1. bot. Qalın ətli və xətvari yarpaqları olan, təbabətdə işlədilən çoxillik ot-bitki; aloe.
Əzvay çoxillik tropik və ya subtropik bitkilərdən olub, yoğun, uzun və kənarı diş-diş (tikanlı) ətli yarpaqlara malikdir.
2. Bu bitkinin yarpaqlarından alınan acı dadlı, qara və bərk maddə (xalq arasında dərman kimi işlədilir). Əzvay bitkisinin yarpaqlarından alınan şirəni qurutduqda yaşılımtraq-qonur kütlə alınır.
Ona əzvay deyilir.
3. məc. dan. Acıdil, ətiacı adam haqqında.
// Söyüş yerində işlənir.
[Molla Fərəc:] Ay Nəsir bəy, bu əzvay oğlu əzvay haradan gəldi, kefimizə soğan doğradı?
4. məc. məh. Aciz, əlindən heç bir iş gəlməyən adam haqqında. Əzvayın biridir.