Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Aşina Tuvu
Aşina Tuvu (伊利吐務) — mənbələrdə adı keçən ilk türk yabqusu. Aşina sülaləsinin banisi. == Həyatı == Həyatı haqda heç nə məlum deyil. Öz atasının adı Natulu olub, Böyük Yabqu titulu daşıyırdı. Bumin xaqan və İstəmi xaqanın atası idi.
Le-Tuve
Le-Tuve (fr. Le Touvet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38511. Kommunanın 2012-ci il üçün əhalisi 3003 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 236 ilə 1008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Neoseiulus tuvinensis
Toju tuvalıları
Toju tuvalıları və ya Toju tuvalar (tuvaca: Тугалар Tugalar ya da Тухалар Tuhalar) – Rusiya Federasiyasının Tuva Respublikasının şimal-şərq bölgəsindəki Toju kojuununda yaşayan türk xalqlarından tuvalıların bir boyu. == Əhali == Tuvada ortalama 4000-dən çox saya sahibdirlər: Kunqurtuq beldesi – 1785 nəfər Adırkejik kəndi – 1096 nəfər İy beldesi – 1077 nəfər Sıstıq-Hem beldesi – 155 nəfər Çazılar beldesi – 119 nəfər == Tarix == Hal-hazırda Toju tuvalılarının yaşadığı Tovu kojuununda qədimdə Samoyed xalqları ilə Yenisey dillərini danışan xalqlar yaşayırdı və bunları bir qismi Tuva adı altında türkləşmişdir. == Dil == Toju tyvalılarının dili Sayan dil qrupunun Tayqa alt qrupuna aid Tuva dilinin şərq ləhcələri qrupuna aiddir. Onların dilləri İrkutsk oblastındakı tofalar ilə Monqolustandakı duxalar və Buryatiyadakı soyotların dillərinə yaxındır. == Ədəbiyyat == Toju tuvalıları ədəbiyyatının şifahi nümunələri arasında dastanlar, nağıllar, mahnılar, atalar sözləri və məsəllər vardır. Şerləri dəyişik növlərdədir. Tuva musiqisi epikdir. == İqtisadiyyat == Tovu tuvalıları digər qərb və mərkəzi tuvalıların əksinə tayqada yaşayırlar və burada şimal maralı təsərrüfatı ilə məşğul olurlar. Bununla yanaşı, ovçuluq, balıqçılıq və yabani bitki toplayıcılığı da edirlər. Toju tuvalılarının qadınları sarana adı verilən Türk zambağı soğanlarını da toplayırlar və bu toplama ailə başına 100 kq və ya da daha çox olur.
Tuva (dəqiqləşdirmə)
Tuva — Tuva Xalq Respublikası — Tuva — İsmayıllı rayonunda palçıq vulkanı. Tuva — Qobustan rayonu ərazisində dağ. Hündürlüyü 690 m.
Tuva Milli Musiqi və Dram Teatrı
Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı (rus. Тувинский национальный музыкально-драматический театр имени В. Кок-оола, tıva В. Ш. Көк-оол аттыг национал хөгжүм-шии театры) 1936-cı ildə təsis edilmişdir. Teatr Tuva aktyoru və RSFSR-in əməkdar artisti Viktor Şoqjapoviç Kok-oolun adını daşıyır. == Tarixi == Teatr studiyasının əsasında yaradılmışdır. Studiyanın özü 1936-cı ildə Viktor Kok-oolun "Xayıran bot" pyesi əsasında hazırlanmış tamaşa ilə açılmışdır. Studiyanı açma qərarı Tuva Xalq Respublikasının Kiçik Xuralı tərəfindən qəbul edilmişdir. 1944-cü ildə Tuva SSRİ-nin tərkibinə daxil oldu, 1945-ci ildə isə Milli Teatr yaradıldı. 1947-ci ildə teatr nəznində rus truppası yaradıldı. 1950-ci ildə teatrda aktyorluq studiyası açıldı. 1958-ci ildə teatr musiqi və drama teatrına çevrildi.
Tuva Mədəniyyət Mərkəzi
Tuva Mədəniyyət Mərkəzi (tam adı: TƏMSİM "Tuvanın Ənənəvi Mədəniyyət və Sənətlərinin İnkişafı Mərkəzi"), Rusiyanın Tuva Respublikasının paytaxtı Kızıl şəhərində, Mədəniyyət Nazirliyinə tabe olan bir Mədəniyyət Sarayıdır. respublika. Mərkəz, bu tip iki əsas regional məkandan biri olan Rus Mədəniyyəti Mərkəzi ilə yanaşı ənənəvi mədəniyyətin qorunması və təqdimatı üçün tədbirlər təşkil etməsi ilə məşhurdur . == Tarixi == Tuva Mədəniyyət Mərkəzi xalqın təşəbbüsü ilə yaradılmışdır. Kongar-ool Ondarın irsinin qorunması və daha da zəngin mədəni irsin inkişafı məqsədi ilə qurulmuşdur. Mərkəzin önündə Ondarın heykəli də istifadədədir. Mərkəzin açılışı 2008-ci ildə olmuşdur və 2012-ci ildə respublika muzeyinin köhnə binasının yerində tikilmiş yeni binaya köçmüşdür. Muzey üçün, öz növbəsində, yeni bir bina tikildi və köhnə, böyük tarixi dəyərə malik olmasına baxmayaraq, xüsusən Tuvanın Sovet Rusiyasına daxil olması barədə qərarın imzalanması səbəbiylə yıxıldı. Həddindən artıq dağıntı və yerinə mədəniyyət mərkəzinin binası qoyulmuşdur . “Başqa bir baxış da var idi - taleyüklü qərarların verildiyi tarixi binanı qorumaq, xüsusən Tuvanın SSRİ-yə girməsi haqqında Bəyannamə.
Tuva Respublikasının Ordeni
Tıva Respublikasının Ordeni — Tıva Respublikasının ən yüksək dövlət mükafatı. Tıva Respublikasının 24 dekabr 1992-ci il tarixli 388 saylı "Tıva Respublikasının dövlət mükafatları haqqında" qanunu ilə təsis edilmişdir. == Ordenin statusu == Tıva Respublikası ordeni respublikanın sənaye, ictimai fəaliyyətində, sosial və mədəni inkişafında, dostluğun və beynəlxalq təhsilin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində, vətəndaşların həyatı və sağlamlığının qorunmasında xüsusi xidmətlərinə görə Tıva Respublikasının ən yüksək dövlət mükafatıdır. Respublika qarşısında xidmətləri olan, onun təhlükəsizliyi uğrunda fəaliyyət göstərən şəxslərə təqdim edilir. Tıva Respublikasının ordeni ilə Rusiya Federasiyasının vətəndaşları və eləcə də xarici vətəndaşlar təltif edilir. Tıva Respublikasının ordeni ilə təltif edilmə aşağıdakı hallarda həyata keçirilir: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xalq təsərrüfatının digər sahələrində, eləcə də dövlət-kooperativ, sahibkarlıq, fermer və arat fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə; elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində, hüquq qaydasının, qanunların və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, böyüməkdə olan nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə, yüksək ixtisaslı kadrların hazırlanmasına, əhaliyə tibbi xidmət göstərilməsinə, bədən tərbiyəsi və idmanın inkişafına görə; MDB və digər dövlətlərin respublikaları ilə hərtərəfli dostluq, iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində fəal fəaliyyətinə görə; xüsusilə səmərəli dövlət və ictimai fəaliyyətə görə; respublika qarşısında digər xüsusi görkəmli xidmətlərinə görə. Tıva Respublikası ordeni, əmək kollektivlərinin, bələdiyyələrin nümayəndə orqanlarının, idarə, nazirliklərin, habelə ictimai təşkilatların tövsiyəsi ilə Tuva Respublikası Hökuməti Başçısının Fərmanı ilə verilir. Orden ilə təltif olunmuş təşkilatların rəhbərləri ordenin saxlandığı yerləri, onun mühafizəsini və təşkilatın işçilərinin onunla tanış olma imkanlarını müəyyən edirlər. Tıva Respublikası ordeni alan şəxs yenidən mükafatlandırıla bilər. Tıva Respublikası ordeni ilə təltif olunan şəxsə respublika büdcəsindən 50.000 rubl məbləğində birdəfəlik pul mükafatı verilir.
Tuva Respublikasının himni
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Tuva Xalq Respublikası
Tuva Xalq Respublikası (Latınça — tıva Тьʙа Arat Respuʙlik, kirilçə — tıva Тыва Арат Республик) — müstəqilliyi yalnız SSRİ (1924) və Monqolustan Xalq Respublikası (1926) tərəfindən tanınmış dövlət. Dövlət Cənubi Sibir ərazisində 1921–1944 illər arasında mövcud olmuşdur. 1921–1926-cı illərdə rəsmi olaraq Tannu-Tuva adlanırdı. Çin tərəfindən tanınmamış və beynəlxalq aləm tərəfindən Çinin ərazisi olaraq qiymətləndirilirdi. 1944-cü ildə isə SSRİ-nin tərkibinə daxil edilərək Tuva muxtar vilayətinə çevrilmişdir (RFSF-in tərkib hissəsi) == Tarixi == === Yaradılması === Dövlət Rusiya imperiyasının protektoratlığında olan Uryanxayski diyarı ərazisində formalaşmışdır. 1917-ci ilin mart ayında Fevral inqilabından sonra Uryanxayski diyarı ərazisində sürətli şəkildə sovetləşmə həyata keçirilirdi. 11 iyun 1918-ci ildə diyarın rus əhalisinin V qurultayı, ardından 13 iyulda isə Tuva xalqının qurultayı çağrılır. Diyar sovet deputatlarının qaşısında duran məsələ Uryanxay diyarının müqəddəratının müəyyət edilməsi olur. 18 iyun 1918-ci ildə isə rus və tuva qurultay iştirakçılarının görüşü təşkil edilir. Burada Diyarın öz müqəddaratını həll etməsi, rus və tuva xalqları arasında qarşılıqlı anlaşma, dostluq haqqında müqavilə imzalanır.
Tuva dili
Tıva dili — Tıva dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Təqribən 264 min nəfər bu dildə danışır. Dilin kodu tyv-dir (ISO 639).
Tuva mətbəxi
Tuva mətbəxi— Türk xalqlarından biri olan Tuvaların ənənəvi yeməkləri. Tuva mətbəxi mal-qara saxlamaq və köçəri yaşayış tərzi ilə sıx əlaqəsi var. Tuva mətbəxi ət yeməkləri və ağartı məhsulları ilə zəngindir. Yeməklərin çoxu Orta Asiya və Monqol yeməklərinə bənzəyir. == Məhsullar == Tuvalar arasında, ət yeməklərinin hazırlaması üçün daha çox quzu, keçi və sığır ətindən istifadə olunur. Eləcə nadir hallarda at əti və tarbaqan ətidə işlədilir. Öküz və şimal maralı ətidə tuvaların yaşadığı bəzi yerlərdə işə gəlir. Süd məhsulları üçün inək südü ən çox, daha az keçi və at südündən istifadə edilir, ancaq xüsusi bir əkinçilik növünün xarakterik olduğu bəzi yerlərdə dəvə və maral südü istifadə olunur . Çiy süd yeyilmir, ancaq mayalanır. İstisna olaraq çiy süzülmüş südün qaynar suya əlavə edildiyi və qaynadıldığı zaman südlə çay tökülməsi hallarıdır.
Tuva tarixi
Tuva tarixi— Tıvanın və Tuva Xalq Respublikasının keçmişi. == Tarixi == Tuva ərazisində erkən orta əsrlərə aid arxeoloji obyektlərdə S. İ. Vaynşteyn və L. R. Kızlasovun qazıntıları da qeyd olunmalıdır. Bu qazıntılar zamanı Dağlıq Altayda eramızın I minilliyinə dair çoxlu maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Arxeoloji qazıntılar əsasında L. R. Kızlasov tuvaların erkən orta əsrlər tarixini yazmışdır. Orta əsrlərdə Avrasiyanın mədəni-siyasi həyatında mühüm rol oynamış türklər (göytürklər), kimaklar (V. V. Bartolda görə kaymaklar), karluklar, xakaslar, uyğurlar, bulqarlar, peçeneqlər, xəzərlər və b. tarixi də arxeoloji materiallarda əks olunmuşdur. Bu xalqlara aid abidələr L. R. Kızlasov, S. A. Pletnyova, V. A. Moqilnikov və b. arxeoloqlar tərəfındən öyrənilmişdir. 1207-ci ildə Tuva, Çingiz xan dövründə Monqol dövləti tərəfindən işğal edilmişdir. "Monqolların gizli tarixi" adlı tarixi əsərə görə Tuba, Tubas şəklində şimal-qərbdə, Xanqhaslar ilə birlikdə yaşayan bir Türk xalqıdır.
Tuva vadisi
Tuva vadisi (ərəb. الوادي المقدس طوى‎) (ing. Valley of Tuwa, Vale of Tuwa, Valley Tuwa) Misirdə Sinay yarımadasında yerləşən Quranda iki yerdə yaxşı xatırlanan müqəddəs bir vadidir. == Mənası == Tuva: Bu ya bir vadinin xüsusi adıdır, ya da "Gecənin sonrakı vaxtı" mənasındadır. (Təfsirçilərin çoxu "Tuva" sözünün bir vadi adı olduğunu bildirmişdirlər. Tuva vadisi iki dəfə müqəddəs ad kimi xatırlanmışdır; birincisi, Allahın Musa ilə yanan ağacla burada danışanda, digəri, Musa Qədim Misirdən çıxandan sonra bu vadiyə gələndə baş vermişdir. == Yerləşdiyi ərazi == Misirin Sinay yarımadasının cənubundakı Sinay dağında (Tur-i Sina) yerləşir. == Müqəddəsliyi == Tövhidi dinlər (Yəhudilik, Xristianlıq, İslam) tərəfindən müqəddəs sayılır. == Quranda bəhs edilən ayələr == Tuva vadisindən Quranda iki yerde bəhs edilir. Taha surəsinin XII ayəsində və Naziat surəsinin XVI ayəsində bəhs edilir.
Tuvalar
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Tuvalu 2012 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2012-cı ildə Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. 27 iyul və 12 avqust tarixləri arasında Böyük Britaniyanın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında Tuvalu yığması, üç yüngül atlet ilə təmsil olundu. Onlardan ikisi, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etmiş Tavevele Noa, qapanış mərasimində Tuvalu yığmasının bayraqdarı olan Asenate Manoa və ağırlıqqaldıran Tuau Lapua Lapua idi. Qəbul edilən standartlara cavab vermədikləri üçün, hər üç atlet turnir kartı yerlərində iştirak etmişdir. Lapua açılış mərasimində Tuvalu yığmasının bayraqdarı idi. Tuvalu yığmasının qapanış mərasimindəki bayraqdarı isə, Asenate Manoa idi. Noa və Manoa qadınlar üzrə 100 metrlik qaçışda yeni bir milli rekord yaratdıqlarına baxmayaraq, turnirin ilkin mərhələlərindən keçə bilməmiş, Lapua isə kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırma yarışında 12-ci yeri tutdu. == Ümumi məlumat == 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün London Olimpiadası, sayca qatıldıqı ikinci Olimpiya Oyunları oldu. Tuvalunun Olimpia Oyunlarına göndərdiyi ən çox atlet sayı 3-dür. Əvvəlki yarışda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.
Tuvalu 2016 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tuvalu yığması, bir yüngül atlet ilə təmsil olundu. Tuvalu yığmasının bayraqdarı olan Etimoni Timuani, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. == Ümumi məlumat == 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün Rio-de-Janeyro Olimpiadası, sayca qatıldıqı üçüncü Olimpiya Oyunları oldu. Bundan əvvəl, Pekində və Londonda baş tutan yarışlarda üç idmançı ilə təmsil olunan Tuvalu, bu səfər yalnızca bir idmançı ilə təmsil olundu. Digər yarışlarda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi. Tuvalunu təmsil edən yeganə idmançı olan 24 yaşlı sprinter Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasının təntənəli açılış mərasimində Tuvalu bayrağını apardı. Etimoni Timuaniyə Olimpiya Oyunlarına qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi. == Nəticələri == === Yüngül atletika === Q = Növbəti mərhələyə vəsiqə qazandı DNF = Kənarlaşdırıldı DNS = Yarışmadı XXXI Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Tuvalunu bu idman növü üzrə, Etimoni Timuani təmsil etdi.
Tuvalu bayrağı
Tuvalu bayrağı — Tuvalunun Dövlət bayrağı
Tuvan-Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvan - Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvarcievlərin binası (Rostov-na-Donu)
Tuvarcievlərin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Şaumyan küçəsi ev/41 ünvanında yerləşən bina. Bina bir mərtəbədən ibarətdir. Binanın yaşı bir əsrdən çoxdur. Bina öz dövrübün tipin tacir binalarından biri olmuşdir. Bina XIX əsrin sonları inşa edilmişdur. Bursda şəhərdə ilk bilyard yeri olmuşdur. Bina 2016-cı ildə tamamən sökülmüşdür. == Tarixi == === XIX əsrin sonu === XIX əsrin sonlarında inşa edilmişdir. Bu bina haqqınfa ilk məlumat 1894-cü ildə əhlakların üiymətləndirilməsi ilə bağlı dərc olunana sənənddə rast gəlinir. Bina o zaman 67 nömrəli bina kimi tanınırdı.
Tuve Yanson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Tuve Yansson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
SUV
Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər. Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.
TU9
TU9 — Almaniyanın 9 aparıcı texniki universitetinin daxil olduğu ittifaq.
TeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. == Geomorfolji termin == Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Tur
Tur (şəhər)
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Tux
Tux (Tuks) — Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
YUV
YUV — rəng modeli. YUV sistemində parlaqlığı göstərən bir komponent (Y – parlaqlıq siqnalı) və rəngi bildirən iki komponent (U, V – rənglilik siqnalları) olur. YUV modelindən televerilişdə və video-verilənlərin saxlanmasında/emalında geniş tətbiq edilir. Komponentin parlaqlığı “ağ-qara” (bozun çalarlarında) görüntüdən ibarətdir, qalan iki komponent isə tələb olunan rəngi bərpa etmək üçün informasiyanı özündə saxlayır. Bu, rəngli TV meydana çıxanda mövcud ağ-qara televizorlarla uyğunluq üçün çox əlverişli idi. YUV modelindən RGB-yə və əks çevirmə aşağıdakı düsturlarla aparılır: R = Y + 1.13983 * V; G = Y - 0.39465 * U - 0.58060 * V; B = Y + 2.03211 * U; Y = 0.299 * R + 0.587 * G + 0.114 * B; U = -0.14713 * R - 0.28886 * G + 0.436 * B; V = 0.615 * R - 0.51499 * G - 0.10001 * B; == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Kompakt SUV
Kompakt SUV və ya Yığcam yolsuzluq avtomobili (kiçik SUV və ya mini SUV kimi də tanınır) orta ölçülü, alt orta kateqoriyalı avtomobil və yolsuzluq avtomobili növüdür. Onun ölçüləri mini SUV və kompakt sinif avtomobildən daha böyükdür. Yığcam yolsuzluq avtomobilləri kimi etiketlənən bir çox yeni avtomobillər texniki cəhətdən yığcam krossover avtomobilləridir və C seqmentli avtomobil platformasının üstündə hazırlanırlar.
Luv Films
Luv Films uşaqlıq dostları olan Luv Rancan və Ankur Garg tərəfindən yaradılmış Hindistanın film istehsalı ilə məşğul olan şirkətidir. Mumbayda yerləşən Luv Films bədii filmlər istehsal edir və yayımlayır və eyni zamanda da şirkət qısa müddət ərzində özünü hind kino sənayesində istehsalçılarından biri kimi təsdiqləmişdir. == Müəssisə == Luv Films 2012-ci ildə Luv Ranjan ilə Sonu Ke Titu Ki Sweety, Pyaar Ka Punchnama seriyalarının və Akaash Vani filminin ssenari müəllifi ilə rejissoru olmuş və eyni zamanda da Microsoft məzunu olan sahibkar Ankur Qarq tərəfindən təsis edilmişdir. Luv şirkətin yaradıcı qüvvəsi olmuş, Ankur isə biznes məsələlərini idarə etmişdir.
Mazel Tov
Mazel Tov (İvritcə/İdişcə: "מזל טוב", İvritcə: "mazal tov"; İdişcə: "mazel tov"; hərfi tərcümə "uğurlar") — İvrit dilində əhəmiyyətli hadisə barəsində təbrik çatdırmaq üçün istifadə edilən ümumi ifadə. == Tərcüməsi və istifadəsi == Mazel tov ifadəsinin ivrit dilindən hərfi tərcüməsi "uğurlar"dır. Amma buna baxmayaraq bu ifadə "uğurlar" kimi işlədilmir, əsasən Azərbaycan dilində işlənən "təbriklər" və "mübarəkdir" ifadələrinin məna qarşılığı kimi işlənir. Toy mərasimləri, dini bayramlar zamanı işlənən bu ifadə bəzən "Mazal tov" kimi də işlədilir. Ənənəvi yəhudi toyunda bəy ayağı ilə qab sındırandan sonra qonaqlar birlikdə "Mazel tov" deyərək təbriklərini ifadə etmiş olurlar. İsraildə "Mazel tov" bütün əlamətdar hadisələr zamanı, o cümlədən ad günlərində, yeni sürücülük vəsiqəsi almaq, hərbi xidməti bitirmək münasibətilə işlənir. == Xarici keçidlər == Moss, Aron. ""Mazel tov" nə deməkdir?". Chabad.org. İstifadə tarixi: 14 sentyabr 2012.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
TDV BTL
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və ya qısaca TDV BTL — Bakı təhsil məktəbi. == Tarixi və fəaliyyəti == Liseyin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən ödənilir. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq burada dərslər Azərbaycan dilindədir. Liseydə şagirdlər siniflər şəklində dərs almaqda, ingilis dili və ərəb fonetikası kimi dərslərdə isə yarımqruplara bölünməkdədirlər. == Dərslər == Təhsil Nazirliyinin təlimatı ilə proqrama uyğun bütün dərslər keçilməklə bərabər burada əlavə olaraq türkcə, ərəb fonetikası, mənəviyyat kimi dərslər də keçilməkdədir. . ==== Ərəb fonetikası ==== Bu dərsdə isə şagirdlərə ərəb dilində Quran oxumaq öyrədilir.
TEV-DEM
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. == Tarixi == Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır == Təbii yayılması == Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Tiv (illüstrator)
Tiv (25 fevral 1981, Seul) – koreyalı qadın manqaka və illüstrator. Hal-hazırda Yaponiyanın Saytama prefekturasında yaşayır. == Works == === Manqalar === Annyeong! -We are Peanuts- (2007-2009, Futabasha) Bokura wa Minna Ikiteiru! (2010-2012, Ichijinsha) Heaven's Memo Pad - Hikaru Suqii (2010-2012, Dengeki Daioh) Komori Quintet! - Hikaru Suqii (2013-2015, Dengeki Daioh) Masamune-kun's Revenge - Hazuki Takeoka (2012-hazırda, Comic Rex) School! Scoop? (2012-2013, SD&GO!) === Ranobelər === Ao Haru! - Şun Uçida (2012, MF Bunko J) Azukete! Jikan Ginkō-cho - Nobuki İto (2009, Sneaker Bunko) Hiru mo Yoru mo, Ryōte ni Akujo-cho - İko Torimura (2011, Gagaga Bunko) Ima, N Kaime no Kanojo - Garu Kobayashi (2016, Fujimi Shobo) Inutsuki-san - Yosuke Karabe (2009, Square Enix) Manga no Kami-sama - İkko Sono (2015-hazırda, Dengeki Bunko) Masamune-kun's Revenge - Hazuki Takeoka (2013 & 2016, Ichijinsha Bunko) Shōjo Kaidan - Çiya Fucino (2008, Bungei Shunjū) Shugei Onna - Ritsuko Nosaka (2015, TO Books) Yoshi Yume ga Kuru!
Tul (rayon)
Tul (fr. Toul) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mözel. Suprefektura — Tul (şəhər). Rayon əhalisi 2006-cı ildə 68 078 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 60 nəf / km². Rayon sahəsi — 1143 km².
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Sent-Tül
Sent-Tül (fr. Sainte-Tulle, oks. Santa Túlia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04197. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1976 yaşda olan (15-64 yaş) insanlar arasında 1404 nəfər iqtisadi cəhətdən fəal, 572 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 66.6%) idi. Fəal olan 1404 nəfərdən 1273 nəfəri (715 kişi və 558 qadın), 131 nəfəri işsiz (70 kişi və 61 qadın) idi.