Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siqrid Unset
Siqrid Unset (dan. Sigrid Undset; 20 may 1882[…] – 10 iyun 1949[…], Lillehammer, Norveç) — danimarka-norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928). == Həyatı == Norveç yazıçısı Siqrid Unset Danimarkada doğulmuşdu. Məşhur Norveç arxeoloqu İnqvald Martin Unsetin üç qızından ən böyüyü idi. İki yaşı olanda ailə atasının Arxeologiya muzeyinin direktoru kimi çalışdığı Osloya qayıtmışdı. Gələcək yazıçının uşaqlıq illəri bu muzeyin eksponatları arasında keçmişdi. Onun başqa bir sevimli məşğuliyyəti isə Norveç saqalarını oxumaq idi. Siqridin 11 yaşı olanda atası ölmüşdü. Ailənin ağır maddi vəziyyəti yeniyetmə qızı gimnaziyadan kommersiya məktəbinə dəyişilməyə, 17 yaşında isə Oslodakı alman şirkətlərindən birində katibə kimi işə düzəlməyə məcbur etmişdi. Siqrid burada uzun müddət qalacağını düşünmürdü.
Sent-Vinsent adası
Sent-Vinsent — Karib dənizində yerləşən vulkanik mənşəli ada. Kiçik Antil adaları arxipelaqında yerləşir. Sent-Vinsent və Qrenadin dövlətinin ərazisinin əsas hissəsini təşkil edir. Sent-Lüsiya və Bekiya adaları arasında yerləşir. Sahəsi 344 km²-dır. Sent-Vinsent adasının əsas hissəsini dağlar və meşəliklər təşkil edir. Ən hündür nöqtəsi Sufier vulkanıdır (1234 m). İqlimi tropik, passa və rütübətlidir. Ən çox yağıntı may-noyabr aylarında düşür. Tez-tez güclü tufanlar müşahidə olunur.
Sent-Vinsent və Qrenadin
Sent Vinsent və Qrenadinlər — Karib dənizində yerləşən və Millətlər Birliyinə daxil olan müstəqil dövlət. Ərazisi Kiçik Antil adaları arxipelaqında yerləşən Sent-Vinsent adası və 32 kiçik adadan ibarət Qrenadin adalar qrupundan ibarətdir. Sahəsi 389 km², əhalisi 118 min nəfərdir (2008). Paytaxtı Kinqstaundur.
Anseni
Anseni (Fransızca tələffüz: [ɑ̃s.ni]; bret. Ankiniz) — Fransanın qərbində yerləşən Luara-Atlantik departamentində kommuna. Həmçinin departamentin suprefekturasıdır. Bretanın tarixi paytaxtı Nant (23 mil cənub-qərb) yolunda əsas nöqtə kimi böyük bir tarixi rol oynadı. "Bretanın açarı" və "Bretanın qapısı" kimi tanınır.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur. Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir hotelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Aksent (sosiolinqvistika)
Aksent — başqa dildə danışarkən ana dilinin tələffüz xüsusiyyətlərinin təzahürü. Bu və ya digər dialektin tələffüz xüsusiyyətlərinin məcmusudur. Aksent danışanların yaşadığı yer, danışanların sosial-iqtisadi vəziyyəti, etnik mənsubiyyəti (etnolekt), kasta və ya sosial sinif ilə də müəyyən oluna bilər. Aksentlər adətən səs keyfiyyəti, tələffüz, sait və samitlər arasındakı fərq, vurğu və prosodiya ilə fərqlənir. Qrammatika, semantika, lüğət və digər dil xüsusiyyətləri tez-tez aksent ilə eyni vaxtda dəyişsə də, "aksent" sözü xüsusi olaraq tələffüz fərqliliklərinə aid olunur, "dialekt" sözü isə daha geniş dil fərqlərini əhatə edir. "Aksent" əksər halda "dialekt"in alt çoxluğu hesab edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bragg, Melvyn. The Adventure of English, 500AD to 2000: The Biography of a Language. London: Hodder & Stoughton. 2003.
Anseni (rayon)
Anseni (fr. Ancenis) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara-Atlantik. Suprefektura — Anseni. Rayonun əhalisi 2006-cı ildə 55.212 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 70 nəfər / km² . Rayon ərazisi — 791 km².
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Doqo onseni
Doqo Onsenı (道後温泉) — Ehime prefekturasının Matsuyama şəhərində yerləşən isti bulaqlar. == Tarixi == Doqo onseni Yaponiyadaki tarixi 1000 ildən çox olan ən qədim onsenlarından biridir. Bulaqlar "Manyoşu" (759-cu ildə yazılıb) və "Şahzadə Şötoku" əfsanəsində (574–622) qeyd olunmuşdu. Doqo Onseni yazıçı Natsume Sosekinin (1867–1916) onun Matsuyamada müəllim işlədiyi vaxtlarda ən sevimli yerlərindən biri idi. Sosekinin avtobioqrafik novelası Botçanın baş qəhrəmanı bu onsenə tez-tez ziyarət edir. Müasir hayku şairi Masaoka Şiki (1867–1902), Matsuo Basyonun (1644–1694) tənqidçisi Doqo onsenının rezidenti olub. Onun was a resident of Dōgo Onsen. onun poemaları şəhərin çoxlu yerlərində yaxşı görmək olar. == Təsvir == Onsenın hal-hazırkı binası Doqo Yunomaçi şəhərinin meri İsaniva Yukiyanın təşəbbüsü ilə 1894-cü ildə tikilib. Maksimal tutmluğu üçün üçmərtəbəli tikilən bina bu günə kimi populyarlığını itirmir və axşam vaxtları pik saatlarında boş olmur.
Sevgiylə, Vinsent
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. == Məzmunu == Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. == Film haqqında == Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub. == Səsləndirmə == Robert Qularçik — Vinsent van Qoq Duqlas But — Arman Rulen Cerom Flinn — Pol Qaşe Sirşa Ronan — Marqarita Qaşe Helen Makkrori — Luiza Şevalye Kris O'Daud — poçtalyon Rulen Con Seşns — Tanqinin atası Eleanor Tomlinson — Adelin Ravo Eyden Tyorner — qayıqçı == İstinadlar == == Xarici keçidlər == Rəsmi veb-saytı Sevgiylə, Vinsent — Internet Movie Database saytında.
Vinsent Bueno
Vinsent Bueno (alm. Vincent Bueno‎; 10 dekabr 1985, Vyana) — Avstriyada anadan olmuş Filippin əsilli Avstriya müğənnisidir. Bueno 12 yanvar 2008-ci ildə Avstriyanın ORF telekanalının Musical! Die Show musiqi yarışmasının qalibi olmuşdur. Filippinli müğənni Sara Ceronimonun Vyanadakı konsertində dəstək vokalçı rolunu oynamışdır. 18 yanvar 2008-ci ildə Bueno Filippin mediasına verdiyi müsahibədə Filippində debüt etmək planları barədə məlumat vermişdir. Daha sonra Filippin televiziyasında ilk çıxışını 29 avqust 2010-cu ildə ASAP XV-də etdi. O Filippində musiqi karyerasını davam etdirmək üçün ABS-CBN Əyləncə Qrupu Şirkəti olan Star Records albom şirkəti ilə müqavilə imzaladı. Vinsent Bueno Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Alive" mahnısı ilə təmsil edəcək. == Karyerası == === Təhsili === Bueno 4 yaşında rəqs etməyə başlamış, daha sonra Vyana Musiqi Konservatoriyasında musiqi və ifaçılıq sənətini bitirmişdir.
Vinsent Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)[d]) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və İFL Çempionatının "Börnli" klubunun hazırkı məşqçisi.
Vinsent Koziello
Vinsent Koziello (28 oktyabr 1995-ci ildə ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Koziello Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 1 noyabr 2014-cü ildə Liqa 1-də Olimpik Lyon klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Mario Qreqoyre Pueli əvəz etmişdir. Həmin görüşdə Nitsa rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur. 2018-ci ilin yanvar ayında Koziello Bundesliqa təmsilçilərindən olan Köln klubu ilə 2022-ci ilə kimi 4,5 illik müqavilə imzalamışdır. Nitsa klubu bu transferdən €3.3 milyon əlavə pul əldə etmişdir.
Vinsent Qallo
Vinsent Qallo (ing. Vincent Gallo, 11 aprel 1961, Buffalo, Nyu-York ştatı) — ABŞ aktyoru, rejissoru, ssenaristi, prodüserü, operatoru və kinokompozitoru. Rejissorluqda "Buffalo-66" (1998) filmi ilə debüt edib. == Həyatı == Nyu-York ştatının Buffalo şəhərində anadan olmuşdur. Valideynləri siciliya köçkünləri olmuşdur. Hər ikisi bərbər olaraq işləyirdi və atası sonra "qumarbaz" olmaq üçün təqaüdə çıxdı.
Vinsent Yansen
Vinsent Petrus Anna Sebastyan Yansen (15 iyun 1994, Xes[d], Şimali Brabant) — Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Yansen əsasən hücumçu mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Almere Siti" klubunda başlayıb, daha sonra "AZ Alkmaar", İngiltərənin "Tottenhem Hotspur" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Fənərbaxça" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 15 oyuna çıxan Yansen 7 qolla yadda qalıb.
İnsert key
İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.
Vinsent Qlojnik
Vinsent Qlojnik (slovak. Vincent Hložník) — Slovak rəssamı, qrafikaçı, illüstrator, heykəltaraş və müəllim, Ferdinand Qlojnikin qardaşı. O, Slovakiya təsviri sənətinin ən mühüm nümayəndələrindən biri, İkinci Dünya müharibəsi rəssamları nəsli, ekspressionizmin nümayəndəsidir. O, dünya və milli ədəbiyyatın yüzdən çox əsərini illüstrasiya edib. Əsərlərində əsasən İkinci Dünya müharibəsi hadisələrinə reaksiya verib. O, bu barədə 1994-cü ildə Bratislavada Slovakiya Televiziyası tərəfindən çəkilmiş "Profillər" seriyasından "Vinsent Qloznik" sənədli filmində danışır (ssenarisi Tatyana Sinekova, rejissor Fyodor Bartko). Vinsent Qlojnik uşaqlığını keçirdiyi sahildə Vah çayı boyunca Zilinadan təxminən on kilometr aşağıda yerləşən Svedernik kəndində anadan olub. Ailədə beş uşaq olan Vinsent Qlojnik, onların arasında ən böyüyü idi. Uşaq ikən rəsm çəkməyi çox sevirdi və on dörd yaşından əsərlərinə imza atmağa başlayır. O, Svedernik bələdiyyə məktəbində oxuyub, burada istedadını rəssamlıq müəllimi Zdenek Balaş kəşf edib.
Vinsent Massey
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Vinsent Messi
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Azərbaycan–Sent-Vinsent və Qrenadin münasibətləri
Azərbaycan–Sent-Vinsent və Qrenadin münasibətləri — Azərbaycan Respublikası ilə Sent-Vinsent və Qrenadin arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2003-cü ilin may ayının 23-də qurulmuşdur.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.