Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Triller
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Triqqer
Triqqer — yaddaşa malik olan rəqəmsal qurğu. İstənilən qədər uzun müddət ərzində iki mümkün dayanıqlı tarazlıq vəziyyətindən birində ola bilir və xarici idarəedici siqnalın təsirilə sıçrayışla bir vəziyyətdən digərinə keçə bilir. Bir tarazlıq halından digərinə keçid zamanı cərəyan və gərginliklər də sıçrayışla dəyişir. Trigger tranzistorlar əsasında qurulmuş iki gücləndiricidən ibarətdir. Hər bir gücləndiricinin çıxışı digərinin girişi ilə birləşdirilmişdir. Belə birləşmə nəticəsində triggerdə müsbət əks əlaqə alınır. Triggerin ötürmə xarakteristikasında histerezis müşahidə olunur, yəni çıxış siqnalı iki qiymət ala bilər. Triggerlərin təsnifatı müxtəlif əlamətlərinə görə aparılır. Məsələn, məlumatın qəbul olunması üsullarına görə, qurulma prinsipinə görə, funksional təyinatına və imkanlarına görə və s. Triggerlər doymuş və doymamış, sinxron və asinxron, simmetrik və qeyri–simmetrik kimi qruplara bölünür.
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Bastian Trinker
Bastian Trinker (11 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Avstriyalı peşəkar tennisçi. 12 dekabr 2015-ci ildə o, Dünya ATP reytinqində 241-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Heinriç Krippel
Heinriç Krippel (27 sentyabr 1883, Vyana – 5 aprel 1945, Vyana) — Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan Avstriyalı heykəltaraş, rəssam, xalkoqraf və illüstrator. == Həyatı == Heinriç Krippel 1883-cü il sentyabrın 27-də Vyanada dünyaya gəlib . Vyanadakı İncəsənət Akademiyası Professoru Hemler atelyesində sənət təhsilini tamamladı. O, əsasən portret, büst və məzar daşlarında işləmişdir. Birinci Dünya müharibəsinə artilleriya zabiti olaraq qatılıb. 1925-ci ildə Atatürk heykəlləri düzəltdirilmə məqsədilə Türk Hökumətinin dəvəti ilə Türkiyəyə gəldi. 1938-ci ildə qədər on üç il Türkiyədə qalaraq Atatürk heykəlləri düzəltdi. Atatürk, sənətçinin köşkdə ev sahibliyi edərək hazırladığı bütün heykəllər üçün ona verdi. Krippel bu heykəl və abidələrin ön işləri və taslaklarını Türkiyədə hazırladı. Heykəllər Vyanalı rəssamın atelyesində hazırlanmış və istehsal olunmuşdur və Vyanada Birləşmiş Millətlər müəssisələrində tuncdan düzəldildi.
Pleurothallis triptera
Acianthera tricarinata (lat. Acianthera tricarinata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Humboltia tricarinata (Poepp. & Endl.) Kuntze Pleurothallis tricarinata Poepp. & Endl. Pleurothallis acutangula H.Wendl. & Kraenzl. Pleurothallis trialata Rolfe Pleurothallis triptera Schltr.
Stripped (mahnı)
Stripped (ingilis dilindən – «Soyunmuş») — Böyük Britaniya elektronik musiqi qrupu olan "Depeche Mode" mahnısı. Mahnı musiqi qrupunun beşinci studiya albomunu olan «Black Celebration» (1986) albomunun baş sinqlıdır və ilk dəfə 10 fevral 1986-cı ildə "Mute Records" vasitəsilə buraxılmışdır. Musiqi qrupunun əsas yazıçısı Martin Qor tərəfindən yazılan «Stripped» "məşum və intriqaçı pop mahnısı" kimi izah edilmişdir. Mahnının instrumentalında müxtəlif səs nümunələri var. Bunların ən diqqət çəkəni olan dayanmış vəziyyətdə olan motosikl mühərrikinin səsi bir az dəyişdirilərək zərb elementi olaraq istifadə edilmişdir. Bu, musiqi qrupunun dalbadal şəkildə "UK Top 20" musiqi çartına daxil olan altıncı sinqlı idi və 15-ci yeri tutmuşdur. Mahnı Almaniya çartlarında dördüncü yeri tutmuş, Finlaniya, İsveç və İsveçrə çartlarında isə ilk onluğa daxil olmuşdur. Almaniya metal musiqi qrupunu olan "Rammstein" 1998-ci ildə mahnının kaver versiyasını "Depeche Mode" üçün nəzərdə tutulmuş «For the Masses» tribüt-albomunun bir parçası kimi buraxmışdır. Mübahisə doğuran bir klipə malik olmasına baxmayaraq, mahnı Almaniya çartlarında on dördüncü yeri tutmuş və "Depeche Mode" musiqi qrupunun üzvləri tərəfindən təriflənmişdir. Bütün mahnılar «Black Day» (Qor, Uaylder, Miller) istisna olmaqla Martin Qor tərəfindən yazılmışdır.
Trigger (şirkət)
Trigger Inc. (株式会社トリガー, Kabushiki kaisha Torigā, TRIGGER və Studio Trigger kimi də tanınır) — 22 avqust 2011-ci ildə Gainax əməkdaşları Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən yaradılmış Yaponiya cizgi filmi studiyası. Trigger Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən Gainax-ı tərk etdikdən qısa müddət sonra 22 avqust 2011-ci ildə yaradılmışdır. Studiyanın adı və saytı 2011-ci ilin oktyabrında məlum olmuşdur. Müxtəlif layihələr üzərində digər studiyalarla əməkdaşlıq edən studiya "Little Witch Academia" adlı qısametrajlı anime və "Kill la Kill" adlı anime serialı (2013-cü ilin oktyabrından 2014-cü ilin martına kimi) ilə məşhurluq qazanmışdır. "Little Witch Academia" animesinin ikinci seriyasını çəkmək üçün studiya Kickstarter layihəsini başlatmışdır. Layihə yaxşı qarşılanmış və 5 saat içində 150.000 $ əldə olunmuşdur. Bu göstərici daha sonra 625.518 $-a çatmışdır. 11 mart 2014-cü ildə studiya eyniadlı anime əsasında "When Supernatural Battles Became Commonplace" animesini çəkmişdir.
Triller (mahnı)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller filmi
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Triller filmləri
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Psixoloji triller
Psixoloji triller — ədəbiyyat və kino əsərlərində triller janrının növlərindən biri. Bu, mövzusunun diqqətəlayiq bir hissəsi əsas personajların psixologiyasını araşdırmaq olan filmləri və kitabları təsvir etmək üçün adətən istifadə olunur. Bu janr hadisələrin çoxsaylı növbələrindən istifadə edir ki, bunlardan insan daima sonrakı baxışlara maraq göstərmək hissini əldə edir. Yaxın dayan (serial, 2021) Bu şəhərdə kimsə yoxdur (serial) Дмитрий Комм. Формулы страха. Введение в историю и теорию фильма ужасов. СПБ: БХВ-Петербург. 2015. Уильям Индик. Психо-триллеры.
Triller (janr)
Triller — ədəbiyyatda, filmlərdə, videooyunlarda və televiziyalarda istifadə olunan janrdır. Narahatlıq, gərginlik və təşviş hissləri bu janrın əsas elementləri hesab olunur. Bu janrın əsas alt janrı (sub janr) isə psixoloji triller janrı hesab olunur. Con Kennedinin qətli hadisəsindən sonra siyasi triller və paranoyya triller janrları özlərinə həddindən artıq populyarlıq qazanmışdırlar. Triller filmlərinin ən yaxşı nümunələrindən bəzilərini triller (gərginlik) elementlərindən ustalıqla istifadə edən Alfred Hiçkok çəkmişdir. Triller janrı əsasən tamaşaçını film boyu daimi həyəcan içində saxlayaraq onu müəyyən əhval-ruhiyyələrə girməyə sövq edir. Bunlar yüksək səviyyədə gözləmə və ya ümid etmə, qərarsızlıq, narahatlıq, həyəcan, gərginlik və dəhşət kimi hisslərdirlər. Bu janrda qırmızı siyənək (ing. red herring) və Klifhanger (ing. Cliffhanger) kimi ədəbi üsullardan müntəzəm olaraq istifadə olunur.
RM (repper)
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
Triller (film janrı)
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Lars Fon Trier
Lars Fon Trier (dan. Lars von Trier; əsl adı Lars Holbek Trier, dan. Lars Holbæk Trier; 30 aprel 1956) — Danimarka kino rejissoru. == Həyatı == Lars Fon Trier 1956-cı il aprelin 30-u Danimarkanın paytaxtı Kopenhagendə doğulub. Danimarkanın Milli Kino Məktəbini bitirib. Kinoda ilk dəfə 1976-cı ildə debüt edib. İlk tammetrajlı filmi isə Cinayətin Elementi filmidir ki, 1984-cü ildə çəkilir və bu film Kann, Çikaqo film festivallarında mükafat qazanır. Cinayətin Elementi (Element of Crime) filmi Trierin E trilogiyasının ilk filmidir. Hər rejissorun işi deyil ki, ilk tammetrajlı filmi ilə Qızıl Palma budağına namizəd olsun. Cinayətin Elementi ilə Trier öz müəllimi Tarkovskini yamsılamışdı.
Ən yaxşı triller filminə görə Saturn mükafatı
Ən yaxşı triller filminə görə Saturn mükafatı (ing. Saturn Award for Best Thriller Film) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 2013-cü ildə təsis edilmiş, ilin ən yaxşı triller filmi janrında olan filminə verilən mükafatdır. Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.
Tiplər nəzəriyyəsi
Tiplər nəzəriyyəsi-maddələr sadə qeyri-üzvi maddələrdən (tiplərdən) törəyir və öz hidrogenlərinin qalıqlarla əvəz olunmasında əmələ gəlir. Bu nəzəriyyə radikallar nəzəriyyəsinin əksinə olaraq, molekulun dəyişən hissəsini əsas tutur, üzvi maddələrin reaksiyaları ilə qeyri-üzvi maddələrinin reaksiyaları arasında böyük oxşarlıq olduğunu irəli sürürdü. Ilk dövrdə bu nəzəriyyəni radikallar nəzəriyyəsinə zidd tutur və hətta radikal kəlməsini işlətməyərək, onu qalıqla əvəz edirdilər. Əsas tiplər H2O, HCl, NH3 və daha sonra CH4 qəbul olunmuşdur. Bu tiplərdə hidrogeni qalıqlarla əvəz edir və üzvi birləşmələrin bu, yaxud başqa tipə mənsubiyyətini aydınlaşdırmaqla onları müxtəlif siniflərə ayrırdılar. Məsələn, spirtlər, efirlər, turşular və onların törəmələri su tipinə aid edilir. Əsas tiplərdən törəyən üzvi maddələr bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid edilən spirtlərin su kimi natrium və PCl3 ilə reaksiyaya girməsi buna bir dəlil idi. Tiplər nəzəriyyəsini inkişaf etdirərək Kekule metan tipini aşkar etdi və beləliklə, tiplər sistemində doymuş karbohidrogenlərə yer tapmadı. Daha sonra tapılan bəzi maddələri məlum tiplərə aid etmək mümkün olmadığı üçün qatışıq və mürəkkəb tiplər irəli sürüldü.