Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Küyü
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
MMU
Milli Müdafiə Universiteti (Türkiyə)
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
UML
UML- (ing. Unified Modeling Language) – obyektlərin yaradılması və modelləşdirilməsi üçün geniş istifadə olunan obyekt-yönlü proqramlaşdırma dili. 1994-cü ildə Qradi Buç (Grady Booch), Cim Rumbax (Jim Rumbaugh) və İvar Yakobson (Ivar Jacobcon) metodlarının birləşdirilməsi nəticəsində yaradılıb. 1997-ci ildə OMG tərəfindən vizual modelləşdirmənin standart notasiyası kimi qəbul olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 səhifə.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Utu
Utu — Şumer-Akkad mifologiyasında günəş tanrısı. == Tanrı == Şumerlərin Utu adlandırdıqları günəş tanrısı Babil zamanı Şamaş adlanırdı. Həmin tanrı "yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən" hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında tanrılar mühüm rol oynayırdılar.
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru (1931), Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi (1930–1931). == Həyatı == Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildən Şuşa real məktəbində oxumuş və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak etmişdir. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olmuş, Qarabağda bolşevik ədəbiyyatı yayaraq müsavatçılara qarşı mübarizə aparmışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınmışdır. Qısa müddət sonra o, həbsdən azad edilmiş və Qarabağ Fövqəladə Komissiyasının təyin edilmişdir. 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olmuşdur. 1930-cu ildə Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru təyin edilmiş, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmağa başlamışdır. Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur. 18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarmasına görə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalmış və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilmişdir.
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Küjü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Kükü (dəqiqləşdirmə)
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Kükü (Şahbuz)
Kükü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daşıyır. == Əhalisi == Əhalisi 1517 nəfərdir.
Kükü körpüsü
Kükü körpüsü — Şahbuz rayonu ərazisində körpü. == Ümumi məlumat == Şahbuz-Kükü avtomobil yolunun 14 kilometrliyində Küküçay üzərindədir. Uzunluğu 20 paqonometrdir. Kükü körpüsünün inşa edilib istifadəyə verilməsi nəticəsində (1967) Ayrınc, Qızıl Qışlaq və Güney Qışlaq, Kükü kəndlərinin rayon mərkəzi, həmçinin magistral avtomobil yolu vasitəsilə Naxçıvan şəhəri ilə əlaqəsi təmin edilmişdir.
Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri. == Tərkibi == 5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot. Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq. == Hazırlanması qaydası == Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü
Küsə (Bükan)
Küsə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 662 nəfər yaşayır (123 ailə).
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Vulkan külü
Vulkan külü (rus. вулканический пепел, ing. volcanic ash, cinder) — vulkan partlayışı ilə sıyıq və bərk lavaların xırdalanmış və toz halına salınmış məhsulları. Toz və qum hissəciklərindən (diametri 2mm-ə qədər) təşkil olunur.
Şirin Kükü
Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri. == Lazım olan ərzaqlar == 500 qram qaynadılmış kartof 4 ədəd yumurta 30 qram dilimlənmiş badam 30 qram dilimlənmiş püstə 15 qram zirinc Lazım olan miqdarda əridilmiş zəfəran 1 çay qaşığı qabartma tozu 3 yemək qaşığı qatıq 1 stəkan şəkər tozu 4 yemək qaşığı gülab 100 qram yağ Yarım stəkan su Lazım olan miqdarda duz və istiot == Hazırlanma qaydası == Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin.
Kumu muzeyi
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır. Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir. Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
BMU
Bakı Mühəndislik Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi. == Haqqında == 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. == Tədris == === Fakültələr === Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul dörd ixtisas qrupu (fakültə) üzrə aparılır: Mühəndislik İqtisadiyyat və İdarəetmə Pedaqoji Memarlıq və İnşaat İnformasiya və kompüter texnologiyaları fakültəsi === İkili diplom proqramı === Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada. Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alırlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub.
Emu
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Urmu
Urmiya və ya Urmiyə (az.-əski. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az.-əski. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. Urmiya Tehrandan 596 km şimal-qərbdə və Urmiya gölünün qərb sahilindən 17 km məsafədə, Xoy ilə Salmas arasında Nəqədə və Piranşəhrə gedən yolun üzərində yerləşir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir.
Bmu
Bakı Mühəndislik Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi. == Haqqında == 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. == Tədris == === Fakültələr === Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul beş ixtisas qrupu (fakültə) üzrə aparılır: Mühəndislik İqtisadiyyat və İdarəetmə Pedaqoji Memarlıq və İnşaat İnformasiya və kompüter texnologiyaları fakültəsi === İkili diplom proqramı === Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada. Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alırlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub.
Uşu-sanda
Uşu Sanda, Sanda, sanşou, Çin boksu, Çin kikboksinqi — Kunq-fuya (Uşuya) aid idman növü. Kikboksinqə çox bənzəyir. Lakin sandanı adi kikboksinqdən fərqləndirən fəndlər var: güləş, yıxma və boğma (boğma fəndini ancaq peşəkar uşu sandaçılar istifadə edə bilər). 2013-cü ildən bəri Uşu Sanda yarışları "Uşu" adı ilə İslam həmrəyliyi oyunlarında keçirilir.
Uşu Sanda
Uşu Sanda, Sanda, sanşou, Çin boksu, Çin kikboksinqi — Kunq-fuya (Uşuya) aid idman növü. Kikboksinqə çox bənzəyir. Lakin sandanı adi kikboksinqdən fərqləndirən fəndlər var: güləş, yıxma və boğma (boğma fəndini ancaq peşəkar uşu sandaçılar istifadə edə bilər). 2013-cü ildən bəri Uşu Sanda yarışları "Uşu" adı ilə İslam həmrəyliyi oyunlarında keçirilir.
Pərviz Abdullayev (uşu sandaçı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr. Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir.
Kuşk
Kuşk — İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,264 nəfər və 3,083 ailədən ibarət idi.
Kyuşu
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. == Coğrafiyası == Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.
Kyusu
Kyusu (急須) – ənənəvi yapon çaydanı. Əsasən gildən hazırlanır. Kiçik ölçüyə malikdir və qulpu yanda yerləşir. == Tarixi == Kyusunun mənşəyi Çində iqtidarda olmuş Sun sülaləsi ilə bağlıdır. Yaponiyada çay içkisinin populyarlaşmasından sonra Çin çaydanları əsrlər boyunca yapon mədəniyyətinin təsiri ilə kyusuya çevrilmişdir. XVI–XVII əsrlərdə yaşamış şair və keşiş İnqen Ryuki Yaponiyanı Çinin İsin gil çaydanları ilə tanış etmişdir. İlk kyusuların yaradıcılarından biri Çin mədəniyyətinin pərəstişkarı olan Aoki Mokubey olmuşdur. == Hazırlanması == Kyusu əllə hazırlanır və hazırlanması zamanı vulkanik regionlardan gətirilmiş gildən, bəzən isə çinidən istifadə olunur. Kyusunu hazırlamaq üçün ikomi texnikası tətbiq olunur: hər bir hissə (gövdə, qulp, lülək, süzgəc, qapaq) ayrı hazırlanır və sonda birləşdirilir. Müxtəlif gil növlərindən hazırlanan müxtəlif növ kyusular mövcuddur.
Kyüşü
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. == Coğrafiyası == Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Ütü
Ütü (Türk. *ütüɣ, Az. ütü) — paltar, parça və s. ütüləmək üçün işlədilən, kömür və ya elektriklə qızdırılan dəmir alət. == Sözün mənşəyi == İlk dəfə 1070-ci ildə Türk dünyasının böyük dilçisi və lüğət yazıçısı Kaşqarlı Mahmud "Divani-lüğətül Türk" kitabında bu sözü "ütük" şəklində göstərib. "Ütü" sözü "ütmək", yəni tükləri yandırmaq felindən törəyib (tüküm ütüldü). Əski Türkcədə məsdər düzəltmək üçün başqa şəkilçilər də var idi- ük, üt. Beləliklə "üt" və "ük" hissəciklərinin birləşməsindən "ütük", sonralar isə "k" səsinin sözün sonundan düşməsi nəticəsində söz "ütü" şəklində işlənilib. İndiki türk dillərində bu sözə "ütü" və ya "ütük" deyilir. "Ütü" sözü ruscaya "utyuq", farscaya isə "utu" şəklində keçmişdir.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Urmu düzü
Urmu düzü (fars. جلگه ارومیه‎) — İranın Qərbi Azərbaycan ostanında region. Şərqdə Urmiya gölü ilə qərbdə Türkiyə sərhədi arasında yerləşir. Buraya Urmiya şəhəri daxildir. Urmu düzünün sakinləri azərbaycanlılar və kürdlərdir, aysorlar və ermənilər azlığı təşkil edirlər. Urmiyalı aysorlar şimal-şərqi yeni aramey dialektlərində danışırlar və dini cəhətdən müxtəlifdirlər.
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Mata-Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Qara emu
Qara emu (lat. Dromaius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Umud Mirzəyev
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. == Həyatı == Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umud Rəhimoğlu
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. == Həyatı == Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Süni intellekt bumu
Süni intellekt bumu (ing. AI boom) — süni intellekt sahəsində davam edən sürətli və görünməmiş inkişaf dövrü. Generativ süni intellekt yarışı 2016 və ya 2017-ci ildə OpenAI-nin yaradılması ilə ciddi şəkildə başlayan bu bumun əsas komponentidir. OpenAI-nin yaradıcı AI sistemləri, məsələn müxtəlif GPT modelləri (2018-ci ildən başlayaraq) və DALL-E (2021) bunun idarə edilməsində mühüm rol oynamışdır. 2022-ci ildə böyük dil modelləri çatbot tətbiqləri üçün istifadə oluna biləcək şəkildə təkmilləşdirildi. Mətndən şəklə çevirən modellər elə bir nöqtədə idi ki, yaratdıqları insan tərəfindən yaradılmış təsvirlərdən demək olar ki fərqlənmirdi və nitq sintezi proqramı insan nitqini səmərəli şəkildə təkrarlaya bilirdi. 2022-ci ilin sonu və 2023-cü il ərzində onlarla yeni veb-sayt və AI çatbotları ortaya çıxdı, çünki Big Tech bazarda möhkəmlənməyə çalışırdı və süni intellekt alətlərinin hər yerdə görünməmiş artımına səbəb oldu. Süni intellekt bumuna ictimai reaksiya qarışıq olub, bəzi tərəflər süni intellektin yaratdığı yeni imkanları, onun bəşəriyyətə fayda gətirmək potensialını və mükəmməlliyini tərifləyir, digər tərəflər isə onu iş təhlükəsizliyini təhdid etdiyinə, cavablarında "anlaşılmaz" olduğuna və proqramlaşdırma suallarına səhv cavab verməsinə görə qınayıblar. == Dil modeli == GPT-3, OpenAI tərəfindən 2020-ci ildə yayımlanan insan tərəfindən yazıldığını müəyyən etmək çətin olan yüksək keyfiyyətli mətn yaratmağa qadir olan böyük bir dil modelidir. ChatGPT-də GPT-3.5 adlı təkmilləşdirilmiş versiyadan istifadə edilib.