Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir.
Alatoran | |
---|---|
ing. Twilight | |
Janr |
Melodram Fentezi |
Rejissor | Ketrin Hardvik |
Prodüserlər | |
Əsərin müəllifi | Stefani Mayer |
Ssenari müəllifi | Melissa Rozenberq |
Baş rollarda |
Edvard Kallen Robert Pattinson Bella Svon Kristen Stüart Ceykob Blek Teylor Lotner |
Bəstəkar | Karter Barvel |
İstehsalçı | Summit Entertainment |
Distribütor | Summit Entertainment, Netflix, Disney+ |
İlk baxış tarixi | 17 noyabr 2008 |
Filmin növü | Bədii film |
Müddət | 122 dəqiqə[1] |
Büdcə | $37 000 000 [2] |
Gəlir | $393,616,788[3] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 2008 |
Sonrakı film | Yeni Ay |
Rəng | rəngli |
Çəkiliş yeri | Oreqon və Vaşinqton ştatları |
IMDb | ID1099212 |
Vikianbarda əlaqəli mediafayllar |
Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş[5] və 2 may 2008-ci ildə tamamlanmışdır.[6] Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.[7]
Alatoran filminin kinoteatr nümayişləri 21 noyabr 2008-ci ildə başlamış və dünya üzrə $393 milyondan çox gəlir gətirmişdir.[3] Filmin DVD satışı 21 mart 2009-cu ildə başlamış və ilin ən çox satılan DVD-si olmuşdur.[8] Film musiqiləri albomu 4 noyabr 2008-ci ildə satışa çıxarılmışdır.[9] Alatoran filminin uğurundan sonra növbəti illərdə romanlar seriyasına daxil olan “Yeni Ay”, “Tutulma” və “Sübh” romanları da ekranlaşdırılmışdır.
Anasının beysbolçu ilə evlənməsindən sonra, on yeddi yaşlı İzabella “Bella” Svon, atası Çarli ilə birgə yaşamaq üçün Vaşinqton yaxınlığındakı kiçik Forks şəhərinə köçür. Tezliklə məktəbdəki bir çox uşaqla dostlaşmasına baxmayaraq Kallenlərdən biri ilə arasında intriqa münasibəti yaranır. Məktəbdəki ilk günündə o biologiya dərsində Edvard Kallenlə yanaşı oturur, nə qədər münasibət qurmağa çalışsa da, Edvard bundan imtina edir. Bir neçə gün sonra diqqətsizlik edən Bella məktəbin həyətində avtomobil qəzası təhlükəsi yaşayır. Bu zaman qeyri-insani sürətlə hərəkət edən Edvard Bellanın yanına gələrək maşını geri itələyir və qızı xilas edir. Daha sonra bu hadisəni unutmağı Belladan xahiş edir və ondan uzaq durmağı məsləhət görür.
Uzun müddət axtardıqdan sonra Bella öyrənir ki, Edvard vampirdir, lakin yalnız heyvan qanı ilə qidalanır. Onlar bir-birlərinə aşiq olurlar və Edvard Bellanı vampir ailəsi Karlayl, Esme, Elis, Casper, Emmet və Rozali ilə tanış edir. Bir qədər sonra şəhərə köçəri vampirlər Ceyms, Viktoriya və Loran şəhərə gəlir. Edvardın insanı müdafiə etməsi izləyici vampir Ceymsi əsəbləşdirir və o, Bellanı incitmək qərarına gəlir. Edvard və ailəsi Bellanı qorumaq üçün həyatları ilə risk etsələr də, Ceyms onu qaçıraraq anası ilə birgə yaşadığı Feniks şəhərinə gətirir. Ceyms hücum edərək Bellanın biləyindən dişləyir, lakin Kallenlər ailəsinin digər üzvlərindən daha sürətli olan Edvard Bella ölməmiş özünü hadisə yerinə çatdıra bilir. Ceyms öldürülür, Edvard Ceymsin zəhərini Bellanın qanından soraraq onun vampirə çevrilməsinin qarşısını alır. Bella gözünü açdıqda hospitalda olur, anası bütün gecə Edvardın onun yanından ayrılmadığını deyir. Forksa dönən Bella və Edvard məktəb şənliyində rəqs edərkən, Bella Edvarda vampir olmaq istədiyini deyir. Film sevgilisi Ceymsin qisasını almaq istəyən Viktoriyanın onları güdməsi ilə başa çatır.
Stefani Mayer tərəfindən yazılmış paranormal sevgi romanı olan Alatoranın ekranlaşdırılması haqqında 2004-cü ilin aprel ayından Paramount Pictures'in MTV Films şirkəti ilə anlaşması var idi. Lakin həmin şirkətin inkişaf etdirdiyi ssenari mənbə materialından xeyli fərqlənirdi.[2][17] 2007-ci ildə Summit Entertainmentin yenidən kino industriyasına qayıtmasından sonra, bu şirkət romanın yeni adaptasiya ssenarisinin hazırlanması ilə məşğul olmağa başladı.[18] İlk öncə 1998-ci ildə eyni adlı film istehsal etmiş Paramountdan adın istifadəsi hüququ alındı.[19] Kompaniya filmi Mayerin romanlarının uğurunu təkrarlamaq üçün vasitə hesab edirdi.[13][20] Beləliklə Ketrin Hardvik filmin rejissori, Melissa Rozenberq isə ssenari müəllifi kimi işə cəlb olundu.[21]
Rozenberq avqustun sonlarına kimi ümumi inkişaf xəttini müəyyənləşdirmiş, sonrakı aylarda isə Hardviklə birgə ssenarinin yazılması işi ilə məşğul olmuşdu. Rozenberq Hardvikə deyir ki, “çox güclü inkişaf xətti alınıb və çoxlu parlaq ideyalarım var...Mən səhnələri tamamlamışam və onlara göndərmişəm ki, qeydlərini edib geri göndərsinlər.”[22] Qarşıda Amerika Yazıçılar Gildiyasının tətili gözlənildiyindən, Rozenberq oktyabrın 31-nə kimi işləri tamamlamaq üçün var gücü ilə çalışır.[22] Romanın uyğunlaşdırılması zamanı o, “yalnız bu işlə məşğul idi”. Romandakı bəzi obrazlar ssenaridə əksini tapmamış, bəziləri isə başqalarına uyğunlaşdırılmışdır.[23] “Bizim əsas məqsədimiz kitabın məzmununu saxlamq idi” deyə Rozenberq qeyd edir və vurğulayır ki, “romanı sözbəsöz ssenariyə uyğunlaşdırmaq çətin olsa da, biz obrazlarıntaleləri, onların hissləri və emosiyalarını mümkün qədər olduğu kimi insanlara çatdırmağa çalışdıq.”[24] Hadisələr Bellanın dilindən nəql edildiyinə görə, Hardvik Bellanın daxili dialoqlarının da ssenariyə daxil edilməsinə razılaşmış[22], həmçinin ssenarinin bəzi hissələrinin hazırlanmasında iştirak etmişdir.[25]
Alatoran filmi üzərində işləyən film yaradıcıları mümkün qədər romanın məzmununa sadiq qalmağa çalışırdılar və prodüser Qreq Muradian bu haqqda deyir: “Bu çox vacibdir ki, biz kitabın ayrı-ayrı hissələrindən istifadə edərək, kitabdan çox-çox təsirli bir iş ortaya qoya bilək...Düzdü, bir hamımız ayrı-ayrı incəsənət sahələrinin təmsilçiləriyik, lakin hamımızın məqsədi ən yaxşı filmin ərsəyə gəlməsi üçün əlimizdən gələn hər şeyi etməkdir.”[26] Adaptasiyanın uğurlu alındığına əmin olmaq üçün, Mayerlə sıx əlaqə saxlanılır, o tez-tez çəkiliş məkanlarına dəvət edilir, qeydlərini və iradlarını bildirməsi xahiş edilir, montaj zamanı isə uğurlu səhnələrin seçilməsində iştirak edirdi.[27] Bu haqqda Mayer deyir: “Bu [mən və film yaradıcıları arasında] çox xoş bir iş birliyi idi və elə başlanğıcdan mən bunun adi iş olmayacağını hiss edirdim. Mənim ideyalarım onlar üçün həqiqətən də maraqlı idi”[28] və “...onlar sanki məni qarmaqla işə bağlı saxlayır, işin hər mərhələsini izləməyə şərait yaradır və tez-tez soruşurdular 'Bu haqqda nə fikirləşirsiz?' ...Onlar mənim işin içinə girməyimə icazə verirdilər, 90 faiz təkliflərimi həyata keçirir və mümkün qədər romana sadiq qalmağa çalışırdılar.”[27] Mayer adətən bir xəttin – kitabdan daha yaşı məlum olan “şir və çıraq” xəttinin saxlanmasına çalışırdı: "Melissanın [Rozenberq] götürdüyü yol, həqiqətən də filmin yaxşı səslənməsini təmin edirdi [...] lakin problem onda idi ki, bu xətt insanların canına tam şəkildə hopa bilərdi [...] Lakin, mən dedim, 'Bilirsən, əgər sən bir şeyi götürsən və dəyişdirsən bu boşluqların yaranmasına səbəb olacaq."[27] Mayer, vampirlərin dişləri və insanlarla qidalanmaları, kitabda ölümsüz olan obrazlar və sair dəyişdirilməməsi lazım olan xırdalıqların siyahısnı tərtib edib, bu siyahını əsas götürməyi təklif etdi və studiya bununla razılaşdı.[27][28] Tənqidçilərin ortaq mövqeyi belədir ki, film yaradıcıları mətn materialının adaptasiyasının öhdəsindən uğurla gəliblər və film kitabdan xeyli təsirli alınıb[29][30] və tənqidçilərdən biri qeyd edir ki, bəzi kiçik istisnalarla “Alatoran filmi, mənbə materialına sadiq qalınsa da, tamamilə mənbədən daha təsirli bir işin ortaya qoyulmasıdır.” [31]
Alatoranın müəllifi Stefani Mayer[17]
Mənbə materialı ilə film arasında məzmun fərqlərinin meydana çıxması film istehsalı prosesində tez-tez qarşıya çıxan haldır. Kitabdakı biologiya otağındakı səhnələrin müəyyən detalları kimi bəzi səhnələr də filmdə ixtisar edilmişdi. Hardvik deyir ki, “Ümumilikdə kitab 500 səhifədən ibarətdir – onun üçün xoşbəxt sonluqlu süd versiyası da seçə bilərdik.... Bizim artıq biologiya dərsində iki səhnəmiz var. Birinci səhnə onların münasibəti alınmır, ikinci dəfə isə onların arasında əlaqə yaranır. Film üzərində işləməyə başladıqdan sonra, eyni səhnə üzərinə təkrarən qayıtmaq istəmirsən.” [32] Filmi daha dinamik etmık üçün, bəzi dialoqlarda da dəyişikliklər edilmişdir. Məsələn, filmdə Bella Edvara onun vampir olmasını bildiyini mistik görünüşlü çəmənlikdə deyir, romanda isə bu dialoq Edvardın maşınında olur.[32] Biologiya dərsi səhnəsi filmə Bellanın Edvardın onu xilas etməsindən sonra Edvard haqqında fikirlərinin qarışmasını daha qabarıq göstərmək üçün əlavə olunub. Həmçinin qəbih vampirlər filmdə romandakından daha tez peyda olurlar. Rozenberq qeyd edir ki, “Kitabın sonuncu fəslinə kimi Ceyms və onun yoldaşlarını görmək olmur, lakin film ssenarisi üzərində işləyərkən bunu etmək istəmirsən. İnsanlarda məşum gərginliyi artırmaq üçün bu obraza ehtiyac yaranır. Biz onları və yarana biləcək təhlükələri başlanğıcdan göstərməyə çalışmışıq. Və bunlara görə mən hekayəni arxadan başlamışdım.”[22] Rozenberq həmçinin kollecdəki bəzi insan obrazlarını da birləşdirmişdi. Məsələn, kitabdakı Loren Mellori və Cessika Stenli obrazları, filmdə Cessika obrazında, “insan xarakterlərindəki cütlüyü tamamlamaq üçün” isə Erik Yorki obrazı lazım olmuşdu.[23] Muradian kitab və film arasındakı bu fərqliliklər haqqında deyir: “Məncə biz kitabın ən yaxşı və maraqlı hissələrindən yararlanaraq, yaxşı iş ortaya çıxarmağa nail olmuşuq. Bizim ən böyük tənqidçimiz olan Stefani Mayer deyir ki, yazılmış ssenarini bəyənir və biz hansı hissələrin saxlanıb, hansı hissələrin ixtisar edilməsində düzgün seçim etmişik.”[26]
Alatoranın müəllifi Stefani Mayer[17]
Hardvikin müraciəti zamanı Kristen Stüart “Macəralar ölkəsi” filminin çəkilişlərində idi və ilk yoxlama zamanı o rejissoru məftun etdi.[2] Lakin Hardvik Edvard rolunu oynaya biləcək aktyor tapmaqda çətinlik çəkirdi. Lakin bir gün o, Londonda yaşayan oğlan haqqında zəng aldı. “Mən cütlüyün şəkillərinə baxdım və bəyəndim, lakin, əmin deyildim.” – deyə Hardvik qeyd edir. “Sonuncu işindən sonra o iş tapmağa çalışırdı, o işsiz idi, gəlirə ehtiyacı var idi.” Pattinson Stüartla birgə dinləmələrdə iştirak etmək üçün öz hesabına Los-Ancelesə uçur.[33] Seçimlərin finalına Şila Fernandez, Cekson Retbon, Ben Barns və Robert Pattinson qalmışdı.[34] Əvvəlcə Hardvik Edvard rolu Pattinsonu üçün seçməmişdi, lakin Stüartla evində söhbət etdikdən sonra, o qərarını Pattinsonun üzərində cəmləşdirir.[2] Hardvik deyir: “Kristen onu bəyənmişdi ‘Rolu Rob qazanmışdı!‘ İlk dəqiqədən o, Robla bağlı olduğunu hiss etmişdi. Bu ilk baxışdan elektriklənmə və ya sevgi, buna bənzər bir şey idi.” Hardvik Edvard Kallen obrazını Robert Pattinsona həvalə edir, lakin o söz verməli idi. “Sən bilməlisən ki, Kristenin 17 yaşı var,” Hardvik deyir, “O, azyaşlıdır. Sən özünü tam əxlaqlı aparmalısan, ya da həbs ediləcəksən. Mən onu Bibliyaya and içməyə məcbur etdim.”[33] Ekran testindən keçənə kimi Pattinson romanlar haqqında az məlumata malik idi, lakin tezliklə o, romanları oxudu.[35] Mayer Pattinsona hələ tamamlanmamış və Alatorandakı hadisələrin Edvardın dilindən danışıldığı “Gecəyarısı günəşi” romanının əlyazmasını da oxumağa icazə verir.[36] Pattinsonun Edvard rolu üçün seçilməsinə Alatoran fanatları ilkin olaraq neqativ reaksiya verdilər; Raşel Lefevre qeyd edir ki, “hər bir qadının öz Edvardı var və həmin obrazın yerinə yeni vahid obraz qoymaq çətindir.”[35] Mayer iki baş qəhrəmanın aktyor seçimindən heyranlıq və həyəcan hissləri keçirirdi.[37] Çünki əvvəlki istehsala hazırlıq müddətində o, Emili Brouvinq və Henri Kavillin Bella və Edvard rolları üçün sınaqdan keçirildiyini də müşahidə etmişdi.[38]
Əslində Piter Façinellinin Karlayl Kallen roluna çəkilməsi nəzərdə tutulmamışdı. “Hardvik məni bəyənirdi, lakin studiya başqa aktyorun axtarışında idi” deyə Façinelli qeyd edir.[12] Lakin naməlum səbəbdən bu rol üçün seçilən aktyor rolu oynamqdan imtina edir və rol Façinelliyə verilir.[12] Eşli Qrinin Elis Kallen rolu üçün seçilməsi Alatoran fanatlarının tənqidinə səbə olmuşdu, çünki o kitabda təsvir edilən Elisdən 18 sm hündür idi. Həmçinin Mayer də qeyd edir ki, Raşel Ley Kuk onun fikirləşdiyi Elis obrazına uyğun gəlirdi.[39] Niki Rid əvvəl “On üç” və “Doqtaun hakimi” filmlərində Hardviklə birgə çalışmışdı. Rid qeyd edir: “Mən onunla birgə işləməkdən imtina edə bilməzdim, çünki əvvəl biz birgə yaxşı işləmişdik. Mən bu dəfə də yaşı işləyəcəyimizə inanırdım.” [40]
Emmet Kallen rolu üçün aktyor seçimi edildikdə Kellan Lutz HBO-nun mini-serialı olan “Qatil Nəsli” serialının çəkilişləri üçün Afrikada idi. Filmin çəkilişləri başlayana kimi bu rol üçün aktyor seçimi davam etdi, sonda isə rol üçün seilən aktyor imtina etdi. Bu zaman seçimlərə qatılan Lutzu Oreqonda Hardvik özü qəbul etdi və şəxsən Emmet rolu üçün seçdi.[41] Raşel Lefevre Hrdvikin aktyor seçdiyi bu rolu izləyirdi, çünki, o, qabaqda daha üç film üçün aktyor seçiləcəyini bilirdi və vampir rolunu canlandırmaq istəyirdi.[42] O fikirləşdirdi ki, “vampirlər insan qorxusu və yaşamaq haqqında suallarının ən yaxşı metaforasıdır.”[42] Kristian Serratos Cessika Stenli obrazı üçün seçimlərə qatılsa da, romanları oxuduqdan sonra Angela obrazını daha çox sevmiş və seçimlərdən keçərək bu obrazı canlandırmışdır.[43] İki dəfə dinləmədən keçdikdən sonra Cessika Stenli obrazı Anna Kendrikə həvalə olunmuşdu.[44]
Pattinsonun ilk dəfə Stüartı öpdüyü Ketrin Hardvikin evindəki yataqda Alatoran filminin ilk test çəkilişi keçirilmişdir. “Həmin yataq Pattinsonu indi olduğu adam etdi” deyə Rid qeyd edir. Vaxtilə həmin yataqda Evan Reyçel Vudun da ilk yoxlaması keçirilmiş və Hardvik onu Nikki Ridlə birgə “On üç” filmi üçün sınaqdan keçirmişdi. Yatağı haqqında sual verdikdə Hardvik deyir: “MTV gəlir və mənim evimdəki yataqda film çəkir. Bu əfsanəvidir.”[33] Bir neçə həftəlik məşqlərdən sonra[45], filmin əsas çəkilişləri 44 gün davam etmiş[5] və 2 may 2008-ci ildə tamamlanmışdı.[6] İlk rejissorluq təcrübəsi olan “On üç” filmində etdiyi kimi, bu filmdə də, Hardvik “filmin daha yaxşı hiss edilmədi üçün” portativ kinomatoqrafiyaya üstünlük vermişdir.[12][46] Mayer üç dəfə çəkiliş meydanını ziyarət etmiş[47] və hekayənin müxtəlif aspektlərini müzakirə etmiş, eyni zamanda filmdə qısa kameo rolu canlandırmışdır.[48] Vampir obrazlarını canlandıran aktyor heyətinin dərisini solğunlaşdırmaq üçün açıq havaya çıxmaları məhdudlaşdırılmış, eyni zamanda bu məqsədlə xüsusi qrim tətbiq edilmiş, onlara linza taxılmışdı: “Bizim qızılı rəngə ehtiyacımız var idi, çünki Kallenlərin gözləri qızılı rəng idi. Çəkiliş vaxtı biz acdıqda qara birini axtarmağa başlayırdıq.” deyə Façinelli qeyd edir.[12] Bədən hərəkətlərini daha eleqant etmək üçün onlar üçün xüsusi rəqs məşqləri və psixi çalışmalar da təşkil edilmişdi.[12][39][49]
Filmin əsas səhnələri Portland, Oreqonda çəkilmişdir.[7] Əsas təhlükəli səhnələr elə ilk çalışmalar zamanı çəkilmişdi.[50] Çəkilişlərin birinci həftəsində tamamlanmış Ciqandet və Pattinsonun obrazları arasında balet studiosunda baş tutmuş döyüş səhnəsinin çəkilişləri zamanı kəndir bağlardan istifadə edilmişdir.[49] Çünki, vampirlər romanda adi insandan xeyli güclü və sürətli təsvir olunub. Ciqandet bu səhnədə hərbi döyüş sənətinin müxtəlif sahələrindən istifadə etmişdir.[51] Əsas obraz olan Bella bu səhnədə özündə olmur, filmdə hadisələr Bellanın dilindən nəql edilsə də, bu səhnə filmin yeganə illüstravtiv səhnəsidir.[35] Patisson qeyd edir ki, kəndirdən asılı olduqda çəki balansını saxlamaq xeyli çətin olur, “çünki sən eyni zamanda savaşmalı da olursan.” [35]
Filmdə Forks məktəbi səhnələri Kalama[52] və Medison məktəblərində çəkilmişdir. Bəzi səhnələr St. Helensdə[53] çəkilsə də, Hardvik sonradan avqust ayında Pasadena, Kaliforniyada təkrar çəkilişlər aparılmışdır.[5][54] Filminin əslində 12 dekabr 2008-ci ildə ABŞ-də kinoteatrlarda təqdim edilməsi planlaşdırılsa da, Harri Potter və Mələz Şahzadə filminin təqdimat tarixinin 2009-cu ilin iyul ayına dəyişdirilməsindən sonra, Alatoran filminin də təqdim edilmə tarixi 21 noyabra dəyişdirilmişdir.[55] Filmin iki tizer treyleri, daha sonra isə 9 oktyabrda əlavə səhnələrlə final treyleri yayımlanmışdır.[56][57] Alatoran filminin 15 dəqiqəlik pasaj versiyası İtaliyada Roma Beynəlxalq Film Festivalında təqdim edilmişdi.[58] "Bəzi şiddət və hissi səhnələrə görə" film "Motion Picture Association of America"dan PG-13 reytinqi almışdır.[59]
Film musiqisi bəstəkar Karter Byurvel tərəfindən bəstələnmiş[60][61], digər mahnılar isə Aleksandra Patsavas tərəfindən seçilmişdir.[62] Mayer, romanları yazdığı zaman dinlədiyi, aralarında Muse və Linkin Parkın mahnıları da olan bir neçə mahnının film musiqisi kimi istifadəsini məsləhət görmüşdür.[63][64] Albom 4 noyabr 2008-ci ildə Patsavasın Chop Shop leyblı və Atlantic Records tərəfindən satışa çıxarılmışdır.[9] İlk həftəsində 165,000 nüsxə ilə satılmış albom Billboard 200 hit paradına 1-ci yerdən daxil olmuşdur.[65]
21 Noyabr 2008-ci ildə Alatoran yalnız bilet satışlarından $7 milyon gəlir əldə etmişdir.[66] Fandango'nun onlayn bilet satışı siyahısında film ümumilikdə beşinci yerdə qərarlaşmış və yalnız növbəti il davamı çıxdıqdan sonra, siyahıdan kənarlaşmışdır. Disk satışı miqdarına görə isə yalnız Ulduz müharibələri. Epizod III: Sithin qisası (2005), Qara cəngavər (2008) və Harri Potter və Mələz Şahzadə (2009) filmlərindən geri qalmışdır.[66] Təkcə açılış günündə film $35.7 milyon əldə etmişdir.[67] Açılış həftəsinin sonunda ABŞ və Kanadada 3,419 kinoteatrda film cəmi $69.6 milyon əldə etmişdir ki, bu da orta hesabla hər teatra $20,368 min düşməsi deməkdir.[68] ABŞ və Kanadada film $192,769,854 , dünyada $199,846,771, ümumilikdə isə $392,616,625 gəlir gətirmişdir.[3] Film eyni zamanda qadın rejissor tərəfindən çəkilmiş ilk həftəsində ən çox gəlir gətirən film olmaqla Dərin təsir (1998) filmini geridə qoymuşdur.[69]
Alatoran filmi tənqidçilər tərəfindən müxtəlif rəylər almışdır. 204 tənqidçinin rəyinə əsaslanan Rotten Tomatoes filmə 49% “Rotten” reytinqi vermişdir ki, bu da təxminən 5.5/10 bal edir.[70] Tənqidçilərin ortaq rəyini təsvir edən “Rotten”də qeyd edilir: “Böyük ekrana keçməsi ilə Alatoran sadiq fanatlarını sevindirmiş oldu, lakin bu hələ çox azdı.”[70] Yüz tənqidçinin iştirakı ilə bal sistemi formalaşdırmış Metacritic filmə 37 tənqidçinin rəyi ilə 56 bal vermişdir.[71] "New York Press" tənqidçisi Armond Vayt filmi “pop klassika reallığı” adlandırır[72] və Hardvikin “Mayerin kitablar seriyasına Bronte-esque baxışı”nı hazırladığını qeyd edir.[73] Filmə dörd üzərindən iki yarım ulduz verən Rocer Ebert yazır: “Mən adətən insanlardan gizli onların filmi kinoteatrlarda necə izlədiklərini müşahidə edirəm. Adətən insanlar söhbət edir, gülür və əylənirlər. Bu dəfə isə hamı özünü unutmuş və bütün diqqətini film üzərində cəmləşdirmişdi.”[74] “Los Angeles Times”dan Kennet Turan yazır: “Alatoran vecsiz bir sevgi hekayəsidir. Onun axmaqlığı aydın görünür və insanı inandırmağa çalışır ki, guya səni gözləyən xüsusi sehrli biri var və sən nə vaxtsa onunla görüşəcəksən.”[75] “USA Today” filmə dörd ulduz üzərindən iki ulduz verir, Klaudia Pyuiq isə yazır: “Mayer filmin hazırlanmasında iştirak etdiyini desə də, onun romanı, gülməli və tez unudulacaq bu filmdən xeyli dəyərlidir.”[76] “Entertainment Weekly” filmə “B” reytinqi vemiş, Ouven Qleybermen isə Hardvikin rejissorluğunu dəyərləndirərək yazmışdır: “O, Mayerin romanını fırtınalı göy üzündə kağız parçasının oynadığı kimi oynatmış, hissləri qarıştırmış və anlaşılan vizual effektlər əlavə etmişdir.”[77]
Film DVD versiyada Şimali Amerikada 21 mart 2009-cu ildə satışa çıxarılmış və ilk gündə 3 milyon nüsxədən çox satılmışdır.[78] Birləşmiş Krallıqda film 6 aprel 2009-cu ildə satışa çıxarılmışdır.[79][80] Bonus olaraq DVD versiyaya 1-12 filmə daxil edilməmiş səhnə, musiqi videoları, səhnə arxası görüntülər, müsahibələr, Hardvik, Stüart və Pattinsonun şərhləri əlavə edilmişdir.[81][82] Blu-ray versiyada film 21 mart 2009-cu ildən seçilmiş məntəqələrdə, 5 may 2009-cu ildən isə geniş satışa çıxarılmışdır.[83] 2012-ci ilin iyuluna kimi film 11,242,519 nüsxə satılmış və $201,190,019 gəlir gətirmişdir.[84]
Filmin mövzusu ətrafında Screenlife tərəfindən yaradılmış "Scene it? Twilight" oyunu 24 noyabr 2009-cu ildə Yaponiyanın Konami şirkəti tərəfindən Wii, Nintendo DS, PC və iPhone'da istifadə üçün istehsal edilmişdir.[85]
Alatoran filmi təqdim edildikdən sonra bir çox mükafatlar və nominasiyalar qazanmışdır. 2009-cu ilin yanvarında Karter Byurvel Beynəlxalq Film Musiqisi Tənqidçiləri Assosasiyası tərəfindən İlin Film Musiqisi Bəstəkarı adına nominant göstərilmişdir.[86] Robert Pattinson Bravo TV'nin “A-List Award” mükafatına layiq görülmüşdür.[87] 2009-cu ildə Robert Pattinson və Teylor Lotner İlin Ən Yaxşı Sıçrayışı nominasiyasında “MTV Film Mükafatı”na namizəd olmuş, Pattinson mükafatı qazanmışdır. "Decode" Ən Yaxşı Film Musiqisi nominasiyasında mükafata namizəd olmuş, Alatoran filmi İlin Ən Yaxşı Filmi, Kristen Stüart İlin Ən Yaxşı Aktrisası, Stüart və Pattinson İlin Ən Yaxşı Öpüşü, Pattinson və Ciqandet isə İlin Ən Yaxşı Döyüş Səhnəsi nominasiyasında “MTV Film Mükafatı”na layiq görülmüşdür.[88] Kristian Serratos Arxa Fonda Ən Yaxşı Aktrisa nominasiyasında “Gənc Aktyor Mükafatı”na layiq görülmüşdür.[89] 9 avqustda baş tutmuş 2009-cu il “Teen Choice Awards” mükafatlarının təqdim edilməsi mərasimində Alatoran və heyəti ümumilikdə 12 mükafat qazanmış, onlardan 9-u filmin payına düşmüşdür.[90] 2009-cu il “Scream Awards” mükafatlarının təqdim edilməsi mərasimində film 9 nominasiyada mükafata namizəd olsa da, 4 mükafat qazanmışdır.[91] Qrim və saç düzümünə görə film “ALMA Awards” mükafatı qazanmışdır.[92] Film, “Dünya Film Musiqisi Akademiyası”nın təqdim edilməsi mərasimində “Public Choice Award”a layiq görülmüş, Karter Byurvel isə yenidən İlin Bəstəkarı adına nominant olmuşdur.[93] Ketrin Hardvik rejissor işinə görə “Young Hollywood Award” almışdır.[94] 35-ci Saturn Mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxşı Fentezi Filmi adını[95], eyni zamanda iki Qremmi mükafatı qazanmışdır.[96]
2008-ci ilin fevralında, MTV Summit Entertainmentın Mayerin Alatoran romanlar seriyasından olan sonrakı üç romanı əsasında da film çəkəcəyini elan etmişdi.[10] Studio 2008-ci ilin oktyabrında Yeni Ay romanı üzərində çalışmalar başlamış, 2008-ci ilin noyabrında isə bunu ictimayətə açıqlamışdır.[97] Lakin Ketrin Hardvik filmin çəkilişlərinə başlamağa hazırlıq üçün daha çox vaxt istədiyindən studio planlanmı istehsal cədvəlinə sadiq qalmaq üçün yeni rejissor seçməli oldu.[98][99] 2008-ci ilin dekabrında Kris Vetzin ikinci film, Alatoran: Yeni Ayın rejissoru olacağı açıqlandı.[100][101]
Alatoran portalı ABŞ kinematoqrafı portalı |