Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulamçı (Qoşaçay)
iUlamçı (fars. اولامچي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 360 nəfər yaşayır (70 ailə).
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.
Alaxçın
Ulaşlı
Ulaşlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Ulaşlı Şıxlı — Azərbaycanın Göyçay rayonunda kənd. Ulaşlı (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Ulaxan-Arı
Ulaxan-Arı (saxa dilindən tərcümədə "Böyük ada" mənasını verir) — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Qonşu adalar: şərqdə — Kyersese-Arıta, qərbdə — Oçuqquy-Arı və Oqonnyor-Arıta, şimalda — Ot-Arı və Boldyor-Arıta. Ən hündür nöqtədi 4 metrdir. Şimalında isə 3 metrlik yüksəklik vardır. Adada elədə böyük olmayan Ulaxan-Arı-Kyuele gölü vardır.
Ulaşlı (Qubadlı)
Ulaşlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər.
Ulaşlı (Sarvan)
Ulaşlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Potu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Xəzər uları
Xəzər uları (lat. Tetraogallus caspius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstünün və boynunun lələkləri bozdur, boğazı qabaqdan ağdır. Belinin qalan hissəsi boz olub, pas rənginə çalır. Çalma lələkləri ağ, ucları tünd-qonur rəngdədir. Çinədanı, döşünün ön hissəsi maviyə çalan boz rəngdədir, bədəninin yanları kürən tünd rəngdə olub, uzununa zolaqlıdır. Qanadının üst örtük lələkləri dalğavar pas rənglidir. Dimdiyi mavi rəngə çalır. Ayaqları sarımtıl-narıncı, qüzehcəsi tünd-qəhvəyi rəngdədir.
Ulaxan-Arı-Kyuele
Ulaxan-Arı-Kyuele — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan Ulaxan-Arı adasında yerləşən ən böyük göl. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ulaxan-Arı Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Gölün maksimal dərinliyi 4 metri keçmir.
İran keçi alaçı
Elmi adı — lat. Reaumuria persica (Boiss.) Boiss. Yulğunkimilər (Tamaricaceae) fəsiləsinə aid bitki növüdür. IUNC Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına adiddir- NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təhlili == Hündürlüyü 15–30 sm-ə qədər olan yarım koldur. Gövdəsi oduncaqlı əsasından çıxır. Gövdə düzdür, sıx yarpaqlı və budaqlanan deyil, Yarpaqlarının uzunluğu 1 sm, eni təxminən 1 mm, ətli, silindrik, oturaqdir. Yarpaqların qoltuqlarında qısa budaqları oturaq yarpaqların dəstələri ilə yerləşir. Çiçək altlıqları çox cərgəli, kirəmitvari, yuxarı hissəsi xətvarı, bizvarı, ucu iti, aşağı hissəsi enli, kasacığa möhkəm bitişmişdir. Kasacığı ətli, dərin qanadlı, uzunluğu 6–8 mm-dir.
Sərhəd qoşunlarının əlaçı tələbəsi
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.
Acanthaster planci
Acanthaster planci — Acanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdə və Afrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır. == Xüsusiyyətləri == Acanthaster planci növünün gövdəsi tipik dəniz ulduzu tipindədir; mərkəzi disk və ondan çıxan qollardan ibarətdir. Bu növə xas xüsusiyyətlər isə disk şəklində gövdəsi, çox sayıda qolu, zərifliyi, qavrama qabiliyyəti, çox sayda tikanlarla örtülü olması və bədən kütələsinə nisbətən çox böyük mədəyə sahib olmasıdır. Qavrama qabiliyyəti hər qolun ucuna qədər uzanan iki sıra çox saylı ayaqcıqlar sayəsindədir. Bu növ ilk zamanlar simmetrik bədənə sahib olsa da, daha sonra qollarının artması səbəbi ilə simmetriyasını itirmişdir.
Elisa Blançi
Elisa Blançi (13 oktyabr 1987, Velletri, Latsio) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Blançi İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Blançi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Blançi növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Blançi qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Neoseiulus ulatei
Neoseiulus ulatei (lat. Neoseiulus ulatei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Uqarçi burnu
Uqarçin burnu (bolq. нос Угърчин, ‘Nos Ugarchin’ \'nos u-g&r-'chin\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən burundur. Burun Nelson boğazından 300 m aralıda yerləşmişdir. Burun şimali Bolqarıstanda yerləşən Uqarçin şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Smirnenski burnundan 4.7 km qərbdə, Nevell burnundan isə 4.2 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Yosef Plaçi
Yosef Plaçi (1 aprel 1971) — Çexiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yosef Plaçi Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Yosef Plaçi Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Alaycı quş (personaj)
Alaycı quş (ing. Mockingbird) — Marvel Comics tərəfindən 1971-ci ildə yaradılan xəyalı komiks personajı. Əsl adı Barbara Morsdur. 2014-cü ildə "SHIELD cəsusları" teleserialında ilk dəfə Andrianna Palikki tərəfindən canlandırılmışdır. == Həyatı == Barbara Mors əslində bir bioloqdur. Hətta bu sahədə doktoranturası da var. ABŞ hökuməti Kapitan Amerika kimi superəsgərləri yenidən yaradacaq zərdab üzərində işləməyə başlayınca Alaycı quş də onlara qoşulur. Bu zaman o SHIELD-in diqqətini çəkir. Mors işə itmiş elm adamını tapmaqla tapşırılan agent Paul Allenlə əməkdaşlıq edərək başlayır. Amma əslində Paulun bir AIM cəsusu olduğunu öyrənər.
Uqarçi (Bosansko Qraxovo)
Uqarçi (Serbcə: Угарци) — Bosniya və Herseqovina, Bosansko Qraxovo rayonunun kəndi.
Laçi FK
Laçi – Albaniyanın futbol klubu.
Ulçi dili
Ulçi dili — ulçilərin dili. Tunqus-mancur dillərinə aiddir. Rusiyanın Xabarovsk diyarının Uliç rayonunda yayılıb. Rusiyada 2010-cu ildə danışanların sayı — 154 nəfər idi. 2002-ci ildə isə danışanlar 732 nəfər idi. Uzun müddət uliç dili nanay dilinin dialekti hesab edilirdi, 1990-cı illərdən öz əlifbasını və ayrı dil statusunu alıb. İbtidai məktəbdə dərslər keçilir, tədris ədəbiyyatı var. «Амурский маяк» rayon qəzetində materiallar dərc edilir. Bədii dili formalaşmayıb. == Ulçi əlifbası == İlk dəfə dil üçün əlifba variantı latın qrafikası əsasında hazıtlansa da qəbul edilməmişdi Aşağıdakı hərfləri ar idi: A a, ā, B в, C c, D d, Ӡ ӡ, E e, ē, Ә ә, ә̄, F f, G g, H h, I i, ī, J j, K k, Ǩ ǩ, L l, M m, N n, Ņ ņ, Ŋ ŋ, O o, ō, P p, R r, S s, T t, U u, ū, Ụ ụ, ụ̄, W w.
Alaycı quş (Marvel Comics)
Alaycı quş (ing. Mockingbird) — Marvel Comics tərəfindən 1971-ci ildə yaradılan xəyalı komiks personajı. Əsl adı Barbara Morsdur. 2014-cü ildə "SHIELD cəsusları" teleserialında ilk dəfə Andrianna Palikki tərəfindən canlandırılmışdır. == Həyatı == Barbara Mors əslində bir bioloqdur. Hətta bu sahədə doktoranturası da var. ABŞ hökuməti Kapitan Amerika kimi superəsgərləri yenidən yaradacaq zərdab üzərində işləməyə başlayınca Alaycı quş də onlara qoşulur. Bu zaman o SHIELD-in diqqətini çəkir. Mors işə itmiş elm adamını tapmaqla tapşırılan agent Paul Allenlə əməkdaşlıq edərək başlayır. Amma əslində Paulun bir AIM cəsusu olduğunu öyrənər.