Tokay Məmmədov
Tokay Həbib oğlu Məmmədov (18 iyul 1927, Bakı – 2 may 2018, Bakı) — sovet və Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1973), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1962), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ dövlət mükafatı laureatı (1978), 1970–1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü.
Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar Sabsay qeyd edirdi ki,
1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayır.