RETURN

return1

n 1. qayıtma, geri dönmə; a ~ home evə / vətənə qayıtma; the ~ of spring yazın / baharın qayıtması; 2. qaytarma; He asked for the return of his book O, kitabının qaytarılmasını xahiş etdi; 3. iqt. dövriyyə, tədavül;

◊ Many happy returns (of the year) ≅ Ad gününü / gününüzü təbrik edirəm

return2

v 1. qayıtmaq, geri dönmək; to ~ home evə qayıtmaq; They returned to Baku from istanbul Onlar istanbuldan Bakıya qayıtdılar; 2. qaytarmaq, geri vermək; to ~ a book to the library kitabı kitabxanaya qaytarmaq; 3. cavab vermək; to ~ good for evil pisliyə yaxşılıqla cavab vermək; 4. qoymaq; to ~ sword to scabbard qılıncı qınına qoymaq; He returned his handkerchief to his pocket O, əl yaylığını cibinə qoydu; 5. rəsmi olaraq bildirmək / məlumat vermək; to ~ one’s income gəliri / qazancı haqqında rəsmi olaraq məlumat vermək;

◊ to ~ thanks 1) təşəkkür etmək; 2) dua oxumaq (yeməkdən əvvəl və ya sonra); 3) tosta cavab vermək

RETRIEVER
RETURN-TICKET
OBASTAN VİKİ
Return to Castle Wolfenstein
Return to Castle Wolfenstein (RTCW) — "Gray Matter Interactive" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyundur. İlk anons tarixi 20 Noyabr 2001-ci il tarixində olmuşdur. Official Activision website Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine Rəsmi sayt RTCW — Internet Movie Database saytında.
Alice: Madness Returns
Alice: Madness Returns (azərb. Alisa: Geri dönür‎) - "Spicy Horse" oyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xətti ilə 2000-ci ildə istehsal olunmuş American McGee’s Alice videooyunun məzmununu davam etdirir.