Tural Rəfail oğlu Dəmirçiyev (1 oktyabr 1992, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Quru Qoşunlarının könüllü əsgəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi.
Tural Dəmirçiyev | |
---|---|
Tural Rəfail oğlu Dəmirçiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1992(1992-10-01) |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2020(2020-10-05) (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Rəfail Dəmirçiyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014–2015 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 |
Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olub. 1999–2010-cu illərdə Bakı şəhəri Sabunçu rayon Rixard Zorqe adına 90 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə 2010–2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "menecment" ixtisası üzrə ali bakalavr təhsili almışdır. 2017-ci ildən 2020-ci ilin sentyabrınadək Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində mühafizəçi kimi çalışıb.
2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayınadək Azərbaycan Quru Qoşunları 1-ci Ordu Korpusunun Tərtər rayonunda yerləşən hərbi hissəsində "əsgər" rütbəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
2020-ci il sentyabrın 21-də hərbi toplanış çərçivəsində Azərbaycan Quru Qoşunlarının əsgəri kimi hərbi xidmətə göndərilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Tural Dəmirçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Tural Dəmirçiyev oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı qəlpə yarasından şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tural Dəmirçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.