Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toxucu dəzgah
Toxucu dəzgah — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgahQədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir. Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür. Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.
Toxucu quşlar
Toxucu quşlar (lat. Ploceidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı - 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. == Toxucu dəzgahına aid müxtəlif şəkillər == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Toxluca
Toxluca — Göyçə mahalında Çəmbərək rayonunda (Krasnoselo) kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri) == Coğrafiyası == Krasnoselo rayonunda rayon mərkəzindən 10 km məsafədə yerləşən və ən böyük yaşayış mətəqəsi olan Toxluca qəsəbəsinin ümumi sahəsi 55,6 kvadrat kilometr olub. Toxluca qəsəbəsinin ərazisinin çox hissəsini dağətəyi yamaclar, təbii-tarixi, eləcə də vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Toxluca qəsəbəsi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Kiçik Qafqaz sıra dağlarının Göyçə silsiləsində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır. Toxluca Göyçə mahalının Qaraqoyunlu ilə ən yaxın kəndi(qəsəbəsi) olduğundan, yəni Göyçənin ucqarı olduğundan özündə hər iki elatın adət-ənənələrini birləşdirən, amma özünəqapanma və özünə güvənmə hisslərindən qaynaqlanan müstəqilliyə meylli həyat-tərzi üstünlük təşkil etmiş, əsas avtomobil və dəmiryol nəqliyyat xəttindən 3 km-lik məsafə boyunca sıralandığından qonşu kəndlərlə ünsiyyəti zəif olmuşdur. Axtamar adasından Dilican və İcevanı Toxlucadan ayıran Qanqallı dağ silsiləsi eləcə də üzü Murguza boylanan əzəmətli Kirkitli (Korkutlu-Qorqudlu- H.B.), Çal, Ocaq dağları, Dəlmə, Dərəyurd, Düzyurd, Taxca, Armudlu, Əyricə Qanqallı adlanan otlaq və əkin sahələrini yerləşmişdir. Toxluca ərazisində nəmişliyin normada olması buranın təbiətinin əsas üstünlüklərindən biridir. Yayda dağlar çən-çisəkli, səhərlər isə şeh düşən gül-çiçəkli yaşıl çəmənlər, saf sulu buz bulaqlar, min bir dərdin dərmanı olan bitkilər, Gölətrafı “Sovxoz” deyilən ərazilərdəki kolluqlardakı giləmeyvələr, təmiz dağ havası, yayla və yamacdan ibarət təbiət möcüzəsi, dağlar gözəli Göyçə gölü ətrafında eninə 20 km-lik məsafədən dağların arasına 3 km-lik məsafəyədək uzanan kənd Qərbi Azərbaycanın ən iri yaşayış məskənlərindən olmuşdur. Bu gözəlliyin əhatəsində fiziki əməklə məşğul olmaq, ekoloji cəhətdən təmiz qida məhsulları insanı sağlam saxlayan, uzunömürlü olmasını təmin edən başlıca amillərdəndir.
Toxuma
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. == Toxumun quruluşu == Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Birləşdirici toxuma
Heyvan orqanlarının əsas hissəsini təşkil edir. Birləşdirici toxuma orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur.Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayımış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə “textus conjuctivus” adlanır.Əsasən dayaq sistemində yerləşir.TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir. Buna səbəb bütün hüceyrələrin daxili mühitin içərisində yerləşməsidir. Bu toxuma orqanların həm daxilində həmdə aralarında olmaqla yeganə sistem yaradır.
Cəngəllik toyuğu
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Hind toyuğu
Lansetşəkilli sorucu
Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. == Yayılması == Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin.
Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir. == Quruluşu == Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.
Qamışlıq toyuğu
Sorucu qurdlar
Trematodlar (lat. Trematoda) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir. Trematodlar şübhəsiz ki, kirpikli qurdlardan, xüsusən də düzbağırsaqlılardan başlanğıc götürmüşlər. Hər iki sinfin sinir sisteminin quruluşu oxşardır və eyni plan əsasında qurulmuşdur. Bununla yanaşı, bağırsaqlarının quruluşu, trematodların sürfələrinin kirpikli olması bunu bir daha təsdiq edir. Trematodlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) == Struktur == Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Sultan toyuğu
Sultan toyuğu--Porphyrio porphyrio, Gruiformes dəstəsindan bir quş növü. Status. Nadir, oturaq növdür. Yayılması. Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Yaşayış yeri. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Təbiətdə sayı. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınmışdır. Lakin növün çoxillik say dinamikası göstərir ki, soyuq və sərt qışlarda bu quşların bir neçə dəfə kütləvi məhvi baş vermiş və populyasiyanın sıxlığı minimuma düşmüşdür.Adı qırmızı-kitaba düşmüşdür.
Toxumlu bitkilər
Toxumlu bitkilər (lat. Spermatophyta) — ali bitkilərin toxum əmələ gətirən bitkilər qrupu. Çiçəkli bitkilər və çılpaqtoxumlular bu qrupa aiddirlər.
Toxumlu qıjılar
Toxumlu qıjılar (lat. Pteridospermopsida) — çılpaqtoxumlular şöbəsinə aid nəsli kəsilmiş bitki sinfi. == İstinadlar == == Ədəbiyyat == Meyen S. V. Ginkgo — a living pteridosperm // The International Organisation of Palaeobotany Newsletter. 1981. == Xarici keçidlər == N 15. P. 9—11.
Yem noxudu
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Əkin noxudu
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Əzələ tonusu
== Əzələ tonusu == Sakitlik halında insanın əzələləri qismən yığılır. Əzələlərin belə qismən yığılma vəziyyəti-onlar gərgin olur, lakin hərəkətə xidmət etmirlər -əzələ tonusu adlanır. Əzələlərin belə gərginliyi daxili orqanların normal vəziyyətini və müəyyən pozanı saxlamaq üçün vacibdir. Yuxuda və ya narkozda olarkən əzələ gərginliyi bir qədər azalır, bədən boşalır. Əzələ tonusunun təmiz yox olması ancaq ölüm zamanı olur. əzələ tonusunun yüksəkliyi Mərkəzi Sinir Sisteminin (MSS) funksional vəziyyətindən asılıdır. Skelet əzələlərinin tonusu onlara onurğa beynin hərəki neyronlarından böyük intervalla ardıcıl gələn sinir impulsları ilə bağlıdır.Bu neyronların aktivliyi MSS-nin yuxarıda yerləşən şöbələrinin impulsları ilə, həmçinin əzələlərin özündə yerləşən reseptorlarla əlaqəlidir. Əzələ tonusu koordinativ hərəkətlərin yerinə yetirilməsində,bədənin sabitliyi və vəziyyətində mühüm rol oynayır. Əzələ tonusu reflektor təbiətə malikdir.Müəyyən olunmuşdur ki,skelet əzələlərinin tonuslaşmasında əsas rolu "tonik sakit" əzələ lifləri oynayır. Onlar yığılma və boşalmanın kiçik sürəti ilə fərqlənirlər, bunun üçün də oyanma ritmi belə kifayət edir ki,əzələ lifləri uzun müddət yığılma vəziyyətində qalsın.
Toxum ciyəsi
Toxum ciyəsi (lat. funiculus spermaticus) — çeçələ barmaq yoğunluğunda yumşaq və girdə bir ciyədir. Uzunluğu 15–20 sm-dir. Qasıq kanalının dərin halqasından başlayaraq kanal ilə xaricə doğru gedir və xayanın yuxarı ucunda tamam olur. == Tərkibi == Toxumdaşıyıcı axacaq — lat. ductus deferens Xaya arteriyası — lat. art. testicularis Toxumdaşıyıcı axacaq arteriyası — lat. art. ductus deferentis Toxumdaşıyıcı axacaq venaları — lat.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Ağ rus toyuğu
Ağ rus toyuğu (rus. Русская белая) — yumurtalıq toyuq cinsi. SSRİ-də yerli toyuqların leqqornla cütləşdirilməsindən alınmışdır. Yerli şəraitdə yaxşı uyğunlaşır, tez kökəlir. Lələkləri ağ, pipiyi dik, dimdiyi və ayaqları sarıdır. Toyuqların diri çəkisi 2,2–2,4 kiloqram, xoruzlarınkı 2,9–3,2 kiloqram olur. 140–150 günlükdən yumurtalamağa başlayır. İldə 200 və ya daha çox yumurta verir. Yumurtası 58–65 qram gəlir. Postsovet məkanında geniş yayılmışdır.
Topçu
Topçu (İsmayıllı)
Toyuqçu məhəlləsi
Toyuqçular məhəlləsi və ya tuyuqçular, tuğçular— Gəncənin qədim məhəllələrindən biri. Məhəllənin adlandırılması ilə bağlı müxtəlif fərziyyələr var. Burada Toyuqçular məscidi və Hacı Mirbağır ağa türbəsi yerləşir. == Haqqında == Gəncənin Tuyuqçu məhəlləsi Nizami küçəsinin Ordubadi küçəsi ilə kəsişdiyi ərazidən sola doğru, Qəmbər Hüseynli küçəsi ilə Hacı Əli Hüseynzadə küçəsinin VI dalanı daxil olan hissələrdə yerləşir. Məhəllə şimaldan Sutökülən, şərqdən Səfərabad, Dəmirçilər, cənubdan Qaramanlı, qərbdən isə Şahsevənlər, Qıllılar məhəllələri ilə əhatələnib. 1804-cü ilin may ayında məhəllədə 43 ev olub. Bu evlərdə 70 kişi 64 qadın yəni 134 nəfər şəxs yaşayıb. 1916-cı ilin məlumatlarına görə, məhəllədə 960 ailə yaşayıb. 1915-ci ildə məhəllədə sakinlər tərəfindən Toyuqçular məscidi tikilmişdir. Digər məscidlərdən fərqli olaraq günbəzsiz, eyvanlı məscid tiplərinə aid olub Göyçay məscidinə bənzəyib.Məhəllənin toyuqçuluqla heç bir əlaqəsi olmadığına görə adlandırılması ilə bağlı bəzi fərziyyələr mövcuddur.
Oxçu
Oxçu (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu (Marağa) — İranda kənd.