Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulaşıq
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Ulaşlı
Ulaşlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Ulaşlı Şıxlı — Azərbaycanın Göyçay rayonunda kənd. Ulaşlı (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Ulaşlı (Qubadlı)
Ulaşlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər.
Ulaşlı (Sarvan)
Ulaşlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Aşkın Olayım
Aşkın Olayım (azərb. Eşqin Olum‎) — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899 – 24 may 1984) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. == Həyatı == Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Haşım Qadoyev
Aktyor. == Həyatı == Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. == Filmoqrafiya == Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Lağım (1993)
== Məzmun == Dustaqlar lağım atıb həbsxanadan qaçırlar. Sonra dustaqlar nəzarətçiyə, nəzarətçilər isə dustağa çevrilirlər. == Film haqqında == Film mətnsizdir.
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Qaşım dağı
Qaşım dağı – Babək rayonu ərazisində dağ (hünd. 1125 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 0,5 km-dək cənub-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Kotandağ qrupuna aid Alt Miosen yaşlı andezit-dasit tərkibli kiçik ölçülü ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Xəzər uları
Xəzər uları (lat. Tetraogallus caspius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstünün və boynunun lələkləri bozdur, boğazı qabaqdan ağdır. Belinin qalan hissəsi boz olub, pas rənginə çalır. Çalma lələkləri ağ, ucları tünd-qonur rəngdədir. Çinədanı, döşünün ön hissəsi maviyə çalan boz rəngdədir, bədəninin yanları kürən tünd rəngdə olub, uzununa zolaqlıdır. Qanadının üst örtük lələkləri dalğavar pas rənglidir. Dimdiyi mavi rəngə çalır. Ayaqları sarımtıl-narıncı, qüzehcəsi tünd-qəhvəyi rəngdədir.
Əhməd Haşım
Əhməd Haşım (1887, Bağdad – 4 iyun 1933, İstanbul) — XX əsr Türkiyə şerinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Bağdadda doğulub, İstanbulda ölmüşdür. Anası və atası Bağdadlıdır.Nəsrdən fərqli olaraq şer dilinin anlaşılmaqdan artıq duyulmaq özəlliyini əsas sayan Əhməd Haşım poeziyasında sözün musiqi abəngi, musiqi gözəlliyi daha önəmlidir.
Haşım Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. == Həyatı == Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır.Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır.Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur. 1919-cu ilin avqust ayında bolşevik "Hümmət" təşkilatının konfrasında iştirak etmiş və Mərkəzi Komitənin üzvü seçilmişdir. === Ölümü === 1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus.
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Lasio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. == Tarixi == Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. == Coğrafiyası == Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim NəbiyevRasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001)Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ulsin
Ulsin (mont. Ulcinj, Улцињ, alb. Ulqini, it. Dulcigno, yun. Ολοκαίνιον, Olokénion) — Adriatik dənizi sahillərində, Monteneqroya məxsus şəhər. == Ümumi təsviri == Ulsin eyni adlı bələdiyyənin inzibati mərkəzidir. Bələdiyyənin sahəsi 255 km²-dir. Ölkənin ən cənub şəhəridir. == Tarixi == Ulsin ətrafındakı ərazidə tunc dövründən bəri illiryalılara aid tayfalar yaşayırdı. Şəhərin yaxınlığında, Zoqai kəndində bu dövrün məzarlıqları tapılmışdır.
Qasım
Qasım — kişi adı. Qasım QasımovQasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı)Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyl etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Haşım bəy Heybətbəyov
Haşımbəy Saqib (1870-1931) - Azərbaycanlı şair, publisist, xeyriyyəçi. == Həyatı == Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur. Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi! 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib. O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram. Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər. Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. == Həyatı == XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. == Həyatı == Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi.İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə dəvət edirlər.
Lağım (film, 1993)
== Məzmun == Dustaqlar lağım atıb həbsxanadan qaçırlar. Sonra dustaqlar nəzarətçiyə, nəzarətçilər isə dustağa çevrilirlər. == Film haqqında == Film mətnsizdir.
Seyid Lazım Ağa
Seyid Lazım Ağa — Azərbaycanın tanınmış seyidlərindən biri. == Həyatı == Seyid Lazım Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Kiçik yaşlarında olarkən ailəsi ilə birlikdə Ağdam rayonuna köçmüşdülər. Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilmiş, çox mükəmməl Quran oxuyurmuş. Seyid Lazım Ağa 1994-cü il yanvar ayının 3-ü cümə günü 115 yaşında Mingəçevir şəhərində dünyasını dəyişib. Məzarı Ağdam rayonunun Çəmənli kəndindədir. Üç övladı var, Seyid Məhəmməd Ağa, Seyidə Humay xanım və Seyidə Pəri xanım. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Seyid Lazım Ağa kimdir?
Şeyx Haşım Qəzvini
Şeyx Haşım Qəzvini (1891-10 oktyabr 1960) — İslam alimi. == Həyatı == Molla Haşim Qəzvini, Qəzvinin Haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rza şah Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir. Şeyx Haşım Qəzvini 10 oktyabr 1960-cı ildə Məşhəd şəhərində vəfat edib. == Əhvalat == Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir: Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim. Bir gün "Təzrək" əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir.
Alhaşim (Ərdəbil)
Alhaşim - İranın Ərdəbil ostanında kənd.. Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xan-Ərdəbil kəndistanında, Xalxal şəhərindən 8 km cənubda, Xalxal - Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir.
Botsvana pulası
Botsvana pulası (ISO 4217 : BWP) - Botsvanada istifadə edilən rəsmî pul vahididir. Qeyri-rəsmî olaraq Zimbabvedə də istifadə olunur. Tsvana dilində "pula"nın əsl mənası "yağış"dır. Ölkədə yağış nadir olduğundan pul da dəyərlidir. Botsvana Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Botsvana pulası 100 thebeyə bərabərdir (thebe - qalxan).6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Botsvana pulası = 0.0922080 ABŞ dolları.
Gülqasım (Bostanabad)
Gülqasım (fars. گل قاسم‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (18 ailə).
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
İlasın mağarası
İlasın (Qızılquş) (başq. Ыласын) başqırdca — qızılquş, rəsmi olaraq Elasın — Başqırdıstanın İşimbay rayonunda olan mağara.1985-ci ildə təbiət abidəsi kimi qorunur. Qorunan ərazinin sahəsi 100 hektardı. Qorunan əraziyə əhəngdaşlarından təşkil olunmuş mağara, eləcə də Cənubi Uralın enliyarpaqlı ağaclarından ibarət qərb yamacları daxildir.Seleuk çayı hövzəsinə daxil olan Utınlıqol çayının sağ sahilində yerləşir. Mağara İşimbay royunun Xazinova kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Mağara karst mənşəlidir, orta karbonun əhəng daşlarından təşkil olunub. Mağara əsas zaldan və şərqi, şimal-şərqi və cənub-şərqi girişlər sistemindən ibarətdir. Mağaranın uzunluğu — 487 metr, orta eni — 10 metr, orta hündürlüyü — 5 metr, amplitudası — 28 metr, sahəsi 1025 m², həcmi isə 5287 m³-dir. Əsas giriş arka şəkilli olub (eni 12 metr, hündürlüyü 7,6 metr) 30 metrlik qıf daxilində yerləşir. Giriş 170 metr hündürlükdədir.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. == Karyera == === Klub karyerası === Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.
Rhinolophus blasii
Blazius nalburunu (lat. Rhinolophus blasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Qısa təsviri == Ölçüləri ortadır: bədəninin uzunluğu 46-54 mm, bazusu 43,5-49,0 mm, kütləsi 10,5-13,3 qramdır. Yəhərin forması armudşəkilli, nəştərin köndələn qırışının ortasında büküm vardır. == Yayılması == Arealı Cənubi Avropanı, Şimalı və Şərqi Afrikanı, Ön, Kiçik və Orta Asiyanı, İranı və Əfqanıstanı əhatə edir. Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamaclarında (Şamaxı ətrafı) və Kiçik Qafqazda (Şuşa, Ordubad ətrafı, Şahbuz rayonunun, Marallı kəndi) 750-1400 m hündürlüklərdə aşkar edilmişdir. == Həyat tərzi == Bu fərdlər dağ meşələri qurşagına və dağüstü kserofitlərə uyğunlaşmışdır. Yalnız yeraltı sığınacaqlarda aşkar edilmişdir ki, bu da həmin növ üçün səciyyəvidir. İstər Azərbaycanda (yığınlarda 10-dan artıq heyvan olmamışdır), istərsə də arealın Avropa hissəsində azsaylıdır. Bu nalburunların ən böyük miqdarı (500-ə qədər) 1962-ci ilin noyabırında Azərbaycanın İranla həmsərhəd rayonlarında tapılmışdır.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Mirzə Haşım bəy Baharlı
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Ageratina lasia
Ageratina lasia (lat. Ageratina lasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ulaş Tuna Astepe
Ulaş Tuna Astepe (5 may 1988, İzmit) — Türk aktyor. == Həyatı == Ulaş Tuna Astepe 5 may 1988-ci ildə İzmit-də anadan olub. İlk və orta təhsilini orada tamamlayandan sonra İstanbul liseyində oxuyub. Bütün bunlardan sonra bir çox teatr və televizor layihələrində iştirak edib. Karadayı kinosunda Orhan, Analar ve Anneler kinosunda Mustafa, Rüya adlı kinoda Alaz, Sen Anlat Karadeniz'də isə Tahir karakterini canlandırıb. Berkun Oyanın Bayrak və Babamın Cesetleri, Sami Berat Marçalının səhnələdiyi Cam Yarpaklar oyunlarında rol alıb. Emre Yeksanın Körfez filmində isə Selim karakterini canlandıran Astepe, həmçinin Üniversiteli, Zayiat, Meşşakat ve karısı, Balık havuzu adlı qısa filmlərdə də yer almışdır.