TOLAZZAMAX
TO:MACARAX
OBASTAN VİKİ
Svetlana Toma
Svetlana Toma — Aktrisa.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. == Xüsusiyyətləri == Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Toma Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. == Həyatı == Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Toma pendiri
Toma (İtalyan Toma) və ya Toma Piemontese (it. Toma Piemontese) — Pyemont və Valle d'Aosta bölgəsində istehsal olunan inək südündən hazırlanmış yumşaq və ya yarı bərk pendirdir. Toma Piemontese DOP adı Piedmont bölgəsinin ərazilərində — Novara, Vercelli, Biella, Turin, Kuneo, Verbano və Verbano Kuzio Ossola və Alessandriya Asti əyalətinin digər şəhərlərində istehsal olunan pendirlərə verilir.. == Tarixi == Toma pendirinin uzun bir tarixi var, onun Pyemontda istehsalı ən azı XI əsr əsrdən bəri məlumdur. Çox ədviyyatlı və duzlu olduğuna görə kəndlilərin yeməyi hesab olunurdu. Pendir 1993-cü ildə DOP, 1996-cı ildə isə Avropa Birliyinin PDO statusunu aldı.. == Hazırlanma qaydası == Pendir süddən iki üsulla hazırlanır, südün yağı yıgılırsa az yağlı 20% azaldılmış yağlı pendir, tam süddən istifadə edilərsə, 40% yağlı pendir hazırlanır. Pendirin dadı, rəngi, aromatı onun tərkibindəki südün yağlılığından fərqlənir. DOP kateqoriyalı pendirlərin yetişmə müddəti 20–45 gündür. Hazırlanma zamanı pendirlər müntəzəm olaraq şoran suda yuyulur və çevrilir.
Toma Çorba
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim. == Bioqrafiya == Toma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi .Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin. Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi. Çorba, Kişinyovun sanitar vəziyyətinə dair, başçılıq etdiyi xəstəxanasının infeksiya və psixiatriya şöbəsinin fəaliyyəti haqqında bir sıra işlərin müəllifidir.
Toma Feodosyeviç Çorba
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim. == Bioqrafiya == Toma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi .Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin. Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi. Çorba, Kişinyovun sanitar vəziyyətinə dair, başçılıq etdiyi xəstəxanasının infeksiya və psixiatriya şöbəsinin fəaliyyəti haqqında bir sıra işlərin müəllifidir.
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Andryu Tomas Mluqu
Andryu Tomas Mluqu (12 noyabr 1995) — Tanzaniyalı cüdoçu. Andryu Tomas Mluqu Tanzaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andryu Tomas Mluqu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Avstraliyanın nümayəndəsi Ceyk Bensted ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu. Mluqu Ölkələrin Paradında Tanzaniyanın bayraqdarı idi.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
De Tomaso
De Tomaso - İtaliya avtomobil istehsalçısı. Alexandro da Tomaso tərəfindən Modenada 1959-cu ildə qurulmuşdur. 2004-cü ildə ləğv edildi, amma buna baxmayaraq 2005-ci ildə yeni avtomobillər hələ də istehsal edilməkdə idi.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Frederik Brüs Tomas
Frederik Brüs Tomas (ing. Frederick Bruce Thomas, rus. Фёдор Фёдорович Томас; d. 4.11.1872, Missisipi, ABŞ – ö. 12.6.1928, İstanbul, Türkiyə) — Afroamerikan iş adamı; Türkiyədə ilk gecə klubu və kazinonun qurucusu. == Həyatı == Frederik Brüs Tomas 4 noyabr 1872-ci ildə ABŞ-nin Missisipi ştatının Koahoma qraflığında anadan olmuşdur. Frederikin Yensi (1861), Vilyam (1867), Con (1870) adlarında özündən böyük üç qardaşı və Keyt (1868) adlı bir bacısı var idi. Atası Levis Tomas, anası Hanna Tomas keçmiş qullar idi. Onlar ABŞ-də köləliyin ləğvi edilməsindən 4 il sonra - 1969-cu ildə böyük bir fermaya sahib olmuşdurlar. Lakin anası 35 yaşında ikən Frederiki dünyaya gətirən zaman vəfat etmişdir.
Gilbert Tomas Burnett
Gilbert Tomas Burnett (ing. Gilbert Thomas Burnett) — Britaniya botaniki və zooloqu. == Burnettin şərəfinə adlandırılmış takson == Botanik Con Lindli 1840-cı ildə Burnettia cinsini Burnettin şərəfinə adlandırmışdır.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Henri Tomas Bokl
Henri Tomas Bokl (ing. Henry Thomas Buckle, 24 noyabr 1821 — 29 may 1862) — İngilis tarixçisi və sosioloqu. Şahmatçı kimi də tanınmışdır. == Həyatı == "İngiltərədə sivilizasiya tarixi" adlı kitabın müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The life and writings of Henry Thomas Buckle, Vol.
Henri Tomas de la Beş
Henri Tomas de la Beş (ing. Henry Thomas De la Beche; 10 fevral 1796, London — 13 aprel 1855) — müasir geoloji tədqiqat metodlarının pioneri, Böyük Britaniya geologiya xidmətinin banisi, Devon qraflığında geniş geoloji və paleontoloji tədqiqatlar aparmış ingilis geoloqu və paleontoloqu. == Tərcümeyi-halı == Henri Tomas de la Beş Londonda anadan olmuşdur.. Henri hələ uşaq olarkən Böyük Britaniya ordusunun zabiti, Yamaykada qullara və tərpənməz əmlaka sahib olan atası vəfat etmişdir. O, uşaqlıq illərini geologiyaya meyl göstərdiyi Laym-Recisdə keçirmişdir. 14 yaşında daxil olduğu Marlou hərbi kollecini 21 yaşında bitirən Henri hərbi xidmətini davam etdirməmiş, bunun əvəzində London Geologiya Cəmiyyətinə daxil olmuşdur. Tezliklə o, London Geologiya Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuş və 1848-1849-cu illərdə bu cəmiyyətin prezidenti olmuşdur. == Elmi fəaliyyəti == Henri Tomas de la Beş bütün həyatı boyu təkcə İngiltərədə deyil, həmçinin, Fransada və İsveçrədə geoloji tədqiqatlar üçün əhəmiyyət kəsb edən bütün ərazilərə səyahət etmişdir. İngiltərəyə qayıdan alim Devonda və Kornuolledə geoloji tədqiqatlat aparmışdır. İngiltərədə geoloji və paleontoloji tədqiqatlarla məşğul olan digər alimlərlə əməkdaşlıq edən Henri Tomas de la Beş İngiltərənin geoloji xəritəsini yaratmaq və ölkə ərazisində aşkar edilmiş müxtəlif daşlaşmış bitki və canlı orqanizm qalıqlarından ibarət kolleksiya təşkil etmək qərarına gəldi.
II Tomanbay
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.
Karl Tomas Motsart
Karl Tomas Motsart (21 sentyabr 1784, Vyana – 31 oktyabr 1858, Milan) — avstriyalı pianoçu, bəstəkar Volfqanq Amadey Motsart və həyat yoldaşı Konstansiyanın sağ qalan iki oğlundan ikinci oğlu və böyüyü. == Bioqrafiyası == Vyanada anadan olub. Atasının ölümündən sonra Praqada təhsil aldı, buraya yeddi yaşında kiçik qardaşı ilə birlikdə göndərildi; onun tərbiyəçiləri Frantişek Ksaver Nimeçik və Frantişek Ksaver Duşek idi, sayəsində istedadlı bir pianoçu oldu. Ancaq təhsilini başa vurmadan əvvəl, 1797-ci ildə, on dörd yaşında ikən, ticarət şirkətində bir şagird olmaq üçün Livorona yola düşdü. Sonrakı illərdə fortepiano mağazası açmağı planlaşdırdı, lakin maliyyə səbəblərinə görə bu layihə uğursuz oldu. 1805-ci ildə Milana köçdü, burada Milan Konservatoriyasının direktoru Yozef Haydnın tövsiyəsi ilə onu tələbə kimi qəbul edən bəstəkar Bonifatsio Aziolinin rəhbərliyi altında musiqi təhsili aldı. İlk iki ildə Karl Tomas böyük müvəffəqiyyət göstərdi, ancaq üçüncü ilində həqiqətən musiqi karyerasını və 1810-cu ildə məktəbi tərk etdi, əvvəlcə Fransa rəhbərliyinin nəzarəti altında Lombardiyada tərcüməçi oldu. Ərazini 1815-ci ildə Avstriya İmperatorluğuna daxil etdikdən sonra Milanda Avstriya maliyyə idarəsində və dövlət mühasibatlığının rəsmisi oldu (şəhər o vaxt Avstriyanın nəzarəti altında idi), eyni zamanda Avstriya ədliyyə məhkəməsində İtalyan dilinə tərcüməçi kimi xidmət etdi; olduqca təvazökar bir həyat sürdü. 1820-ci ilin avqust və sentyabr aylarında qardaşı Frants Ksaver ziyarət etdi, 1825-ci ildə Milanda anası ilə görüşdü, 1836-cı ildə Zalsburqda yenidən qayıtdı. Karyerası boyunca, məmur maliyyə idarəçiliyi üçün İtaliyadan və rəsmi tərcüməçi olaraq işləməyə davam etdi.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Morqan Tomas Hant
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], İtaliya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. == Bioqrafiya == Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. == Mənbə == Развитие и наследственность Ю. Я. Керкис.
Müqəddəs Tomas kilsəsi (Praqa)
Müqəddəs Tomas kilsəsi (çex. Kostel sv. Tomáše) - Praqa şəhərinin Mala Strana rayonunda yerləşir. Böyük Orta əsr kilsəsi Avqustin ordeni tərəfindən 18-ci əsrin birinci yarısında yüksək barokko üslubunda yenidən inşa olunumuşdur. Onun interyeri Piter Paul Rubens, Bartolomeus Şpranger, Karel Şkreta və başqalarının zəngin bədii xüsusiyyətlərə malik bir sıra şah əsərlərinin qorunub saxlanıldığı yer hesab olunur. Ona bitişik Avqustin monastırı ilə birlikdə, Müqəddəs Tomas kilsəsi Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur. Kilsə bir çox hadisələrin şahidi olub və demək olar ki, 800 il ərzində öz gözəliyini və təravətini itirməyib. == Tarix == Qotik kilsənin əsası 1315-ci ildə Çexiya kralı II Vatslavın hakimiyyəti dövründə qoyulmuşdur. Eyni zamanda öz təqva və dinə itaəti ilə tanınan kral, Praqa şəhərinə Avqustun ordenini dəvət etdi. Onlar orden üzvlərinin yaşayış və tərbiyələrini təmin etmək məqsədilə, şəhər bələdiyyəsindən torpaq sahəsi əldə etmiş və kilsə üçün yeni monastır binasını inşa etməyə başlayırlar.
Pentacalia tomasiana
Pentacalia tomasiana (lat. Pentacalia tomasiana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Riçard Tomas Beyker
Riçard Tomas Beyker (ing. Richard Thomas Baker, 1 dekabr 1854, Vulviç, Böyük London – 14 iyul 1941) — Avstraliya botanik və fotokimyaçısı. == Çap olunmuş əsərləri == Baker, R.T.; Smith, H.G. A Research on the Eucalypts, especially in regard to their essential oils. — Sydney, 1902. — 291 p. Baker, R.T.; Smith, H.G. A Research on the Pines of Australia. — Sydney, 1910. — 458 p. Baker, R.T. Cabinet Timbers of Australia. — Sydney, 1913.
Romanov tomaresi
Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir. == Təsviri == Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir. == Yayılması == Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac. == Həyat tərzi == Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur.
Rotten Tomatoes
Rotten Tomatoes (azərb. Çürümüş pomidorlar‎) — kinematoqrafiya haqqında bütün informasiyaların toplandığı sayt. Sayt 19 avqust 1998-ci ildə ABŞ-də Sen Dionq tərəfindən yaradılmışdır. Saytın məhdudlaşdırılan formaları Böyük Britaniya və Avstraliyada mövcuddur.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas
Tomas Patten Stafford (ing. Thomas Patten Stafford; 17 sentyabr 1930, Vezerford[d], Oklahoma) — ABŞ astronavtı, HHQ briqada generalı. == Fəaliyyəti == 1952-ci ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirmişdir. 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna daxil edilmişdir. 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2. pilotu kimi kosmosa uçmuş (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr etmişdilər. 1966-cı ilin iyulun 3–6-da "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuş (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurmuşdur (1.8 milyon kilometrdən çox). 1969-cu ilin mayın 18–26-da "Apollon-10" kosmik gəmisində Ayın süni peyki orbitinə çıxmış (C. Yanq və Y. Sernanla birlikdə), kosmik gəmidən ayrılan Ay kabinəsində Ayın səthinə 15 km yaxınlaşmışdır (Y. Sernanla). 8 saatdan sonra Ay kabinəsi təkrar kosmik gəmi ilə birləşmişdir. Uçuş 192 saat 3 dəqiqə davam etmişdir.
Stefan Tomasoviç
Stefan Tomasoviç (təq. 1438 – 25 may 1463, Yaytse, Bosniya və Herseqovina Federasiyası) — Serbiya despotu və Bosniya kralı. == Mənbə == Nesbitt, John W., eds.
гериатри́ческий дополуча́ть лавровенча́нный мона́рший наворо́ченный отконверти́ровать отша́тываться по́ездом авиамеха́ник витаминизи́рование Геростра́т допусти́мость засту́пник измеря́ться милитариза́ция содержа́тельно судохо́дец глипать antiscience better half episodial middle America Stettin wrongly сепаратный