Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toksikologiya
Toksikologiya (yun. τοξικος — zəhər və λογος — elm) — Zəhər haqqında elm. Zəhərli maddələrin tərkibini, onların heyvan orqanizminə təsir mexanizmini, yaratdığı patoloji prosesləri (zəhərlənmə), müalicə və profilaktika üsullarını öyrənir. Toksikologiya fənn kimi müxtəlif mənşəli zəhərlərin (kimyəvi birləşmələrin), pestisidlərin, radioaktiv maddələrin, qeyri üzvi, bitki və heyvan mənşəli bakterial toksin lərin və s. öyrənilməsi ilə məşğuldur.
Leksikologiya
Leksikologiya (yun. lexikos-lüğət və logos-təlim) — Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. == Leksikologiya == Leksikologiya dilçiliyin bir bölməsi olub, dilin müasir vəziyyətində və eləcə də tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir. Müasir Azərbaycan dilinin lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir. Bununla belə, lüğət tərkibi, sadəcə söz yığımından ibarət olmayıb, leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir. Azərbaycan dilinin leksikologiyası müasir və tarixi leksikologiya olmaq üzrə iki qismə ayrılır. Müasir Azərbaycan dilinin leksikologiyası o dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq yaranmış lüğət tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrədir. Tarixi leksikologiya isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edilir. Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimiöyrənməkdən ibarətdir. Odur ki, leksikologiyaya, eyni zamanda sözlərin məna xüsusiyyətindən danışan bəhs də daxil edilir ki, bu bəhs ayrılıqda semasiologiya adlanır.