dəvə
də'vət
OBASTAN VİKİ
Dəvəquşu
Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir. Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir.
Dəvəquşukimilər
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Dəvəquşular
Dəvəquşular (lat. Struthionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə