Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Saturn (dəqiqləşdirmə)
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Saturn (mifologiya)
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Saturn (planet)
Saturn, köhnəlmiş adı Zühəl — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir. Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir. Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.
Saturn I
Saturn I ("Saturn bir" olaraq adlandırılır) - ABŞ-nin dizayn etdiyi ilk orta daşıyıcı raket. Aşağı Yer orbitinə daşıya bildiyi faydalı yük 9 100 kg idi. Prezident Con Kennedi Saturn I və xüsusilə, SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi. Bilstein, Roger E. Stages to Saturn: A Technological History of the Apollo/Saturn Launch Vehicles. The NASA History Series. Washington: NASA. 1996. ISBN 978-0-16-048909-9. 2004-10-15 tarixində arxivləşdirilib. Cadbury, Deborah. Space Race: The Epic Battle Between America and The Soviet Union for Dominion of Space.
Saturn IB
Saturn IB (bir B kimi oxunur, həmçinin təkmilləşdirilmiş Saturn I olaraq da tanınır), Amerika Kosmik Agentliyi NASA tərəfindən Apollon layihəsi üçün yaradılmış və istifadə edilmiş Saturn raket ailəsinin bir modelidir. Apollon layihəsi, Skylab kosmik stansiyası və ABŞ/SSRİ Apollon Soyuz Test Layihələrində istifadə olunmuşdur. Əvvəlki Saturn I-dən fərqli olaraq, ikinci raket mərhələsi S-IV daha güclü S-IVB ilə əvəz edilmişdir. Beləliklə, yanacaq çəni qismən doldurula bilən bir Apollon Komanda/Xidmət Modulu (KSM) və ya yanacaq çəni tamamilə doldurula bilən bir Ay Modulu (AM) aşağı yer orbitində ilkin uçuş sınaqlarını həyata keçirmək üçün işə buraxılma imkanları əldə edilmiş, aya uçuş üçün tələb olunan daha böyük Saturn V raketi hazırlanmazdan qabaq ehtiyac təmin edilmişdir. Eyni S-IVB üst eşelonunu paylaşan Saturn IB və Saturn V Apollon kosmik gəmisi üçün müştərək bir interfeys təqdim etmişdirlər. Yeganə böyük fərq, Saturn IB-dəki S-IVB-nin bütün yanacağını yer orbitinə çıxmaq üçün istifadə etdiyi halda, digər tərəfdən Saturn V-dəki S-IVB-nin yanacağının yalnız bir hissəsini yer orbitinə çıxmaq üçün istifadə etməsi və qalan hissəsini Ay yolçuluğu üçün yenidən işlədərək istifadə etməsidir. Saturn IB iki ekipajsız KSM suborbital uçuşu, bir ekipajlı LM orbital uçuşu və ilk ekipajlı KSM orbital missiyası (tapşırıq) (əvvəlcə Apollon 1 olaraq planlaşdırılmışdı, daha sonra Apollon 7 olaraq uçdu) həyata keçirmişdir. Həm də bir orbital tapşırıq əsnasında (AS-203) yüklənmədən buraxıldı, buna görə S-IVB-yə dəyişiklik olaraq daha çox maye hidrogen yanacağı yüklənmişdir. Bu missiya, Saturn V-də olduğu kimi S-IVB-nin yenidən başladıla bilən bir versiyasını istifadə etmişdir və beləliklə, çəkisiz bir mühitdə maye hidrogenin davranışı müşahidə edilmişdir. 1973-cü ildə, Apollon ay proqramının bitməsindən sonrakı ildə üç Apollon KSM/Saturn IB Skylab kosmik stansiyasına ekipaj daşımışdır.
Saturn Məbədi
Saturn məbədi (Latınca: Templum Saturni or Aedes Saturni)Saturn tanrısına ibadət edilən yer eramızdan əvvəl 497-ci ildə ilk dəfə məbəd olaraq istifadə edilməyə başlanmışdır. Lakin, qədim yazıçıların çoxu bu fikirlə razı deyil. Məbədin inşasına Roma Çarlığının yeddinci və sonuncu çarı Təkəbbürlü Tarkvininin hakimiyyəti illərində başlanıldığı düşünülür. Məbədin açılışı isə konsul Titus Lartius tərəfindən Respublikanın ilk illərində baş tutdu. Eramızdan əvvəl 42-ci ildə məbəddə Munatius Plancus tərəfindən tamamilə yenidən qurma işləri aparıldı. Lakin, 283-cü ildə baş vermiş yanğından sonra məbəd dağılmış və mövcud təcəssüm halını almışdır. Yanğından sonrakı yenidən qurma və bərpa işlərini daşların üzərindəki qədimi yazılarda görmək mümkündür. Roma mifologiyasına əsasən deyə bilərik ki, Saturn Qızıl əsr dövründə hakim idi və zənginliyi simvolizə edirdi. Onun abidəsi Roma Respubllikasının qızıl və gümüş ehtiyatlarını özündə saxlayan xəzinəyə ev sahibliyi edirdi. Həmçinin, dövlət arxivləri, hərbi rütbəni müəyyən etmək üçün istifadə olunan nişanlar və metalları çəkmək üçün istifadə olunan rəsmi ölçü şkalaları da burada saxlanırdı.
Saturn V
Saturn V ("Saturn Beş" kimi oxunur) — ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən — Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü raketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır. Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn Verner fon Braun və Artur Rudolf adlı şəxslərin rəhbərliyi altında, Alabama ştatının Hantsvill şəhərindəki Marşal Kosmik Uçuş Mərkəzində Boeing, North American Aviation, Douglas Aircraft Company və IBM şirkətlərinin baş podratçılığı ilə dizayn edilmişdir. Von Braunun tərəfindən hazırlanmış dizayn qismən İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasında hazırladığı Aggregate seriyası, xüsusilə A-10, A-11 və A-12 modelli raketlərə əsaslanır. İndiyə qədər Saturn V insanları alçaq yer orbitindən kənarda daşıyan yeganə raket daşıyıcısıdır. 1968-ci ilin dekabr ayından və 1972 dekabr ayına qədərki 4 il ərzində cəmi 24 astronavt (3 astronavtı bir dəfədən çox aparmışdır) aya aparmışdır. Saturn V raketinin mənşəyi ABŞ-də Prezident Harri Truman tərəfindən 1946-cı ilin sentyabrında qüvvəyə mindirilmiş Kağız sancağı əməliyyatı (Operation Paperclip) çərçivəsində Wernher von Braun başda olmaqla 700 ətrafında Alman aliminin seçilməsi ilə başlamışdır. 3039 ton ağırlığında olan Saturn V 3 təbəqədən ibarətdir. Bu 3 təbəqə 2 növ raket mühərrikindən ibarətdir.
Saturn mükafatı
Saturn mükafatı (ing. Saturn Award) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən təsis edilmiş, elmi fantastika, fentezi və qorxu filmi janrında olan filmlərə, seriallara və ev buraxılışlarına verilən mükafatdır.
Saturn planeti
Saturn, köhnəlmiş adı Zühəl — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir. Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir. Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.
Sega Saturn
Sega Saturn — "Sega" tərəfindən 22 noyabr 1994-cü ildə Yaponiyada, 11 may 1995-ci ildə Şimali Amerikada, 8 iyul 1995-ci ildə isə Avropada satışa çıxarılan ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından altıncısı idi. Uğurlu Sega Genesis konsolunun davamçısı olan Sega Saturn konsolunda cüt-CPU arxitekturası və səkkiz prosessor var. Konsol üçün buraxılmış oyunlar CD-ROM formatındadır və aralarında orijinal oyunlara əlavə olaraq, bir neçə arkada portları da var. Sega Saturn konsolunun istehsalına 1992-ci ildə start verilmişdir. Həmin il "Sega" şirkətinin yenilikçi "3D Model 1" arkada proqramı debüt etmişdir. Sistem Yaponiya elektronika şirkəti olan "Hitachi" tərəfindən istehsal olunmuş bir CPU əsasında dizayn edilmişdi. "Sega" 1994-cü ildə konsola yeni bir video displey prosessoru əlavə etmişdir ki, "Sony" şirkətinin qarşıdan gələn "PlayStation" konsolu ilə daha yaxşı rəqabət apara bilsin. Sega Saturn ilk vaxtlarda Yaponiyada uğur əldə edə bilmiş, ancaq ABŞ-də gözlənilməz şəkildə plananan buraxılış tarixindən dörd ay əvvəl, 1995-ci ilin may ayında satışa çıxarılanda ölkə bazarında çox nüsxə satmağa nail ola bilməmişdir. Sega Saturn Nintendo 64 konsolunun 1996-cı ilin axırlarında debüt etməsindən sonra sürətlə ABŞ-dəki bazar səhmlərini itirməyə başlamış, 1998-ci ildə isə ölkədə satışdan qaldırılmışdır.
Seylor Saturn
Seylor Saturn (セーラーサターン, Sērā Satān) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər. Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru Çibiusa və Usaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur.
Saturn Aura
Saturn Aura — Saturn Aura tərəfindən istehsal olunan orta ölçülü ailə maşınıdır. İlk dəfə, 2005-ci ilin yanvar ayında Şimali Amerikan Beynəlxalq Avto Şousunda konsept maşın kimi debüt etdi. Auranın istehsal modeli aprel ayında 2007 model ili üçün 2006-nın yayında Şimali Amerikada istehsalın başlaması ilə 2006 Nyu York Avto Şousunda göstərildi. Aura 2005 model ilindən sonra dayandırıldı və Saturn L-Seriyası ilə əvəz olundu. Baxmayaraq Saturn heç vaxt istehsal vasitəsi üçün Aura adını istifadə etməyi nəzərdə tutmamışdır, amma, ad konsepsiyanın məşhurluğu nəticəsində qurtardı. Aura Saturn və General Motors üçün vacib bir model hesab olunurdu. O, Avropa idxalı ilə rəqabətli və sərfəli brend yaratmaq nəzərdə tutan Saturn üçün cavanlaşma məhsulunun bölməsi idi. Auraya reaksiya rəy və satışların münasibətində müsbət idi. Saturn Aura 2007 Şimali Amerikada ilin maşını idi. Konsepsiya 252 at gücündə (186 kVt) və yeni bir 6T70 altı pilləli avtomatik transmissiya istifadə edirdi.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Saturn (raket ailəsi)
Saturn Amerika raket ailəsi, əsasən, alman kosmik raket alimlərindən təşkil olunmuş, rəhbərliyində Verner fon Braunun olduğu komanda tərəfindən inkişaf etdirilmişdir. Saturn ailəsi yuxarı mərhələlərdə yanacaq kimi maye hidrogendən istifadə edirdi. İlk başda hərbi peyk raketi kimi təklif edilən bu raketlər daha sonra Apollon proqramı üçün daşıyıcı raket kimi formalaşdırıldı. Üç versiyasi tikilib və uçurulub: Orta daşıyıcı raket Saturn I, ağır daşıyıcı raket Saturn IB və çox ağır daşıyıcı raket Saturn V. Saturn adı fon Braun tərəfindən 1958-ci ilin oktyabrında təklif edilmişdi. Saturn adı Yupiter seriyalarının, o cümlədən Roma tanrısı Yupiterin iqtidar xələfi olduğu üçün verilmişdi. Prezident Con Kennedi SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi. Saturn V bu günə qədər aşağı Yer orbitindən kənara insan daşıyan yeganə daşıyıcı raketdir. Ümumilikdə 24 kosmonavt 1968-ci ilin dekabrından 1972-ci ilin dekabrına qədər Aya səyahət etmişdir. Heç bir Saturn raketi uçuş zamanı katastrofik şəkildə uğursuz olmamışdı. Bilstein, Roger E. Stages to Saturn: A Technological History of the Apollon/Saturn Launch Vehicles.
Saturn Aura Avtomobil
Sega Saturn Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
My Turn
My Turn (azərb. Mənim növbəm‎) — Çexiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Çex caz müğənnisi Martina Barta "My Turn" mahnısı ilə Çexiyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Qreyq Uatts, Pol Dryu, Pit Barinqqer və Kayler Niko tərəfindən bəstələnmişdir.
1-ci Saturn mükafatı
1-ci Saturn mükafatı — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası tərəfindən 1972-ci ilin ən yaxşı elmi fantastika,fentezi, qorxu filmi janrında olan filmlərə və orda iştirak etmiş sənətçilərə verilmiş mükafatdır. Mərasim 18 may, 1973-cü ildə baş tutumuşdu.
2-ci Saturn mükafatı
2-ci Saturn mükafatı — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası tərəfindən 1973-cü ilin ən yaxşı elmi fantastika,fentezi, qorxu filmi janrında olan filmlərə və orda iştirak etmiş sənətçilərə verilmiş mükafatdır. Mərasim 7 yanvar 1975-ci ildə baş tutumuşdu.
Return to Castle Wolfenstein
Return to Castle Wolfenstein (RTCW) — "Gray Matter Interactive" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyundur. İlk anons tarixi 20 Noyabr 2001-ci il tarixində olmuşdur. Official Activision website Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine Rəsmi sayt RTCW — Internet Movie Database saytında.
Saturn I SA-1
Saturn-Apollo 1 (SA-1) - Saturn I daşıyıcı raketinin ilk uçuşu. ABŞ Apollon proqramının ilk missiyası. Uçuş hazırlıqları 15 avqust 1961-ci ildə Kanaveral burnundakı bazada başladı. 5 gün sonra buradakı 34 saylı platformada təkanverici mühərrik quraşdırıldı. RP-1 və maye oksigendən istifadə edən raketin uçuşu 27 oktyabrda reallaşdı. 15 dəqiqə ərzində havada qalan daşıyıcı raket 136.5 km yüksəkliyə qalxmışdı. SA-1-in 52 ton çəkisi var idi və uçuş uğurlu alınmışdı. NASA bu uçuşda raketin Yerətrafı uçuşda struktunu yoxlamağı hədəfləmişdi.
Saturn I SA-2
Saturn-Apollo 1 (SA-1) - Saturn I daşıyıcı raketinin ikinci uçuşu. ABŞ Apollon proqramının və "Haiuoter" Layihəsinin bir hissəsi. Uçuş hazırlıqları 27 fevral 1962-ci ildə Kanaveral burnundakı bazada başladı. İlk uçuşdan fərqli olaraq yanacaq sıçramasının qarşısını almaq üçün propellan tankerlərə əlavə dəyişiklik edilən raketin uçuşu 25 apreldə reallaşdı. 2 dəqiqə 40 saniyə ərzində havada qalan daşıyıcı raket 80 km yüksəkliyə qalxmışdı. SA-2-nin 420 ton çəkisi var idi və uçuş uğurlu alınmışdı. SA-2-nin məqsədləri SA-1 ilə əsasən eyni idi. SA-2 Saturn I raketini və H-1 motorları yoxlamaq üçün buraxılmışdı. Xüsusi olaraq, onun hədəfləri hərəkətə gətirmə performansını və missiya adekvatlığını, raketin struktural dizaynını və aerodinamik xarakteristikanı, bələdçi və nəzarət sistemləri və nəhayət raket təchizatını və yer dəstək ləvazimatını yoxlamaq idi. NASA bütün missiyanın uğurla tamamlandığını açıqladı.
40-cı Saturn mükafatı
40-cı Saturn mükafatı — 2014-cü ilin ən yaxşı elmi fantastika, fentezi, qorxu filmi və digər janrlarda olan filmlərə, seriallara və ev buraxılışlarına Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən verilən mükafatdır. Nominasiyalar 25 fevral 2014-cü ildə elan edilmişdi. Mərasim 26 iyun 2014-cü ildə baş tutumuşdu.
41-ci Saturn mükafatı
41-ci Saturn mükafatı — 2014-cü ilin ən yaxşı elmi fantastika, fentezi, qorxu filmi və digər janrlarda olan filmlərə, seriallara və ev buraxılışlarına Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən verilən mükafatdır. Nominasiyalar 2015-ci ilin mart ayında elan edilmişdi. Mərasim 25 iyun 2015-ci ildə baş tutumuşdu.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.