Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ucubiz dağı
Ucubiz dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1210,0 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarında yerləşən Bulaqbaşı silsiləsinin ən yüksək zirvəsi. Sədərək kəndindən 2,8 km şimaldadır. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir. Geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalının qərb qanadında yerləşir.
Bəhram Çubin
Bəhram Çubin (VI əsr, Rey və ya Sasanilər dövləti – 592, Yeni Mərgilan və ya Qərbi Göytürk xaqanlığı) — Mihrani sülaləsinə mənsub Sasani sərkərdəsi və İran imperatoru (590 591). == Həyatı == Bəhram Çubin Bizansla mübarizəyə başçılıq etmiş, Orta Asiyadan İrana hücum edən Göytürk imperiyasının ordusunu məğlub edəndən sonra IV Hürmüzdü (579–590) taxtdan salmış və özünü şahənşah elan etmişdi. Lakin II Xosrov Pərviz Bizans qoşunlarının köməyi ilə Bəhram Çubinə qalib gəlmişdi (591). Bəhram Çubin türk xaqanının yanına getmiş və çox keçmədən orada öldürülmüşdür.