Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Utilər
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri. İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş, digər tədqiqatçılar – S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M.Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bu günkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir. 1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış, gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir. Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda, Bərdə zonasında, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında və Azərbaycanın şimal – qərbində. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.
Kutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Qutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Udilər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины, ing. Udi people) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Oktomberi kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. == Adlandırılması == Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır.
Arilər
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Bitlər
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Bubilər
Bubilər, fernandlılar , yediyelər , adiyyalar , adicalar (özlərini bubi , bube adlandırırlar) — Ekvatorial Qvineyada bantu qrupundan xalq. == Yayılmaları == Bioko adasının yerli əhalisi. Sayları 49 min nəfərdir (2005). Şimali (nelər, sakatolartolar) və cənubi (abbalar, loketolar, biomalar, tetelər, rekalar) Bubilərə bölünürlər. Bantu dillərinin A zonasına aid edilən və şimal, cənub-qərb, cənub-şərq dialektləri olan bube dilində danışırlar. == Dinləri == Dindarları, əsasən, xristiandır, ənənəvi inanclarını saxlayanlar da var. == Kənd təsərrüfatı == Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyi, ovçuluq, balıqçılıqdır; ağac üzərində oyma sənəti inkişaf etmişdir (8–10 dili olan, zəngin həndəsi naxışlı zınqırovlar – leyebo musiqi aləti səciyyəvidir). Avropalıların gəlişinə (15 əsr) qədər metaldan istifadə etmirdilər, əmək alətlərini daşdan düzəldirdilər. Böyük ailələr, ana xətti ilə qohum nəsillər və gizli cəmiyyətlər saxlanılır. Folklorları nəğmə, nağıl və atalar sözündən ibarətdir.
Builər
Builər, bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri. == Yayılmaları == Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır.Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar. Ənənəvi mədəniyyətləri Şərqi Asiya xalqları üçün səciyyəvidir.
Cucilər
Cuçilər sülaləsi Qızıl Orda və Qazan xanlığında iqtidarda olmuş xanədandır.
Hudilər
Hudilər ya da Banu Hud (بنو هود), İspaniyanın dağınıq müsəlman əmirliklərə (Təvaif-ül Mülk) bölündüyü XI əsrdəki siyasi qarğaşa dönəmində Saraqosa şəhəri çevrəsində hökm sürən bir Ərəb xanədanıdır. == Tarixi == Xanədanın qurucusu olan Süleyman bin Məhəmməd bin Hudi, xanədanını Tucibi əmiri və yaxın müttəfiqi olan II Munzirin 1039-cu ildə öldürülməsindən sonra elan etmişdir. Tucibi zamanında şimal sınırında vəzifədə olan əl-Mustain adıyla da anılan Süleyman bin Məhəmməd bin Hudi, əsgəri uğurlarıyla adını duyurmuş və Lerida valiliyi vəzifəsində olmuşdur. Hudilər Əl-Mustain dönəmində qısa müddətdə İber yarımadasının şimal-şərqində geniş torpaqlara sahib bir əmirlik təşkil etdilər. Ancaq Əl-Mustainin ölümündən sonra beş oğlu arasında başlayan taxt qovğası, oğullarından I Əhməd əl-Müqtədirin hakimiyyəti ələ almasıyla sona çatdı. Əhməd əl-Müqtədir uğurlu idarəsi və Norman Robert Crespinin 1064-cü ildə müsəlmanlardan aldığı Barbastoyu yenidən fəthi (1065) ilə müsəlman əmirlər arasında adını duyurdu. Ayrıca aralarında ünlü din alimi Əbul Vəlid əl-Bacinin və şair İbn Ammarın da olduğu önəmli din adamlarını və sənətkarları yanına aldı və günümüzdə sadəcə kiçik bir qismi ayaqda qalmış olan Cəfəriyyə sarayını tikdirdi. əl-Müqtədir bunun yanında Tortosa (1061) və Denianı (1075) ələ keçirərək əmirliyi dönəmində torpaqlarını genişlətməyi bacardı. Yerinə keçən oğlu Yusif əl-Mutəmin (1081-1085) əsgəri kimliyindən çox elm adamı kimliyi ilə ortaya çıxdı. Əl-Mutəmindən sonra taxtı əlinə alan II Əhməd əl-Mustainin hökmdarlıq dönəmiysə (1085-1110) Xristianlarla aparılan savaşlarla keçdi.
Husilər
Husilər və ya Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır.Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husi yə görə verilmişdir.2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004`cü ildə silahlı ixtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Luvilər
Luvilər - E.ə. 2300-cü illərdə Anadoluda tanınan bir xalq. Luvilər Luvi dilində danışdıqları bəllidir. Luvi dili Hind-Avropa dil qrupuna daxil olduğu müəyyən edilmişdir. Anadolu torpaqlarının Xetlərdən öncəki tarixi hələlik tam müəyyən edilməmişdir. 1906-cı ildə Xetlərin paytaxtı Xattuşaşda tapılmış mixi yazıların oxunması ilə Anadoluda Yunan köçündən çox əvvəl buranın yerli xalqı olan Luvilərin yaşadığı müəyyən edilmişdir. Xetlərin mixi yazılarında bu xalqdan Luvian/Luvili olaraq bəhs edilir. Xet dövlətinin süqutundan sonra Xetlərin dili unudulmağa başlamış, Luvilərin dili isə biraz dəyişiklikliyə məruz qalaraq yaşamaqda davam edirdi. Xetlərin yazılarında Luvilərdən bəhs edərkən, Xetlərin Luvilərə ikinci sinif insanlar kimi münasibət bəslədiyi aydınlaşır. Xetlərin Anadoluya hakimliyi dönəmində hər zaman ona qarşı üsyanlara rəhbərlik edən Luvi şəhər dövlətlərindən Arzava Xetlərin əsas düşmənlərindən biri idi.
Moilər
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Qurilər
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206)Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Tutsilər
Tutsilər — müasir Burundi və Ruandada yaşayan etnik xalqlardan biri. Dünyada daha çox Ruanda soyqırımı ilə tanınırlar. Tutsilər Birinci Dünya müharibəsinin axırında Almanların müharibədə məğlub olmasıyla birlikdə Almaniya müstəmləkəsi olmaqdan çıxaraq Belçika Mandatı olublar. Belçika hökumətinin irqçi siyasəti nəticəsində Tutsilər ilə Hutular arasında 1994-cü ildə iki etnik qrup arasında tarixin ən qanlı soyqırımlarından biri olan Ruanda soyqırımı baş vermiş, soyqırımda 1 milyon Tutsi və Hutu öldürülmüşdür.
Udinlər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины, ing. Udi people) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Oktomberi kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. == Adlandırılması == Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır.
İnilər
İnilər (lat. Iniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Etiklər
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Kurtilər
Kurtilər (q.yun. Κύρτιοι, lat. Cyrtii) — Zaqros dağları yaxınlığında yaşamış qədim tayfa. Adlarına əsaslanaraqRüdiger Şmittə görə, bu, əsasən Atropateniya Midiyasının dağlarında (Zaqros dağlarının şimal hissəsi) kadusilər, amardlar, tapurlar və başqaları ilə birlikdə məskunlaşmış tayfa idi. Strabon regionda yaşayan kurtliləri miqrantlar və yırtıcı quldurlar kimi xarakterizə edirdi.Onlar ellinizm dövründə sapançılar kimi tələb olunurdu. Kurtilər bu məqsədlə e.ə. 220-ci ildə padşah III Antioxa qarşı üsyanda Midiya satrapı Molon uğrunda vuruşmuşdular. Kurtilər daha uzaq qərbdə yaşayan karduxilər və bənzərləri ilə bağlı deyildilər. Qarnik Asatryana görə, kurtlilər yalnız köçəri həyat tərzini paylaşan yerli, qeyri-iranlı tayfaların toplusu idi.
Uilyam Uiler
Vilyam Viler — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 19-cu vitse-prezidenti. == İlkin həyatı == Vilyam Almon Viler , Malone,New Yorkda dünyaya gəlmişdir.Maddı sıxıntılara görə universitete gedə bilməməsi onu universitete girməyə mane törətmədi.Franklin akademiyası və Vermont universitetinə daxil oldu.1846-1849-cu illərdə Franklində prakror olaraq işlədi.1850-1851-də məclis üzvü,1858-1859-cu ildə isə New York əyalət senatoru oldu.1863-cü ildə Respublikaçılar partiyası tərəfindən 37-ci ABŞ konqresində çıxış edirdi.1861-63 və 1869-1877-də təmsilcilər məclisində vəzifə aldı.Dürüst bir adam olaraq öz ərazisində populyarlıq qazanmışdır.42-ci Konqresdə Pasifik dəmiryolları sədri , 43-cü Konqresdə isə Ticarət işləri sədri oldu.. == 1876 seçimləri == Respublikaçılardan olan Raterford Heys 19-cu prezident olaraq seçimləri qazandı.Özünə müavin olaraq Vilyam Viler seçdi.Vilyam Viler seçilməsində ən böyük üstünlüyü dürüst olması və düşməninin olmaması idi.Viler, ən son raqibi Frederick T. Frelinghuyseni 89-a 366 səslə qazandı.Onun populyar olmadığına görə Prezident Heys xanımı Lucy-ə demişdir "Deməkdən utanıram amma Viler kimdir?".Heys və Viler heç vaxt bir yerdə işləmədiyindən bu Viler üçün yeni təcrübə idi." == Prezident müavinliyi == 4 mart 1877-dən 4 mart 1881-ə qədər vəzifədə qaldı. Xanımı o vəzifəyə gəlmədən bir il əvvəl ölmüşdür.O tez-tez Ağ evdə alkoqolsuz yeməklərdə iştirak etmişdir. Və prezident müavini olaraq senatonun başına keçmişdir.Heys-ə görə Viler ona həm dost həmdə qardaşcasına yaxın olmuşdur."Çox az hallarda belə vəziyyət yaranırdı.Ailəmiz ona ürəkdən bağlı idi."-Heys deyirdi. Heys ikinci dəfə namizəd olmadığı üçün, Viler vəzifə müddəti bitdikdən sonra təqaüdə çıxdı. == Vəzifədən sonra == Vəzifədən sonra vaxtını doğulduğu yer olan Malonedə keçirdi.İki dəfə senatorluğa namizəd göstərilsədə seçilmədi.Viler 68-ci doğum günündən 26 gün əvvəl 4 iyun 1887-də cümə günü saat 10:10 da Malone,New Yorkda evində vəfat . kilsəsində dəfn mərasimi keçirildi.7 İyunda həyat yoldaşının yanında dəfn edildi..
Suitilər
Suitilər (lat. Phocinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
İtlər
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Adi suitilər
Arilər (Ariyailər)
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Butilen
== İzomerlər ==
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. == Alınması == etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. == Xassələri == Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib. == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür.Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Tüklər
Saç və ya tük — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tüllər
Tüllər (gür.: g.ə. თულარი, l.ə. tulari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 3.147 nəfər (1.498 nəfəri kişilər, 1.649 nəfəri qadınlar) əhali yaşayır.
Üliger
Üliger (Monqol: Улгэр), monqol və buryat xalq mədəniyyətində nağıllara və mifoloji əhvalatlara verilən ümumi bir addır. Buryatlar və digər sibir qəbilələri arasında şifahi ənənələrinin əhəmiyyətli bir hissəsidir və digər funksiyaları arasında, Buddist əhvalatlarını şifahi olaraq çatdırmaq üçün də istifadə edilmişdir. Şifahi ənənə göz önünə alındığında, monqol ədəbiyyatında ağızdan ağıza köçürülən hekayələrin əhəmiyyətli bir qisimini meydana gətirərlər. Bu əhvalatlar, "Ülgerci" və ya "Üligerçin" (İngilis: ulgerchi və ya uligershin) deyilən kəslər tərəfindən xüsusilə yaylı alətlər yoldaşlığında oxunur. Üliger (Türkçe "Ülger") sözü şeir şəklindəki nağıl, fövqəladə öykü mənasını verər. Nəsilə nəsilə köçürülən əhvalatlardan ibarətdir. Monqolustanda 1960-ci ildə Üligerləri yığmaq üçün "Üliger Evi" (Monqol: Улгэрийн танхим, Rus: Палата Ульгэров) adı verilən xüsusi bir müəssisə yaradıldı. Burada hal-hazırda 250dən çox Üliger'in olduğu bilinməkdədir. == Mövzular == Üligerler ümumiyyətlə tarixi və mifolojik qəhrəmanların əfsanələrini izah edərlər. Ümumiyyətlə qış aylarında tonqal ətrafında izah edilən bu əhvalatlarda ortaq bir motiv olaraq şəri ümumiləşdirən "Manqus" adlı bir əjdaha var.