Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ukrayna
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Lesya Ukrainka
Lesya Ukrainka (13 (25) fevral 1871, Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası) — ukraynalı şairə. == Həyatı == Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur. "Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir. Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.
Qərbi Ukrayna
Qərbi Ukrayna (ukr. Західна Україна) — Ukrayna tarixinin müxtəlif dövrlərində etnik Ukrayna ərazilərinin müəyyən bir hissəsini təyin edən qeyri-rəsmi termin. Əsas şəhərləri Lvov, Çernovtsı, Xotın, Lutsk, İvano-Frankovsk, Rivne, Ternopol, Ujqorod şəhərləridir. İkinci Dünya müharibəsinin başlanğıcında bütün ərazilər, seçki sonrası işğal altında olan Polşadan Sovet İttifaqına keçmək üçün ictimai razılıq əldə etmək məqsədilə təyin edilmiş və seçkilərdən sonra 22 oktyabr 1939-cu ildə Ukrayna Sovet Sosialist Respublikasına daxil edilmişdir.
Slava Ukraini
Ukraynaya eşq olsun! və ya Slava Ukraini! (Ukraynaca: Слава Україні!, Rom: Slava Ukraini!) Ukraynanın suverenliyi və müqavimətinin simvolu kimi tanınan, 2018-ci ildən isə Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi tanınan Ukrayna milli salamıdır. Salamlamaya adətən "Qəhrəmanlara eşq olsun!" (Ukraynaca: Героям слава! Rom: Geroyam slava!) sözü də müşayiət edir. Şüar ilk dəfə XX əsrin əvvəllərində, 1917-ci ildən 1921-ci ilə qədər davam etmiş Ukraynanın Müstəqillik Müharibəsi zamanı ukraynalılar arasında çox populyarlaşdığı zaman müxtəlif formalarda ortaya çıxmışdır. 1930-cu illərdən, xüsusilə İkinci Dünya Müharibəsində Stepan Banderanın Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusu başda olmaqla müxtəlif Ukrayna millətçi qrupları, daha sonra isə Soyuq müharibə dövründə Qərbdəki Ukrayna diaspor qrupları və qaçqın icmaları tərəfindən istifadə edilmişdir. Sovet İttifaqında bu ifadənin nasistlərlə əməkdaşlıq edən şəxslərin şüarı olduğu əsas gətirilərək qadağan edilmiş, sovet və daha sonra isə Rusiya hakimiyyəti tərəfindən nüfuzdan salınmağa çalışılmışdır. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq yenidən gündəmə gəlmiş və xüsusilə 2014-cü ildən sonra Rusiya-Ukrayna müharibəsi zamanı demokratiya və Ukraynanın müstəqilliyini vurğulamaq üçün yenidən istifadə edilmişdir. Ukrayna Futbol Federasiyasının məlumatına görə, "Ukraynaya eşq olsun!" Ukraynada geniş yayılmış bir salamlaşma formasıdır.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Ukrayna Dövləti
Ukrayna Dövləti (ukr. Українська Держава) və ya İkinci Getmanlıq (ukr. Другий Гетьманат) — 1918-ci ilin aprel–dekabr aylarında, Rusiya vətəndaş müharibəsi dövründə Almaniyanın protektoriyası altında Ukraynanın dövlət quruluşu formasının rəsmi adı. Yarı-monarxiyalı, diktatorlu getman rejimi 29 aprel 1918-ci il tarixində dövlət çevrilişi nəticəsində qurulmuşdur. Bəyan edilmiş Ukrayna Dövlətinin başçısı Pavel Skoropadski – dövlətin, ordunun və məhkəmənin ali rəhbəri idi. Skoropadski avstriyalı və alman işğalçı qüvvələr, böyük mülkədarlar, burjuaziya və getman ordusunda xidmət edən rus zabitlərə arxalanırdı. Getman Pavel Skoropadski Mərkəzi Şuranı və onun orqanlarını, respublikanı və Ukrayna Xalq Respublikası dövründə edilmiş islahatları ləğv etmişdir. Getman rejimi təsis olunandan bəri keçmiş Milli Şuranın bazasından olan partiyaların təzyiqinə məruz qalmışdı. İşğalçı qüvvələrin yerli xalqa davranışı və ərzaqları oğurlaması genişmiqyaslı kəndli üsyanlarına səbəb olurdu. Ukrayna Dövlətinin hökuməti belə idi: Akunov, V. Германский прихвостень, или Московский запроданец?
Ukrayna Kazakları
Ukrayna Kazakları (ukr. Українські Козаки) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün Aero L-39 Albatros təlim təyyarələri istifadə olunurdu. Komanda 1995-ci ildə yaradılmışdır. Komandanın ilk çıxışı 1997-ci il 24 avqustda Ukraynanın Müstəqillik Günü baş tutmalı idi. Bayrama bir aydan az vaxt qalmış, təlim uçuşu zamanı qəza baş verdi və 2 pilot həlak oldu. Baş vermiş faciəyə baxmayaraq 24 avqsutda uçuş baş tutdu. Daha sonra isə komanda ləğv olundu. Komandanın ləğvindən bir neçə il sonra isə Ukraynanın digər aerobatika komandası olan Ukrayna Şahinlərinin ləğv olunmasına səbəb olan qəza baş verdi.
Ukrayna Konstitusiyası
Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu. Getman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis». Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi. "Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur: 9 aprel 2010-cu il, Bender qalası və "Dnestrətrafı" ərazisində.
Ukrayna Mərkəzi
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Ukrayna Respublikası
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukrayna Reyxkomissarlığı
Reichskommissariat Ukraine və ya Ukrayna Reyxkomissarlığı — İkinci dünya müharibəsində Nasist Almaniyasının Sovet İttifaqına hücumundan sonra Alfred Rozenberqin rəhbəri olduğu Şərq Nazirliyinin (Almanca: Das Reichsministerium für die besetzten Ostgebiete: RMfdbO) tabeliyində 1941-ci ilin iyun ayında işğal edilmiş Ukrayna SSR ərazisində yaradılmış olan inzibati ərazi vahididir.
Ukrayna SSR
Ukrayna SSR (ukr. Українська Радянська Соціалістична Республіка, УРСР) — Ukrayna Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. Ukrayna SSR 1917 il dekabrın 25-də təşkil edilmişdir. 1922 il dekabrın 30-dan SSRİ-nin tərkibində olub. Ukrayna SSR fəhlə, kəndli və ziyalıların sosialist dövləti, müttəfiq sovet sosialist respublikasıdır. Qüvvədə olan Konstitusiyası 1978 il aprelin 20-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Ukrayna SSR Ali Sovetidir. Ali Sovet respublikası hökumətini Nazirlər Sovetini təşkil edir və qanunlar verir.
Ukrayna azərbaycanlıları
Ukrayna azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Ukraynada yaşayan hissəsinin adı. 2001-ci ilin siyahıya alınmasına və Ukraynadakı Azərbaycan diasporunun məlumatlarının qarşılaşdırılması hesabına siyahıya alınma zamanı bu ölkədə 203,4 min azərbaycanlının yaşadığı məlum olmuşdur.
Ukrayna bayrağı
Ukrayna bayrağı — Ukrayna Respublikasının Dövlət bayrağı. Ukraynanın mavi-sarı rəngli dövlət bayrağı 1991-ci il, yanvar ayının 28-də Yuxarı Rada tərəfindən rəsmi olaraq təsdiqini tapıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3 nisbətindədir. Hər il iyul ayının 24-də Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ukrayna bayrağındakı mavi və sarı rəngin tarixi xristianlıqdan öncəki zamanlara gedib çıxır. Həmin vaxt mavi və sarı rəng od ilə suyu tərənnüm edirdi. Ukrayna bayrağındakı rənglərin indiki mənasına gəldikdə, sarı rəng buğda zəmilərini, mavi rəng isə buğda zəmiləri üzərindəki səmanı təmsil edir.
Vladimir (Ukrayna)
Volodımır (ukr. Володимир) — Ukraynanın Volın vilayətində şəhər, Volodımır vilayətinin inzibati mərkəzi. Volodımır şəhəri X əsrdən bəri mənbələrdə qeyd edilir. Ticarət yollarının kəsişməsində yerləşən əlverişli mövqeyi onu zəngin tacir və sənətkarlıq mərkəzinə çevirmişdir. Feodal parçalanma dövründə o, Volın knyazlığının, sonra isə Qaliç-Volın knyazlığının tərkibində idi. Xmelnitski üsyanından və XII əsrdə Rusiya-Polşa müharibəsindən sonra şəhər tədricən öz əhəmiyyətini itirərək kiçik əyalət qəsəbəsinə çevrilmişdir. 1795-ci ildə Polşanın parçalanması nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş və Volodımır-Volınski adlandırılmışdır. Şəhər Birinci Dünya müharibəsinin əsas döyüş yerlərindən biri olmuşdur. 1915-ci ildə Avstriya-Macarıstan qoşunları tərəfindən işğal olunmuşdur. 1921-ci il Riqa müqaviləsinə əsasən Polşaya birləşdirilmiş, Molotov-Ribbentrop paktı ilə SSRİ-yə verilmişdir.
Ukrayna (toponim)
Ukrayna — bir sıra ərazilərin tarixi adı, eləcə də müasir Ukrayna dövlətinin adı. Ukrayna sözü Kiyev Rusunun dövründən — ən azı XII əsrdən bəri mövcuddur. İlk dəfə 1187-ci ildə Pereyaslavl knyazı Vladimir Qleboviçin ölümü ilə əlaqədar XV–XVI əsrlərin siyahılarından məlum olan İpatiev Məcəlləsinin Kiyev xronikasında xatırlandı, daha sonra eyni salnamədə Ukraynanın adı çəkildi. 1189-cu ilə qədər və Qalisiya-Volın xronikasında ("и приѣхавшю же емѹ ко Ѹкраинѣ Галичькои") 1213-cü ilə qədər ("və Berestiya, Ouqrovesk, Vereşçin və Stqolp və Komov və bütün Ukraynada"). 1268-ci ilə qədər Qalisiya-Volın xronikasında da müvafiq demonim mövcuddur ("и зане вѣсть бѧхѹть подали имъ Лѧхове Ѹкраинѧнѣ"). Alimlərin əksəriyyətinin dəstəklədiyi versiyaya görə, "Ukrayna" adı sərhədyanı ərazi ilə əlaqələndirilir. Andrey Zaliznyakın yazdığı kimi, bu, qədim rusca "ukraina" sözünə gedib çıxır — sərhəd bölgəsi, knyazlığın kənarındakı torpaq. Başlanğıcda bu sözün mənası knyazlığın bütün periferiyası ətrafında, kənarları boyunca xarici ərazini ifadə edən "kənar" sözünün mənasından bir qədər fərqli idi. "Ukrayna" sözü əvvəlcə Kiyev Rusunun müxtəlif sərhədyanı ərazilərinə və ayrı-ayrı rus knyazlıqlarına şamil edilmişdir. Bu mənada Ukrayna sözünün etimologiyasını rus, eləcə də Orest Subtelnı, Pol Maqoçi, Omelyan Pritsak, Mixail Qruşevski, İvan Oqienko, Pyotr Toloçko və s.
Ukrayna teatrı
Ukraynada teatr sənəti (ukr. Театральне мистецтво України), Teatralne mystetsvo Ukrayiny – tamaşaçılar qarşısında aktyorun canlı çıxışını təqdim etdiyi təsviri incəsənət və mədəni ifadə forması. Ukrayna teatrı, Ukraynanın doğma adət-ənənələri, dili və mədəniyyətini təbliğ edən mədəniyyət ocağıdır. Ukrayna ərazisində teatr tamaşaları haqqında ilk qeydlər XVII əsrin ikinci onilliyinə aiddir. Klassik Ukrayna dramaturgiyasının formalaşması İvan Kotlyarevski və Qriqori Kvitka-Osnovyanenkonun adları ilə bağlıdır. XIX əsrin II yarısında Ukraynada həvəskar teatr hərəkatı genişləndi və teatr səhnəsinə istedadlı aktyorlar dəstəsi çıxdı. Müstəqillik illərində Ukraynada çoxlu yeni teatrlar yarandı. Hazırda Ukraynada hər il bir sıra beynəlxalq teatr festivalları keçirilir. Ukrayna ərazisində teatr tamaşaları haqqında ilk qeydlər XVII əsrin ikinci onilliyinə aiddir. Onlar Qərbdən Yezuitlər tərəfindən gətirilsə də, tez bir zamanda qardaş və digər Ukrayna məktəbləri tərəfindən qəbul edilib.
Ukrayna ədəbiyyatı
Ukrayna ədəbiyyatı — ukrayn dilində yazılmış ədəbiyyat. Bəzi hallarda Ukrayna ədəbiyyatına ukraynalı müəlliflərin başqa dillərdə yazdığı əsərlər də daxildir. Ukrayna ədəbiyyatı tarixinin başlanğıcı Kiyev Rusu dövrünə təsadüf edir. Rus ədəbi ənənəsi Bizans və Bolqar ədəbi ənənələri ilə sıx bağlı idi. IX əsrdən müasir dövrün əvvəllərinə qədər vahid dil mühitində (kilsə slavyan dili, onun tərcümələri, habelə onlara yaxın milli ədəbi dillər) mövcud olan pravoslav slavyanların ədəbi icması olan Slavia Orthodoxa-nın bir hissəsi və vahid ədəbi fonda malik idi.
Ukrayna coğrafiyası
Ukrayna coğrafiyası — Şərqi Avropa düzənliyinin tərkibində yerləşən ölkələrin əksəriyyətinin coğrafiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Ukrayna Rusiya Federasiyasından sonra Avropada yerləşən ərazicə ikinci ən böyük ölkədir. Ukraynanın müxtəlif regionları fərqli coğrafi xüsusiyyətlərə malikdir. Azov dənizi və Qara dənizin şimal sahilləri boyu uzanan Ukrayna Şərqi Mərkəzi Avropada strateji mövqeyə malikdir. Ukrayna qərbdən Polşa, Slovakiya, Macarıstan , şimaldan Belarusiya , cənub-qərbdən Moldova və Rumıniya, şərqdən Rusiya ilə həmsərhəddir. Ərazisinin çox hissəsi Böyük Avropa düzənliyinin tərkibində yerləşir. Ümumilikdə Ukrayna Qara dəniz sahili boyu çöllüklər və materikin ortalarına doğru mülayim meşə zonası iki biom arasında bölünür. Qərbi regionlar Karpat dağlarının üstünlük təşkil etdiyi alp dağlarına bənzər ərazilərdə yerləşir. Karpat dağlarının şimal hissəsi Ukraynanın qərb hissəsini əhatə edir. Ukrayna ərazisinin çox hissəsini Qara dənizin şimal regionlarının çöllükləri tutur.
Ukrayna dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukrayna futbolu
Ukrayna Birlik Kubokunda
Ukrayna gerbi
Ukrayna Respublikasının Dövlət Gerbi — Ukrayna Respublikasının Dövlət gerbi Ukrayna dövlətinin müstəqilliyi rəmzidir. Mavi qalxan və 3 dişli sarı nizədən ibarətdir.
Ukrayna himni
Ukrayna marşı — Ukrayna Respublikasının rəsmi dövlət himni. Himnin sözlərini 1862-ci ildə Pavlo Çubinski yazmışdır. 1863-cü ildə Mihailo Verbitski Pavlo Çubinskinin sözlərinə himni yazmışdır. Himn Ukrayna Xalq Respublikası, Carpatho-Ukrayna və müasir Ukrayna Respublikasının himni olmuşdur.
Ukrayna iqtisadiyyatı
Ukrayna iqtisadiyyatı — Ukrayna dövlətinin iqtisadiyyatı. Ukrayna təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Bu ölkənin yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur. Ölkədə çoxlu istilik elektirik stansiyaları və bir neçə atom elektrik stansiyası var. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Ölkənin metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas kömür hasilatı, Azov sahili nəqliyyata yaxınlıq və Dnepryanı filiz mərkəzi kimi fərqləndirilir. Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir.
Okarina
Quş tütək (Gil tütək) Fit səsi və ya quşların cəh-cəhini təsvir edən bu vasitəyə "gil tütək" və ya "quş tütəyi" deyilir. Cəmi iki dəliyi olan quş tütəyində məşhur "Vağzalı", "Heyvagülü", "Çoban-bayatı" havalarını çalmaq hər kəsin hünəri deyil. Lənkəranda unikal musiqi aləti olan gildən düzəldilmiş tütək 60 ildən çoxdur ki, el məclislərinin, toy-düyünlərin yaraşığıdır. Xarici görünüşcə ilan kəlləsinə, fil xortumuna oxşar bu alətin yaşı 4500 ildir. Tütəyin qiymətini bir neçə il bundan əvvəl gələn xarici mütəxəsislərdən ibarət komissiya müəyyən edib. 1977-ci ildə Polşada keçirilən folklor festivalında gil tütəklə iştirak edən S. Əliyev ifasına görə "Qızıl balta" mükafatına layiq görülüb. Mamusta kəndində tapılan bu tütək hal-hazırda Səpnəkəran kəndində el sənətkarı Surxay Əliyevin evində saxlanılır. Palıd qozasına oxşar gil tütək arxeoloqlar tərəfindən 4000–4500 il öncəyə aid olduğu bildirilir.
Ukraynca
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukraniya
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukranya
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Krapina
Krapina (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krapinsko-Zaqorskaya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Krаpinа
Krapina (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krapinsko-Zaqorskaya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.