Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
İrmaq
İrmaq (ing. river) - çap olunmuş sənəddə sözlər arasında olan və bir sətirdən o biri sətrə axını xatırladan boşluqlar. İrmaq ya ensiz sütunda düzləndirilmiş yazı zamanı yaranır, ya da proqram təminatının və ya printerin yetərincə çoxtərəfli olmaması ilə bağlı olur.
İrmaq iyesi
İrmaq iyəsi
Çətinliyə baş vurmaq (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir.Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Quymaq
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi.Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi. == Mənbə == Erdkamp, Paul, ed.
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. == Mənbələr == Prof.
Adolf Erman
Adolf Erman (31 oktyabr 1854, Berlin – 26 iyun 1937, Berlin) — alman misirşünası, arxeoloq. == Bioqrafiyası == 1883-cü ildə Berlin Universitetinin professoru, 1884-cü ildə isə Berlindəki Misir muzeyinin direktoru olub. 1994-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü olub. Misir yazı sistemini öyrənən, misirşünaslığın əsasını qoyan sələflərindən fərqli olaraq, Erman Misir dilini tədqiq etmiş, onun qrammatik quruluşunu və inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Onun rəhbərliyi altında Qәdim Misir dilinin ən dolğun lüğəti işlənib hazırlanmışdır.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Arşaq mahalı
Arşaq mahalı — Muğanın qədim bölgələrindən biri. Bu mahal bəzi ədəbiyyatda Ərşə adlanırdı. Vilgiclə qonşu olan bu mahal cənubdan Nüvədi kəndi, Aşağı Qarasu çayı, Kəngərli kəndi, qərbdən Savalan dağı, şərqdən Əlisu gədiyi, cənub-şərqdən Gədik və şimaldan Əlican kəndi ilə həmsərhəddir. Sahəsi dağlıq, torpağı isə gilli və daşlıdır. Arşaq-Qarasu çayının qolu, Güdül çayının aşağı axınında (Babək əl-Xürrəminin şəhəri Bəzzin yaxınlığında dağ [və kənd) == Adının anlamı == "Arşaq" sözünün etimologiyasına gəlincə bir çox tədqiqatçılar onun Çində Tanrı dağın ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə, "Arşaq" sözü – şak, sak tayfalarının yaşadığı ərazi mənasını bildirir. Şəki şəhərinin adı da bu tayfa ilə bağlıdır. Tədqiqatçı alimlər, xüsusilə tanınmış türkoloq Mirəli Seyidov Arsağın və Arşaqın türk xalqlarına mənsub olmasını bildirmişdir. Türk xalqlarının fəxri sayılan Arşağın tarixi şəxsiyyət, həm də dövlət başçısı, sərkərdə olması barədə çox az məlumat gəlib dövrümüzə çatmışdır. Roma tarixçisi Pompey Troq Makedoniyalı İskəndərin ölümündən sonrakı hadisələri şərh edərkən Arşaq barədə də bəzi mülahizələr söyləmişdir. O, 44 kitabdan ibarət olan "Filippin tarixi" əsərində yazmışdır: "O zaman naməlum mənşəli, lakin böyük şöhrətə malik Arşaq yaşamışdır".
Urmis
Urmis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. == Coğrafi mövqeyi == Dağətəyi ərazidədir. == Adının mənşəyi == Oykonim türk dillərindəki ur/or (biçin, biçmək) və miz (düz, çöl) komponentlərindən düzəlib, "biçilən çöl, biçənək" mənasındadır. Kəndin ərazisində biçənək olduğu üçün belə adlanırdı. Bir başqa ehtimalla toponim rumlu mənasında izah edilir. == Tarixi == XIX əsrdə - çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı olub. İrmis kimi də xatırlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Osmanlıdan gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Artaşat adlandırılmışdır.
Arcaq (Meşkinşəhr)
Arcaq (fars. ارجق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 573 nəfər yaşayır (170 ailə).
Arman Qiyomen
Jan-Batist Arman Qiyomen (fr. Jean-Baptiste Armand Guillaumin; 16 fevral 1841, Paris, Fransa — 26 iyun 1927, Orli, Val-de-Marn, Fransa) — fransız rəssam, daha çox kimi Arman Qiyomen tanınır . == Bioqrafiya == Arman Qiyomen 1841-ci il fevralın 16-da Parisdə anadan olmuşdur. Eyni ilin sonunda Arman ailəsi Parisdən ayrılaraq Mulin şəhərinə köçmüşdür. 1856-cı ildə 16 yaşında Arman Parisə qayıdaraq heykəltaraş Keilu tərəfindən öyrədilən bələdiyyə məktəbində incəsənət siniflərinə təhsilinə başlamışdır. 1860-cı ildə Qiyomen Paris-Orlean dəmiryolu şirkətində işə başladı. Amma Arman sənət siniflərini unutmadı və tezliklə Parisdə İsveçrə Akademiyasında iştirak etdi, burada Fransisko Olyer, Kamil Pissarro və Pol Sezann ilə tanış oldu. 1863-cü ildə Qiyomen, Eduard Mane, Kamil Pissarro və Pol Sezann ilə birgə, əsərlərini Armandın əsərləri altında qeyd edilməməsinə baxmayaraq, məşhur «Rədd edilənlər salonu» sərgisində nümayiş etdirdi. 1891-ci ildə şəhər lotereyasında 100 min frank qazandı və bu gözlənilməz zənginlik, nəhayət, Parisdəki inzibati işlərini açma və yeni, daha fərqli motiflər və növləri axtarmaq üçün səyahət etməyə başladı. Əvvəlcə sənətçi "Saint-Palais, Girondun ağzı" (1892), "Saint-Palais dağları" (1893) yazdığı Saint-Palaisdə olub.
Aylin Urgal
Aylin Urgal (d.1951, İstanbul - ö.26 Nisan 1985, Bolu) — Türk pop musiqisi sənətçisi.
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).
Arpağ
Arpağ — türk və altay mifologiyasında və xalq kültürlerinde əfsun mənasını verir. Sirrli söz, mistik dua, sehr deməkdir. Arbağ (Arba) və ya Arvağ (Arva) olaraq da deyilər. Yenə eyni kökdən törəyən Arvas, Arbaş, Arbış, Arbuz sözləri də eyni mənaları ehtiva edir. Arbağçı deyilən efsuncular tərəfindən oxunur. Xəstələrə yaxşılaşdırmaq, pislikləri və pis ruhları savuşturmak üçün edilən dua. Məsələn ilanın zehrinin təsirini yox etmək və ya ilan, əqrəb kimi heyvanların sokmasını qarşısını almaq üçün edilən və oxunan arpağlar vardır. Bu arpağlar nəticəsində ilanın və ya əqrəbin soxmadığı inancı Anadoluda bu gün belə geniş yayılmışdır. Arbamak və ya Arvamak (əfsun etmək) feli Anadoluda xalq ağzında istifadə davam etməkdədir. Göz boyamaq (göz rəngləmək), gözbağı etmək, sehr etmək deməkdir.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Ümman
Ümman (ing. Umman) - Azərbaycanlı vokalist. Ümman pop və rok ifaçısıdır.
Ərdaq
Ərdaq - İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Dəştabi bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,832 nəfər və 1,262 ailədən ibarət idi.Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. == Mədəniyyət == Kilim Ərdaq şəhərinin ən önəmli əl işlərindən biri olaraq, bu şəhər öz naxışlı və davamlı kilimləri ilə də seçilir.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.