Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tural-Turan
TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər. Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur. 2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri. Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur. Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub. Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.
Tural Abbasov
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Tural Abbaszadə
Abbaszadə Tural İlqar oğlu (rus. Турал Ильгар оглы Аббасзаде; 26 oktyabr 1992, Bakı) — Azərbaycan futbolçusu, "Kəpəz"də keçmiş qapıçı. Tural Abbaszadə 1992-ci ildə anadan olmuşdur. Futbola uşaqlığından həvəsi olmuş, "Milan"ın qapıçısı Didanın oyunundan çox xoşu gəlmişdir. Bu səbəbdən də futbolçu olmağı qərara alıb. İlk məşqçisi Arif Orucov olub. Futbola 10 yaşında "Olimpiya" komandasında başlamışdır. 14 yaşında "Azəri"yə keçmişdir. Oradan isə İslam Kərimovun çalışdırdığı "Neftçi"yə üz tutmuşdur. "Neftçi"də 3 il qalmışdır.
Tural Abdullayev
Tural Allahverdiyev
Tural Hikmət oğlu Allahverdiyev (29 iyul 2000, Nijni Novqorod) — Azərbaycanlı idmançı və milli atletdir Tural Allahverdiyev 2000-ci ilin 29 iyul tarixində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycan ailəsində anadan olub. 8 il Rusiya Federasiyasında yaşayandan sonra Tural ailəsi birgə Vətəninə Azərbaycana qayıdır və elə 8 yaşından Yunan-Roma Güləşinin sirrlərini öyrənmə başlayır. Sonra müəyyən səbəblərdən Tural güləşi atır, bir necə idman növlərini sınayan Tural ən sonda "Yasamal" İdman Klubunda Cüdo idman növü ilə məşğul olur. Həmçinin Tural Sambo, Grappling, Pəhləvan Güləşi, Zorxana Kəmər Güləşi və Mas-wrestling İdman növləri üzrə də Azərbaycan Milli Komandasının üzvüdür.
Tural Aslanov
Tural Axundov
Tural Möhsüm oğlu Axundov (1 avqust 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. Tural Axundov öz peşəkar futbolçu karyerasına 2009-cu ildə Muğan klubunda start vermişdir. İki mövsüm bu klubda çıxış etdikdən sonra Axundov 2011-ci ildə Rəvan klubuna transfer olmuşdur. Uzun müddət bu klubda kapitan sarğısını daşımışdır. 2013-cü ilin yay ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Simurq klubu ilə bir illik müqavilə imzalamışdır. 2014-cü ilin noyabrında Zaqatala klubunun rəhbərliyi 2017-ci ilin iyun ayının sonuna qədər futbolçuyla müqaviləni uzatmışdır. Lakin Tural klub ilə iki mövsüm və 63 oyun keçirdikdən sonra klubu tərk etmişdir. 2015-ci ilin iyununda keçmiş futbolçuların seleksiya yığımları zamanı Gəncə təmsilçisi olan Kəpəz klubunun heyətinə cəlb edilir. O, klub ilə debütünü 9 avqust 2015-ci ildə çempionatın ilk turunda Neftçi Bakı klubuna qarşı oyunda etmişdir.
Tural Bakuvi
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi. Tural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür. Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir. Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/, "Əslində mən"/ANS/ və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi, "Sonun Başlanğıcı", "Bağlı qapı", "Səadət" və s.
Tural Bayramlı
Tural Cuvarov
Tural Cəlilov
Tural Cəlilov (futbolçu)
Tural Dadaşov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Tural Dəmirçiyev
Tural Eyyubov
Tural Gəncəliyev
Tural Gəncəliyev (6 mart 1980, Şuşa, DQMV) — Azərbaycan Respublikasının Milli Məclisinin Xankəndidən olan VI çağırış deputatı. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri (2021–h.h.) Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü (2021–h.h.); Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin 2-ci və son sədri (2018–2021) Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məşhur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb. Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib. Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.
Tural Bağmanov
TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər. Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur. 2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.
Tural Qəlbinur
Tural Qəlbinur — Uzman oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb elmləri doktoru Tural Qəlbinur, 1982-ci il yanvar ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 13 yaşında Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində— SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində— Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship, 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində— Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir. 2004-cü ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)” adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb elmlər doktoru adını almışdır. Sequence variants in HTRA1 and LOC387715/ARMS2 and phenotype and response to photodynamic therapy in neovascular age-related macular degeneration in populations from Israel.
Tural Nəcəfov
Tural Nüsrət oğlu Nəcəfov (1981, Naxçıvan) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti. Nəcəfov Tural Nüsrət oğlu 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1996-cı ildə Naxçıvan Musiqi kollecinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına daxil olmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının solistidir. 2007-ci ildə Naxçıvan MR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2010–2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Fəaliyyəti dövründə olkədaxili və ölkəxarici çoxsaylı konsertlərdə çıxış etmişdir.
Tural Bayramov
Toral Bayramov (23 fevral 2001, Lənkəran), — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi. Toral Bayramov Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ"ın heyətində 23 sentyabr 2019-cu ildə "Zirə" FK ilə oyununda debüt etmişdir. Toral Bayramov 27 may 2021-ci ildə Türkiyə ilə yoldaşlıq oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt etmişdir. Qarabağ Azərbaycan Premyer Liqası: (3) 2019–20 2021-22 2022-23 Ailəlidir. Bir övladı var.
Tural Cəfərli
Tural Haşımlı
Tural Hümbətov
Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 19 və 21 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır. Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur 2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. 2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir.
Tural Hümmətov
Turaclı
Turaclı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 325 evdə 979 nəfər əhali yaşayır.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.