TRIGGER

trigger1

n 1. hərb. tətik; to pull the ~ tətiyi çəkmək; 2. məc. işə salma

trigger2

v 1. səbəb / bais olmaq; törətmək; It triggered off a storm of protest Bu, etiraz dalğasına səbəb oldu; 2. işə salmaq, hərəkətə gətirmək

TRIG
TRIGGER-HAPPY
OBASTAN VİKİ
Trigger (şirkət)
Trigger Inc. (株式会社トリガー, Kabushiki kaisha Torigā, TRIGGER və Studio Trigger kimi də tanınır) — 22 avqust 2011-ci ildə Gainax əməkdaşları Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən yaradılmış Yaponiya cizgi filmi studiyası. Trigger Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən Gainax-ı tərk etdikdən qısa müddət sonra 22 avqust 2011-ci ildə yaradılmışdır. Studiyanın adı və saytı 2011-ci ilin oktyabrında məlum olmuşdur. Müxtəlif layihələr üzərində digər studiyalarla əməkdaşlıq edən studiya "Little Witch Academia" adlı qısametrajlı anime və "Kill la Kill" adlı anime serialı (2013-cü ilin oktyabrından 2014-cü ilin martına kimi) ilə məşhurluq qazanmışdır. "Little Witch Academia" animesinin ikinci seriyasını çəkmək üçün studiya Kickstarter layihəsini başlatmışdır. Layihə yaxşı qarşılanmış və 5 saat içində 150.000 $ əldə olunmuşdur. Bu göstərici daha sonra 625.518 $-a çatmışdır. 11 mart 2014-cü ildə studiya eyniadlı anime əsasında "When Supernatural Battles Became Commonplace" animesini çəkmişdir.
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Triggerler
Triggerlər
Triggerlər — Trigger iki dayanıqlı müvazinət vəziyyətinə malik olan qurğudur və bir vəziyyətdən digərinə xarici impulsun təsiri ilə sıçrayışla keçir. Ona görə də bəzən triggerə işə salma qurğusu deyilir (ingilis sözü olan trigger, odlu silahın işə salma dəstəyi mənasını verir). Trigger iki girişə – işəsalma və ilkin vəziyyətə qaytarma girişlərinə və iki çıxışa – düz və invers çıxışlara malikdir. Bir çox triggerlərdə üçüncü - sinxronlaşdırıcı giriş də olur. Trigger iki üsulla – ümumi və ayrı-ayrı işəsalma üsulları ilə işə salına bilər. Ümumi işəsalma üsulunda bir ümumi girişdən istifadə edilir və sayğac qurğularında tətbiq edilən triggerlər üçün nəzərdə tutulur. Ayrı-ayrı işə salma zamanı isə iki girişdən ayrı-ayrılıqda istifadə olunur. Bu üsulda iki işəsalma variantı mövcuddur. Birinci variantda girişlərə növbə ilə eyni polyarlı işəsalma impulsları verilir. İkinci variantda isə bir girişə növbə ilə müxtəlif polyarlı işə salma impulsları verilir.

Digər lüğətlərdə