Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ukraynaca Vikipediya
Ukraincə Vikipediya — Vikipediyanın ukrain dilində olan bölməsidir. Bu günə gədər 1.291.164 məqalə yaradılıb.
Ukraynca
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukraynada QİÇS
Ukraynada QİÇS (ukr. СНІД в Україні) — Ukraynada QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Ukrayna QİÇS virusunun ən sürətli yayıldığı Avropa ölkəsidir. Mütəxəssislərin 2010-cu ilin avqust ayında vermiş olduğu raporta əsasən ölkədə gənc nəslin 1.3% QİÇS-in səbəb olduğu HİV virisunu daşıyıcısıdır. 2011-ci ilin məlumatlarına görə Ukraynada 360.000 HİV pozitiv şəxs yaşayır.İlk yoluxma faktının qeydə alındığı 1987-ci ildən 2012-ci il aralığında QİÇS-in səbəb olduğu xəstəliklərdən 27.800 nəfər vəfat edib. 2012-ci ilin məlumatlarında təxminən gün ərzində 57 yeni yoluxma faktının və 11 virusunun səbəb olduğu xəstəliklərdən baş verən ölüm faktlarının qeydə alındığı bildirilmişdir.İlk dəfə 1987-ci ildə qeydə alınan virus 90-cı illlərin əvvəllərində ölkənin cənub və şərq əyalətlərində inyeksion narkotik istifadəçiləri arasında məhdud çevirədə yayılmışdır. Zamanla ölkənin digər bölgələrində də artım səviyyəsinə keçən virus XX əsrin sonlarına yaxın əhəmiyyətli dərəcədə çox əhalidə aşkarlanmışdır. Bu gün Ukrayna Şərqi Avropada ən çox HİV/QİÇS daşıyıcısı olan vətəndaşa sahib ölkədir. == Vəziyyət == === Virusun yayılması === Ukraynada HİV virusunun ilk aşkarlanması 1987-ci ilə təsadüf edir. Ötən 5 il ərzində virusun yayılma səbəbləri və yayılma çoğrafiyası ilə bağlı ətraflı məlumat toplamaq mümkün olmamışdır.
Ukraynada futbol
== İlkin mərhələsi ==
Ukraynada idman
Ukraynada idman- Ukraynanın ən məşhur fəaliyyətlərindən biridir. İdmanla peşəkar və həvəskar məşğul olurlar. Həvəskar idmanı bədən tərbiyəsi konsepsiyası ilə sıx bağlıdır. Futbol və güləş kimi idman növləri 19-cu əsrdən bu günə qədər Ukraynada məşhurdur. Sovet İttifaqının Ukrayna idman sahəsində böyük rolu olmuşdur. Sovet İttifaqının dağılmasından sonra Ukraynada yüzlərlə stadion, üzmə hovuzu, gimnaziya və digər idman qurğuları qalmışdır. XIX əsrin ikinci yarısından Avropada məşhur olan Sokol gimnastika təşkilatı tərəfindən Ukrayna idman və ya atlet hərəkatına böyük təsir göstərmişdir. Ukraynada idman ilk növbədə müxtəlif olimpiya idman növlərinin 40 federasiyası tərəfindən tənzimlənir. Bunlar, həmçinin, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bir hissəsi olan Ukrayna Milli Olimpiya Komitəsinə (NOC Ukrayna) tabedir. Bütün qeyri-olimpiya idmanları Ukrayna İdman Komitəsinin müvafiq federasiyaları tərəfindən idarə olunur.
Ukraynada islam
Ukrayna tərəfindən işğal edilmiş əraziyə islamın nüfuz edilməsi Ərəb — Xəzər müharibələri dövründə başladı. VIII əsrdə Qafqaz vasitəsilə Qara dəniz regionuna dinc ərəbcə daxil olan yol açılmışdır. Müasir Ukraynanın cənub-şərqində arxeoloqlar müsəlman qəbri tapıblar. Bu qəbirlər Salto-Mayak mədəniyyətinə aiddir. Ruslar, ərəblər və digər müsəlman xalqları arasında sıx ticarət əlaqələrinin mövcudluğu orta əsr Ərəb-Fars müəllifləri İbn Fədlan, Məsudi, İbrahim İbn-Yaqub və başqaları tərəfindən sübuta yetirilir. Müsəlmanlar islamın biliyi, qədim Rusiyanın sakinləri ticarət əməliyyatları, səyahət və hərbi kampaniyalarda ilk məlumatlar aldılar. Ruslar İtilə səyahət etdi. Ərəb-müsəlman mədəniyyətinin böyük təsirini yaşayan bir ölkə ilə birbaşa əlaqə yarandı. Kiyev Rusiyası hərbi kampaniyalarda da müsəlman dövlətlərin nümayəndələri ilə təmaslara girdi. Rusiyanın ən yaxın qonşusu — Volqa Bolqarıstan 922-ci ildə islamı dövlət dini olaraq qəbul etdi.
Ukraynada kömür
Ukraynada kömür — Kömür mədəni Ukraynada mühüm bir sənayedir. Ukraynada kömür mədəni tez-tez kömür ilə zəngin olan Donetsk hövzəsi ilə əlaqələndirilir. Ancaq bu yeganə kömür mədəni bölgəsi deyil, digəri isə Lviv-Volhynian hövzəsi və Dnepr qəhvəyi kömür mədən hövzəsidir. Ukraynanın Şərqində yerləşən Donetsk hövzəsi, ölkənin ən inkişaf etmiş və daha böyük kömür mədən bölgəsidir. Ukrayna son vaxtlara qədər, Avropanın üçüncü böyük kömür istehsalçısıdır. 1976-cı ildə milli istehsal 218 milyon ton olub. 2016-cı ilədək istehsal 41 milyon ton azalıb. Şərqi Ukraynadakı Donetsk qara kömür hövzəsi, ölkənin ehtiyatlarının 90% -i ilə bağlı olan üç problemə məruz qalır: (1) mədənlər sərmayə yatırımı üçün kifayət qədər gəlirli deyil, yəni iyirmi yaşlı dağ-mədən avadanlıqları və prosesləri mövcuddur,(2) hökumət, Beynəlxalq Valyuta Fondundan məsləhət alaraq, illik 600 milyon dollarlıq maddi subsidiyaları dayandırdı və (3) Ukrayna hökuməti özünü müstəqil elan edən Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikası tərəfindən nəzarət altına alınan mədənləri satın almaqdan imtina edir. == Tarixi == 1870-ci ildə Ukraynada kömür mədəni sənayesi başladı. 1913-cü ildə Donetsk, Rusiya imperiyasında kömürün 87%-ni istehsal etmişdir.
Ukraynada nəqliyyat
Ukraynada nəqliyyat hava, dəmiryol, avtomobil, su və boru nəqliyyatından ibarətdir. == Dəmir yolları == Ölkədə dəmir yolları Ukrayna dəmir yolları idarəsinin balansındadır (ukr. Укрзалізниця). Ölkədə dəmiryolları şəbəkəsi altı yola bölünür:Donetsk, Lvov, Odessa, Cənub, Cənub-Qərbi və Pridnepovsk. Sərnişin daşıma vaqonlarının maksimal sürəti 160 km/s təşkil edir. Dəmir yollarının ümumi uzunluğu 22473 km təşkil edir. == Avtomagistralı == Ukrayna ərazisindən 23 beynəlxalq avtomagistal keçir. Şosse yollarının ümumi uzunluğu 169 491 kilometrdir. == Aviasiya == Ölkədə 19 beynəlxalq hava limanı vardır. Ən böyük hava lmanı Brispol hava limanıdır.
Ukraynada səhiyyə
Ukraynada səhiyyə -Ukraynanın əhalisinə tibbi yardım göstərmək və təmin etmək üçün bir sistemdir. == Ümumi vəziyyət == 1999-cu ildə, Sovet İttifaqının dağılmasından sonra , Ukraynaya, akademik Nikolay Semaşkonun ideyaları əsasında yaradılmış geniş və yaxşı qurulmuş səhiyyə sistemi miras qalır. Müstəqillikdən və iqtisadiyyatın dağılmasından sonra, məlum oldu ki, ölkə kompleks qurumları müstəqil idarə etmək iqtidarında deyil və nəticədə maliyyə və inzibati səlahiyyətləri regional səviyyəyə keçirmək lazım gəldi. Ukraynanın səhiyyə xidməti, Ukrayna Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. İyirmi illik müstəqillik dövrü keçməsinə baxmayaraq, hələ də köhnə yanaşma sistemi sayəsində köhnə və yeni problemlər üst üstə gəlmişdir. Məsələn, Ukraynada tibbi sektorun özəlləşdirilməsindən sonra ölkədə səhiyyə korrupsiya mövcud olan sahələrdən birinə çevrildi. Yalnız dərman və vaksinlərin alınması ilə bağlı Səhiyyə Nazirliyi təxminən 100 milyon ABŞ dolları məbləğində itkiyə məruz qalır və il ərzində əczaçılıq ehtiyacları üçün ayrılan vəsaitin ümumi həcmi 250 milyon dollardır. Ukraynada, səhiyyə sahəsində əhalinin hüquqlarına çox əhəmiyyət verilmir, baxmayaraq ki, hər bir vətəndaşın sağlamlığı haqqında məlumat əldə etmək və xidmətlərdən yararlanmaq hüququ var. Bu prosesin tətbiqi şəffaf deyil və xəstələr fərdi tövsiyələrə və əlaqələrə etibar edirlər. Xəstələrin hüquqları sistemli qorunmur, səhiyyə sistemində şikayətlərin təqdim olunması üçün xüsusi mexanizm mövcud deyil.
Ukraynada ali təhsil
Ukraynada ali təhsil Ali təhsil — bu təhsilin o səviyyəsidir ki, şəxs təhsil proqramının mənimsəməsinin ardıcıl, sistem və məqsədyönlü prosesi nəticəsində ali təhsil müəssisəsində əldə edir. Həmçinin, bu təhsilin o səviyyəsidir ki, tam ümumi orta təhsilə əsaslanır və dövlət attestasiyasının nəticəsinə görə müəyyən ixtisaslaşdırmanın alınmasından sonra qurtarılmış hesab edilir. Ukraynada ali təhsil tam ümumi orta təhsil əsasında həyata keçirilir. Bundan başqa, kiçik mütəxəssislər hazırlayan ali təhsil müəssisələrinə ümumi baza orta təhsilli şəxslər qəbul edilə bilərlər. 2005-ci ilin may ayında Avropa ölkələri nazirlərinin Berqendə Konfransında Ukrayna Bolonya prosesinə qoşuldu ki, onu bir sıra ən mühüm əsas məsələləri həll etməyə məcbur etdi, hansılar ki, 2010-cu ilə kimi müddətə ali təhsilin Avropa sahəsinin standartlarının, tövsiyələrinin və əsas alətlərinin tətbiqini nəzərdə tuturlar. Söhbət Avropa nümunəli diplom ixtisaslaşdırılmasının, innovasiyalı Avropa kredit-transfert sisteminin və əlavələrin milli çərçivəsinin tətbiqindən gedir. == Ali təhsil müəssisələri == Ukraynaya ali təhsil müəssisələrinə aiddirlər: texnikum (məktəb), kollec, institut, konservatoriya, akademiya, universitet və başqaları. Ali təhsil müəssisələri üçün akkreditasiyanın dörd səviyyəsi qurulmuşdur təyin edilmişdir: Birinci səviyyə — texnikum, məktəb, onlara bərabərləşdirilmiş başqa ali məktəblər; İkinci səviyyə — kollec, onlara bərabərləşdirilmiş başqa ali məktəblər; Üçüncü və dördüncü səviyyələr — institut, konservatoriya, akademiya, universitet. == Qiymətləndirmə == 2006-cı ildən başlayaraq, Ukraynanın ali təhsil məktəblərinin tələbələrinin bilikləri 0-dan 100-ə qədər bal cədvəli üzrə qiymətləndirir. Bu qiymətləndirilmələr aşağıdakı qaydada 4-bal cədvəlinə çevrilə bilər: 90-dan 100-ə qədər — "əla" 70-dən 89-a qədər — "yaxşı" 60-dan 69-a qədər — "kafi" 0-dan 59-a qədər — "qeyri-kafi"2015-ci ilin məlumatlarına görə ölkədə 520 ali dövlət universiteti (o cümlədən kommunal) və 144 özəl universitet fəaliyyət görsədir.
Ukraynada avtomobil sənayesi
Ukraynanın avtomobil sənayesi Ukrayna iqtisadiyyatının bir qoludur. == Baxış-icmal == Ukraynada avtomobil sənayesi yük maşınlarının, minik avtomobillərinin və avtobusların istehsalı ilə təmsil olunur. 1991-ci ilə qədər avtomobil kompleksinə 4 avtomobil zavodu daxil idi: Minik avtomobillərinin istehsalı üçün — Zaporijjya Avtomobil Zavodu və Lutsk Avtomobil Zavodu, Yük maşınlarının istehsalı üçün — Kremençuq Avtomobil Zavodu; Avtobusların istehsalı üçün - Lviv Avtobus Zavodu. == İstehsalçılar == === Aktiv === Kremençuq Avtomobil Zavodu (KrAZ) Zaporojjia Avtomobil Zavodu (ZAZ) Eurocar "Bohdan" Korporasiyası. "Etalon" korporasiyası.
Ukraynada milli dirçəliş
Ukrayna milli dirçəlişi — Rusiya və Avstriya-Macarıstan imperiyalarının ərazisində milli-mədəni dirçəliş və Ukrayna millətinin formalaşmasını təmin edən ictimai-siyasi hərəkatdır. Siyasi, sosial, milli azadlıq hərəkatı kimi Ukrayna milli dirçəlişinin mahiyyətinə dair çoxlu müxtəlif nəzəriyyələr və qiymətləndirmələr mövcuddur. Ukrayna milli hərəkatı 18-ci əsrin sonlarında Avropada gedən tarixi proseslərin təsiri altında Rusiya İmperiyası ərazisində kazak zabitləri dairələrində yaranmışdır. Çar avtokratiyasının böyük dövlətçilik siyasəti 19-cu əsrin ortalarında Rusiyada Ukrayna milli hərəkatının güclənməsinə səbəb oldu. XX əsrin əvvəllərində Rusiya, nəhayət öz siyasi səhnəsinə keçdi və bu dövr Ukraynanın mədəni və siyasi hüquqları uğrunda fəal mübarizəsi ilə səciyyələndi. Ukrayna partiyalarının yaranması ilə Rusiyada milli məsələnin həlli siyasi problemlərin həlli ilə bağlıdır: avtokratiyanın aradan qaldırılması , parlamentarizmin qurulması , demokratik azadlıqların təmin edilməsi . Tədqiqatçılar arasında siyasi Ukrayna hərəkatının bir fenomeni kimi ukraynafillikdən ayrılmanın vaxtı və yeri ilə bağlı vahid fikir yoxdur. Onun formalaşmasının əsas hərəkətverici qüvvələri məsələsi də mübahisəlidir. == Tarixi == “Rusiyada ukraynaçılıq: MÜASİR dövr" adlı tədqiqatında Vladimir Doroşenko Rusiyada Ukrayna hərəkatının inkişafını üç mərhələyə bölür. Birincisi, Poltava-Xarkov XVIII əsrin sonlarından XIX əsrin 40-cı illərinə qədər davam etdi.
Ukraynada LGBT hüquqları
Ukraynada lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar qeyri-LGBT vətəndaşların qarşılaşmadığı hüquqi problemlərlə üzləşə bilirlər. Konsensual yetkinlik yaşına çatmış şəxslər arasında qeyri-kommersiya xarakterli cinsi fəaliyyət Ukraynada qanunidir, lakin üstünlük təşkil edən sosial münasibətlər çox vaxt LGBT insanlara qarşı dözümsüzlük göstərir və eyni cinsli cütlüklər heteroseksual cütlüklərdə olan mövcud hüquqi vasitələrin heç birinə sahib deyillər. 2010-cu ildə Avropada aparılan araşdırmada, sorğuda iştirak edən ukraynalıların 28%-i LGBT insanların azad və istədikləri kimi yaşamalı olduğu fikrində idilər . 2017-ci il sorğusu göstərdi ki, ukraynalıların 56%-i geylərin və biseksualların bərabər hüquqlardan istifadə etməli olduğuna inanır ki, bu da ictimai rəydə əhəmiyyətli dəyişiklik olduğunu göstərdi . 2015-ci ildə Ukrayna parlamenti cinsi oriyentasiya və gender kimliyi ilə bağlı ayrı-seçkilik ilə mübarizə haqqında qanunu təsdiqlədi və 2016-cı ildə Ukrayna hakimiyyəti transgenderlər üçün transgender keçid prosesini yüngülləşdirdi və gey, biseksual kişilərə qan verməyə icazə verməyə başladı. 2019-cu ilin may ayında Beynəlxalq Lesbiyanlar və Geylər Assosiasiyasının (ILGA-Avropa) Avropa bölməsi özünün "Göy qurşağı Avropası" reytinqində Ukraynanı 49 Avropa ölkəsi arasında 34–35-ci yerə uyğun bilmişdir . == Hüquqi vəziyyət == Ukrayna Ailə Məcəlləsinin 21-ci maddəsi yalnız kişi və qadın arasında nikahı təmin edir, eyni zamanda, nikahın qeydə alına bilməyəcəyi 26-cı maddədə sadalanan səbəblər siyahısında ər-arvadın eyni cinsi göstərilmir. Ukrayna Konstitusiyasının 51-ci maddəsində deyilir ki, nikah kişi və qadının könüllü razılığı əsasında bağlanır . 13 iyul 2022-ci ildə BBC yayımladığı xəbərdə qeyd edilirdi ki, eynicinsli nikahların hüquqiləşdirilməsini tələb edən petisiya prezidentin təklifi nəzərdən keçirməsi üçün kifayət qədər imza toplayıb. Eynicinsli nikahların tanınmamasının əsgərliyə gedən LGBT insanlar üçün problemlər yaratdığı bildirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəliyi
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi.1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi.
Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)
== Məzmun == Film Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti günlərinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Köçəri Məmmədov, Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Ukraynalı
Ukraynalılar və ya ukrayınlar (ukr. українці) — Ukrayna Respublikasının əsas əhalisini təşkil edir. Ukraynalılar ruslar, belaruslar və rusinlər (bəzən rusinlər ukrayınların bir subetnik qrupu sayılırlar) ilə birlikdə şərqi slavyan xalqlarından sayılırlar. Bəzi tarixçilərə əsasən, müstəqil etnik birlik kimi ukrayna xalqı XVI əsrdə formalaşmışdır. Bu xalqın məskunlaşdığı əsas ərazi Dnepr çayı sahilləri – Kiyev, Poltava və Çerniqov vilayətinin cənub hissəsi olmuşdur. Hal-hazırda ukraynalılar Ukraynanın hüdudlarından kənarda, yaxın və uzaq xaricdə, o cümlədən XIX əsrin əvvəlləri və ondan bəri Azərbaycanda da məskunlaşmışlar.Ümumi sayları 40 milyona yaxındır. Əsasən Ukraynada yaşayırlar — 37,541,700 nəfər (2001-ci il siyahıya almasına əsasən). Rusiyada, Kanadada, Amerika Birləşmiş Ştatlarında, Braziliyada, Qazaxıstanda, Moldovada, Belarusda və Almaniyada böyük diasporaları mövcuddur.
Ukrayna
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. == Əhali == 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. === Mədəniyyəti === Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Donetsk (Ukrayna)
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Qərbi Ukrayna
Qərbi Ukrayna (ukr. Західна Україна) — Ukrayna tarixinin müxtəlif dövrlərində etnik Ukrayna ərazilərinin müəyyən bir hissəsini təyin edən qeyri-rəsmi termin. Əsas şəhərləri Lvov, Çernovtsı, Xotın, Lutsk, İvano-Frankovsk, Rivne, Ternopol, Ujqorod şəhərləridir. İkinci Dünya müharibəsinin başlanğıcında bütün ərazilər, seçki sonrası işğal altında olan Polşadan Sovet İttifaqına keçmək üçün ictimai razılıq əldə etmək məqsədi ilə təyin edilmiş və seçkilərdən sonra 22 oktyabr 1939-cu ildə Ukrayna Sovet Sosialist Respublikasına daxil edilmişdir.
Ukrayna Dövləti
Ukrayna Dövləti (ukr. Українська Держава) və ya İkinci Getmanlıq (ukr. Другий Гетьманат) — 1918-ci ilin aprel-dekabr aylarında, Rusiya vətəndaş müharibəsi dövründə Almaniyanın protektoriyası altında Ukraynanın dövlət quruluşu formasının rəsmi adı. Yarı-monarxiyalı, diktatorlu getman rejimi 29 aprel 1918-ci il tarixində dövlət çevrilişi nəticəsində qurulmuşdur. Bəyan edilmiş Ukrayna Dövlətinin başçısı Pavel Skoropadski – dövlətin, ordunun və məhkəmənin ali rəhbəri idi. Skoropadski avstriyalı və alman işğalçı qüvvələr, böyük mülkədarlar, burjuaziya və getman ordusunda xidmət edən rus zabitlərə arxalanırdı. Getman Pavel Skoropadski Mərkəzi Şuranı və onun orqanlarını, respublikanı və Ukrayna Xalq Respublikası dövründə edilmiş islahatları ləğv etmişdir.Getman rejimi təsis olunandan bəri keçmiş Milli Şuranın bazasından olan partiyaların təzyiqinə məruz qalmışdı. İşğalçı qüvvələrin yerli xalqa davranışı və ərzaqları oğurlaması genişmiqyaslı kəndli üsyanlarına səbəb olurdu. == Hökumət == Ukrayna Dövlətinin hökuməti belə idi: == İnzibati bölgü == == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Akunov, V. Германский прихвостень, или Московский запроданец? (rus).
Ukrayna Kazakları
Ukrayna Kazakları (ukr. Українські Козаки) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün Aero L-39 Albatros təlim təyyarələri istifadə olunurdu. == Tarixi == Komanda 1995-ci ildə yaradılmışdır. Komandanın ilk çıxışı 1997-ci il 24 avqustda Ukraynanın Müstəqillik Günü baş tutmalı idi. Bayrama bir aydan az vaxt qalmış, təlim uçuşu zamanı qəza baş verdi və 2 pilot həlak oldu. Baş vermiş faciəyə baxmayaraq 24 avqsutda uçuş baş tutdu. Daha sonra isə komanda ləğv olundu. Komandanın ləğvindən bir neçə il sonra isə Ukraynanın digər aerobatika komandası olan Ukrayna Şahinlərinin ləğv olunmasına səbəb olan qəza baş verdi.
Ukrayna Konstitusiyası
Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu. == Ukrayna Konstitusiyasının tarixi == === Filip Orlik Konstitusiyası, 1710-cu il === Getman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis». Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi. "Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur: 9 aprel 2010-cu il, Bender qalası və "Dnestrətrafı" ərazisində.
Ukrayna Mərkəzi
Ukrainian Center — Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun nəzarəti altında və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin himayəsi altında ölkələrarası turizmin və iqtisadi potensialın artırılması məqsədilə yaradılmış qurumdur.. == Tarixi == Ukrayna Mərkəzi 17 oktyabr 2021-ci ildə Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun nəzarəti altında və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin himayəsi altında yaradılmışdır. == Məqsədi == Ukrayna Mərkəzi, turizm və turizm-kurort sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla bir neçə vəzifəni bir anda həyata keçirəcək innovativ bir layihədir. Mərkəzin bazasında, Ukraynanın birinci xanımı Yelena Zelenskayanın himayəsi altında, qonaqpərvər Azərbaycanı ziyarət edən ukraynalı turistlər üçün audio bələdçilər sistemi tətbiq olunacaq. Məlumata görə, Mərkəzin ayrı bir istiqaməti Ukrayna və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, habelə tələbə mübadiləsi və tədqiqatlara yönəlmiş, xüsusən informasiya texnologiyaları sahəsində proqramlar həyata keçirilir. == İstinadlar == == Xarici keçidlər == В Баку открыли Украинский центр (фото) В центре Баку открылся Украинский центр, станет центром активности украинской диаспоры в Азербайджане, местом проведения мероприятий, направленных на развитие двусторонних отношений между странами.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. == Xarici keçidlər == Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Ukrayna Respublikası
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. == Əhali == 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. === Mədəniyyəti === Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukrayna Reyxkomissarlığı
Reichskommissariat Ukraine və ya Ukrayna Reyxkomissarlığı — İkinci dünya müharibəsində Nasist Almaniyasının Sovet İttifaqına hücumundan sonra Alfred Rozenberqin rəhbəri olduğu Şərq Nazirliyinin (Almanca: Das Reichsministerium für die besetzten Ostgebiete: RMfdbO) tabeliyində 1941-ci ilin iyun ayında işğal edilmiş Ukrayna SSR ərazisində yaradılmış olan inzibati ərazi vahididir.
Ukrayna SSR
Ukrayna SSR (ukr. Українська Радянська Соціалістична Республіка, УРСР) — Ukrayna Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. == Ümumi məlumat == Ukrayna SSR 1917 il dekabrın 25-də təşkil edilmişdir. 1922 il dekabrın 30-dan SSRİ-nin tərkibində olub. == Dövlət quruluşu == Ukrayna SSR fəhlə, kəndli və ziyalıların sosialist dövləti, müttəfiq sovet sosialist respublikasıdır. Qüvvədə olan Konstitusiyası 1978 il aprelin 20-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Ukrayna SSR Ali Sovetidir. Ali Sovet respublikası hökumətini Nazirlər Sovetini təşkil edir və qanunlar verir.