Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Touch and Go
.me
.me — Monteneqronun internet kodu.
NOT elementi
Rəqəmli məntiqdə, çevirici və ya NOT elementi məntiqi inkarı yerinə yetirən məntiq elementidir (Cədvəl 1).
Not Alone
Not Alone — Ermənistannın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Səkkizlik not
Səkkizlik not — Səslənmə müddətinə — uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Ölü not
Ölü not (ing. ghost note) — bir musiqi notu məlumatıdır. Çalınan bir notun ikinci bir çalış edilmədən yazıldığı dəyər qədər uzadılmasına deyilir. Bir notdan sonra bir-birinə bağlı göstərilən notlardan çalınmayanın içi boş yazılır.
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
Hom*me
Hom*me — ev, süfrə və dekor əşyaları istehsal edən Azərbaycan brendidir. Şirkətin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Brendin yaradıcısı Azərbaycanlı iş adamı N. Əhmədovadır. Brend hədiyyəlik, ev dekoru və süfrə əşyaları istehsalı ilə məşğul olur. Hom*me xüsusi Milad və Yeni il dekorları istehsal edən ilk Azərbaycan şirkətidir. Şirkətin məhsulları İtaliya, Portuqaliya, Çexiya, Polşa, Tayland, Hindistan, Misir, Çin, Türkiyə və başqa ölkələrdə istehsal olunur. Hom*me həmçinin "Tescoma" və "Lamart by Pierre Lamart" brendlərinin Azərbaycanda rəsmi təmsilçisidir.
Marry Me
Marry Me — (Azərbaycanca: Mənimlə Evlən) Finlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Me 262
Messerschmitt Me 262 Schwalbe (almanca "Qaranquş") İkinci dünya müharibəsinin sonlarına doğru istehsalına başlanılmış və döyüşdə aktiv iştirak etmiş cüt reaktiv mühərrikli alman döyüş təyyarəsidir. İlk reaktiv mühərrikli qırıcı olaraq bilinir. == Konstruksiya və inkişaf etdirilmə mərhələlər == Müharibənin son zamanlarında Almanların ümid bağladığı üstün silahlardan biri olaraq bilinsə də ilk dizayn yanaşmaları 1939-cu ildə başlamışdır. Aviasiya və döyüş Nazirliyində taktika yanaşma və doktrinaya çıxan zabitlərin döyüşü qazanmaq üçün dövrün ənənəvi piston mühərrikli, pərvanəli təyyarələri kafi görməsi üzərinə, bu layihədən döyüşün ilk illərində istifadə edilməmişdir. Villi Messerşmittin təyyarələrdə yüksək sürətlərdə ibarət müqavimət və müqavimət problemləri üçün təyyarə gövdəsinə bucaqlı şəkildə bərkidilmiş qanadlar üzərində işləri 1935-ci ilə dayanır. Me 262də də ilk başda 18.5 dərəcə bucaqlı qanadlar istifadə edilmişdir. Mühərriklər və gövdənin yerə paralel bir vəziyyətə gətirilməsi, son şəklini almamış prototipləri üzərində görülən bu problemlər təsirli şəkildə həll edilmişdir. İlk test uçuşları təyyarənin skeletini test etmə məqsədli olaraq 1941 aprelində başlamışdır. Bu vaxt istifadə edilməkdə olan BMW 003 reaktiv mühərriklərinin qeyri-kafi qala biləcəyi düşüncəsiylə təyyarənin burnuna bir pərvanə və güc qaynağı olaraq Junkers Jumo 210 mühərriyi əlavə olunmuşdur. Yalnız reaktiv mühərriklərinin istifadə edildiyi ilk uçuşu iyul 1942 — edilmişdir.
Music & Me
Music & Me – Maykl Cekson üçüncü solo albomudur. Dünyada albomun 2 milyondan çox nüsxəsi satılıb.
Rock Me
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Windows ME
Windows Millennium Edition (Windows ME; eləcə də Windows Me abbreviaturası istifadə olunur) — Microsoft şirkəti tərəfindən 14 sentyabr 2000-ci ildə satışa çıxarılmış qarışıq 16/32-kateqoriyalı əməliyyat sistemi. Yeni III minilliyin şərəfinə (lat. millennium — minillik) bu cür adlandırılıb.
Makes Me Sick Makes Me Smile
Makes Me Sick Makes Me Smile — ABŞ indi-rok qrupu Pretty Sick-in debüt studiya albomu. 30 sentyabr 2022-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
One nights not enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
You're Not Alone
You're Not Alone (azərb. Sən tək deyilsən‎) — Böyük Britaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Joe & Jake dueti "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Şvartz, Castin C. Benson və S. Kanes tərəfindən bəstələnmişdir.
You Are Not Alone
You Are Not Alone (azərb. Sən Tək Deyilsən‎) — Maykl Ceksonun History albomundan mahnı. Mahnı, Epic Records tərəfindən yayımlanmışdır. Mahnının prodüserliyini R. Kelly üstlənmışdır. Mahnı ABŞ siyahılarında 1 nömrəyə qədər çıxdığı kimi, tarixdə, bu siyahıda girdiyi ilk həftədə 1 nömrəyə çıxan ilk mahnıdır. Mahnı, bir ballada və R&B olaraq avqust 1995-ci ildə satışa buraxılmışdır. Mahnının videosunda Ceksonun o zamanki yoldaşı, Elvis Presli'nin qızı Lisa Marie Presley'də rol almışdır. Mahnı, ABŞ siyahılarına 1 nömrədən daxil olmuşdur. Mahnı həmçinin bu müvəffəqiyyəti ilk tutan mahnı olmuşdur. Ancaq mahnı yalnız 1 həftə 1 nömrədə qala bilmişdir.
Fly With Me
Fly With Me (azərb. Mənimlə uç‎) — Ermənistanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Artsvik "Fly With Me" mahnısı ilə Ermənistanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir.
Icon in Me
Icon in Me (iMi) — Moskvada yaradılan, Rusiya metal-qrupu. 2004–2007-ci illərdə "Hostile Breed" adı altında fəaliyyət göstərmişdir.
Lean on Me
"Lean on Me" (azərb. "Mənə söykən"‎) — amerikalı müğənni və musiqiçi Bill Uizersin mahnısı. Mahnının müəllifi və ilk ifaçısı Bill Uizersin özüdür. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "Lean on Me" mahnısının Bill Uizersin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 205-ci yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 208-ci yerdə qərarlaşıb.
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
She Got Me (mahnı)
She Got Me (azərb. Məni tutdu‎) — İsveçrənin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker və eyni zamanda Mak Frazer, Luka Henni, Con Hellqren və Lukas Hellqren tərəfindən bəstələnmişdir.
No Nut November
No Nut November və ya qısaca NNN — noyabr ayı ərzində kişilərin cinsi əlaqədən imtina etməsi ilə əlaqəli internet meydan oxuması. 2011-ci ildə yaranıb və 2017-ci ildən sonra sosial mediada populyarlığı artıb. "No Nut November" əvvəlcə satirik xarakter daşısa da, bəzi iştirakçılar eyakulyasiya etməməyin və pornoqrafiyaya baxmamağın sağlamlığa faydası olduğunu iddia edirlər. "No Nut November" üçün "Urban Dictionary" elementi 2011-ci ildə nəşr olundu və meydan oxuma 2017-ci ildə sosial mediada populyarlıq qazanmağa başladı. Bu üzvlərini masturbasiya etməməyə təşviq edən Redditdəki "NoFap " subredditi ilə əlaqələndirilir. Subredditin üzv sayı 2018-ci ilin noyabrında 16,500 nəfərdən 2019-cu ilin noyabrında 52,000 nəfərə yüksəldi. Bəzi ifrat sağçı ictimai xadimlər, o cümlədən Paul Cozef Vatson kampaniyanı reklam etdikdən sonra "Rolling Stone" jurnalından E. J. Dikson hərəkatın ifrat sağçılar tərəfindən birgə seçildiyini irəli sürdü. "Vice" nəşri 2018-ci ildə tərəfdarlar "Twitter"də "xHamster"ə təhdidlər göndərdikdən sonra problemi tənqid etdi və eyni şəkildə bunun ifrat sağçı fiqurlar tərəfindən seçildiyini söylədi. "Destroy Dick December", "No Nut November"dən sonra əks-məqsədli internet çağırışıdır və bu iştirakçıları əvvəlki ay ərzində etmədikləri cinsi əlaqə və masturbasiya kimi cinsi fəaliyyətlərdə iştirak etməyə təşviq edir. Bu iştirakçıların hər gün, dekabrın 1-də 1 "qoz"la başlayıb, son günündə 31 "qoz"la bitən, ayın tarixinə bərabər sayda boşalmağa çalışma yarışıdır.
NFT
Dəyişdirilə bilməyən nişanlar (ing. non-fungible token) (NFT) — rəqəmsal mühasibat kitabında (blokçeyn) saxlanılan məlumatların unikal və əvəzedilməz bir vahididir. NFT şəkillər, videolar və audio kimi rəqəmsal fayllarla əlaqələndirilə bilər. NFT-ləri xüsusi edən şeylərdən biri də hər birinin unikal olmasıdır. Belə ki, rəqəmsal varlıqların nüsxələnməsi, silinməsi və bənzədilə bilinməməsi onları unikal edir. NFT, ictimai Orijinallıq sertifikatını təmin etmək və ya mülkiyyət hüququnu təsdiq etmək üçün rəqəmsal Mühasibat kitabından istifadə edir, lakin bu, əsas rəqəmsal faylın birgə istifadəsini və ya kopyalanmasını məhdudlaşdırmır. Əvəzolunmazlığın olmaması (əvəzolunmazlıq) NFT-ni Bitcoin kimi kriptovalyutasından fərqləndirir. NFT, blokçeyn əməliyyatlarının yoxlanılması ilə bağlı elektrik xərcləri və karbon izi, eləcə də onların tez-tez sənət fırıldaqçılığında istifadə edilməsi ilə əlaqədar tənqidlərə səbəb oldu. Daha tənqidi qeydlər tez-tez qeyri-leqal tənzimlənməmiş bazarda mülkiyyət hüquqlarının Təsdiq faydalılığı sorğu-sual. NFT-lərin aşağıdakı istifadə sahələri mövcuddur: Rəqəmsal incəsənət və kolleksiyalar Oyundaxili elementlər Musiqi və media Müəlliflik hüququ və mülkiyyət qeydiyyatı İcmaların rəqəmsal iştirakı NFT-nin unikal şəxsiyyəti və sahibliyi blokçeyn kitabçası vasitəsilə yoxlanıla bilər.
Nct
NCT (kor. 엔시티) — SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı bir oğlan qrupudur. Qrupun 2016-cı ilin yanvar ayında yerli leybl qurucusu tərəfindən ilk təqdimatından bəri, qrup 2021-ci ilin yanvar ayından etibarən ümumilikdə dörd fərqli alt qrupda iştirak edən 23 üzvdən ibarətdir. Qrup, 9 Aprel 2016-cı il tarixində "The 7th Sense" və "Without You" rəqəmsal sinqlları ilə ilk alt qrupları olan NCT U-nu təqdim etdi. Ardından, 7 iyul 2016-cı ildə Seulda yerləşən NCT 127 alt qrupu, daha sonra isə 24 Avqust 2016-cı il tarixində "Chewing Gum" rəqəmsal mahnısı ilə yalnız yeniyetmə üzvlərdən ibarət NCT Dream alt qrupu debut etmiş oldu. Qrup daha sonra 17 yanvar 2019-cu il tarixində The Vision albomu ilə Çində yerləşən yeddi üzvlü WayV adlı alt qrupunu təqdim etdi. Beşinci alt qrup isə 2021-ci ildə debüt edəcək. Hər bir alt qrupun ayrı-ayrı fəaliyyətləri ilə yanaşı, NCT qrupu bu günə qədər tam albomlarını tanıtmaq üçün iki dəfə birləşdi, ilk dəfə NCT 2018 Empathy'nin 2018 mart çıxışı, ikincisi isə 2020-ci ilin oktyabr və noyabr aylarında iki hissəli albom olan NCT 2020 Resonance Pt. 1 və Pt. 2 çıxışıdır, hansı ki, bu iki hissəli albom iki ayda 2,6 milyondan çox nüsxə sataraq SM Entertainment-in bir aktı ilə indiyə qədər çıxan və ən çox satılan fiziki albomu olub, 2020 Asia Artist Awards-da qrupa ilk Grand Daesang Mükafatını qazandırmışdır.
Noto
Noto (it. Noto) — İtaliyada Siciliya regionuna aid, Sirakuza əyalətinin tərkibində kommuna (icma). İcma əhalisinin sayı 23 346 nəfər, sıxlığı isə 42 nəfər/km²-dir. Noto Siciliya barokkosunun beşiyi sayılır.
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
Qot
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Nota
Not
Now
Now (Türkiyənin televiziya kanalı)
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Krözye-le-Nöf
Krözye-le-Nöf (fr. Creuzier-le-Neuf) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1007 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 664 nəfər (15-64 yaş) arasında 504 nəfər iqtisadi cəhətdən fəal, 160 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 73.7%) olmuşdur. Fəal olan 504 nəfərdən 470 nəfər (234 kişi və 236 qadın), 34 nəfəri işsiz (17 kişi və 17 qadın) idi. 160 hərəkətsiz 38 nəfər arasında şagird və ya tələbə, 82 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Bosch
Robert Bosch GmbH (ümumi halda Bosch) — elektronika və mühəndislik firması. Şirkət 1886-cı ildə Almaniyanın Ştutqart şəhərində yaradılmışdır. Dünyanın ən böyük avtomobil hissələri istehsalçısıdır.
Bruch
Karl Fridrix Bruç (ing. Carl Friedrich Bruch;11 mart 1789, Çvaybrükgen – 21 dekabr 1857, Mayns) – Alman ornitoloqu. == Bruçun təsnif etdiyi quşlar == Pelecanus crispus Larus hartlaubii Larus hemprichii Ichthyaetus hemprichii Rissa brevirostris.
Tour de France
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun. Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir.
Teuçi
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. Tecimenin bir neçə üslubu var.
Topçu
Topçu (İsmayıllı)