları termenvoks üzərində yaradılır və səs dinamiklərinə göndərilir.
Theresa
Başlıqotu (lat. Scutellaria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Torreon
Torreon — Meksikanın şimal-şərqində və Koahuila əyalətinin cənub-qərb hissəsində yerləşən şəhər.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Monodelphis theresa
Monodelphis theresa (lat. Monodelphis theresa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Typhlodromus theroni
Typhlodromus theroni (lat. Typhlodromus theroni) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus theroni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ok Theqyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsa da, sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Hereyon (Samos)
Hereyon və ya Herey ( q.yun. Ήραῖον, yun. Ηραίο ) — Samos adasının cənub sahilində Hera məbədi. Pitaqoriondan 5 kilometr cənub-qərbdə yerləşir. Pifaqoreya ilə birlikdə 1992-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Pavsaniyə görə, Yunanıstanın ən qədim ağacı olan müqəddəs viteks Hereyonda bitib. Yerli əfsanəyə görə, Hera İmbras çayının sahilində bu ağacın altında doğulub. Rəvayətə görə, Hera məbədi arqonavtlar tərəfindən qurulmuşdur. Onun heykəlini Arqosdan gətirdilər. Heranın taxta heykəli heykəltəraş Smilidin (e.ə.
Herson vilayəti
Xerson vilayəti (ukr. Херсо́нська о́бласть) — Ukraynanın cənubunda yerləşən inzibati ərazi bölgüsü. 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiya tərəfindən işğal altındadır. Cənub-qərbində Qara dəniz, cənub-şərqində — Azov dənizi yerləşir. Regionun şimalında Dnepropetrovsk vilayəti, şərqində — Zaporojye vilayəti, qərbində — Nikolayev vilayəti, cənubunda — Krım Muxtar Respublikasıdır.
Heron (futbolçu)
Heron Krespo da Silva (br-port. Heron Crespo da Silva; 17 avqust 2000, Rio-de-Janeyro) və ya sadəcə Heron — Braziliya futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi. == Klub karyerası == Heron Krespo da Silva Rio-de-Janeyroda anadan olmuşdur. O, 30 aprel 2017-ci ildə "Osvaldo Kruz"un heyətində debüt etmiş, komandası "Qremio Prudente" ilə qarşılaşmada 3:0 hesablı qələbə əldə etmişdir. Heron 16 yaşında klubda meydana çıxan ən gənc oyunçu olmuşdur. O, 16 fevral 2018-ci ildə "Qoyas"a transfer olmuş və daha sonra gənclər komandasına qayıtmışdır. 21 avqust 2021-ci ildə Heron Danimarka "Superliqa"sında çıxış edən klubuna "Vayle Boldklub"a qoşulmuşdur. 21 iyun 2022-ci ildə "Şerif Tiraspol" Heronun kluba qoşulduğunu açıqlamışdır.
Heron düsturu
Tərəfləri a, b, c olan üçbucaq Heron düsturu — Üçbucağın sahəsini hesablamaq üçün istifadə olunan düstur. Burada p üçbucağın yarımperimetridir,üçbucağın tərəfləri == Heron düsturundan istifadə etməklə alınan düsturlar == Tərəfi a olan bərabərtərəfli üçbuçağın Heron düsturuna görə sahəsi: S = p ( p − a ) ( p − a ) ( p − a ) ⇒ {\displaystyle S={\sqrt {p(p-a)(p-a)(p-a)}}\Rightarrow } p = 3 a 2 {\displaystyle p={\frac {3a}{2}}} olacaq.
IAI Heron
IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır. 11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir. == Əməliyyat tarixçəsi == 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi ərzində İsrail Müdafiə Qüvvələri Heron PUA-larından aktiv şəkildə istifadə etmişdir. Döyüş əməliyyatları ərzində hər bir briqadanı yaxın hava dəstəyi ilə təmin etmək vəzifəsi üçün bir Heron müəyyən edilmişdi. Bu müharibədə İsrail ilk dəfə olaraq pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrini quru qoşunlarına asılı olmadan birbaşa şəkildə İsrail Hərbi Hava Qüvvələrinin komanda məntəqəsinin verdiyi qərarlara uyğun olaraq idarə etmişdir. Hava nəzarəti Heron və Hermes 450 pilotsuz uçuş aparatları, həmçinin Apaçi helikopterləri ilə təmin olunurdu. Hərbi hava qüvvələri və quru qoşunları arasındakı koordinasiya ilə birlikdə İsrailin quru qoşunları ölkənin təhlükəsizlik xidməti olan Şin Betin ön xəttə ezam olunmuş nümayəndələri ilə daim əlaqədə fəaliyyət göstərirdi.
İsgəndəriyyəli Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Şarliz Teron
Şarliz Teron (7 avqust 1975[…]) — CAR-da doğulmuş ABŞ aktrisa, kinoprodüser və modeli. Hollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir. 6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir.
Helen Herron Taft
Helen Herron Taft (ing. Helen Herron Taft; 2 iyun 1861[…], Sinsinnati, Ohayo – 22 may 1943[…], Vaşinqton) — ABŞ siyasətçisi, 28-ci Prezidenti Vilyam Taftın həyat yoldaşı.
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Ants from Up There
Ants from Up There — Böyük Britaniya rok qrupu Black Country, New Road-un ikinci studiya albomu. 4 fevral 2022-ci ildə Ninja Tune tərəfindən buraxılıb.
There Must Be Another Way
There Must Be Another Way (azərb. Başqa bir yolu olmalı‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir. 12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.