torchon
tort
OBASTAN VİKİ
Torrent
Torrent — internetdən fayl yükləmək üçün lazım olan hər məlumatı içində saxlayan,'torrent' adlı kiçik bir fayldır. Torrentdə fayl adları, bu faylların ölçüləri, haradan yüklənəcəkləri kimi məlumatları özündə saxlayır. Torrent fayllarını və axtarış mühərriklərini bir çox veb saytdan(isohunt, torrentz) əldə etmək mümkündür. Torrnetlə, filmlər və oyunlar da daxil olmaqla, ən nəhəng faylları sürətli yükləmək mümkündür. Torrent ilə fayl yükləməyin internet istifadəçiləri üçün bir çox üstünlüyü vardır. Əvvəlcə Torrentin dünya səviyyəsində məşhur bir istifadə şəbəkəsinin olduğunun vurğulamaq lazımdır. Bu torrent fayllarını yükləyən istifadəçi daha sonra BitTorrent proqramlarından biri vasitəsilə (utorrent, bittorrent) bu faylı açar və yükləmə əməliyyatına başlar. Torrent yalnız fayl paylaşmasını təmin edən bir vasitə deyil eyni zamanda cib telefonlarına qədər sadələşdirilmiş və gələcək illərdə bəlkə televiziyalara və peyk şəbəkələrinə qədər bir çox yerə girmə potensialına sahib bir texnologiyadır. Torrentin üstünlükləri: Çox az ölçülü bir fayldır Torrent ilə internet üzərindən dərhal hər şeyi endirə bilməniz mümkündür Hər faylın özünə xas bir torrent faylı mövcuddur. Sizə təklif olunan faylın istədiyiniz hissəsini seçə və yükləyə bilərsiniz Fayli yükləmək üçün lazım olan torrent programını(client) asanlıqla internetdən endirə bilərsiniz ===== Tarixi ===== BitTorrent 2 İyul 2001 tarixində ilk dəfə istifadə edilməyə başlanmışdır.

Digər lüğətlərdə