FONÉM

[ yun. phonema – səs] dilç. Hər hansı bir dilin (və ya dialektin) söz və ya morfeminin mənasını fərqləndirmək vasitəsi sayılan danışıq səsi. Hər bir dildə müəyyən sayda fonem olur.
FOND
FONENDOSKÓP
OBASTAN VİKİ
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.

Digər lüğətlərdə

афга́нец бру́стверный исса́литься по́нчик са́пка сноси́ться карми́новый лука́вство наброса́ть начме́д паути́на субти́льность attache betony carpet-bedding curtain lecture entomophilous hypocrateriform Jekyll and Hyde octachord piece-payment red tapism renunciate theosophize полемичный