Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Potentilla tormentilla
Düzqalxan qaytarma (lat. Potentilla erecta) - qaytarma cinsinə aid bitki növü.Potentilla erecta (L.) Raeuschel (=Potentilla tormentilla Stokes) - Düzqalxan qaytarma (Dikduran qaytarma, meşə qaytarması, bağlama kök, sarınma, ensiz qaytarma, göbək ot, ishal otu, qaytarma) == Botaniki xarakteristikası: == Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir.Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.Düzqalxan qaytarmanın 5-10 sm dərinlikdə kökümsovu çiçəkləmə zamanı, xüsusən yazda və son baharda toplanılır. Sonra toplanılan gövdə və kökü soyuq suda yuyularaq tamamilə qurudulur. Xammal havalı yerlərdə, yaxşı ventiliyasiyalı çardaxlarda parça və ya brezent üzərində sərilməli və ya 60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Tormentilla anserina
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Tormentilla erecta
Düzqalxan qaytarma (lat. Potentilla erecta) - qaytarma cinsinə aid bitki növü.Potentilla erecta (L.) Raeuschel (=Potentilla tormentilla Stokes) - Düzqalxan qaytarma (Dikduran qaytarma, meşə qaytarması, bağlama kök, sarınma, ensiz qaytarma, göbək ot, ishal otu, qaytarma) == Botaniki xarakteristikası: == Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir.Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.Düzqalxan qaytarmanın 5-10 sm dərinlikdə kökümsovu çiçəkləmə zamanı, xüsusən yazda və son baharda toplanılır. Sonra toplanılan gövdə və kökü soyuq suda yuyularaq tamamilə qurudulur. Xammal havalı yerlərdə, yaxşı ventiliyasiyalı çardaxlarda parça və ya brezent üzərində sərilməli və ya 60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Torrent
Torrent — internetdən fayl yükləmək üçün lazım olan hər məlumatı içində saxlayan,'torrent' adlı kiçik bir fayldır. Torrentdə fayl adları, bu faylların ölçüləri, haradan yüklənəcəkləri kimi məlumatları özündə saxlayır. Torrent fayllarını və axtarış mühərriklərini bir çox veb saytdan(isohunt, torrentz) əldə etmək mümkündür. Torrnetlə, filmlər və oyunlar da daxil olmaqla, ən nəhəng faylları sürətli yükləmək mümkündür. Torrent ilə fayl yükləməyin internet istifadəçiləri üçün bir çox üstünlüyü vardır. Əvvəlcə Torrentin dünya səviyyəsində məşhur bir istifadə şəbəkəsinin olduğunun vurğulamaq lazımdır. Bu torrent fayllarını yükləyən istifadəçi daha sonra BitTorrent proqramlarından biri vasitəsilə (utorrent, bittorrent) bu faylı açar və yükləmə əməliyyatına başlar. Torrent yalnız fayl paylaşmasını təmin edən bir vasitə deyil eyni zamanda cib telefonlarına qədər sadələşdirilmiş və gələcək illərdə bəlkə televiziyalara və peyk şəbəkələrinə qədər bir çox yerə girmə potensialına sahib bir texnologiyadır. Torrentin üstünlükləri: Çox az ölçülü bir fayldır Torrent ilə internet üzərindən dərhal hər şeyi endirə bilməniz mümkündür Hər faylın özünə xas bir torrent faylı mövcuddur. Sizə təklif olunan faylın istədiyiniz hissəsini seçə və yükləyə bilərsiniz Fayli yükləmək üçün lazım olan torrent programını(client) asanlıqla internetdən endirə bilərsiniz ===== Tarixi ===== BitTorrent 2 İyul 2001 tarixində ilk dəfə istifadə edilməyə başlanmışdır.
Formant
Formant (lat. formans (formantis) – doğuran, formalaşdıran) – nitq səslərinin tezliyinin səviyyəsi ilə əlaqəli olan və səsin tembrini əmələ gətirən akustik xarakteristikasıdır. Formantalar – səs tonu spektrinin hissəsidir, ortalama tezlik qiymətinə görə müəyyən edilmiş tezliklər oblastıdır. Səsin tanınması prosesi əsas etibarlı ilə formantların qavranılması ilə şərtlənir. Formant nitq siqnalının spektrini (enerjinin və ya amplitudun tezliklər üzrə paylanmasını) xarakterizə edən vacib parametrdir, formantı məhdud tezlik oblastında enerjinin konsentrasiyası kimi müəyyən etmək olar. Formant tezlik, en və amplitud ilə xarakterizə edilir. Formantın tezliyi olaraq maksimal amplitudun tezliyi götürülür. Başqa sözlə, formant – spektrin qrafikində amplitudun müəyyən kəskin yüksəlişi, onun tezliyi isə bu yüksəlişdə pikin tezliyidir. Şəkildə tezlikləri F0, F1, F2, F3 olan dörd formant göstərilib. F0 formantı nitq siqnalının əsas ton tezliyi də adlanır.
Mordent
Mordent (it. mordente, — dişləyən, kəskin. ) Bu melizm iki növ olur: sadə və ikiqat. Sadə mordent iki eyni səs və bir də bunların arasındakı qonşu olan üçüncü səsdən ibarətdir. İkiqat mordent, əsas səs ilə onun qonşu səsinin iki dəfə təkrar olunaraq, yenə də əvvəlki əsas səsdə qurtarmasından əmələ gəlir.
Moment
Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir. Momentin qiyməti qüvvə ilə onun qolunun hasilinə bərabərdir. Momentin xüsusi halı olan dönmə momenti fırlana bilən cismə təsir edir. Bunu düzxətli hərəkət edə bilən cismə qüvvə təsiri ilə də müqayisə etmək olar. Bu zaman qüvvənin təsirindən cism fırlanma oxu ətrafında dönərək təcillənir. Dönmə momentinin vahidi N . m {\displaystyle N.m} -dir. O bu düsturla tapılır: M → = r → × F → {\displaystyle {\vec {M}}={\vec {r}}\times {\vec {F}}} – Moment vektoru Moment = Qol x QüvvəDömnə momentinin istiqaməti təsir edən qüvvəyə perpendikulyar olub sağ əl qaydası ilə tapılır. Əgər sağ əl ilə qüvvə vektorunu tutsaq və yuxarıya qaldırılmış baş barmaq bununla üst-üstə düşərsə onda dolanmış barmaqlar momentin istiqamətini göstərmiş olarlar.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. == Ekologiya == Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.
Torrens gölü
Torrens gölü (ing. Lake Torrens) — Avstraliyanın sahəsinə görə ikinci ən böyük duzlu gölüdür. Göl Cənubi Avstraliya ştatı ərazisində Adelaida şəhərindən 345 km şimalda yerləşir. Gölün ümumi sahəsi yalnız 150 ildə bir dəfə dolmuşdur. Göl ilk dəfə Edvard Eyr tərərindən 1839-cu ildə kəşf edilmişdir. Sonrakı 20 il ərzində belə, düşünülürdü ki, bu göl böyük dayaz və duzlu göl olaraq materikin daxili hissələrinə qədər gedib çıxır. İlk dəfə bu əfsanəni A. Qreqori alt-üst edir. Hazırda göldə milli park gəaliyyət göstərir ki, parka girişə xüsusi icazə tələb edilir.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Sesil Tormey
Sesil Tormey (mac. Tormay Cécile; 8 oktyabr 1876, Budapeşt – 2 aprel 1937) — macar yazıçısı, intellektual, sağ siyasi xadim, feminist, tərcüməçi və sosial nəzəriyyəçi. O, 1936 və 1937-ci illərdə Nobel mükafatına təqdim olunmuşdu. == Həyatı == Sesil Tormey 8 oktyabr 1876-cı ildə Budapeştdə anadan olmuşdu. Alman kökləri var. Ədəbiyyat fakültəsində oxumuşdu. Sesil Tormey iki roman ("Qaya adamları" (Emberek a kövek között), 1911; "Köhnə ev" (A Régi ház), 1914) və beş hekayə yazaraq məşhur olmuşdu. Onun ən tanınan "Cinayətkarın gündəliyi" əsəridir ki, 1919-cu il hadisələrindən, Bela Kunun rejimindən bəhs edir. Sesil Tormey Assizli Fransiskin "Kiçik çiçəklər" əsərini Macar dilinə çevirmişdi. Sesil Tormey 2 aprel 1937-ci ildə vəfat edib.
Torben Vosik
Torben Vosik (8 oktyabr 1973) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Torben Vosik Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Trent Cons
Trent Cons (12 avqust 1994) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Trent Cons Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Trent Cons 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.845 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 33.065 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu.
Grab the Moment
Grab the Moment (azərb. Anı tut‎) — Norveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Norveçli duet JOWST və Aleksandar Valmann "Grab the Moment" mahnısı ilə Norveçi Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi və sözləri Yoakim Uid Stin (JOWST) və Conas MakDonnell tərəfindən bəstələnmişdir.
In This Moment
In This Moment — Amerikan Alternativ metal qrupu. == Tarixi == 2005-ci ildə Maria Brink və gitarist Chris Howorth tərəfindən yaradılmışdır. Daha sonra qrupa zərb alətləri üçün Jeff Fabb, gitarist Blake Bunzel ilə bas gitarist Josh Newell qrupa qatıldı. Qrup ilk demo sinqllarını MySpace, musiqi şəbəkəsin də yaymağa başladı. In This Moment-in ilk studio albomu "Beautiful Tragedy" 2007-ci ildə bıraxıldı. Bir sonrakı il isə qrupun ikinci studio albomu "The Dream" adlı albom diskləri ABŞ-də geniş şəkildə satılmağa başladı. 2010-ci ildə isə "A Star-Crossed Wasteland" adlı albomları çıxdı. Bu albomdan sonra In This Moment 2012-ci il avqustun 14-də "Blood" adlı albomları bıraxıldı.
Moment maqnitud şkalası
Moment maqnitud şkalası (ing. Moment magnitude scale) — zəlzələ əsnasında yaranan enerjini ölçməyə yarayan sistem. Bu şkala 1979-cu ildə Thomas C. Hanks və Hiroo Kanamori tərəfindən yaradılıb və Rixter şkalasının yerini alıb . Moment maqnitud ( M w {\displaystyle M_{\mathrm {w} }} ) ölçüsüz bir rəqəmdir və riyazi formulu aşağıdakı kimidir: M w = 2 3 ( log 10 ⁡ M 0 N ⋅ m − 9.1 ) = 2 3 ( log 10 ⁡ M 0 d y n ⋅ c m − 16.1 ) {\displaystyle M_{\mathrm {w} }={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {N} \cdot \mathrm {m} }}-9.1\right)={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {dyn} \cdot \mathrm {cm} }}-16.1\right)} Düsturdakı M 0 {\displaystyle M_{0}} seysmik momentdir və istinad moment olaraq nyuton metr ([N · m]) istifadə edilir. [mənbə göstərin]Loqarifm bir miqyas olan moment maqnitud şkalasında ​1 vahid artım, alınan enerjinin 101.5 = 31.6 dəfə artmasına bərabərdir. Eynilə, 2 vahid artım, alınan enerjinin 103 = 1000 qat artması deməkdir. Yuxarıda göstərilən düsturdakı sabitlər elə seçilmişdir ki moment maqnitud şkalasının Rixter şkalası (Richter), ML kimi digər şkalalarla yaxın dəyərlər verir.
Edvard Çeyz Tolmen
Edvard Çeyz Tolmen (ing. Edward Chace Tolman, 14 aprel 1886 — 19 noyabr 1959) — amerikalı psixoloq, neobiheviorizmin yaradıcılarından biri. == Fəaliyyəti == Neobiheviorizmin ilk nümayəndələrindən biri hesab olunur. O öz ideyalarını «Heyvan və insanın məqsədyönlü davranışı» (1932), «İnsan və mişovulun koqnitiv xəritəsi» (1948) əsərlərində geniş şərh etmişdir. O da digər bihevioristlər kimi, eksperimentlərini əsasən heyvanlar (ağ mişovullar) üzərində aparmışdır. O hesab edirdi ki, bütün canlılar üçün ümumi davranış qanunları mövcuddur və onlar özünü sadə davranış tərzində aydın şəkildə əks etdirir. O da «klassik bihevioristlər» kimi hesab edirdi ki, davranışın tədqiqi yalnız obyektiv metodlarla aparılmalıdır və şüur bura daxil edilməməlidir. Lakin Tolmen davranışın yalnız === S – O – R formulu === S– R formulu ilə öyrənilməsini yolverilməz hesab edirdi. O, aralıq faktorun da olmasını vacib sayırdı. Beləliklə, Tolmen S – O – R formulunu təqdim edir.
Nottingem Trent Universiteti
Nottinqem Trent Universiteti (ing. Nottingham Trent University) — İngiltərənin Nottinqem şəhərində yerləşən universitet. == Tarixi == Nottinqem Trent Universiteti 1843-cü ildən mövcud olan bir neçə təhsil müəssisəsinin əsasında, 1992-ci ildə yaradılmışdır. Şəhərin mərkəzində və ətrafında yerləşən bir neçə universitet şəhərciyi var. == Universitetin quruluşu == Universitet dörd kollecdən ibarətdir. Bu kolleclərə aşağıdakı fakültələr daxildir: Kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühit fakültəsi Memarlıq, dizayn və tikinti mühiti fakültəsi İncəsənət və dizayn fakültəsi Sənətlər və humanitar elmlər fakültəsi Nottingem biznes məktəbi Təhsil fakültəsi Nottingem hüquq məktəbi Elm və texnologiya fakültəsi Sosial elmlər fakültəsiBu fakültələrdən bəzilərinə aşağıdakı ixtisaslar daxildir: Nottingem biznes məktəbi – mühasibat və maliyyə, iqtisadiyyat, biznes və menecment, rəhbərlik, insan resurslarının idarə edilməsi, strateji menecment, beynəlxalq biznes, marketinq, pərakəndə satış, əməliyyatlar, informasiya menecmenti. Sosial elmlər fakültəsi – kriminologiya, cinayətin azaldılması, sağlamlıq və sosial qayğı, siyasət, sosiologiya, sosial iş, ictimai sağlamlıq, təhlükəsizlik və ətraf mühit, psixologiya, kiberpsixologiya, sosial siyasət, gənclərə aid tədqiqatlar, gənclərə aid hüquqşünaslıq, karyera təhsili, yönəltmə, məsləhət vermə. == Universitetin rəhbərliyi == Universitetin rektoru (Chancellor) Britaniyanın tanınmış media xadimi Maykl Parkinsondur (Michael Parkinson). O, universitetin yüksək səviyyəli tədbirlərdə əsas nümayəndəsidir. Universitet prorektor (Vice chancellor) Neyl Qorman (Neil Gorman) və Baş Menecment Qrupu tərəfindən idarə edilir.
Nottinqem Trent Universiteti

Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Trent Aleksandr-Arnold
Trent Aleksandr-Arnold (7 oktyabr 1998, Liverpul) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Hörmət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Hörmət-izzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Tirmən (Əbyəlil)
Tirmən kəndi (başq. Тирмән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Askar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 10 srntyabr 2007-ci ilə qədər Melkombinat kəndi adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 15 km., kənd sovetliyindən (Askar): 15 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 62 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Sword Art Online: Infinity Moment
Sword Art Online: Infinity Moment (ソードアート・オンライン -インフィニティ・モーメント-, Sōdo Āto Onrain: Infiniti Mōmento) — Sword Art Online ranobe seriyasına əsaslanan 2013-cü il istehsalı videooyun. Videooyun Yaponiyada PlayStation Portable platforması üçün 14 mart 2013-cü ildə həm məhdud, həm standart nəşrdə buraxılmışdır. Sikvel oyunu "Sword Art Online: Hollow Fragment" (PlayStation Vita) oyununa bu oyunun bütün məzmunu daxildir. == Geympley == Geympleyin MMORPG oyunlarınkına çox bənzərdir, lakin oyun onlayn deyil. Oyunda silahlar almaq və inkişaf etdirmək, missiyalara getmək, digər personajlarla qrup şəklində döyüşmək mümkündür. Baş qəhrəman Kirito qılınclar və baltalar kimi 10 cür silah gəzdirə bilər. == Məzmun == Oyunun məzmunu orijinal hekayənin birinci arkından sonra baş verən alternativ hekayə haqqındadır. Hitklifi məğlub etmələrinə baxmayaraq Kirito və digər personajlar Sword Art Online oyununun içərisində qalırlar və digər VMMORPG oyunçuları (ikinci və üçüncü arkların personajları Lifa və Sinon kimi) özləri bu oyuna daxil olurlar. == İstehsal == Oyun 14 mart 2013-cü ildə Yaponiyada PlayStation Portable platforması üçün buraxılmışdır. 2014-cü ilin iyununda Bandai Namco Games oyuna yeni oyun modu əlavə etmişdir.
Torbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.
Torbət cam şəhristanı
Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Türbət Cam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,395 nəfər və 53,510 ailədən ibarət idi.
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.