Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kurmanc dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
Uma Turman
Uma Karuna Turman (29 aprel 1970[…], Boston) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir. Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Uma Karuna Turman 29 aprel 1970-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olmuşdur. Atası üç il Buddist rahibi kimi yaşamışdır. Umanın anası Nena fon Şlebrügge dəb modeli idi. Anası Nena, Mexiko şəhərində alman zadəgan və isveçli model Birgit Holmquistin ailəsində dünyaya gəlmişdir.
Kurmanci
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Turfan
Turfan (uyğ. تۇرپان, çin. sadə. 吐鲁番, pinyin: Tulufán) — Çinin Sinzyan-Uyğur Muxtar Rayonunda şəhər dairəsi. Ərazisi — 69,3 min. km². Dairənin hökuməti Qaoçan rayonunda yerləşir. == Relyefi == Qərbində Toksun bölgəsi, şimalqərbində Urumçi şəhəri, şimalında Jimisar bölgəsi və Quçung bölgəsi, şərqində Piçan bölgəsi, şimalında Lopnur bölgəsisi ilə həmsərhəddir. == Qəsəbə və kəndləri == Turfan şəhəri, iki məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), yeddi çöl qışlağı (乡 xiāng) və üç özəl çöl qışlağı (虚拟乡) kimi məntəqələrdən ibarətdir. == Coğrafya və İqlim == Turfan şəhəri Turfan hövzəsinin şimal kənarında qurulmuş, hövzənin ən çuxur yerində Ayding gölü, dəniz seviyəsindən 154,50 metr dərinlikdə olan bölgədə yerləşir.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. İlk turanlılar Turun nəslindən gələn iranlı bir qəbilədir. Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq idealogiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi. Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi.
Kurmanci dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
Kırmanc dili
Kırmanc dili — ələvi zazaların danışdığı dil. Zaza dilinin şimal ləhcəsi hesab edilir.
Nikole Turuani
Nikole Turuani (1997 və ya 5 iyul 1997) — İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Nikole Turuani 1997-ci ildə anadan olmuşdur. == Karyerası == Nikole Turuani 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Tarmani (Urmiya)
Tarmani (fars. ترمني‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (40 ailə).
Turkana gölü
Turkana və Rudolf gölü — Keniya və Efiopiyanın ərazisinə daxil olan göl. Göl Efiyopiyanın cənubunda yerləşir. == Coğrafiya == Böyük Rift dərəsi üzərində yerləşir. Göldə üç vulkanik ada vardır: Cənub adası, Kronkodayl-Aylend, Şimal adası. Cənub sahilində Teleki vulkanı yerləşir. Gölə çoxlu sayda çay tökülsədə ən irisi Omodur. Ono mənsəbə beş kilometr qalmış delta əmələ gətirir. Gölün özündən isə çay başlamır. == Tarixi == Göl ilk dəfə 1888 ildə macar səyahətçi qraf Samuel Teleki və Lyudvik fon Honsel tərəfinfən kəşf edilmişdir. Onlar gölə Avstriya şahzadəsi Rudolfun adını verirlər.
Şturman (aviasiya)
Şturman— uçuş heyətinin mövqeyi. Naviqator ümumiyyətlə aşağıdakı vəzifələri yerinə yetirir: kurs hazırlayır, hərəkətləri hesablayır və təyyarənin rəqəmsal və ya topoqrafik xəritəsində hərəkəti qeyd edir, naviqasiya cihazlarının düzgün işləməsini izləyir. Uçuş vaxtını uçuş səviyyəsindəki küləkdən, uçuş üçün lazımi miqdarda yanacaqdan, marşrutun ayrı-ayrı hissələri üçün minimum təhlükəsiz uçuş yüksəkliyindən asılı olaraq hesablayır. Hərbi aviasiyada naviqator, naviqasiya ilə yanaşı, fotoşəkillər də çəkə bilər, bomba atma, birbaşa və buraxılış raketləri, hərbi nəqliyyat aviasiyasında - eniş personalı, hərbi texnika və yük. Həm də hərbi aviasiyada naviqator daha dar bir ixtisaslaşmaya - naviqator-operatora sahib ola bilər, bu halda onun vəzifələri naviqasiya ilə tamamilə əlaqəli ola bilər. Təyyarələrin bəzi növlərində naviqatorlara pilotu çoxaltmaq üçün bir təyyarə uçmaq öyrədilir. == Tarixi == === SSRİ-də === İnqilabdan sonra iqtisadiyyat tənəzzülə uğradı və aviasiyanın inkişafı dayandı. Vətəndaş müharibəsində aviasiyadan istifadə olunmasına baxmayaraq, Avropadan fərqli olaraq, o dövrdə Rusiyada aviasiya naviqasiyasında heç bir yenilik baş vermədi. Pilotların və uçuş müşahidəçilərinin çoxu "ağlar" ın tərəfinə keçdi və ya öldürüldü, ya da ölkəni tərk etdi. Ölkədəki 97 hava birləşməsindən 33-ü qalıb, hətta müharibə nəticəsində öldürülmüşlər.
Şturman yarımadası
Şturmanov yarımadası — Taymır yarımadasının Kara dənizi içərilərinə doğru irəlilədiyi ərazidə yerləşir. Taymır körfəzi ilə Zeebreqa körfəzi araslnda yerləşir. Yarımadadan 2 km şimal-şərqdə Kolçak adası yerləşir. Yarımada 1940-ci ildə ərazinin səmadan təsvirini çəkən şturmanların şərəfinə adlandırılmışdır. Qərbi və şərqi düzənlikdir. Ən hündür nöqtəsi Yuşenko zirvəsi 130 metrdir. Yarımadada yaşayış yoxdur. Ərazisi Böyük Arktik qoruğun ərazisinə daxildir.
Arxiyepiskop Turyan
Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian; 1879, Konstantinopol – 24 dekabr 1933, Nyu-York, Nyu-York ştatı) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib. == Bioqrafiyası == Qevont Turyan 1879-cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, Bolqarıstanda və Britaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır.
Franyo Tucman
Franyo Tucman (14 may 1922[…], Veliko-Trqovişçe[d], Zaqreb diyarı[d], Serblər, xorvatlar və slovenlər krallığı[d] – 10 dekabr 1999, Zaqreb) — Xorvatiyanın 1-ci prezidenti. Müstəqil Xorvatiyanın marşalı, xorvat millətçisi, antiyuqoslavist, Xorvat Demokratik İttifaqının banisi və sədri kimim tanınan Tucman, yuqoslav dövründə kommunist, hərbi və elm xadimi idi.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Murman Omanidze
Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi – 2020) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri. == Həyatı == Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi. 1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.
Pseudophoxinus turani
Pseudophoxinus turani (lat. Pseudophoxinus turani) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Tubman Universiteti
Tubman Universiteti (ing. William V. S. Tubman University) — Liberiyanın Harper şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1978-ci ildə qoyulmuşdur.
Turanə Ağayeva
Turban (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Türkman
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Gümanc
Aşağı Gümanc (Təbriz)
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Həsən Türkmani
Həsən Türkməni — (ərəb. حسن توركماني‎ ‎; 1 yanvar 1935, Hələb — 18 iyul 2012, Dəməşq) — Suriyalı dövlət xadimi. 12 may 2004-cü ildən 3 iyun 2009-cu ilədək Suriyanın Müdafiə Naziri == Həyatı == Həsən Türkməni 1 yanvar 1935 –ci ildə Suriyanın Hələb şəhərində türkmən ailəsində doğulub. == Hərbi təhsili == O, hərbi təhsili aldıqdan sonra 1954-cü ildə səhra artilleriyası leytenantı rütbəsində Suriya ordusunda xidmətə başlamışdır.1955-ci ildə Hüms Hərbi Akademiyasında səhra zabiti, 1963-cü ildə Mexanikləşdirilmiş Atıcı və Batalyon Kursunu bitirmişdir.1965-ci ildə Almaniya Demokratik Respublikasında Ali Zabit kursunu bitirən Həsən Türkməni bu sahədə 1969-cu ildə Qahirədə hərbi elmlər üzrə magistr,1972-ci ildə hərb elmləri üzrə doktor dərəcələrini almışdır. == Hərbi və siyasi fəaliyyəti == Türkməni 1973-cü ildə 4-cü ərəb-İsrail müharibəsi zamanı 9 mexanikləşdirilmiş diviziyaya başçılıq etmişdir. 1978-ci ildə o general-mayor hərbi rütbəsinə yüksəldi. 2002-ci ilin yanvarında H.Türkməni Əli Aslanı əvəz edib Suriya ordusunun qərargah rəisi təyin edilmişdi. Onun sünni müsəlman olmasına ələvilərin üstünlük təşkil etdiyi Suriya ordusunda dini qrupların hüquq bərabərliyinin bərpasına addım kimi baxılırdı.Həsən Türkməni 12 may 2004-cü ildə Mustafa Tlasanı əvəz edib Suriyanın müdafiə naziri oldu. 2009-cu ilin iyununda onu Mahmud Əli Həbib əvəz etdi. 3 iyun 2009-cu il Suriya prezidenti Başar əl-Əsəd Həsən Türkmənini vitse-prezidentin köməkçisi təyin etdi.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycanca danışırlar.
Tezxarab (Türkman)
Tezxarab (fars. تيزخراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (76 ailə).
Türkman (Urmiya)
Türkman (fars. تركمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (40 ailə).
Türkman Məmmədov
Türkman Yolçu oğlu Məmmədov (azərb. Məmmədov Türkman Yolçu oğlu;‎28 sentyabr 1998 – 27 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Türkman Məmmədov 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə almışdır. 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci il Füzuli- Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Türkman dağı
Türkman dağı, həmçinin Çəbəl-Türkman, Cəbəl-əl-Türkman (ərəb. جبل تركمان‎ türk. Türkmen Dağı) — Suriyanın şimal-qərbində, Latakiya bölgəsində, Türkiyə ilə sərhəddə yerləşən El Nusayriyə Dağlarının bir hissəsi olan dağ silsiləsi. Silsilə burada yaşayan Suriya türkmanlarınin (türklər, türkmanlar) adından götürülmüşdür. == Tarixi == Türkman dağı Suriyanın Latakiya bölgəsinin şimalında, Türkiyə sərhədi yaxınlığında türkcə Bayırbuçak adlanan ərazidə dağ silsiləsidir. Dağ silsiləsi Əl-Laziqiyyə mühafəzəsinin şərq uzunluğu boyunca uzanır. Bölgədə daha çox Suriya türkmanları yaşayır. Qeyd edək ki, Bayırbucakda 72 türkmən kəndi var. Bunlardan 54-ü muxtar statusa malikdir. Onlardan 18-i təsərrüfat statusludur.
İzzəddin Türkmani
İzzəddin Türkmani — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Xəlvətiyə şeyxi. == Həyatı == Böyük vəlilərdəndir. Adı, Mahmud bin Mövdud bin Əhməd, künyəsi Əbü’l-Həsən, ləqəbi İzzəddindir. Soyu, Misir hakimi Aybək Türkmaniyə çatır. Misirdə doğulub. Doğulma tarixi bilinməməkdədir. Hicri 828-ci (1424) ildə Marağada vəfat etdi. Dərgahındakı bağçaya dəfn edildi. İzzəddinin yetişdirdiyi şeyxlər Ömər Şirvani, İbrahim Qubadi və Sədrəddin Xiyavidir.