KOLLEKTİVLİK
KOMA
OBASTAN VİKİ
4-koma
Yonkoma (4コマ漫画, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur. == Tarixi == İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur. == Strukturu == Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir: Ki (起): Hekayə üçün əsas qoyan birinci panel. Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel. Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.
4-Koma Nano Ace
4-Koma Nano Ace (4コマnanoエース) – Kadokawa Shoten tərəfindən nəşr olunmuş yonkoma seynen və şonen manqa jurnalı. 2011-ci ildən 2013-cü ilə kimi nəşr olunmuşdur. == Manqa == Aiura (Çama) Black Rock-chan (Rinqo) (aprel 2011 - mart 2012) Chotto Kawaii Iron Maiden (Makoto Fukami, Alpha Alf Layla) Eureka Seven nAnO (2012 – yanvar 2013) G's Under Ground (Purapa) G-Sen Rough Sketch (Sakyu Tottori) Lucky Star (Kaqami Yoşimizu) The Melancholy of Haruhi-chan Suzumiya (Puyo) (2007 - ) Magical Record Lyrical Nanoha Force Dimension Nichijō (Keyichi Aravi) Chima R-15 (Nenqa Ninomiya) Sora no Kyūsoku (Suka) Strike Witches Gekijōban: 501 Butai Hasshin Shimasu-! (Makoto Fucibayaşi) Upotte!!
Koma
Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. === Ketoasidoz mənşəyli diabetik koma === Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Mettyu Koma
Mettyu Koma - (d. 2 iyun, 1987, Bruklin, Nyu-York) amerikalı müğənni, yazar, DJ və prodüser.
Qlasqo-Koma şkalası
Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir.
Koma 0,1 saniyədə
== Məzmun == Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. == Film haqqında == Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.
"A" komandası (teleserial, 1983)
"A" Komandası (ing. The A-Team) — 5 mövsümlü, 98 seriyadan ibarət olan, 1983–1987-ci illər arasında istehsal olunmuş ABŞ televiziya serialıdır. == Məzmun == "A" Komandası 4 üzvdən (Hannibal Smit, Templton, Merdok, Bosko Barakus) ibarətdir. Etmədikləri bir günah ucbatından həbs olunurlar, lakin sonra həbsdən qaçaraq həyatlarına pullu əsgərlər olaraq davam edirlər. Müəyyən bir ödəniş qarşılığında çətin vəziyyətdə olanlara kömək edən əfsanə qrupun Lideri Hannibal Smitdir. Templton isə qrupdakı ən cazibədar üzvdür. Ümumiyyətlə, qadınlar onu görəndə huşlarını itirirlər. Merdok bir az dəlisovdur və qrupun tək pilotudur. Bosko Barakus isə qrupun tək zənci və ən qüvvətli üzvüdür. Barakus boks ilə məşğul olub.
19 yaşadək qızlardan ibarət milli komanda (futbol)
İndiyədək qatıldığı 5 Avropa çempionatında yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb. Qeyd edək ki, Azərbaycan yığması iki dəfə birinci seçmə mərhələyə ev sahibliyi edib.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. == Nəticələr == === Təsnifat === Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa === Birinci mərhələ === İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı === Final === Final oyununda medalçılar müəyyənləşdi.
ABŞ Afrika Komandanlığı
Amerika Birləşmiş Ştatlarının Afrika Komandanlığı, qısa adı ilə AFRICOM — ABŞ-dakı Corc U. Buş hökumətinin əmri ilə Afrikada mülki və hərbi əməliyyatlar təşkil etmək məqsədi ilə 2007-ci ildə qurulmuş Pentaqon bölməsinin adıdır, Amerika Birləşmiş Ştatları Afrika Komandanlığı (ing. United States Africa Command (USAFRICOM) və ya qısaca AFRICOM) adı altında tanınır.
ABŞ Avropa Komandanlığı
ABŞ Avropa Komandanlığı (ing: United States European Command (EUCOM)) — Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 avqust 1952-ci ildə qurulmuşdur. Əməliyyat sahəsi başda Avropa olmaqla, Rusiya, Türkiyə, Qrenlandiya ilə yanaşı İsraili də əhatə edir. Mərkəzi Almaniyanın Ştutqart şəhərində yerləşən Patch kazarmasında yerləşir. EUCOM komandiri eyni zamanda NATO tərkibindəki Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığının da (SACEUR) komandanıdır. Komandanlıq Körfəz müharibəsi və Şimaldan Kəşfiyyat Ekspedisiya zamanı İncirlik Hərbi Hava Bazasındakı qüvvələrə nəzarət etmişdir.
ABŞ Cənub Komandanlığı
Amerika Birləşmiş Ştatları Cənub Komandanlığı (ing. United States Southern Command (USSOUTHCOM)) — Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 6 iyun 1963-cü ildə qurulmuşdur və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edir. Mərkəzi Florida əyalətində yerləşən Doral şəhərində yerləşir.
ABŞ Hind-Sakit okean Komandanlığı
Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı (ing: United States Indo-Pacific Command (USINDOPACOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. Birləşmiş Ştatların Sakit Okean Komandanlığı (USPACOM) olaraq 1 yanvar 1947-ci ildə qurulmuşdur, 30 may 2018-ci ildə hal-hazırkı adını almışdır. Onun əməliyyat sahəsi ABŞ-nin qərb sahili ilə Hindistanın qərb sahilləri də daxil olmaqla Hind-Sakit okean bölgəsini əhatə edir. Mərkəzi Havay əyalətində yerləşən Aiea şəhərindəki H. M. Smith bazasında yerləşir.
ABŞ Kosmik Komandanlığı
Amerika Birləşmiş Ştatları Kosmik Komandanlığı (USSPACECOM və ya SPACECOM) — Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Vahid Döyüş Komandanlıqlarından biridir. Onun vəzifəsi kosmosdakı hərbi əməliyyatlara, xüsusən dəniz səviyyəsindən 100 kilometr yuxarıdakı bütün əməliyyatlara cavabdehlik və nəzarətdir. ABŞ-nin hərbi kosmik əməliyyatları əvvəlcə 1945-ci ildə başlamışdı, lakin 1985-ci ilin sentyabrına qədər bütün hərbi qüvvələrin xarici kosmosda ortaq komandanlıq və nəzarətinin təmin edilməsi və digər döyüş komandanlıları ilə əlaqələndirilməsini təmin etmək üçün Kosmik Komandanlıq yaradılmadı. SPACECOM 2002-ci ildə ləğv edildi və onun bütün vəzifələri və qüvvələri Birləşmiş Ştatların Strategiya Komandanlığına birləşdirildi. Təxminən 17 il sonra, Kosmik Komandanlıq 29 avqust 2019-da yenidən quruldu və döyüş bölgəsi olaraq kosmosa yenidən diqqət yetirildi.
ABŞ Mərkəzi Komandanlığı
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (ing: United States Central Command (USCENTCOM)) Birləşmiş Ştatların Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 yanvar 1983-cü ildə qurulmuşdur. Sürətli Yerləşdirməli Müştərək Əməliyyat Qüvvələrinin (Rapid Deployment Joint Task Force - RDJTF) əvvəlki vəzifələrini öz üzərinə götürmüş və əməliyyat sahəsi Yaxın Şərq, xüsusilə İraq və Afrikada Misir, həmçinin Orta Asiyadakı Əfqanıstandır. Baza qərargahı Florida ştatının Tampa şəhərindəki MacDill Hərbi Hava Qüvvələrinin bazasında yerləşir. Komandanlıq bir çox hərbi əməliyyatlarda, o cümlədən 1991-ci ildə İraqdakı Çöl Fırtınası Əməliyyatında, Əfqanıstan müharibəsi və Səddam Hüseynin devrilməsi ilə nəticələnən İkinci İraq müharibəsində Amerikanın əsas iştirakçı qüvvəsi rolunu oynamışdır. 2015-ci ildən etibarən CENTCOM qüvvələri ilk növbədə Əfqanıstan, İraq və Suriyada yerləşdirilir.
ABŞ Strategiya Komandanlığı
Birləşmiş Ştatların Strategiya Komandanlığı (ing. United States Strategic Command; USSTRATCOM)— Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi hərbi peyklər kimi kosmik əməliyyatlar, məlumat əməliyyatları (məlumat müharibəsi kimi), raketdən müdafiə, qlobal komandanlıq və nəzarət, kəşfiyyat, nəzarət və kəşfiyyat (C⁴ISR), qlobal vuruş və nüvə yayındırıcılığı (ABŞ-nin nüvə arsenalı) və kütləvi qırğın silahlarına qarşı mübarizə aparmaqdır. Qərargahı Nebraska əyalətndəki Offutt Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı
Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlığı (ing. United States Special Operations Command, qısaca USSOCOM və ya SOCOM) — ABŞ Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılmasıdır. 16 aprel 1987-ci ildə yaradılan komandanlığın qərargahı Florida ştatındakı MacDill Hava Qüvvələri bazasında yerləşir.
ABŞ milli futbol komandası
== Tarixi ==
ABŞ milli voleybol komandası
ABŞ milli voleybol komandası — ABŞ-ni beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing. United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
AFM (Formula-1 komandası)
AFM — Almaniyanın Formula 1 yarış komadası. Formula 1 yarışlarında çıxışı 1950-ci illərdən başlamışdır. == Tarixi == Komandanın əsası Alexander Von Falkenhausen tərəfindən qoyulmuşdur. O, 1930-cu ildə BMW 328 modelini yaradan əsas mühəndislərdən biri olmuşdur. Bu model 1930-cu ildə Avropa idman yarışlarında əsas yeri tuturdu. İkinci Dünya Müharibəsindən sonra Falkenhausen Münxendə öz avto salonunu açır. O burada BMW 328 hissələrini hazırlamağa başlayır. 1948-ci ildə isə o öz şəxsi avtomobilini hazırlayır və BMW 328 mühərrikindən istifadə edir. Növbəti il AFM-avtomobili hazır olur və Formula 2 yarışında iştirak edir. Alman sürücü Hans Joachim Grenzlandring-da üçüncü yer qazanır.
AFR milli futbol komandası
Almaniya milli futbol komandası (alm. Die deutsche Fußballnationalmannschaft‎) — 1908-ci ildən bəri Almaniyanı beynəlxalq turnirlərdə təmsil edən kişi futbol komandası. 1900-ci ildə qurulan Almaniya Futbol Federasiyası tərəfindən idarə olunmaqdadır. Dörd dəfə dünya çempionu (1954, 1974, 1990, 2014) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olan komanda FİFA Dünya Reytinqinə görə 1-ci yerdədir (12 aprel 2018). == Tarixi == II Dünya Müharibəsi əsnasında, çox oyunçusu silahlı qüvvələrə qatılmaq məcburiyyətində qalan Almaniya Milli Futbol Komandasının matçları təxirə alındı. 1939-cu ilin sentyabrından və 1942-ci ilin noyabrınadək 30 beynəlxalq matç oynamışdır. Milli komanda oyunçuları çoxu ən təhlükəli döyüş xidmətindən ötəri futbolçu qorumağa çalışan hava qüvvələri səlahiyyətlisinin səyləriylə Rote Jäger olaraq texniki direktor Herberger'in altında toplandılar. 1954-ci ildə İsveçrədə təşkil edilən Dünya Çempionatı finalında Macarıstanı 3-2 məğlub edərək tarixində ilk dəfə Dünyanın Ən Böyüyü olan Almaniya, 1972 Avropa Çempionatı və 1974 Dünya çempionatında da xoşbəxt sona çatan komanda oldu. 1980 Avropa Çempionatını da muzeyinə aparan Panzerler, 1990-ci ildə İtaliyada Dünya Kubokunda Argentinanı məğlub edərək 3-cü dəfə Dünya Çempionu oldular. 1996-ci ildə İngiltərədə təşkil edilən Avropa Çempionatında yarım finalda İngiltərəni, finalda qızıl qolla Çex Respublikasını məğlub edən almanlar son kubokunu orada aldı.
AGS (Formula-1 komandası)
AGS (ing. Automobiles Gonfaronnaises Sportives (AGS)) fransız avtomobil yarış komandası, Formula 1-də iştirak etmişdir. == Tarixi == Komandanın tarixi XX əsrin 60-cı illərinin sonlarında başlamışdı. O zaman Var əyalətində Gonfaron kəndində benzin stansiyası və qarajı olan fransalı mexaniki Henri Julien yarış avtomobilləri qurmağa qərar verdi. Julien özü müntəzəm kiçik avtomobil yarışlarında iştirak etdi. Yarışçı kimi mükəmməl olmasa da, lakin texniki elmlər dərəcəsi almışdı və nəticədə, yarış avtomobillərinin tikintisinə daha çox vaxt ayırmaq qərarına gəldi. Bu AGS'nin yaranmasına səbəb oldu, bunun açıqlaması "Gonfaron'dan yarış arabaları" idi. == İlk yarışlar == 1969-cu ildə ilk avtomobil təqdim olundu. Bu kiçik bir Formula Frans avtomobili idi. Avtomobilin layihəsini, Julienin tələbəsi mexanik Christian Vanderpleyn tərəfindən hazırlanmışdı.
Aerobatika komandalarının siyahısı
== İstinadlar ==
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 2 gün sonra 19 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 86.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 85.430 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 84.610 xal toplayan Belarus təmsilçiləri qazandı.
Albaniya milli futbol komandası
Albaniya milli futbol komandası - Albaniyanı beynəlxalq futbol turnirlrində təmsil edən milli futbol komandası. Albaniya ev oyunlarını Kemal Stafa stadionunda keçirir. Ölkədə daha böyük – 30 min tamaşaçı tutan arena olsa da, albaniyalılar əksər hallarda 19200 nəfərlik stadiona üstünlük verir. == Tarixi == Albaniya milli komandası 1930-cu ildə yaransa da, ilk beynəlxalq oyununa düz 16 il sonra çıxıb. 1946-cı ildə Yuqoslaviyaya 2:3 hesablı məğlubiyyətlə dünya səhnəsinə çıxan rəqibimiz ilk qələbəsini də həmin il qazanıb. Bolqarıstanı 3:1 hesabı ilə üstələyən Albaniya yığması ilk səfər qələbəsini iki il sonra Rumıniyada qazanıb – 1:0. Tarixinin ilk illərində yalnız yoldaşlıq oyunları ilə kifayətlənən albanlar ən uğursuz nəticəsini də o zaman rəsmiləşdirib. 1950-ci ildə Macarıstan yığması bu komandanın daşını daş üstdə qoymayıb – 12:0. 1963-cü ilə qədər dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə qatılmayan yığmanın debütü 45 il əvvələ təsadüf edib. Əvvəl Olimpiadanın seçmə oyunlarında Bolqarıstana hər iki qarşılaşmada uduzan rəqibimiz qitə çempionatına gedən yolda Danimarka ilə görüşdə uğursuz siftə edib - 0:4.
Ali Baş Komandan
Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrinin ən yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxsə deyilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan respublikasının Ali Baş Komandanıdır. == Ölkələrdə Ali Baş Komandan == === Albania === Albaniya Konstitusiyasına əsasən, Albaniya Respublikasının Prezidenti Albaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. === Argentina === Argentina Konstitusiyasının II bölməsi, III hissə, 99-cu maddənin 12, 13, 14 və 15-ci yarımbəndlərində Argentina Prezidentinin “Millətin bütün silahlı qüvvələrinin Ali Baş Komandanı” olduğu bildirilir. Burada daha sonra deyilir ki, Prezident silahlı qüvvələrin yüksək rütbəli zabitlərinin vəzifələrini və ya dərəcələrini təyin etmək və döyüş meydanının özündə hərbi tapşırıqları yerinə yetirmək səlahiyyətinə malikdir; onların təşkilini və bölüşdürülməsini Millətin ehtiyaclarına uyğun idarə edir; və o, Argentina Milli Konqresinin razılığı və təsdiqi ilə müharibə elan edir və repressiyalar əmr edir. Müdafiə Nazirliyi silahlı qüvvələrin (Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri) idarə edilməsində prezidentə yardım edən və ona xidmət edən hökumət idarəsidir. === Belarus === Belarus Prezidenti Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Belarusun ali baş komandanının öz rütbəsinə uyğun rəsmi forması var, prezidentin rəsmi tədbirlərdə və hərbi mərasimlərdə geyindiyi forma var. Ali baş komandanın rolu Belarus Konstitusiyasının 28-ci maddəsində göstərilib ki, bu maddə Ali Baş Komandana “Silahlı Qüvvələrin ali komandanlığını təyin və vəzifədən azad etmək” səlahiyyətini verir. === Belçika === Belçika Konstitusiyasının 167-ci maddəsi Kralı Ali Baş Komandan təyin edir.
Koma 0,1 saniyədə (film, 2007)
== Məzmun == Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. == Film haqqında == Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.

Digər lüğətlərdə