Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekhart Tolle
Ekhart Tolle (alm. Eckhart Tolle‎; 16 fevral 1948) — alman ruhani müəllim və yazıçı. Ekhart Tolle heç bir din və təriqət ilə bağlı deyil. Lakin, o özünün bestsellerə çevrilmiş "İndinin gücü" adlı kitabında təsirləndiyi şəxsiyyətləri və fəlsəfələri aşağıdakı kimi qeyd etmişdir: Meister Ekhart, Advaita Vedanta, Möcüzələr kursu, mistik İslam, Sufizm, Ruminin şeirləri, Zen Buddizm, Lin-chi (Rinzai) məktəbi. == Həyatı == Ekhartın uşaqlıq illərində valideynləri davamlı mübahisə etmiş və nəticədə ayrılmışdılar. Məktəbdə də o, ayrıseçkiliyə məruz qalırdı. Tolle müharibədən sonrakı Almaniyada bombardman altında qalmış binalar arasında oynayaraq qorxu və narahatlıq mühitində böyüdü. Sonralar ağrının "ölkənin enerji sahəsində" olduğunu bildirirdi. Öz müsahibələrinin birində 13 yaşına qədər evlərindəki və məktəbdəki gərginliyi təsvir edərək Almaniyada keçirdiyi ağır uşaqlıq illərini xatırlayır. 13 yaşında atası ilə birlikdə yaşamaq üçün İspaniyaya getdi.
Mixail Barklay-de-Tolli
Mixail Barklay-de-Tolli (alm. Michael Andreas Barclay de Tolly‎; 16 (27) dekabr 1761, Pamuşis[d], Pakruoyis rayonu[d] – 14 (26) may 1818, Çernyaxovsk, Şərqi Prussiya) — alman mənşəli rus sərkərdəsi, Müqəddəs Georgi ordeninin hər 4 dərəcəsinə layiq görülmüşdür. Hərb naziri (1810-cu ilin yanvar-1812-ci il), general-feldmarşal (1814-cü ildən). Müqəddəs Georgi ordeninin ikinci (Mixail Kutuzovdan sonra) tam kavaleri, 1812-ci ilin yazından - 1-ci Qərb Ordusunun komandiri. Əslində, 1812-ci ildə Vətən müharibəsinin başlanğıcında rus ordusunun baş komandanı, I Aleksandrdan ordudan M.İ.Kutuzovun təyin olunmasına qədər hərəkət etdi. 1813-1814-cü illər Rus ordusunun xaricdəki kampaniyasında 1-ci ordunun baş komandanı (1814-1818). == Ədəbiyyat == Барклай-де-Толли, Михаил Богданович. Представление генерала от инфантерии Барклая-де-Толли императору Александру I о движении армии в 1812 году (rus.) Барклай-де-Толли М. Б. Изображение военных действий 1812 года. — 1912 Arxivləşdirilib 2019-04-18 at the Wayback Machine Бантыш-Каменский, Д. Н. 41-й генерал-фельдмаршал князь Михаил Богданович Барклай-де-Толли // Биографии российских генералиссимусов и генерал-фельдмаршалов. В 4 частях.
Atoll
Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər.
Tool
Tool Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan Aenima ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ceff Uoll
Ceff Uoll(ing. Jeff Wall 29 noyabr 1946, Vankuver) — Kanadalı fotoqraf, ən böyük şəkilləri və sənət tarixinə dair məqalələri çox yaxşı tanınır. Onun ticarət nişan texnikası, yüngül qutulara yerləşdirilmiş bir yarımşəffaf film üzərində çəkilmiş fotoşəkillər idi. == Bioqrafiya == 29 sentyabr 1946 - Ceff Uoll Vankuver şəhərində anadan olub. 1964-1970 - Britaniyanın KolumbiyaUniversitetində sənət tarixini öyrənmişdir. 1970-1973 - Londonda Kurto İncəsənət İnstitutunda aspiranturaya qəbul oldu. 1974-1975 - Ceff Uoll İncəsənət və Dizayn Kollecində köməkçi oldu və həmçinin Britaniya Kolumbiya Universitetində təhsil almışdır. 1976-1987 - Simon Fraser Universitetinin dosenti oldu. 2007 - Nyu-York Müasir İncəsənət Muzeyin Ceff Uoll əsərlərinin retrospektivi oldu.Hal-hazırda Vankuverdə yaşayan və işləyir,British Columbia Universitetində professor vəzifəsini tutur. == Yaradıcılığı == Ceff Uoll, şəhər ətrafının sadə guşələrindən XIX əsrin ölçüsü və mürəkkəbliyi ilə müqayisə edilə bilən işlərə qədər geniş çeşidli fotoşəkillərlə məşhurdur.
Co Boll
Cozef D. Boll (ing. Joe Ball; 7 yanvar 1896, Texas, San-Antonio – 24 sentyabr 1938, Texas, Elmendorf) — “Alliqator adam”, “Elmendorf qəssabı”, “Cənubi Texasın mavi saqqalı” olaraq adlandırılan amerikalı seriyalı qatil. O, iki nəfəri öldürməklə tanınır və 1930-cı illərdə 20-yə qədər qadını öldürdüyü deyilir. Onun varlığının çoxdan apokrif olduğuna inanılırdı, Texas folklorunda tanınmış bir fiqurdur. Onun ulu babası İllinoys ştatının Qallatin qraflığında tanınmış qanunsuz kölə alverçisi, adam oğrusu və qeyri-qanuni qul istehsalçısı Con Hart Krenşou idi. == Arxa plan == Birinci Dünya müharibəsi illərində Avropada cəbhə bölgələrində xidmət etdikdən sonra Boll ödəyə bilənlərə qeyri-qanuni içki sataraq spirtli içki alverçisi kimi iş fəaliyyətinə başladı. Qadağa bitdikdən sonra o, Texas ştatı, Elmendorf şəhərində “Sociable Inn” adlı bir bar açdı. O, konkret dəlil terminini səhv başa düşdüyünə görə, cəsədsiz bir cinayəti ittiham etməyin mümkünsüz olacağına inandığı üçün altı alliqatordan ibarət bir gölməçə qurdu. O, insanları xüsusilə qidalanma zamanı onlara baxmağa dəvət edirdi. Yemək əsasən canlı pişik və itlərdən ibarət idi.
Con Boll
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Emmett Till
Emmett Till (25 iyul 1941, Çikaqo, İllinoys, ABŞ – 28 avqust 1955) ABŞ-nin Missisipi ştatında 1955-ci ildə 14 yaşında ikən irqçi bir cinayət nəticəsində ödürülən Afroamerikalı uşaq. Emmet Till cinayəti, Afroamerikalılar vətəndaş haqqlar hərəkətinin qurulmasına səbəb olmuşdur.
Holl adası
Holl adası (ing. Hall Island) — Alyaska ştatın qərb sahillərində, Berinq dənizində yerləşən adası. Adanın uzunluğu 9,7 km, ərazisi 16 km², ən yüksək nöqtəsi isə 490 m-dir. 2000-ci il siyahıyaalınmasına görə adanın daimi əhalisi yoxdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Kejsi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Keysi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Larri Uoll
Larri Uoll (ing. Larry Wall; 27 sentyabr 1954, Los-Anceles, Kaliforniya) — Amerikalı kompüter proqramçısı. Perl proqramlaşdırma dilini müəllifi. == Həyatı == Larri Uoll 27 sentyabr 1954-cü ildə (Kaliforniya), Los-Ancelesdə anadan olmuşdur. Sonra Bremertonda yaşamışdır. 1976-cı ildə Seattle Sakit okean universitetində ali təhsil almış, kimya və musiqi sahəsində ixtisaslaşmış, bir neçə ildən sonra universitetin hesablama mərkəzində işləyən bir bakalavr Təbii və Süni dillərdə dərəcəsi almışdır. == Fəaliyyəti == Amerikalı proqramçı, linqvist, Perl proqramlaşdırma dilinin müəllifi Larri Uoll "Usenet" elanlar lövhəsinin və "Unix" əməliyyat sisteminin, məşhur "Patch" proqramının da müəllifidir. O, 1998-ci ildə azad proqram təminatının inkişafına görə "Free Software Foundation" fondunun mükafatına (Free Software Foundation Award for the Advancement of Free Software) layiq görülərək fondun ilk laureatı olmuşdur. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Roll teoremi
Roll teoremi — parçanın uclarında bərabər qiymətlər alan funksiyanın törəməsinin sıfırları haqqında diferensial hesabının əsas teoremi. == Teorem == Teorem. [ a , b ] {\displaystyle [a,b]} parçasında kəsilməz, ( a , b ) {\displaystyle (a,b)} intervalında differensiallanan y = f ( x ) {\displaystyle y=f(x)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} parçasının uc nöqtələrində bərabər f ( a ) = f ( b ) {\displaystyle f(a)=f(b)} qiymətləri alırsa, onda ( a , b ) {\displaystyle (a,b)} intervalında yerləşən heç olmasa bir elə γ {\displaystyle \gamma } nöqtəsi var ki, bu nöqtədə funksiyanın törəməsi sıfra bərabərdir: f ′ ( γ ) = 0 {\displaystyle f'(\gamma )=0} . == İsbatı == Funksiya [ a , b ] {\displaystyle [a,b]} parçasında sabit olduqda teoremin doğruluğu aydındır. Bu halda f ( x ) {\displaystyle f(x)} -in törəməsi ( a , b ) {\displaystyle (a,b)} intervalının bütün nöqtələrində sıfıra bərabərdir və γ {\displaystyle \gamma } nöqtəsi olaraq istənilən nöqtəni götürmək olar. İndi fərz edək ki, f ( x ) {\displaystyle f(x)} funksiyası sabit deyil. O, [ a , b ] {\displaystyle [a,b]} parçasında kəsilməz olduğundan Veyerştrassın ikinci teoreminə görə özünün dəqiq aşağı m 0 {\displaystyle m_{0}} və dəqiq yuxarı M 0 {\displaystyle M_{0}} sərhədinin hər birini həmin parçanın heç olmasa bir nöqtəsində alır. Sabit olmayan f ( x ) {\displaystyle f(x)} funksiyası üçün m 0 < M 0 {\displaystyle m_{0}<M_{0}} olar və f ( a ) = f ( b ) {\displaystyle f(a)=f(b)} şərtinə görə funksiya m 0 {\displaystyle m_{0}} və M 0 {\displaystyle M_{0}} sərhədlərinin heç olmasa birini parçasının daxili nöqtəsində alar. Tutaq ki, f ( x ) {\displaystyle f(x)} funksiyası dəqiq aşağı sərhəddini daxili γ {\displaystyle \gamma } nöqtəsində alır: f ( γ ) = m 0 , ( a < γ < b ) {\displaystyle f(\gamma )=m_{0},(a<\gamma <b)} . Onda kifayət qədər kiçik olan ixtiyarı | Δ x | {\displaystyle |\Delta x|} üçün f ( γ + | Δ x | ) ≥ f ( γ ) {\displaystyle f(\gamma +|\Delta x|)\geq f(\gamma )} ,buradan f ( γ + Δ x ) − f ( γ ) Δ x ≤ 0 {\displaystyle {\frac {f(\gamma +\Delta x)-f(\gamma )}{\Delta x}}\leq 0} , Δ x < 0 {\displaystyle \Delta x<0} olduqda, ( 1 ) {\displaystyle (1)} f ( γ + Δ x ) + f ( γ ) Δ x ≥ 0 {\displaystyle {\frac {f(\gamma +\Delta x)+f(\gamma )}{\Delta x}}\geq 0} , Δ x > 0 {\displaystyle \Delta x>0} olduqda .
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir.İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. == Bioqrafiyası == Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Taka (atoll)
Taka atollu (marş. Tōkā tˠʌɡɑ͡ææ̯, ing. Toke, Taka) — Sakit okeanda 6 adaclqdan ibarəh olan atoll. Patak cərgəsinə daxildir. Adanın quru sahəsi 0,57 km², laqunla birlikdə isə 93,14 km² təşkil edir. == Tarixi == Ada 1816-cı ildə "Ryurik" gəmisində Otto Konsebunun rəhbərlik etdiyi rus ekspedisiyası zamanı kəşf edilir.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1-40 metr, eni isə 1000-1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Tell Abad
Abada - İraqın Diyala çayı hövzəsində yerləşən arxeoloji abidə. == Tədqiqi == Yaşayış yenində arxeoloji qazıntılar 1977-1978-ci illərdə Sabah Abboud Jasimin rəhbərliyi ilə aparılmışdır. Orada Übeyd mədəniyyətinə aid dulusçuluq aşkar edilmişdir (III səviyyə), bir hissəsi Samərra, Çoqa Mami və Xassuna mədəniyyətindən götürülmüşdür. Burada 14-16 otaqdan ibarət böyük evlər də tapıldı. Daha sonra Hacı Məhəmməd tipli keramika, habelə böyük evlər, o cümlədən ictimai bina olma ehtimalı olan bir ev 2-ci səviyyədən aşkar edilmişdir. Bu təbəqələrdən çox miqdarda çaxmaqdaşı , gil heykəlciklər, sümük və daş əşyalar, uşaq qəbirləri və s. aşkarlandı. Qalinj Ağa D tipli keramika parçaları və Dalma təpə tipli barmaq basqılı keramika nümunələri, Übeyd IV tipli keramikanın tək örnəkləridir. == Ədəbiyyat == Sabah Abboud Jasim, « Excavation of Tell Abada, Iraq », Paléorient, 7/2, 1981, p. 101-104.
Till Lindeman
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963, Leypsiq) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir. == Xarakteri == Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır.
Till Lindemann
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963, Leypsiq) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir. == Xarakteri == Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır.
Tornfild Holl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tull Hostili
Tull Hostili (lat. Tullus Hostilius) - Qədim Romanın III çarı. == Haqqında == Deyilənlərə görə, Tull Hostili də atası kimi hərbi məharəti sevən adam olmuşdu. Tull Alba-Lonqa şəhərini Romaya birləşdirmişdi. Sonra sabel tayfaları ilə müvəffəqiyyətsiz vuruşlar keçirmişdi. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Henrix Böll
Henrix Teodor Böll (alm. Heinrich Theodor Böll‎, 21 dekabr 1917[…], Köln, Prussiya – 16 iyul 1985[…]) — alman yazıçı, tərcüməçi, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972), Kölnün fəxri vətəndaşı (1983). == Həyatı == Alman yazıçısı Henrix Böll Kölndə doğulmuşdu. Bəzi məlumatlara görə əqidəli katolik olan Böll nəsli anqlikan kilsəsinin təqiblərindən yaxa qurtarmaq üçün orta əsrlərdə Almaniyaya İngiltərədən pənah gətirmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll altı il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı. Yaradıcılığa müharibə mövzusu ilə başlamışdı.